Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-280/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4537/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında İddiaçı MMC firma mağazalarına dair 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən “Satıcı” bu müqavilədə nəzərdə tutulan malları (akloqollu və alkoqolsuz) həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə “Alıcı”ya verməyi, “Alıcı” isə bu malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 3.5-ci bəndinə əsasən bu müqaviləyə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti köçürmə və ya nağd formasında hər 10 gündən bir, yəni ay ərzində 3 dəfə, lakin ayın 30-dan gec olmamaq şərti ilə yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır.
4. Müqavilənin 3.12-ci bəndinə əsasən satıcı bu müqavilə üzrə ödəniş öhdəliyinin icrası məqsədilə alıcıdan 10000 manat depozit ödənilməsini tələb edir. Bu müqavilə üzrə alıcının satıcı qarşısında hər ayın sonu və ya müqaviləyə xitam verilərkən borc öhdəliyi qalarsa satıcı depozit hesabdan həmin borcun silinməsi hüququnu saxlayır. Tərəflər arasında borc öhdəlikləri qalmazsa müqaviləyə xitam verilərkən satıcı alıcın depozit məbləğini qaytarmağa borcludur.
Birinci instansiya məhkəməsindəki icraat 5.İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 40.542,00 manat məbləğində borcun, ilkin Mediasiya sessiyasında iştirak üçün ödənilmiş 410 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 41.452,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı bildirir ki, 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan mallar həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və qiymətdə “Alıcı”ya təhvil verilmişdir. Alıcı isə bunun müqabilində 40.542 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürsə də, ödənişlər həyata keçirilməmişdir.
7. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, onun iddiaçıya olan borcu 40.542 manat deyil və təxminən 20000 manat təşkil edir. Eyni zamanda, ona təqdim edilən elektron qaimələrdən məlumatı olmamış, yalnız təqdim etdiyi hesab-fakturalarda olan məbləğləri qəbul etmiş, ödənişləri də o, qardaşı və xalası oğlu etmişdir. Bundan əlavə, iddiaçı digər müştərilərə qiymətlərdə güzəştlər etdiyi halda, ona həmin güzəştlər edilməmişdir. İddiaçı cavabdehi mövcud borcla bağlı aydınlaşdırma aparılması üçün dəvət etmiş, o da gedərək həmin üzləşmə aktına qol çəkmişdir. Bu zaman cavabdehə bildirilmişdir ki, onun satıcıya 48541,72 manat borcu var, bundan əlavə onun iddiaçı şirkətdə 8000 manat depoziti vardır. Hazırda iddiaçıya dəqiq nə qədər borcu olmasını bilmir. 8.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4537/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 40541,72 manat məbləğində pulun, ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 40951,72 (qırx min doqquz yüz əlli bir manat yetmiş iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9.Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2023-cü il tarixli üzləşmə aktına istinad edərək, cavabdehin iddiaçıya olan 48.541,71 manat borc məbləğindən şirkətin depozit hesabında olan 8.000 manat məbləğində pulu çıxaraq qalan 40.541,71 manat məbləğində pulu iddiaçının xeyrinə tutmuşdur. Halbuki üzləşmə aktı mübahisəlidir. Məhkəmə qətnaməsində üzləşmə aktında göstərilən məbləğdən 8000 manat vəsaitin ümumi vəsaitdən çıxarılmasını hüquqi baxımdan əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırma aparmamış, işin düzgün həlli üçün məhkəmə-mühasibatlıq eksperizası keçirilməli olduğu halda, bunu etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
21. Tərəflərin mübahisələndirdiyi hallar cavabdehə təhvil verilmiş malların və ödənilməyən borcun məbləği ilə bağlıdır.
22. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, malların təhvil verilməsi halının sübutmə vəzifəsi satıcı olan iddiaçıya, alınmış malların dəyərinin ödənilməsi halının sübut etmə vəzifəsi isə alıcı olan cavabdehə aiddir.
23. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAY 043291 nömrəli xx.xx.2021-ci il tarixli (10271,87 manat), EBAY 043349 nömrəli xx.xx.2021-ci il tarixli (243 manat), EBAY 054267 nömrəli xx.xx.2021ci il tarixli (27779,43 manat), EBAY 255852 nömrəli xx.xx.2021-ci il tarixli (963,32 manat), EBAY 535403 nömrəli xx.xx.2021-ci il tarixli (648 manat), EBAY 704611 nömrəli xx.xx.2021-ci il tarixli (1442,89 manat), EBAY 704661 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBAY 704676 nömrəli xx.xx.2021-ci il tarixli (518,93 manat), EBAZ 073476 nömrəli xx.xx.2021-ci il tarixli (1763,13 manat), EBAZ. 906432 nömrəli xx.xx.2021-ci il tarixli (384,55 manat), EBBA 283076 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBBA 283076 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBBA 283077 nömrəli xx.xx.2021-ci il tarixli (990,46 manat), EBBA 283078 nömrəli xx.xx.2021-ci il tarixli (550,80 manat), EBBA 777534 nömrəli xx.xx.2021-ci il tarixli (61,86 manat), EBBA 888767 nömrəli xx.xx.2021-ci il tarixli (676,91 manat), EBBB 459758 nömrəli xx.xx.2021-ci il tarixli (566,77 manat), EBBC 028867 nömrəli xx.xx.2021-ci il tarixli (1933,25 manat), EBBC 329235 nömrəli xx.xx.2021-ci il tarixli (1077,61 manat, EBBD 598414 nömrəli xx.xx.2021-ci il tarixli (303,84 manat), EBBD 598433 nömrəli xx.xx.2021- ci il tarixli (1942,30 manat), EBBD 828478 nömrəli xx.xx.2021-ci il tarixli (341,10 manat), EBBD 828482 nömrəli xx.xx.2021-ci il tarixli (401,24 manat) , EBBE 114584 nömrəli xx.xx.2021-ci il tarixli (441,81 manat), EBBE 480033 nömrəli xx.xx.2021-ci il tarixli (1311,05 manat), EBBE 480035 nömrəli xx.xx.2021-ci il tarixli (267,60 manat), EBBE 480067 nömrəli xx.xx.2021-ci il tarixli (1274,89 manat), EBBE 681639 nömrəli xx.xx.2021-ci il tarixli (533,64 manat) , EBBE 681676 nömrəli xx.xx.2021-ci il tarixli (89,85 manat), EBBF 313051 nömrəli xx.xx.2021-ci il tarixli (2262,67 manat), EBBF 952104 nömrəli xx.xx.2021-ci il tarixli (220,60 manat), EBBF 952105 nömrəli xx.xx.2021-ci il tarixli (51,84 manat), EBBF 952131 nömrəli xx.xx.2021-ci il tarixli (113,40 manat), EBBF 952132 nömrəli xx.xx.2021-ci il tarixli (688,87 manat), EBBG 304803 nömrəli xx.xx.2021-ci il tarixli (497,67 manat),EBBG 706380 nömrəli xx.xx.2021-ci il tarixli (212,40 manat), EBBG 706389 nömrəli xx.xx.2021-ci il tarixli (1609,53 manat), EBBG 856946 nömrəli xx.xx.2021-ci il tarixli (342,81 manat), EBBH 369194 nömrəli xx.xx.2021-ci il tarixli (108 manat), EBBH 369205 nömrəli 219534 nömrəli xx.xx.2021-ci il tarixli (567,38 manat), EBBM 705591 nömrəli xx.xx.2021-ci il tarixli (367,17 manat), EBBM 749490 nömrəli xx.xx.2021-ci il tarixli (85,77 manat), EBBM 749498 nömrəli xx.xx.2021-ci il tarixli (846,67 manat), EBBM 749606 nömrəli xx.xx.2021-ci il tarixli (246,03 manat), EBBM 749640 nömrəli xx.xx.2021-ci il tarixli (1876,96 manat), EBBM 750066 nömrəli xx.xx.2021-ci il tarixli (136,67 manat), EBBM 750243 nömrəli xx.xx.2021-ci il tarixli (493,15 manat), EBBM 750304 nömrəli xx.xx.2021-ci il tarixli (2202,22 manat), EBBN 664533 nömrəli xx.xx.2021- ci il tarixli (1040,56 manat), EBBN 667563 nömrəli xx.xx.2021-ci il tarixli (116,28 manat), EBBN 667602 nömrəli xx.xx.2021-ci il tarixli (93,89 manat), EBBN 692949 nömrəli xx.xx.2021-ci il tarixli (1222,58 manat), EBBN 764180 nömrəli xx.xx.2021-ci il tarixli (108 manat), EBBN 902957 nömrəli xx.xx.2021ci il tarixli (811,79 manat), EBBN 902962 nömrəli xx.xx.2021-ci il tarixli (5940,02 manat), EBBN 913270 nömrəli xx.xx.2021-ci il tarixli (225 manat), EBBO 092271 nömrəli xx.xx.2021-ci il tarixli (337,51 manat), EBBO 481435 nömrəli xx.xx.2021-ci il tarixli (711,80 manat), EBBO 969650 nömrəli xx.xx.2021-ci il tarixli (2471,93 manat), EBBP 083357 nömrəli xx.xx.2021-ci il tarixli (1219,97 manat), EBBP 083569 nömrəli xx.xx.2021-ci il tarixli (852,83 manat), EBBP 368806 nömrəli xx.xx.2022-ci il tarixli (1656,53 manat), EBBP 940075 nömrəli xx.xx.2022-ci il tarixli (571,50 manat), EBBQ 088163 nömrəli xx.xx.2022-ci il tarixli (910,21 manat), EBBQ 561079 nömrəli xx.xx.2022-ci il tarixli (813,07 manat), EBBR 007369 nömrəli xx.xx.2022-ci il tarixli (2196,87 manat), EBBR 372135 nömrəli xx.xx.2022-ci il tarixli (4932,60 manat), EBBR 640390 nömrəli xx.xx.2022-ci il tarixli (68 manat), EBBR 699947 nömrəli xx.xx.2022-ci il tarixli (108 manat), EBBR 699950 nömrəli xx.xx.2022-ci il tarixli (860,38 manat), EBBR 699957 nömrəli xx.xx.2022-ci il tarixli (81,60 manat), EBBS 002215 nömrəli xx.xx.2022-ci il tarixli (418,20 manat), EBBS 002314 nömrəli xx.xx.2022-ci il tarixli (211,14 manat), EBBS 058736 nömrəli xx.xx.2022-ci il tarixli (218,96 manat), EBBS 638764 nömrəli xx.xx.2022-ci il tarixli (858,15 manat), EBBS 913585 nömrəli xx.xx.2022-ci il tarixli (924,48 manat), EBBT 281795 nömrəli xx.xx.2022-ci il tarixli (845,17 manat), EBBV 287099 nömrəli xx.xx.2022-ci il tarixli (3068,74 manat), EBBW 285034 nömrəli xx.xx.2022-ci il tarixli (894,31 manat), EBBW 888738 nömrəli xx.xx.2022-ci il tarixli (2257,57 manat), EBBX 491565 nömrəli xx.xx.2022-ci il tarixli (2428,44 manat), EBBX 999083 nömrəli xx.xx.2022-ci il tarixli (810,07 manat), EBBY 301062 nömrəli xx.xx.2022-ci il tarixli (1239,65 manat), EBBY 893911 nömrəli xx.xx.2022-ci il tarixli (658,70 manat), EBBZ 164588 nömrəli xx.xx.2022-ci il tarixli (411,33 manat), EBBZ 165788 nömrəli xx.xx.2022-ci il tarixli (337,92 manat), EBBZ 756874 nömrəli xx.xx.2022-ci il tarixli (2252,47 manat), EBCA 806797 nömrəli xx.xx.2022-ci il tarixli (106,51 manat), EBCA 95743 nömrəli xx.xx.2022-ci il tarixli (863,43 manat), EBCC 356952 nömrəli xx.xx.2022-ci il tarixli (44,42 manat), EBCC 753047 nömrəli xx.xx.2022-ci il tarixli (1163,51 manat), EBCC 915059 nömrəli xx.xx.2022-ci il tarixli (283,69 manat), EBCE 753047 nömrəli xx.xx.2022-ci il tarixli (2833,59 manat),EBCG 145660 nömrəli xx.xx.2022-ci il tarixli (897,36 manat), EBCG 830415 nömrəli xx.xx.2022-ci il tarixli (773,26 manat), EBCH 380681 nömrəli xx.xx.2022-ci il tarixli (336,36 manat), EBCH 714492 nömrəli xx.xx.2022-ci il tarixli (580,89 manat), EBCH 380677 nömrəli xx.xx.2022-ci il tarixli (1040,41 manat), EBCH 714492 nömrəli xx.xx.2022-ci il tarixli (580,89 manat), EBCİ 157274 nömrəli xx.xx.2022-ci il tarixli (520,20 manat), EBCİ 157277 nömrəli xx.xx.2022-ci il tarixli (2154,85 manat), EBCİ 290286 nömrəli xx.xx.2022-Ci il tarixli (520,20 manat), EBCJ 200925 nömrəli xx.xx.2022-ci il tarixli (340 manat), EBCJ 515644 nömrəli xx.xx.2022-ci il tarixli (792,49 manat), EBCJ 515666 nömrəli xx.xx.2022-ci il tarixli (112,81 manat), EBCJ 976848 nömrəli xx.xx.2022-ci il tarixli (960,62 manat), EBCK 217444 nömrəli xx.xx.2022-ci il tarixli (59,50 manat), EBCM 147320 nömrəli xx.xx.2022-ci il tarixli (1092,50 manat) elektron qaimələr göndərilmişdir. Həmin elektron qaimələrdə əks olunmuş məbləğlərin cəmi 130.953,71 manat təşkil edir.
24. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 1500 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 2000 manat, xx.xx.2021-ci il tarixində 2500 manat, xx.xx.2021-ci il tarixində 3500 manat, xx.xx.2021-ci il tarixində 3800 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 2000 manat, xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2021-ci il tarixində 3500 manat, cəmi isə 71.300 manat məbləğində iddiaçıya ödəniş etmişdir.
25. Tərəflər arasında tərtib edilmiş mal qalığı barədə təhvil-təslim aktından görünür ki, yoxlama nəticəsində mağazada xx.xx.2023-cü il tarixə olan faktiki mal qalığının miqdarı 11.264,61 manat təşkil etmiş və cavabdeh həmin məlumatın doğruluğunu imzası ilə təsdiq etmişdir.
26. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktından isə müəyyən edilir ki, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə qalıq borcunun məbləği 48.541,72 manat təşkil edir, cavabdehin iddiaçı şirkətdə 8000 manat depoziti vardır. Üzləşmə aktı cavabdeh tərərfindən imzalanmışdır.
27. Beləliklə, cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə və onun özü tərərfindən imzalanmış üzləşmə aktı ilə təsdiq edilir ki, cavabdehin iddiaçıya olan borcu 48541,72 manat təşkil edir.
28. Eyni zamanda, həmin məbləğdən cavabdehin iddiaçıda olan 8000 manat depozit məbləği çıxdıqda müəyyən edilir ki, qalıq borc 40.541,72 manat təşkil edir (48.541,72- 8000=40.541,72).
29. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.3-cü maddəsinə əsasən təhvil verilmiş mallara görə ödənilməyən 40.541,72 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
30. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh üzləşmə aktının mübahisəli olduğunu və savadsız olduğuna görə imzaladığını bildirsə də, üzləşmə aktında müəyyən edilən məbləğin həqiqətə uyğun olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə, cavabdehə cəmi 130.953,71 manat dəyərində malların təhvil verilməsi və qalıq borcun 48.541,72 manat təşkil etməsi cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələr və onun özü tərəfindən imzalanmış üzləşmə aktı ilə təsdiq olunur. Bu hallar təsdiq edir ki, tərəflər arasında olan işgüzar münasibətlər, yəni malların təhvil verilməsi elektron qaimələr əsasında həyata keçirilmiş, ödənilməli olan borcun məbləği isə üzləşmə aktı ilə müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar mövcüd deyil. Çünki cavabdehin ödəməli olduğu borcun məbləği onun özü tərərfindən imzalanmış üzləşmə aktı ilə təsdiq olunur.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4537/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn