Məhkəmə qərarları › İş №2-2(103)-312/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-312/2025

11.02.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-312/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2-2(113)-1746/2024 saylı qərardadından iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 23 noyabr 2024-cü il tarixli №3-33- 1100/000093Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GTME6-921 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 193AAZ17/52ADZ13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********9603 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 895 ədəd kişi çantaları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) 7000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2-2(113)-1746/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı “İddiaçı” Şirkəti məhkəməyə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1746/2025 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2-2(113)-1746/2025 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilsə də, həmin şikayət Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. MPM-in 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2-2(113)-1746/2024 saylı qərardadından iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar