Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-300/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pay haqqının naturada ayrılması və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5369/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdə olan 15 faizlik pay haqqının sonuncunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılmasına yönəldilməsi, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka iddiaçının adına yeni çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-2067/2023 nömrəli qərardadı ilə qeyd edilən işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadından iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə növbəti dəfə xx.xx.2023-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmış, ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli şikayət Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadından verilmişdir. Həmin şikayətin 4.2-ci və 4.3-cü bəndində də məhz göstərilən qərardad qeyd edilmişdir. Lakin texniki səhv səbəbindən formanın 12-ci bəndində 16 noyabr 2023-cü il tarixli qərardadın ləğv edilməsi göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5369/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı ilk dəfə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadından prosessual müddəti ötürmədən şikayət versə də, şikayət qüsurlu verildiyi üçün geri qaytarılmış, iddiaçı qüsuru aradan qaldıraraq yeni şikayət versə də, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Göstərilənlərə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli e2-2(113)- 5369/2023 nömrəli qərardadında gəldiyi nəticə qanuni və əsaslı olmuşur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5369/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-300/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-300/2024
06.02.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver