Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-278/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2956/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə əsas borca görə 56189,92 manat, faiz borcuna görə 3395,92 manat, cərimə borcuna görə 736,07 manat olmaqla borcun cəmi məbləğində 60321,91 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 271 manat məbləğində pulun tutulması; 2. Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cəmi 60321,91 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 271 manat məbləğində pulun iddiaçıys ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhdən xx.xx.2022-ci il tarixli RBSB6765 saylı kredit müqaviləsi üzrə əsas borca görə 56189,92 manat, faiz borcuna görə 9114,05 manat, cərimə borcuna görə 6375,35 manat olmaqla borcun cəmi məbləğində 71679,32 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,70 kv.m olan mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cəmi 71679,32 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 306 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2956/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə 56093,28 manat əsas borc, 3395,92 manat faiz borcu, 736,07 manat dəbbə pulu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumu, ödənilmiş 271 manat dövlət rüsumu, ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.70 kv.m olan mənzilə - ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 60547,27 (altmış min beş yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödəniməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh qaytarılması, iddia ərizəsi verilərkən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2956/2024 nömrəli qətnaməsinin əsas borcun tutulması hissəsində ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, qətnamənin əsas borc hissəsini qəbul etmir, qətnamə bu hissədə düzgün deyildir. Kredit müqaviləsi üzrə ödəniş qəbzlərindən və maliyyə arayışından da görünür ki, iddiaçıya əsas borc 49.000 manat təşkil edir ki, qətnamə üzrə ondan əsas borc üzrə tutulan 56093,28 manat pul vəsaiti onun qanunsuz olaraq yüklənməyinə, iddiaçının isə əsassız varlanmasına səbəb olmuşdur. Hesab edilir ki, apellyasiya instansiyası səlahiyyəti çərcivəsində işə düzgün, qanuni baxılmaqla əsas borc məbləğinin düzgün hesablanıb iş üzrə qanuni qətnamə qəbul olunacaqdır. Cavabdeh bu mübahisəli məbləği məhkəmədən öncə də iddiaçı tərəf ilə müzakirə etmiş, məbləğin qeyd etdiyi civarda olduğu müəyyən edilmişdir. İddiaçı ilə arasında danışığı ondan ibarət olmuşdur ki, əsas borc məbləği üzrə yaranmış 49.000 manat məbləğin hissəvi şəkildə ödənişi onun tərəfindən həyata keciriləcəkdir. İddiaçı borc məbləğini əsassız şəkildə şişirdərək qanun və işgüzar adətləri bir kənara qoyaraq ondan daha cox pul əldə etmək üçün iddia irəli sürmüşdür. Məhkəmə isə bu işə baxaraq maddi hüquq normasını pozaraq onu əlavə xərclərə cəlb edən qətnaməni qəbul etmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı oldugu üçün onun qəbul edilməsi və mübahisəli hüquq münasibətində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Ərizə göndərərək səhhətilə bağlı iclasın təxirə salınmasını xahiş etmiş, lakin buna dair sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinin əsas borc məbləğinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsinin əsas borcla bağlı hissəsi yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
16. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 12 dekabr 2022-ci il tarixli RBSB-6765 saylı kredit sazişi müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə 30 ay müddətinə, illik faiz dərəcəsi 16 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 73000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir.
17. Məhkəmə əsas borc və faiz borcun hesablanması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirmiş və məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8078 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixli RBSB-6765 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan əsas borcu 56093,28 manat, faiz borcu 3490,25 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 56093,28 manat, faiz borcu 7204,87 manat təşkil edir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla cavabdeh arasında müqavilələr bağlanmış, bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul onun hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
19. Göründüyü kimi məhkəmə əsas borcla bağlı iddia tələbində göstərilən məbləği deyil, ekspert rəyində göstərilən məbləği əsas götürmüşdür. Ödənişlərin nəzərə alınmaması, ekspert rəyinin mübahisəli olması şikayətdə qeyd olunsa da, cavabdehin müvafiq sübutu məhkəməyə təqdim etməsi görünmür. Ona görə apellyatorun əsas borcun və faiz borcunun düzgün hesablanmaması dəlili heç bir sübutla möhkəmləndirilmədiyindən əsassız hesab edilməlidir. Məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir.
20. Apellyasiya şikayətində əsas borcun 49.000 manat məbləğində olduğu qeyd edilsə də, iş materiallarında olan və ekspertə təqdim edilən ödənişləri, hesabdan çıxarışları və maliyyət arayışını araşdıran və nəzərə alan ekspert verdiyi rəylə bu məbləği təsdiq etməmişdir. Cavabdeh şifahi razılaşmaya istinad etsə də, iddiaçı bunu qəbul etməmiş və cavabdeh istinad etdiyi halı sübuta yetirə bilməmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2956/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.