Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-328/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə (MTK), Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilələrin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, iddiaçı ləğv prosesində olan Nümayəndə1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı, Cavabdeh1 Mənzi-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “protokoldan çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3727/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə Cavabdeh2 arasındakı razılaşmaya əsasən sonuncu Cavabdeh1 MTK ilə müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış obyektini İddiaçı satmışdır.
2. İddiaçı Cavabdeh1 MTK-dan 05 noyabr 2021-ci il tarixli Protokol əsasında sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) əldə etmişdir.
3. Obyekt əldə edilərkən, cavabdeh 1 ay müddətinə ərazini tam boşaltmalı olduğu halda ərazidə bəzi inventarlar qalmışdır. Ərazidə digər şəxslərə məxsus əşyalar olduğundan, obyektin əldə edilməsindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq, İddiaçı hal hazırda əmlak üzərində istifadə hüquqlarını tam yerinə yetirə və əmlak üzərində sahiblik hüququndan tam istifadə edə bilmir.
4. Cavabdeh2 ilə Nümayəndə1 ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 08 iyul 2002-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 20 aprel 2005-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında ATRA MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı lizinq obyektlərinin lizinq alanın mülkiyyət hüququ olduğu halda alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilməsini əsassız hesab edir və İddiaçı əmlaklar üzərində hüquqlarının etibarsız əqd əsasında həyata keçirildiyini və daşınmaz əmlaka hüquqlarının əsassızlığını mübahisələndirir. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə (471 kv.m) ərazisində olan ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və digər şəxslərə məxsus olan əşyaların Cavabdeh1 MTK tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MTK-dan 05 noyabr 2021-ci il tarixli Protokol əsasında sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) əldə etmişdir. Obyekt əldə edilərkən, cavabdeh 1 ay müddətinə ərazini tam boşaltmalı olduğu halda ərazidə bəzi inventarlar qalmışdır. Ərazidə digər şəxslərə məxsus əşyalar olduğundan, obyektin əldə edilməsindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq, İddiaçı hal hazırda əmlak üzərində istifadə hüquqlarını tam yerinə yetirə və əmlak üzərində sahiblik hüququndan tam istifadə edə bilmir. İddiaçı ilə Cavabdeh2 arasındakı razılaşmaya əsasən sonuncu Cavabdeh1 MTK ilə müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış obyektini İddiaçı satmışdır. Lakin, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış obyektinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və bununla da Cavabdeh2 tərəfindən tərəflər arasındakı razılaşmanın şərtlərinin icrası qeyri-mümkün olmuşdur. Belə qeyri-müəyyənliyin aradan qaldırılması üçün tərəflər həmin qeyri-yaşayış obyekti üzərində Cavabdeh2 məxsus olan Cavabdeh1 MTK-dakı pay hüquqlarının İddiaçı adına rəsmiləşdirmək yolu ilə həll edilməsi barədə razılığa gəldikdən sonra, Cavabdeh1 MTK-nın da buna razılığı alınmışdır. Bundan sonra, Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli ərizə ilə Cavabdeh1 MTK-ya müraciət edərək, yuxarıda adı çəkilən qeyri-yaşayış obyekti üzərində hüquqlarından İddiaçı xeyrinə imtina etməklə, sonuncunun MTK-ya payçı kimi qəbul edilməsini xahiş etmişdir. Müvafiq olaraq da, İddiaçı 04 noyabr 2021-ci il tarixli ərizə ilə Cavabdeh1 MTK-ya müraciət edərək, MTK-ya üzv qəbul edilməsini, qeyri-yaşayış obyektinin onun adına rəsmiləşdirməklə əmlakın ona verilməsini xahiş etmişdir. Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 05 noyabr 2021-ci il tarixli 06 saylı qərarı ilə pay haqqı tam ödənilmiş kooperariv üzvü Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli ərizəsi əsasında o, kooperativdəki üzvlükdən azad edilmiş, qeyri-yaşayış obyektinin üzərində pay hüququna əsaslanan üzvlük hüquqlarının İddiaçı verilməklə, sonuncuya gələcəkdə qeydiyyat sənədinin verilməsi üçün əsas olan “protokoldan çıxarış” və “maliyyə arayışı”nın verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra isə, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş həmin bina müvafiq dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir və İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, əmlakın öz adına rəsmiləşdirilməsini yekunlaşdılırmışdır. Pay hüquqlarının İddiaçı adına rəmiləşdirilməsi başlanan zaman, Cavabdeh1 MTK-nın rəhbərliyi, payın, müvafiq olaraq da qeyri-yaşayış obyektinin Cavabdeh2 Cavabdeh1 MTK-ya verilməsi prosesini başa çatdırmalı, daha sonra isə İddiaçı adına rəsmiləşdirilməli və əmlakın faktiki təhvil verilməsi prosesi baş verməli idi. İddiaçı tərəfindən əmlak adına rəsmiləşdirmə işi başa çatdıqdan sonra, həmin obyektın tam istifadə edə bilmədiyi müəyyən edillmişdir. Belə ki, obyektin ərazisində çoxlu sayda mebel və avadanlıqların olduğu və həmin əmlakların çıxarılmadığı müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh2 irad bildirildikdə, sonuncu əmlakın Cavabdeh1 MTK-ya təhvil verildiyindən, buna MTK-nın cavabdeh olduğunu bildirmişdir. Cavabdeh1 MTK tərəfindən isə öz növbəsində, həmin əmlakların ləğv prosesində olan Nümayəndə1 ASC-yə məxsus olmasını bildirmişlər. Bundan sonra, İddiaçı tərəfindən Nümayəndə1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna 10 may 2022-ci il tarixli məktubla müraciət edərək, əmlakın boşaldılmasını xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciət təmin edilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Nümayəndə1 ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 08 iyul 2002-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 20 aprel 2005-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında ATRA MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. Hər iki müqavilənin 14.1-ci maddəsində aşağıdakı müddəa qeyd edilmişdir: “Bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq verənin lizinq alana qarşı digər pul tələbləri vaxtlı-vaxtında tamamən ödəndikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Lizinq Müqavilələri üzrə ödənilməsi nəzərdə tutulmuş dövri lizinq ödənişləri ödənilmişdir. Belə ki, ümümi ödənilməli olan vəsait lizinq alan tərəfindən lizinq verənin Nümayəndə1 ASC-dəki hesabına köçürülmüşdür. Daha sonra Lizinq Müqavilələrinin şərtləri nəzərə alınmaqla 12 oktyabr 2005-ci il və 29 dekabr 2005-ci il tarixlərində ümumi dəyəri 860508 manat (1-ci mərtəbə), 30 iyun 2006-cı il tarixdə isə ümumi dəyəri ******* manat (2-ci mərtəbə) olan lizinq obyektləri lizinq alanın balansına əsas vəsait kimi götürülüb. Lakin Cavabdeh1 MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq isitifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və buna görədə lizinq obyektləri lizinq alanın balansına əsas vəsait kimi götürülsə də, Bank tərəfindən əmlakın rəsmləşdirilməsi yekunlaşdırılmamışdır. Həmçinin qanunvericiliklə lizinq hüquqlarının dövlət reyestrində qeydiyyatını aparmaq üçün ilk növbədə lizinq obyektlərinin yerləşdiyi və satıcı tərəfindən inşa edilmiş binanın (kompleksinin) istismarına icazə verilməsi və müvafiq tikintilər reyestrinə daxil edilməsi tələb olunduğundan, məhz bu səbəbdən lizinq müqavilələri bağlandığı an lizinqin qeydiyyatı mümkün olmamışdır. Lizinq alanın lizinq müqavilələri üzrə öhdəlikləri tam icra olunacağı təqdirdə, onun qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaq hüququ yaranır. Müvafiq olaraq, lizinq alan Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi məqsədilə qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirməlidir. Lizinq obyektlərinin lizinq alanın mülkiyyətinə rəsmiləşdirilməsi, eləcə də əmanətçilər və sair kreditorlar qarşısında öhdəliklərin icra etmək məqsədi ilə özgəninkiləşdirilməsi üçün hüquqi əsası mövcudur. Lizinq obyektlərinin lizinq alanın mülkiyyət hüququ olduğu halda alqı-satqı müqaviləsi əsasında üçünçü bir şəxsin (İddiaçı ) mülkiyyətinə verilməsi əsassızdır. İddiaçı əmlaklar üzərində hüquqları etibarsız əqd əsasında həyata keçirildiyindən daşınmaz əmlaka hüquqları əsassızdır. Cavabdeh1 MTK-dakı payların İddiaçı keçməsi qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməmişdir. Digər tərəfdən həmin qeyri-yaşayış sahələri Nümayəndə1 ASC-nin fəaliyyəti dövründə bankın baş ofisi olmuşdur. Ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququndan irəli gələrək əmlakların boşaldılması barədə iddanın hüququ əsası yoxdur.
9. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və ləğv prosesində olan Nümayəndə1 ASC arasında bağlanmış və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) lizinqə verilməsi barədə bağlanmış 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz etirazını daşınmaz əmlakın ilkin sahibliyinin və lizinq müqavilələrindən irəli gələn hüquqlarının Nümayəndə1 ASC-yə aid olması baxımından İddiaçı əmlaklar üzərində hüquqlarını etibarsız əqd əsasında həyata keçirildiyini və müvafiq olaraq da daşınmaz əmlaka hüquqlarının əsassız olması ilə əsaslandırmışdır. Etirazda həmçinin, Cavabdeh1 MTK-dakı payların İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməməsini, həmin qeyri-yaşayış sahələrinin Nümayəndə1 ASCnin fəaliyyəti dövründə bankın baş ofisi olduğunu, ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququmuzdan irəli gələrək əmlakların boşaldılması barədə iddianın hüquqi əsasının olmamasını göstərmişdir. Etirazla birlikdə təqdim edilmiş 08 iyul 2002-ci il tarixli 1 nömrəli Lizinq müaviləsinə əsasən lizinq verən Cavabdeh2 lizinq alan Nümayəndə1 ASC-yə (idarə heyəti sədri qismində yenə Cavabdeh2 imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 380-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 315,4 kv.m zirzəmi və 408.6 kv.m 1-ci mərtəbədə yerləşən 742 kv.m ümumi sahəli daşınmaz əmlakı 12 il 2 ay (146 ay) müddətinə **********0 AZM (11046075,49 AZN) məbləğində lizinq ödənişi etmək qarşılığında lizinqə verir. Etirazla birlikdə təqdim edilmiş 20 aprel 2005-ci il tarixli 2 nömrəli Lizinq müaviləsinə əsasən lizinq verən X4 lizinq alan Cavabdeh1 SKB ASC-yə (idarə heyəti sədri qismində yenə Nədiyev E.N. imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 77-də (380-cı məhəllə) Cavabdeh1 MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 2-ci mərtəbəsində olan 471 kv.m ümumi sahəli daşınmaz əmlakı 9 il 6 ay (114 ay) müddətinə 107599542,342 AZM (21398408,47 AZN) məbləğində Lizinq ödənişi etmək qarşılığında Lizinqə verir; Obyektin yerləşdiyi binanı tikən, onun üzərində sərəncam verən Cavabdeh1 MTK və Lizinq alan qismində iştirak edən Cavabdeh1 SKB ASC-nin əsas payçısı və səhmdarı X7 olmaqla hazırkı müqavilədə də hər iki tərəfdən iştirak edir; Hər 2 müqavilənin 1 saylı əlavələrinə görə Lizinq obyekti daşınmaz əmlak olaraq qeyri-yaşayış sahəsindən ibarətdir; 1 nömrəli müqavilə 08 iyul 2022-ci il tarixində bağlandığı göstərilsə də müqaviləyə 1 saylı əlavəyə əsasən Lizinq ödənişlərinin 08 yanvar 2002-ci tarixindən aparılmalı olduğu qeyd edilir; Hər 2 müqavilənin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir; Hər 2 müqavilənin 14.1-ci bəndinə əsasən lizinq ödənişləri tam icra edildiyi halda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir; Hər 2 lizinq müqaviləsi üzrə lizinq ödənişləri tam icra edilməmişdir; Müqavilələrdən heç biri notariat qaydasında təsdiq edilməmişdir; Müqavilələrdən heç biri üzrə lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır; Lizinq obyekti lizinq alanın balansında əks olunmamışdır; Lizinq obyekti ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməmişdir. Həmin lizinq müqavilələri aşağıda göstərilənlərə əsasən etibarsızdır. Belə ki, müqavilələr üzrə lizinq obyektinin lizinq məqsədləri üçün alınmasının müəyyən edilməməsi, lizinq verən fiziki şəxsin lizinq müqaviləsi üzrə lizinq verən qismində iştirak etmək hüququnun olmaması, lizinq obyektinin daşınmaz əmlak olaraq qeydiyyatdan keçmədiyindən müqavilə predmeti lizinq obyekti ola bilməməsi, lizinq müqaviləsi üzrə hüquqların qeydiyyata alınmaması, lizinq ödənişlərinin tam icra edilməməsi və lizinq ödənişlərinin icrasının başlanma tarixinin müqavilənin bağlanma tarixindən əvvələ göstərilməsi, lizinq obyektinin lizinq verənin balansında əks olunmaması və ləğvetmə zamanı aktivlər siyahısına əlavə edilməməsi göstərilən müqavilənin formal, uydurma olduğunu sübut etməklə, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsasdır. Bundan başqa lizinq müqaviləsi üzrə lizinq alan və lizinq verən tərəf eyni şəxsdir. Yəni, Cavabdeh2 müqavilədə fiziki şəxs kimi lizinq verən və həmçinin, sahib olduğu bankın idarə heyəti sədri kimi lizinq alan qismində iştirak edir. Bununla belə, lizinq obyekti nə balans əmlak kimi əks edilmiş, nə də ləğv prosesində olan bankın aktivləri kimi siyahıya salınmamışdır. Cavabdeh2lə məhkəmədən kənar danışıq zamanı bildirmişdir ki, hazırki lizinq müqavilələrinin bağlanmasina səbəb, əldə edilən lizinq ödənişlərinin nizmnamə kapitalının artırılmasına yönəltmək olmuş, həmin vəsait həqiqətən bankın nizmnamə kapitalına qoyularaq, bankın dövriyyəsinə yönəldimişdir. Lakin, Mərkəzi Bank tərəfindən aparılmış yoxlama nəticəsində göstərilən nizamnamə kapitalının artırılması sxeminin qanunvericiliyin tələblərinə uyğun olmaması əsas götürülməklə bankın ləğvinə qərar verilmişdir. Başqa sözlə, lizinq müqavilələri əsl hüquqi nəticə yaratmaq niyyəti ilə bağlanmamış, pərdələnmiş əqd olmuşdur. Müqavilənin hər iki tərəfindən eyni şəxsin iştirak etməsi və daşınmaz əmlakın qeydiyyatı olmadan müqavilə predmeti olması isə lizinq müqaviləsi üzrə hüquqi nəticənin yaratmaq qabiliyyəti olmadığını sübut edir. Bankın lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv edilməsinin səbəblərindən biri də elə həmin lizinq müqavilələrinin nəzərə alınmaması olmuşdur. Bundan başqa, iş materiallarında olan lizinq müqavilələrinin surətlərindən onların notariat qaydasında təsdiqlənməsi müəyyən edilməməklə, həmin lizinq müqavilərindən göründüyü kimi, sözdə “lizinq” adlanan müqavilənin predmetini təşkil edən əmlakların heç biri daşınmaz əmlak kimi qeydiyyata alınmamış, reyestrə daxil edilməmişdir. Həmçinin lizinq müqaviləsi üzrə müəyyən edilən hüquqlar da qeydiyyata alınmamışdır. Yəni, lizinq müqaviləsinin predmetini təşkil edən əmlak rəsmi reyestrdə qeydiyyata alınmadığından lizinq müqaviləsinin predmeti ola bilməzdi və müqavilə müvafiq qaydada təsdiq edilmədiyindən və reysterdə qeydiyyata alınmadığından istifadə və sahiblik hüquqlarının lizinq müqaviləsi üzrə verilməsi üçün əsas ola bilməzdi. Beləliklə, lizinq müqavilələri üzrə lizinq obyektini daşınmaz əşya təşkil etdiyini də nəzərə alaraq, həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına əsasən müəyyən edilir ki, lizinq müqaviləsi üçün tələb edilən subyekt tərkibi mövcud deyil, belə ki, müqavilə üzrə tərəflər qanunvericiliyin tələbləri üzrə lizinq müqaviləsinin subyekti ola bilməzdilər, lizinq müqaviləsi üçün tələb edilən predmet tərkibi mövcud deyil, belə ki, daşınmaz əmlak yalnız rəsmi qeydiyyata alındıqdan sonra lizinq müqaviləsinin predmeti ola bilərdi və lizinq predmetinin də yenidən lizinq üzrə yüklülüyü həyata keçirilməli idi, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq ödənişləri tam və vaxtında icra edilmədiyindən lizinq alanın əmlaka mülkiyyət hüququnun tələb etmək hüququnu itirmişdir. Eyni zamanda, müqavilə tərəflərinin eyni şəxs olması ilə, başqa münasibətləri pərdələmək və əsl məqsəd olmadan görüntü üçün bağlandığından lizinq müqavilələrinin formal - uydurma əqd anlayışının təsiri altına düşdüyü də müəyyən olunur.
11. Bundan sonra Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-dakı pay hüququnun tanınması, Cavabdeh1 MTK-nin ümumi yığıncağının 05 noyabr 2011-ci il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında əldə edilmiş İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi ilkin iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3727/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə ilkin iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 X5 arasında bağlanmış 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli, 2 nömrəli lizinq müqavilələri etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması və Ləğv prosesində olan Nümayəndə1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı, Cavabdeh1nə və Cavabdeh2 qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 146, 146.3, 386.1, 337.1, 337.2, 337.3 və 747-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İlk iddia tələbi üzrə cavabdeh Ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3727/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) İlk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri
16. Ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı kəsici müddətlərə diqqət yetirməmişdir. Məhkəmə hazırkı işə qeyri-obyektiv, iddiaçı tərəfinə qarşı qərəzli, ədalətsiz baxması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisə predmeti olan daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququnun alındığından və tələblər həmin əmlakla bağlı olduğundan sonuncunun lizinq müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğunu qeyd etsə də, bu hüququn hansı əsaslarla, nəyə əsasən, nə vaxt yarandığını aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçının əsassız mülahizələrinə əsasən lizinq müqavilələrinin etibarsız hesab edən məhkəmə Mülki Məcəllənin 337.5 və 354.1-ci maddələrinn tələblərini də pozmuşdur. Belə ki, müqavilələr etibarsız hesab edilən zaman məhkəmə nədənsə etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması məsələsinin həll edilməsinə zərurət görməmişdir. İşə baxan birinci instansiya məhkəməsinin ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsində istifadə etdiyi əsas dəlillərdən biri də mübahisə predmeti olan müqavilələr notarial qaydada təsdiq edilməmiş, lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamış, lizinq obyektinin lizinq verənin mülkiyyətində olmasına dair hər hansı bir sənəd işə əlavə edilməmişdir. Buna dair həm etirazda, həm də qarşılıqlı iddiada izah verilmişdir. Həmçinin lizinq müqavilələrinin şərtləri nəzərə alınmaqla xx.xx.2005-ci il və xx.xx.2005-ci il tarixlərində ümumi dəyəri 860508 manat və xx.xx.2006-cı il tarixində isə ümumi dəyəri ******* manat olan lizinq obyektləri üzrə lizinq alanın balansına əsas vəsait kimi götürülmüşdür. Eyni zamanda lizinq obyektlərin dəyəri lizinqverənin Nümayəndə1 ASC-də hesablarına köçürülmüşdür. Bundan əlavə məhkəmə lizinqverənin lizinq obyektləri üzərində mülkiyyət hüququnun yaranma əsasını təsdiq edən hər hansı bir sənədin olmaması kimi dəlili əsassızdır. İş materialları ilə sübut olunur ki, lizinq verən Cavabdeh2 lizinq obyektləri üzərində pay hüququna malik olmuşdur. Lakin lizinq obyektlərinin yerləşdiyi yaşayış binası istismara qəbul edilmədiyindən həmin vaxt mülkiyyət hüququnu təsdiq edən çıxarış alına bilməmişdir. Əlavə olaraq lizinq müqavilələrinin əslinin təqdim edilməməsi ilə bağlı dəlil də əsassızdır. Çünki bank ləğv edilən zaman həmin müqavilələrin əsli ləvğediciyə təhvil verilməmişdir. Lizinq obyektinin lizinq alanın balansında olmasının faktının təsdiqi kimi Cavabdeh2 məhkəməyə ünvanlamış ərizəsində Nizamnamə Kapitalının artırılması üçün həmin əmlakların Banka lizinqə verilməklə bankın balansına daxil edilməsi və nizamnamə kapitalına əlavə edilməsi qeyd olunmuşdur. b) Apelyasiya şikayətlərinə qarşı etirazların dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının iddia tələbi irəli sürməsi üçün subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalı idi. Cavabdeh2 ilə Atra Bank ASC arasına 1 və 2 nömrəli lizinq müqavilələri olmuşdur. Həmçinin ləğvediciyə lizinq müqaviləsinin əsli təqdim edilməmişdir. Müqavilənin surəti, çıxarışlar, ödənişlərə dair sənədlər təqdim edilmişdir. Bina Atra MTK tərəfindən tikilib, vətəndaşlar yaşadığı halda dövlət qurumları tərəfindən istifadəyə və istismara verilmədiyinə görə çıxarış alına bilinməmişdir. Daha sonra İddiaçı hansı əsaslarla çıxarış alması məlum deyil. Əlavə olaraq lizinq müqavilələrinin surətinin iş materiallarına təqdim edildiyi, lakin əsillərini təqdim edə bilmədiklərini bildirdi. Bunun səbəbi isə bankın ləğv prosesində olması, köçürülmə proseslərində yerdəyişmə zamanı müvafiq sənədlər itmiş olma ehtimalı ola bilər. Əsilləri olmasaydı surətləri təqdim edilə bilməzdi.
19. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının subyektiv hüququ hüquqi varislikdən irəli gəlir. İddia ərizəsinə etirazdan görünür ki, Cavabdeh2 Atra MTK rəhbəri kimi balansa özü götürmüşdür. Bankın bağlanma səbəbi kimi kapital çatışmazlığı olmuşdur. Mərkəzi Bank tərəfindən aparılan yoxlamalar zamanı müəyyən olunmuşdur ki, pul vəsaiti bank daxilində bir hesabdan digər hesaba keçirilmişdir. Bu səbəbdən lizinq müqaviləsinin əsli məhkəməyə təqdim edilə bilmir. X15 tərəfindən yoxlamalar aparılan zaman lizinq müqaviləsi ləğv edilmişdir. Lizinq müqaviləsi bağlanan zaman əsas şərt əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Daşınmaz əmlak qeydiyyata alınmış olsa idi belə, lizinq hüquqları qeydiyyata alınmamışdır. İzahatda o da qeyd olunmuşdur ki, lizinq müqaviləsindən iddiaçının məhkəmə prosesləri zamanı xəbəri olmuşdur. Lizinq müqaviləsinin əsillərini də məhkəməyə təqdim edə bilmir qarşı tərəf. Müqavilə bağlandığı andan etibarsız hesab edilməli idi. Çünki, Cavabdeh2 özü həm lizinq alan həm lizinq verən qismində çıxış etmişdir. Həmçinin lizin müqaviləsi bağlanan zaman əmlak hələ mövcud deyildi, bina hələ tikilirdi. Bundan əlavə olaraq, tərəflər arasında bağlanılmış hər 2 müqavilənin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir. Hər 2 müqavilənin 14.1-ci bəndinə əsasən lizinq ödənişləri tam icra edildiyi halda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Hər iki lizinq müqavilələri üzrə lizinq ödənişləri tam icra edilməmişdir. Müqavilələrdən heç biri notariat qaydasında təsdiq edilməmişdir. Müqavilələrdən heç biri üzrə lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır. Lizinq obyekti lizinq alanın balansında əks olunmamışdır. Lizinq obyekti ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməmişdir. Qanunun şərtlərinə tamamilə zidd müqavilələr bağlanmışdır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilk və qarşılıqlı iddia tələbləri üzrə digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
22. Mülki Məcəllənin 146-cı maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər.
23. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
24. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
26. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır;
27. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. 38.Müqavilə bağlandığı vaxt qüvvədə olan “Banklar haqqında” Azərbaycan Respulikası Qanununun banka aidiyyəti olan şəxslər- bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır.
41. Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 06 saylı, 05 noyabr 2021-ci il tarixli protokolundan çıxarışların surətindən görünür ki, pay haqqını tam ödəmiş kooperativin üzvü Cavabdeh2 öz xahişi ilə kooperativ üzvlüyündən azad edilməsi və payının - ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyriyaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) başqa şəxsə – İddiaçı adına keçirilməsi, ona qeydiyyat sənədinin və maliyyə arayışının verilməsinin təmin olunması qərara alınmışdır.
42. 07 dekabr 2021-ci il tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, sahələri müvafiq olaraq 723,5 və 435,1 kv.m təşkil edən qeyri – yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.
43. 08 iyul 2002-ci il tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqaviləyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 724 kv.m olan zirzəmi və 1-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana - "xxxx" X3 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər.
44. 20 aprel 2005-ci il tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqaviləyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 471 kv.m olan 2-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana – Cavabdeh1 X3 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər.
45. Beləliklə, işin hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh2 arasındakı razılaşmaya əsasən sonuncu Cavabdeh1 MTK ilə müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış obyektini İddiaçı satmışdır. İddiaçı Cavabdeh1 MTK-dan 05 noyabr 2021-ci il tarixli Protokol əsasında sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) əldə etmişdir. Obyekt əldə edilərkən, cavabdeh 1 ay müddətinə ərazini tam boşaltmalı olduğu halda ərazidə bəzi inventarlar qalmışdır. Ərazidə digər şəxslərə məxsus əşyalar olduğundan, obyektin əldə edilməsindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq, İddiaçı hal hazırda əmlak üzərində istifadə hüquqlarını tam yerinə yetirə və əmlak üzərində sahiblik hüququndan tam istifadə edə bilmir. Cavabdeh2 ilə Nümayəndə1 ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 08 iyul 2002-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 20 aprel 2005-ci il tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında ATRA MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçı lizinq obyektlərinin lizinq alanın mülkiyyət hüququ olduğu halda alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilməsini əsassız hesab edir və İddiaçı əmlaklar üzərində hüquqlarının etibarsız əqd əsasında həyata keçirildiyini və daşınmaz əmlaka hüquqlarının əsassızlığını və həmin hüquqların qeydiyyata alınmasına əsas olmuş prokoldan çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın ləğvini mübahisələndirmişdir.
46. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, 08 iyul 2002-ci il tarixli, 1 nömrəli və 20 aprel 2005-ci il tarixli 2 nömrəli lizinq müqavilələrinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqdlərin bağlandığı andan etibarsız olması nəzərə alınmaqla Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının rədd olunması və ilkin iddianın Cavabdeh1 MTK tərəfindən İddiaçı məxsus qeyri – yaşayış sahəsinin boşaldılması hissəsində hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi (əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.) təşkil etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Apellyator (ilkin iddia üzrə cavabdeh) apellyasiya şikayətində ilkin dəlil kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MMin 354.1-ci maddəsinin tələblərinin pozulduğunu və məhkəmənin həmin normada nəzərdə tutulmuş kəsici müddəti nəzərə almadığını bildirmişdir.
49. Digər ikinci dəlil isə 2 hissədən ibarət olduğundan və həmin dəlilin ikinci hissəsi birinci dəlil ilə səbəbli əlaqə təşkil etdiyindən məhkəmə kollegiyası hər iki dəlilə bir yerdə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, apellyatorun ikinci dəlilinin 2-ci hissəsində məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əqdin əhəmiyyətziliyi hesab edilən zaman MM-in 337.5-ci tələbləri nəzərə alınmadığını qeyd etmişdir.
50. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətini verən tərəfin diqqətinə onu çatdırır ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsi müvafiq olaraq əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinməsini nəzərdə tutur. Yəni həmin maddədə göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
51. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsində əqdin etibarsızlığının nəticələrinə dair məhkəmənin Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbini pozması dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır.
52. Belə ki, ki, MM-in 337.5-ci maddəsinin tələblərində qeyd olunan şərtlərin nəzərə alınması üçün ortada əqdin etibarsızlığı nəticəsində əsassız varlanma halı mövcud olmalı və nəticədə tərəflər etibarsız əqd əsasında əldə etdiklərini geri qaytarmış olsun. Yəni istinad edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
53. Halbuki Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaya etirazında lizinq müqavilələrinin hər iki tərəfi özü olduğunu, formal əsaslarla müqaviləni bağladığını bildirmişdir. Həmin lizinq müqaviləsinin predmeti olan əmlaklar da ləğvetmə aktivlərinə daxil edilməmişdir. Göründüyü kimi lizinqverən şəxs həm də banka aidiyyəti şəxs olmuşdur.
54. Beləliklə, Mülki Məcəllənin 337.5-ci maddəsi etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıdığından və hazırkı mübahisə üzrə hər hansı yerinə yetirilməli olan icra hərəkətləri olmadığından və MM 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətin tətbiqinə də zərurət qalmamışdır.
55. Buna görə də birinci instansiya məhkəməsinin mövqeyi həmin hissədə də qanuni və əsaslı olmuşdur.
56. Kollegiya bir məqama da diqqət yetirilməsini zəruri hesab edir.
57. Belə ki, apellyasiya şikayətində ilkin iddia üzrə cavabdehin əsassız hesab etdiyi ən əsas məqamlardan biri də birinci instansiya məhkəməsi tərəfindən lizinq müqavilələrinin etibarsız hesab edilməsi faktıdır. Buna baxmayaraq apellyator həm məhkəmə iclasında verdiyi izahatında, həm də apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.5 və 354.1-ci maddəsinin tələblərinin pozulduğunu və kəsici müddətin tətbiq edilməyini qeyd edir. Apellyatorun belə ziddiyətli mövqe sərgiləməsi onun ortaya qoymuş olduğu dəlilləri təkzib etməsinə, hətta bir növ müqavilənin etibarsızlığının qəbul edilməsinə dəlalət edir.
58. Apellyatorun ikinci dəlilinin ilkin hissəsində iddiaçının subyektiv hüququnun hansı əsaslarla, nəyə əsasən və nə vaxt yarandığı dəlilinə məhkəmə kollegiyası hüquqi qiymət verərək hesab edir ki, həmin dəlil də əsassızdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlaklar üzərində İddiaçı mülkiyyət hüquqları 07 dekabr 2021-ci il tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və buna dair çıxarışılar verilmişdir. Hazırkı mübahisə predmeti də mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklarla bağlı olduğundan ilkin iddia üzrə iddiaçının bu tələbləri irəli sürmək üçün subyektiv hüququ mövcud olmuş və faktın özü də birinci instansiya məhkəməsində işin hallarında da öz əksini tapmışdır.
60. Apellyatorun digər bir dəlili isə birinci instansiya məhkəməsinin qətnaməsində qarşılıqlı iddianın təmin edilməsinin əsası kimi mübahisə predmeti olan müqavilələrin notarial təsdiqli olmaması, lizinq obyekti üzərinə lizinq hüquqlarının qeydiyyata alınmaması və lizinq obyektinin lizinq verənin mülkiyyətində olmasına dair hər hansı sənədin işə əlavə edilməməsi ilə bağlı istinad etdiyi dəlilini əsassız hesab etməsi ilə bağlıdır.
61. Həmin dəlilin əsassız olması kimi isə tərəflər arasında müqavilə olduğunu və müqavilə üzrə ödənişlərin yerinə yetirildiyini və həmin ödənişlərin lizinq verənin Nümayəndə1 ASC-də olan hesabına keçirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyatorun bu dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq vurğulamışdır ki, müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğunu, lakin mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilmədiyini və həmin dövrdə əmlak üzərində ümumiyyətlə hər hansı bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən başqa bir sənəd mövcud olmamışdır. Eyni zamanda ilkin iddia üzrə cavabdeh belə sənədin mövcudluğuna dair və həmin ödənişlərin məhz hazırkı lizinq müqavilləri üzrə həyata keçirilməsini təsdiq edən hər hansı sübutları da məhkəmə araşdırılması zamanı da təqdim etməmişdir.
62. Bundan başqa lizinq müqaviləsinin notarial qaydada təsdiq olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin MM-nin 146-cı maddəsinə istinad etməklə gəlmiş olduğu nəticə də qanuni və əsaslı olmuşdur.
63. Həmçinin apellyasiya şikayətində lizinq müqavilələri üzrə verilmiş obyektlərin lizinq alanın balansına götürüldüyü və lizinq obyektlərinin dəyərinin lizinq verənin hesabına keçirildiyi bildirilmişdir.
64. Bu dəlillə bağlı isə məhkəmə kollegiyası bildirir ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə lizinq müqavilələrinin formal olaraq bağlandığını, əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədinin bankın nizamnamə kapitalının artırılması olduğunu, lizinq ödənişlərinin kapital artımına yönəldildiyini, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq əmlakı və müqavilələrin balans göstəricilərindən çıxarıldığını, həmin əmlakların ləğvetmə aktivləri siyahısına daxil edilmədiyini, məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 28 yanvar 2016-cı il tarixdə Nümayəndə1 ASC-nin bağlanması barədə qərar qəbul edildiyini bildirmişdir.
65. Lakin, Cavabdeh2 ərizəsində qeyd olunan xüsusatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirilərkən lizinq müqaviləsinin əsli, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübutlar işin halları araşdırılan zaman birinci instansiya məhkəməsində təqdim olunmadığı halda, apellyator yenidən öz təsdiqini tapmayan halları apellyasiya şikayətində dəlil kimi göstərməklə mübahisələndirməsi özü özlüyündə qanunsuz və əsassızdır. 66.Eyni zamanda apellyator lizinq müqavilələrinin qanuni şəkildə bağlandığını iddia etdiyi halda belə, həmin müqavilələr üzrə ödənişin tam şəkildə edilməsini və məhz bu müqavilə üzrə ödənilməsinə dair hər hansı tutarlı sübut məhkəməyə təqdim etməmişdir.
67. Apellyasiya şikayətinin digər dəlili kimi lizinq verənin lizinq obyekti üzərində pay hüququnun mövcudluğunu mülkiyyət hüququnun olması əsası kimi göstərilmiş və məhkəmə tərəfindən bu halın nəzərə alınmamasını da əsassız hesab etmişdir.
68. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı bir şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olması və onun dövlət tərəfindən müdafiəsinin təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğunu və mülkiyyət hüququnun da həmin tarixdən yarandığını nəzərə almamışdır.
69. Buna görə də binanın istismara qəbul edilməməsi səbəbindən mülkiyyət hüquqlarının qeydiyyata alına bilməsi dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir.
70. Məhkəmə kollegiyası müqavilənin əslinin təqdim edilməməsi ilə bağlı dəlilin əsassız olması və həmin müqavilələrin bank ləğv edilən zaman ləğvediciyə təhvil verilməməsi ilə bağlı ilkin iddia üzrə cavabdehin irəli sürmüş olduğu dəlilini də əsassız hesab edir.
71. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işi araşdıran məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim edilməsi tələb olunsa da sənədlərin əsli məhkəməyə təqdim edilməmişdir.
72. Həmçinin hər iki iddia üzrə cavabdeh özü də iddiaya etirazında həmin müqavilələrin əslinin məhv edildiyini bildirmişdir.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlk iddia tələbi üzrə cavabdeh Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova