Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-318/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 (işçisi), cavabdehin nümayəndəsi (atası) X2 iştirakı ilə İddiaçı «xxxxxx» ASC-nin cavabdeh X5 qarşı “magistral su xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi tələbinə dair” iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-573/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İ.İddiaçı «xxxxxx» ASC cavabdeh X5 qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən «xxxxxx» ASC-yə məxsus diametri 500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin (Alov restoranı) əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh F.A.Həsənov tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən «xxxxxx» ASC-yə məxsus diametri d=500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin sanitar mühafizə zolağında özbaşına tikili (Alov restoranı) inşa edilmişdir. Belə ki, «Su təchizatı və tullantı suları haqqında» AR Qanununun 70-ci maddəsində nəzərdə tutulur ki, Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazi hüdudlarında, həmçinin, su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. AR Torpaq Məcəlləsinin 62-ci maddəsində qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir. Göründüyü kimi, magistral su kəmərlərinin üzərində və ya onların sanitar-mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-573/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılaraq, həmçinin mübahisələndirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarına, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Bütün bu göstərilənlər isə təsdiq edir ki, məhkəmə prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, MPM-in 385.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-754/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətiqismən təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-78/2020 saylı x xxxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş yenidən baxılmaq üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Hümmətov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, cavabdehə məxsus özbaşına tikilinin birbaşa su kəmərinin üstündə inşa edildiyini qeyd edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ə.Həsənov isə onunla razılaşmayaraq, mübahisəli torpaq sahəsinin bələdiyyənin qərarına əsasən verildiyini və rayon İcra Hakimiyyəti tərəfindən eskiz layihə tərtib olunduğunu və ətrafda belə tikililərin də mövcud olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən edilir. - Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 9 saylı qərarından çıxarışın surətinə əsasən vətəndaş X7 razılıq ərizəsinə əsasən Əhmədli Bələdiyyəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixli, 29 saylı sərəncamı verilmişdir ki, «M.Hadi küçəsi 15 saylı evin qarşısında, ticarət və məişət xidməti obyekti tikintisi məqsədilə vətəndaş X10 verilmiş (cizgidə göstərilən) 30 kv.m torpaq sahəsi cavabdeh X4 adına sənədləşdirilsin, torpaq sahəsinin naturada ona təhvil verilməsi təmin edilsin və hazırda olan tikinti obyektinin layihə-smeta sənədlərinin onun adına hazırlanması və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilsin.» - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin məhkəmə sorğusuna ünvanladığı cavab məktubuna əsasən - X4 adına Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 15 saylı evin qarşısında yerləşən 30 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. - xxxxxx» ASC tərəfincdən tərtib olunmuş «mühafizə zonasının pozulması barədə akt»a və onun cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən ASC-nin mütəxəssislər tərəfindən cavabdeh X5 məxsus Məhəmməd Hadi küçəsi, 118 A ünvanda yerləşən qeyri-yaşayış obyektinin (Alov restoranının), həmin ərazidən keçən M.Hadi küçəsi və Gəncə prospektində yaşayan sakinləri su ilə təmin edən diametri 300 mm olan yeraltı magistral su xəttinin və diametri 500 mm yağış kollektorunun üzərində inşa edildiyi müəyyən olunmuş və cavabdehdən tələb olunmuşdur ki, tikili sökülərək mühafizə zonası boşaldılsın. -Eyni zamanda, iş üzrə iddiaçının vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 13107 nömrəli məhkəmə ekspert rəyinə əsasən mübahisəli əraziyə baxış zamanı aşkar olunmuş faktiki vəziyyət aşağıdakı kimi olmuşdur: - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 15 saylı ünvanda iddiaçı «xxxxxx» ASCyə məxsus diametri 500 mm. ölçüdə olan yağış kollektorunun mövcud olması və tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin (qeyri-yaşayış sahəsi) «xxxxxx» ASc-yə məxsus yağış kollektorunun «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 №-li Qərarı ilə təsdiq edilmiş, Mühafizə zonalarının ölçüləri və istifadəsi Qaydalarının 6-cı bəndi ilə müəyyən olunan 10.0 metrlik mühafizə zonasında yerləşir. Bununla yanaşı, həmin qeyri-yaşayış sahəsinin Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na uyğun inşa olunmadığı müəyyən edilmişdir. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən ona məxsus tikilinin iddiaçıının istifadəsində olan yağış kollektoru və su kəmərinin mühafizə zonasında yerləşdiyi mübahisələndirilmədiyi və həmin qurğuların digər təhlükəsiz əraziyə keçirilməsini xahiş etdiyi aydın görünür. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunur ki, cavabdeh F.Həsənova məxsus mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsus qurğuların (diametri 500 mm yağış kollektoru və 300 mm olan magistral su su kəməri) «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust 109 №-li Qərarı ilə təsdiq edilmiş «Mühafizə zonalarının ölçüləri və istifadəsi Qaydaları»nın 6-cı bəndi ilə müəyyən olunan 10.0 metrlik mühafizə zonasında yerləşir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun «Su təchizatı və tullantı suları haqqında» Qanunun 70-ci maddəsində isə nəzərdə tutulur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinien texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilərhüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Göründüyü kimi, mübahisəli ünvanda yerləşən cavabdehə məxsus tikili yalnız su təchizatı və kanalizası müəssisənin rəsmi razılığı alındıqdan sonra inşa edilə bilərdi. Cavabdehə məxsus tikili inşa edilərkən isə qanunvericiliyin müəyyənləşdirdiyi bu qadağalara riayət olunmamışdır. Digər tərəfdən, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan görünür ki, mübahisəli ünvanda iddiaçıya məxsus qurğuların mühafizə zolağında yerləşən tikili özbaşına olaraq inşa edilmişdir. Belə ki, Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, mübahisəli ünvanda qeyri-yaşayış sahəsinin tikintisi məqsədilə 30 kv.m sahəsi ayrılsa da, həmin tikilinin layihə-smeta sənədlərinin rayon icra hakimiyyətinin memarlıq şöbəsi ilə razılışdırılması, başqa sözlə, tikintiyə icazə alınaraq inşa edilməli idi. Lakin iş üzrə tədqiq olunan sübutlardan göründüyü kimi, tikilinin eskiz layihəsi tikili sahibinin sifarişinə əsasən Xətai rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən təsərrüfat Layihə-Smeta Bürosu tərəfindən tərtib olunsa da, İcra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən razılaşdırılmamış, tikintiyə icazə sənədi alınmamışdır. Belə olan halda, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlardan göründüyü kimi, iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianın rədd edilməsi barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. MPM-in 385.1-ci maddəsinin tələbinə görə isə belə prosessual pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarına uyğun çıxarılmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-573/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən «xxxxxx» ASCyə məxsus diametri 500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin mühafizə zonasında yerləşən cavabdeh X5 məxsus olan özbaşına inşa edilmiş tikilinin (Alov restoranı) əvəzi ödənilmədən sökülməsi və həmin qurğuların mühafizə zonasının boşaldılması, iddianın verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və MPM-in 117.1-ci maddəsinə müvafiq olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatının 100 manat məbləğində dəyəri, ekspertizanın keçirilməsini xahiş etmiş iddiaçı tərəfə aid edilməklə ondan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “xxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-573/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. «xxxxxx» ASC-nin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən keçən «xxxxxx» ASC-yə məxsus diametri 500 mm olan yağış kollektorunun və diametri 300 mm olan magistral su kəmərinin mühafizə zonasında yerləşən cavabdeh X5 məxsus özbaşına tikili (Alov restoranı) əvəzi ödənilmədən sökülsün və həmin qurğuların mühafizə zonası boşaldılsın. İddianın verilməsinə görə «xxxxxx» ASC tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdeh X3 tutulsun. İş üzrə ekspertiza tədqiqatının 100 manat məbləğində dəyəri iddiaçı «xxxxxx» ASCyə aid edilərək ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-318/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-318/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver