Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-331/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Hüseynin sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, X15 qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, Cavabdeh nümayəndələri və vəkilləri Nümayəndə1 və X11, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, birgə fəaliyyətə dair müqaviləyə xitam verilməsi, əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4485/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıldı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İş materiallarında olan 15 dekabr 2010-cu il tarixli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsində 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 51,4 kv.m ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 1 500 000 manat müqabilində X14 tərəfindən Cavabdeh satılmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı ş., Binəqədi rayonu, 7-ci mkr., X18, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsi 2011-ci ildə Cavabdeh adına rəsmiləşdirilmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin: - 1.1-ci bəndinə əsasən tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlirlər. - 2-ci bəndinə əsasən birgə fəaliyyət həyata keçirilməsi məqsədilə “İ tərəf” Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18 küçəsi, 13E ünvanında yerləşən torpaq sahəsini təqdim edir, “İİ tərəf” İddiaçı həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Əmlakın texniki xarakteristikaları: - qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhlükəsizlik və sanitar-gigiyenik normalara cavab verir; - yanğına qarşı müasir avtomatlaşdırılmış su çiləyici kranla təchiz olunub; - əmlakın ətrafyanı sahəsi abadlaşdırılmış və yaşıllaşdırılmış vəziyyətdədir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən **********30-06301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, Cavabdeh ilə onun arasında bağanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək onunla cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51.4 kv.m. ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası X12 mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həmin torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o və onunla birlikdə kommersiya fəaliyyəti ilə məşğul olan X5 birgə kommersiya fəaliyyətindən qazandıqları pul vəsaiti ilə hər ikisinə məxsus olan əmlak kimi almışlar. Belə ki, X5 ilə iddiaçı 2002-ci ildən başlayaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Rusiya Federasiyasından müxtəlif taxta, digər tikinti materiallarının alınıb satılması biznes fəaliyyəti ilə əvvəlcədən o, təkbaşına məşğul olmuş, Allahyarov Nurəli onunla birlikdə işləmək istədiyini bildirmişdir. Nurəli Allahyarovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN-i olmadığından işlərin aparılmasına, idarə olunmasına o rəhbərlik edirmiş. Biznesdə olan sərmayənin 60%-i ona, 40%-i isə Nurəliyə məxsus olmuşdur. X2 birgə biznes fəaliyyətinin Cavabdeh heç bir aidiyyətı olmamış, biznes fəaliyyətlərindən əldə edilən gəlirə şərik olmamış, Cavabdeh işsiz olduğundan atasının xahişi ilə işçi kimi işə qəbul etmiş, onunla əmək müqaviləsi bağlamış, 29.04. 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanalarında qeydiyyatda olmadığı üçün və aralarında olan şifahi razılaşmaya əsasən biznes fəaliyyətinə o rəhbərlik etmiş, pul vəsaitlərini, əldə olunmuş gəlirləri o idarə etmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 51.4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasını almağa dair təklif vermiş, Nurəli Allahyarovun razılığını aldıqdan sonra əmlakı almaq məqsədi ilə əmlak üzərində mülkiyyət hüququnun yaranması əsaslarını araşdırmış, əvvəlki mülkiyyətçilərlə bağlanmış alqı-satqı müqavilələrini əldə etmiş, X9 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasını o almış, əmlakın alıcısı kimi Cavabdeh adına alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsinə razılıq vermişdir. Müqavilə və digər səndələr onun tərəfindən Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilmiş və Cavabdeh mülkiyyət hüququ Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Onun və Nurəli Allahyarovun məqsədi köhnə, yararsız tikililəri söküb, onun yerində yeni ictimai-iaşə obyekti-restoran (Şadlıq sarayı) tikmək olmuşdur. Bu məqsədlə də o, Cavabdeh adından Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək 22 aprel 2016-cı il tarixdə 89 saylı sərəncam almışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 22 aprel 2016-cı il tarixli, 89 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda yerləşən qəzalı vəziyyətdə olan və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən xüsusi mülkiyyətdə olan 0,49905 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən layihələndirilməsinə razılıq aldıqdan sonra torpaq sahəsində tikinti işlərinin layihələndirilməsinə, müvafiq icra hakimiyyəti orqanlarından tikintinin aparılmasına razılıqların verilməsi işlərinə başlamışdır. Torpaq sahəsində olan köhnə tikililəri sökdürüb yerində yeni 2 korpusdan ibarət şadlıq sarayı inşa etdirmişdir. Şadlıq sarayının tikinti işlərinin aparılması, ərazinin abadlaşdırılması, binaların təmir etdirilməsi, şadlıq sarayı üçün zəruri inventarların, avadanlıqların, bütün malların alınması onun tərəfindən təmin edilmişdir. Şadlıq sarayı tikilib başa çatdıqdan, fəaliyyətə başladıqdan sonra əvvəlcədən olan razılaşmaya əsasən həmin əmlakın kimin adına mülkiyyət hüququnun rəsmiləşdirilməsindən asılı olmayaraq X2 birgə mülkiyyəti hesab edilmişdir. Şadlıq sarayının bir korpusu tam hazır olduqdan sonra 11 iyul 2018-ci il tarixində “Simfoniya Hall” Şadlıq Sarayının açılış mərasimi keçirilmiş, bir korpus fəaliyyətə başlamış, digər korpusda birinci mərtəbədə yarımçıq qalmış təmir işləri iddiaçı tərəfindən davam etdirilmişdir. Şadlıq sarayı fəaliyyətə başladıqdan sonra oranın işlədilməsinə o nəzarət etmişdir. “Simfoniya Hall” şadlıq sarayı 11 iyul 2018-ci il tarixdə fəaliyyətə başladıqdan sonra toy və şənlik məclisləri keçirilmişdir. Məclislərin keçirilməsinə görə qazandıqları pul vəsaiti onunla Nurəli Allahyarov arasında bərabər bölünməli idi. Şadlıq sarayını birgə işlətməli və şadlıq sarayının fəaliyyətindən əldə olunan gəlir aralarında bərabər surətdə bölünməli idi. Şadlıq sarayı fəaliyyətə başladıqdan bir müddət sonra, 2019-cu ilin iyun ayında həm şadlıq sarayının, həm də ümumi bizneslərinin 6 aylıq hesabatı ilə tanış olarkən iddiaçı görmüşdür ki, Allahyarov Nurəli və ailə üzvləri xərc üçün artıq pul götürmüşlər. Nurəli Allahyarovun ailə üzvləri tərəfindən artıq pul xərcləmələri ilə əlaqədar aralarında narazılıq yaranmışdır. İddiaçı Nurəliyə təklif etmişdir ki, “Şadlıq sarayına” çıxarış alınsın və əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar. Nurəli razılaşmışdır. O, təklif etmişdir ki, Rafiq ona etibarnamə versin, Daşınmaz Əmlakdan çıxarış alsın, əmlakın hər ikisinə məxsus olmasına dair müqavilə bağlasınlar və gəlirin bölünməsinə razılaşsınlar. Nurəli onunla razılaşmış, əmlak üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasının sənədləşdirilməsinin aparılması üçün 12 iyul 2019-cu il tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisində ona etibarnamə vermiş, həm də həmin tarixdə “Birgə fəaliyyətə dair müqavilə” bağlamışlar. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha. əmlak alınarkən və torpaq sahəsində ictimai-iaşə obyekti inşa etdikləri vaxtdan şifahi olaraq razılaşmışlar ki, mülkiyyətin kimin adına sənədləşdirilməsindən asılı olmayaraq həmin əmlaklar hər ikisinin birgə mülkiyyətidir, obyektin fəaliyyətindən əldə olunmuş gəlir onunla X5 arasında bərabər bölünəcəkdir. Aralarında olan şifahi razılaşma 12 iyul 2019-cu il tarixdə müqavilənin yazılı formasında “Birgə fəaliyyətə dair” müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Müqavilənin 7.3-cü bəndi ilə razılığa gəlinmişdir ki, hazırkı müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir. Obyekt fəaliyyətə başladıqdan sonra xərclərin artması və qazanılmış pul vəsaitinin xərclənməsində aralarında narazılıq yaranmışdır. 2019-cu il ərzində Nurəli Allahyarov özü və ailə üzvləri 296.500 manatı, o isə 72.500 manat pulu xərc olaraq götürmüşdür. O, buna etiraz etdikdə Nurəli ailə üzvlərinin işləyib əmək haqqı aldıqlarını, həmin pulun onlara əmək haqqı kimi hesablanmasını bildirmişdir. O, bununla razılaşmamışdır. 2020-ci ilin yanvar ayında təklif etmişdir ki, ayrılsınlar, şadlıq sarayındakı paylarını bölsünlər. Nurəli ona bildirmişdir ki, kimə və neçəyə istəsə satsın və ona 10.000.000 ABŞ dolları pul versin. Fəxrəddin isə 10.000.000 ABŞ dolları istəmədiyini, ona 5.000.000 ABŞ dolları verməyini bildirmişdir. Nurəli onunla razılaşmış və 31 dekabr 2020-ci il tarixədək ona 5.000.000 ABŞ dolları verəcəyini bildirmişdir. Razılığa gəlsələr də pulu ona ödəyib qurtaranadək birgə fəaliyyətlərini davam etdirmişlər. 2020-ci ilin avqust ayında Nurəli heç bir razılaşmasının olmadığını bildirmişdir. Aralarında olan danışıqlar nəticə vermədiyinə görə cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya göndərərək onun tərəfindən çəkilmiş xərclərin ödənilməsini və yaxud aralarında bağlanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə uyğun olaraq müqavilənin ləğv edilməsini, müqaviləyə xitam verilməsini bildirmişdir. Təkrar olaraq 12 mart 2022-ci il tarixdə Cavabdeh ərizə göndərərək müqavilənin ləğv edilməsi və əmlakın aralarında bərabər qaydada bölünməsinə dair təklifini bildirməsini xahiş etmiş, Cavabdeh cavab verməmişdir. 2020-ci ilin avqust, sentyabr aylarından Nurəli Allahyarovun və oğlanlarının onunla mübahisə yaradaraq dalaşmağa cəhdlər etdiklərindən “Simfoniya Hall” Şadlıq Sarayına gedə bilmir, şadlıq sarayının işlədilməsində iştirak edə bilmir, qazanılmış pul vəsaitinin aralarında bölgüsü aparılmır.
6. İddia ərizəsinin dəyişdirilməsi barədə ərizədə qeyd olunmuşdur ki, iddianın əsasını tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə təşkil edir. Həmin müqavilənin 2, 3, 7-ci bəndlərinə istinad olunaraq qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında müqavilə ilə razılaşdırılmış şərtlərə dair mübahisə yaranmış, tərəflər arasında mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməmiş, mübahisənin həlli ilə əlaqədar cavabdehə yazılı qaydada müraciət edilmiş, müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan torpaq sahəsinin və üzərində olan əmlakın qiymətləndirilərək bölünməsi təklif edilmiş, cavabdeh tərəfindən mübahisənin həllinə dair təkliflərə cavab verilməmiş, mübahisənin həlli ilə əlaqədar təklif verilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4485/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara İddiaçı və Cavabdeh ½ hissədə paylarının müəyyən olunması, dövlət rüsumunun əvəzi olaraq 3485 (üç min dörd yüz səksən beş) manat 23 (iyirmi üç) qəpik məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 6.1.5, 6.2, 14.2, 14.2.1, 135.4, 139-1.1, 139-1.1.4, 213.4, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 423.2, 425-ci, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarına, “Mülki Məcəllənin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 14 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına cavabdehin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi, həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) İddiaçının apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda olan bir mərtəbəli qeyri-yaşayış binasını İddiaçı almışdır. Əmlakı satan mülkiyyətçi X14 ilə alqı-satqı üçün danışıqları aparmış, əmlakın dəyərini ödəmişdir. Birgə biznes fəaliyyətində Nurəli Allahyarov ortağı olduğu üçün həmin əmlakı onun oğlu Cavabdeh adına alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Əmlakın Rafiqin adına alınması zamanı Rafiq tərəfindən və atası Nurəli tərəfindən satıcı ilə heç bir danışıq aparılmamış, əmlakın dəyəri onlar tərəfindən ödənilməmişdir. İddiaçı tapşırığı ilə Cavabdeh notariat kontoruna gəlmiş, alqı-satqı müqaviləsini imzalamışdır. Əmlakın dəyərini satıcı X16 Allahyarovla birgə kommersiya fəaliyyətindən qazandığı pul vəsaitindən ödəmişdir. Məhkəmənin tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli müqavilənin məqsədləri üçün təqdim olunmuş əmlakların bölünə bilməyən əmlaklar olmasına dair mövqeyi ilə razı deyil. Məhkəmənin Mülki Məcəllənin 135.4-cü maddəsinə istinad edərək torpaq sahəsi və torpaqla bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyekti olması nəticəsinə gəlməsini əsassız və qanunsuz hesab edir. Mülki iş materialları ilə tam sübuta yetirilmişdir ki, ünvan 4 ünvanda yerləşən 0.4991 ha torpaq sahəsindən bir-birindən ayrı 2 qeyri-yaşayış binası inşa edilmiş və hər 2 qeyri-yaşayış binasının istismarına ayrı-ayrılıqda icazə verilmişdir. 2 qeyri-yaşayış binasının istismarına ayrı-ayrılıqda icazə verilməsi əmlakların vahid əmlak kimi qiymətləndirilməsini istisna edən hal kimi qiymətləndirilməlidir. Binaların hər biri digər binadan ayrı və biri birindən ara məsafəsi olmaqla inşa edilmişdir. Qeyri-yaşayış binalarının bir-birinə bitişik olmaması, bir birindən kifayət qədər ara məsafəsinin olması, hər birinin yerləşdiyi torpaq sahəsi binaların yerləşdiyi ərazilər üzrə binalara uyğun bölünə bilər.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının torpaq sahəsinə və üzərindəki əmlaka mülkiyyət hüququnun tanınması ilə hüquq normasını düzgün müəyyən etməmiş, sadəcə müqavilənin bəndinin mövcudluğu ilə kifayətlənmiş, iddiaçının sübutetmə yükünü öz üzərinə götürmüş, MM-in 213.4-cü maddəsini məqbul hesab etməklə cavabdehin mülkiyyətinə müdaxilə etmiş, cavabdehə məxsus torpaq sahəsinə və üzərindəki tikiliyə öz mülahizələrinə görə ümumi mülkiyyət hüququnun yaranma əsaslarını tətbiq etmişdir. Hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Müqavilənin 1.2.2-ci bəndində qeyd edilənlər iddiaçının torpaq sahəsi və üzərindəki əmlaka ümumi mülkiyyətinin olmasına dəlalət edə bilməz. İddiaçının əsasız olaraq əmlakın alınmasını maliyyələşdirməsi barədə mülahizələri məhkəmə tərəfindən əsas hesab edilmiş və buna görə də həmin torpağa iddiaçı və cavabdeh ½ hissədə payı müəyyən olunmuşdur. İddiaçının qeyd etdiyi xərcləri çəkməsi heç bir sübutla təsdiq olunmamış və məhkəmə tərəfindən də lazımi araşdırmalar həyata keçirilməmişdir. Bu hal qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-699/2022 saylı qətnaməsində də öz təsdiqini tapmışdır. Həmçinin qanunvericiliyə görə alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə ifadələrinin qiymətləndirilməsi zamanı alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlara söykənib torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakı tərəflər arasında bərabər bölmüş, əmlakın ½ hissəsinə mülkiyyət hüququnu tanımışdır. Həmçinin məhkəmə, Ali Məhkəmənin 2-2(102)-726/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(103)-699/2022 nömrəli qətnaməsinin mövqeyini nəzərə almamışdır. Həmin qətnamə ilə eyni tərəflər arasında eyni mübahisəyə qiymət verilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş materiallarında Cavabdeh iddiaçının işçisi olmasına dair sübut əlavə olunmuşdur. Müqavilənin Cavabdeh adına rəsmiləşdirilməsində əsas ondan ibarətdir ki, 2002-ci ildən iddiaçı ilə cavabdehin atası Allahyarov Nurəli arasında birgə biznes fəaliyyəti başlamış, taxta tikinti materialları gətirilməsi ilə məşğul olmuşlar. İddiaçı ilə cavabdehin atası biznesdən əldə olunan gəlirləri ortaq əmlak qismində qəbul etmiş və birgə vəsait hesabına bir neçə əmlak almışlar. Əmlakların hamısı iddiaçının adına rəsmiləşdirilmişdir. Məsələn Alyans tikinti kompleksində 5 mənzil, uşaq bağçası, otel binası və s. Bütün əmlaklar iddiaçının adına olduğuna görə bu sonuncu əmlakı öz adına rəsmiləşdirməmişdir. Mübahisəli əmlakın alqı-satqısı həyata keçiriləndən sonra tərəflər arasında müqavilə bağlanmış, bütün notarius xərclərini, həmçinin dövlət reyestrinə alınması üçün müvafiq inzibati orqana müraciət olunması ilə bağlı xərcləri məhz iddiaçı ödəmişdir. Buna dair bütün sübutlar iddiaçıda olmuş və iş materiallarına əlavə olunmuşdur. Bu əmlakın cavabdehin adına rəsmiləşdirilməsinin yeganə səbəbi cavabdehin atası ilə aralarında olan münasibətlər, qarşılıqlı inam olmuşdur. Pulun bir hissəsini iddiaçı tərəf, digər hissəsini cavabdeh tərəf ödəmişdir. Çünki hər ikisinə məxsus pul vəsaiti olmuşdur. Birgə ümumi əmlak kimi kassada saxlanılmışdır. Həmçinin, tikinti işlərinə çəkilən xərclər də həmin ortaq hesabdan ödənilmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, VÖEN iddiaçının adına olmuş, gəlir və xərclərə dair bütün bank əməliyyatları iddiaçıya məxsus hesabdan aparılmışdır. Tərəflərin birgə biznes fəaliyyəti olmuşdur. 2019-cu ildə tərəflər arasında birgə fəaliyyətə dair müqavilə imzalananda mübahisəli əmlakın 1 korpusu tikilib başa çatdırılmışdı. Həmçinin çəkilmiş xərclərin smetasına dair sənədi iş materiallarına əlavə etmişlər.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin atası Allahyarov Nurəli ilə şərik olmuş, aralarında etibara əsaslan işgüzar münasibətlər qurulmuşdur. Həmçinin, mübahisəli əmlak alınan vaxt onun oğlu çox kiçik olmuş, onun adına rəsmiləşdirə bilməmişlər. Bundan əlavə, onların birgə qazancdan əldə olunan başqa əmlakları da olmuş, əmlakların çoxu onun adına olmuşdur. O cavabdehin atası ilə şərik olmuş, pul vəsaitləri ikisinin qazancı hesabına yığılmış şərikli pul olmuşdur. Əmlaka dair pul vəsaitinin bir qismini Allahyarov Nurəli ödəmişdir, çünki ümumi qazandıqları pul hesabına əldə etmişlər. Mübahisəli əmlak 15 dekabr 2010-cu ildə alındıqdan sonra cavabdehin atası ilə əmlakın kimin adına keçirilməsi ilə bağlı çox təkliflər olmuşdur. 2017-2018-ci illərdə cavabdehin atası təklif etmişdir ki, oğlunun müəyyən yaşı var artıq, onun adına keçirsinlər və ya bir müəssisə yaradaq onun balansına keçirsinlər və s., lakin təkliflərin heç birini edə bilməmişlər. Bundan əlavə, qarşı tərəf 2021-ci ildə müqavilədən xəbərləri olub deyirlər, lakin bu tamamilə yalnışdır. Onların birgə biznes fəaliyyətləri olmuş, əmlaklar birgə qazancdan əldə olunan ümumi vəsait hesabına alınmışdır. Mübahisəli əmlaka dair dövlət reyestrindən çıxarış yoxdur, sadəcə iş materiallarına əlavə olunmuş qiymətləndirmə rəyi vardır.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsi nitqində bəzi məsələləri bir neçə dəfə təkrarlayır. Çıxarışın kimin əlində olması hazırda əhəmiyyətli deyil. Qüvvədə olan AR Ali Məhkəmənin qərarı var. Müqavilənin predmeti tamamilə başqa əsasdır. İddiaçı tərəf əmlakın tikilməsinə dair heç bir sənəd təqdim edə bilməmişdir. Tərəflər arasında birgə fəaliyyətə dair müqavilə podrat müqqaviləsi deyil. Müqavilə üzrə əsas tələb yəni, birgə fəaliyyət həyata keçirilməsi məqsədilə cavabdeh tərəf öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsini təqdim edir və iddiaçı tərəf öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərməyi öz öhdəsinə götürür, öz həllini tapa bilməmişdir. Odur ki, bu əqd baş tutmamışdır. Müdafiə etdiyi tərəfin mövqeyi ondan ibarətdir ki, atası onunla əlaqə saxlayaraq, notariusa getməsini və iddiaçıya bir sıra işlərin görülməsi üçün etibarnamə verməsini bildirmişdir. Tərəf belə bir müqavilənin mövcudluğunu 2021-ci ildə bilmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
21. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.
22. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
23. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.
28. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
29. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
30. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
33. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
34. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
36. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.
38. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
41. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
42. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iddiaçı qətnamənin təmin edilməmiş, cavabdeh isə təmin edilmiş hissəsindən şikayət verdiklərindən qətnamənin qanuniliyini və əsaslılığı tam yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
49. İş materiallarında olan 15 dekabr 2010-cu il tarixli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsində 0,49905 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 51,4 kv.m ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 1 500 000 manat müqabilində X14 tərəfindən Cavabdeh satılmışdır.
50. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsi 2011-ci ildə Cavabdeh adına rəsmiləşdirilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi üçün mötəbər hüquqi əsasın mövcudluğu tələb edilir. Əsasa bağlılıq prinsipi olaraq bilinən bu qaydanın mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin əsasında etibarlı hüquqi əsas dayanmalıdır. Bu tələb, Mülki Məcəllənin 178.1-ci maddəsində “qanunla müəyyənləşdirilmiş əsaslarla” şəklində ifadə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18, 13E küçəsində 0,49905 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsinin 2011-ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyatının əsasında 15 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi dayanmışdır. Mülki Məcəllənin 140-cı maddəsinin açıq göstərişinə əsasən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış müvafiq qeydiyyat, əksi sübut edilənədək, həqiqi hesab edilir (daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası). Deməli, həmin qeydin əsassızlığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Başqa sözlə, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeydin əsasında dayanan alqı-satqı müqaviləsinin etibarsızlığını sübut etməli, əslində, həmin daşınmaz əmlakların (torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin) hissəvi olaraq (çünki İddiaçı həmin əmlakları cavabdehin atası X5 ilə birlikdə aldığını iddia edir) məhz onun tərəfindən əldə edildiyini sübut etməli idi. İş materiallarında iddia edilən bu halları təsdiq edən hər hansı sübut mövcud deyildir.
52. Digər tərəfdən, İddiaçı sübutetmə vəzifəsini daşıması Mülki Məcəllənin 149.2-ci maddəsindən də irəli gəlir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz reyestrdə aparılmış qeydin düzəldilməsi ilə bağlıdır. Bunun üçün iddiaçı yuxarıdakı halları (qeydin əsassızlığını və ləğvi üçün əsasların mövcudluğunu) sübut etməyə borclu idi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Birinci instansiya məhkəməsi iddia tələbini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh mülkiyyət hüququnun ləğv edilməsi hissəsində rədd etməkdə əsaslı nəticəyə gəlmişdir.
53. İddia tələbinin digər hissəsini Cavabdeh ilə İddiaçı arasında bağanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqaviləyə xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədədir.
54. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin: - 1.1. Tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlirlər. - 2. Birgə fəaliyyət həyata keçirilməsi məqsədilə “İ tərəf” Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18 küçəsi, 13 E ünvanında yerləşən torpaq sahəsini təqdim edir, “İİ tərəf” İddiaçı həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Əmlakın texniki xarakteristikaları: - qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhlükəsizlik və sanitar-gigiyenik normalara cavab verir; - yanğına qarşı müasir avtomatlaşdırılmış su çiləyici kranla təchiz olunub; - əmlakın ətrafyanı sahəsi abadlaşdırılmış və yaşıllaşdırılmış vəziyyətdədir. - 2.2.2. Müqavilə qüvvədə olduğu müddət ərzində bütün sanitar-gigiyenik, yanğından mühafizə və təhlükəsizlik qaydalarına riayət edilməsi hər iki tərəfin vəsaiti hesabına təmin olunmalıdır. - 2.2.3. Binanın daimi havalandırma, isti-soyuq su ilə təminatını və mərkəzləşdirilmiş isitmə-soyutma sisteminin işlək vəziyyətdə olmasını, bütün binada cari təmir işlərinin aparılmasını, həmçinin binanın xarici divarlarının təmiz saxlanılması hər iki tərəfin vəsaiti hesabına təmin olunmalıdır. - 2.2.5. Əmlakın daxilini və ona aid ətrafyanı sahəsini təmiz vəziyyətdə saxlanılması hər iki tərəfin vəsaiti hesabına təmin olunmalıdır. - 3. Birgə fəaliyyətdən əldə olunmuş gəlirin bölüşdürülməsi. - 3.1. Hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir Tərəflər arasında bərabər bölüşdürülür. - 4. Müqaviləyə vaxtından əvvəl xitam verilməsi qaydaları. - 4.1. Müqavilə Tərəflərdən birinin könüllü təşəbbüsü ilə də pozula bilər. Bu halda təşəbbüskar Tərəf müqavilənin pozulması barədə 1 (bir) il qabaqcadan digər Tərəfə yazılı surətdə məlumat verir. -5. Müqavilənin qüvvədə olma müddəti. -5.1. Müqavilə imzalandığı gündən etibarən qüvvəyə minir müddətsizdir. - 7. Mübahisələrin həlli qaydaları. - 7.1. Bu müqavilənin icrasından əmələ gələn bütün mübahisə və fikir ayrılılqlarını tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. - 7.2. Mübahisə və fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, onlar qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tənzimlənəcəkdir. - 7.3. Hazırkı müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir.
55. İddia tələbinin “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqaviləyə xitam verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
56. Belə ki, birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi əsası kimi Mülki Məcəllənini müqavilənin ləğvinə dair müddəalarına, eləcə də tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 3.1-ci bəndinin pozulmasına istinad edərək, əsas olaraq cavabdehin izahatını və iş materiallarına gəlirlərin bölüşdürülməsi barədə sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır.
57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı tələbi ilə qeydin ləğvi tələbi arasında ziddiyyət vardır. Belə ki, iddiaçı, bir tərəfdən, 0,49905 ha torpaq sahəsinin (ən azı, ½ hissəsinin) ona məxsus olduğunu iddia edir; digər tərəfdən isə, “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqaviləyə istinad edərək həmin torpaq sahəsinin birgə fəaliyyət məqsədilə cavabdeh tərəfindən təqdim edildiyini, iddiaçının isə, onun üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa etdiyini bildirir. Belə aydın olur ki, iddiaçının bu hissədə bölünmə tələbinin əsasında, torpaq sahəsinin hissəvi olaraq ona məxsusluğu barədə dəlili deyil, tam şəkildə cavabdehə məxsus olan torpaq sahəsində birgə fəaliyyət çərçivəsində inşa etdiyi qeyri-yaşayış sahələrinə çəkdiyini iddia etdiyi xərclərin qarşılanmalı olması barədə mövqeyi dayanır. Təsadüfi deyildir ki, iddiaçının istinad etdiyi “Birgə fəaliyyət müqaviləsi”ndə də torpaq sahəsinin hissəvi olaraq iddiaçıya məxsus olduğuna dair hər hansı qeyd yoxdur.
58. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 iyul 2019-cu il tarixli müqavilə bağlanan anda müqavilədə göstərilmiş daşınmaz əmlaklar artıq inşa edilmişdi. Dolayısı ilə, torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşası məqsədilə sonuncuya təhvil verildiyinə dair əldə edilmiş razılığın həqiqəti əks etdirmədiyi ortaya çıxır. Eyni zamanda, Cavabdeh ümumiyyətlə iddiaçı ilə qeyd edilən əmlak üzrə hər hansı birgə fəaliyyəti (ortaqlığı) inkar edir.
59. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən iddiaçının əhəmiyyətli pozuntu əsası ilə müqavilənin ləğvini tələb edə bilməsi üçün ən azı iki şərt məcmu halda mövcud olmalı idi: cavabdeh müqavilə öhdəliklərini pozması və bunun nəticəsində iddiaçının müqavilə bağlanarkən haqqı çatanlardan xeyli dərəcədə məhrum olması. İş materiallarında bu şərtlərin mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. Əksinə, müqavilə bağlanan anda qeyri-yaşayış sahələrinin artıq hazır olması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə, iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olması əsası ilə tərəflər arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqaviləyə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuş və həmin hissədə də iddia tələbi təmin edilməməlidir.
60. İddia tələbinin digər hissəsi olan torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək tərəflər arasında bərabər bölünməsi, əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasıdır.
61. Məlum olduğu kimi, iki və ya daha çox şəxsin hər hansı əşya üzərində ümumi mülkiyyət hüququ birgə və ya paylı mülkiyyət formasında ola bilər. Ümumi qayda ondan ibarətdir ki, ümumi mülkiyyət paylı mülkiyyət formasında mövcud olur, birgə mülkiyyət isə, yalnız qanunda nəzərdə tutulmuş hallarda (məsələn, ər-arvadın birgə mülkiyyətində olduğu kimi) meydana gəlir. İddiaçı paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən iddiaçının belə bir hüququnun varlığından danışa bilmək üçün əşyanın onun və cavabdehin paylı mülkiyyətinə daxil olması tələb edilir. İddiaçı bu hissədə tələbini onunla əsaslandırır ki, qeyri-yaşayış sahələrinin inşasına külli miqdarda vəsait sərf etmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixli müqavilə bağlanan zaman torpaq sahəsi üzərində 2 mərtəbəli 2 korpuslu qeyriyaşayış sahələri tikilmiş, hətta şadlıq evi kimi fəaliyyət göstərmişdir.
62. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 22 aprel 2016-cı il tarixli, 89 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, ev 13 “E” ünvanda yerləşən qəzalı vəziyyətdə olan və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirən xüsusi mülkiyyətdə olan 0,49905 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin sökülərək yerində tikintisi nəzərdə tutulan yeni qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən layihələndirilməsinə razılıq verilmişdir.
63. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-699/2022 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-726/2022 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı daha əvvəl də iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 7.500.000 manat pulun tutulmasını, cavabdehlə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Birgə fəaliyyətə dair müqavilə”yə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, ev 13 ünvanında olan (Simfoniya Hall) şadlıq sarayının yerləşdiyi 0,49905 ha. torpaq sahəsinin hər birinin 0,25 ha ölçüdə olmaqla iki bərabər hissəyə bölünməsi, torpaq sahəsində inşa edilmiş “Simfoniya Hall” şadlıq sarayının 1-ci korpusunun və 1-ci korpus binasının yerləşdiyi torpaq sahəsinin 0,25 ha ölçüdə hissəsinin onun payına bölünməsi, onun payına bölünmüş “Simfoniya Hall” şadlıq sarayının 1-ci korpusuna, həmin tikilinin yerləşdiyi torpaq sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X18 küçəsi, ev 13 E ünvanında olan “Simfoniya Hall” şadlıq sarayının yerləşdiyi 0,49905 ha torpaq sahəsinin hər birinin 0,25 ha ölçüdə olmaqla iki bərabər hissəyə bölünməsi, torpaq sahəsində 0,25 ha ölçüdə hissəsinin Cavabdeh payına bölünməsi, onun payına bölünmüş “Simfoniya Hall” şadlıq sarayının 2-ci korpusuna, həmin tikilinin yerləşdiyi torpaq sahəsinə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
64. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1346/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
65. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-699/2022 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1346/2022 saylı qətanməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)- 726/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-699/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
67. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Simfoniya” şadlıq evinin tikintisi ilə bağlı cavabdehin adına rəsmiləşdirilmiş sənədlər və onunla bağlanmış müqavilələr, qeyri-yaşayış obyektinin tikintisinə 7.500.000 manat vəsait sərf edildiyi işdəki sübutlarla təsdiq olunmamışdır. Məhkəmələrə iddia tələbinin bu hissəsi ilə əlaqədar mötəbərliyi şübhə doğurmayan zəruri sübutlar təqdim edilmədiyi üçün işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin buna dair dəlilləri ilə razılaşmır və apelyasiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
68. Göründüyü kimi, iddiaçı, mübahisəli qeyri-yaşayış sahələrinin inşasına külli miqdarda vəsait sərf etməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının sözügedən qeyri-yaşayış sahələrinin inşasına hər hansı məbləğdə pul vəsaiti sərf etmədiyi müəyyən edilmişdir. Bu hal, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən işə baxan məhkəmələr tərəfindən diqqətə alınmalıdır.
69. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müqaviləyə uyğun olaraq heç bir vəsait qoyulmadığı halda (bu hal Ali Məhkəmənin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir) torpaq sahəsi və onun üzərində olan əmlaklara ortaq olmaq barədə iddia tələbinin də heç bir hüquqi əsası mövcud deyil.
70. Bundan başqa, birinci instansiya məhkəmə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaklara ½ hissədə payları müəyyən etməklə də növbəti maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra əldə edilə bilər. Sözü gedən daşınmaz əmlakların daşınmaz əmlak reyestrində qeydə alınmadığı işin mübahisəsiz halıdır. Belə olan təqdirdə, birinci instansiya məhkəməsinin həmin əmlaklar üzərində paylı mülkiyyət hüququ tanıması həm də mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur.
71. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
72. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4485/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilən “İddiaçı və Cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara İddiaçı və Cavabdeh ½ hissədə paylarının müəyyən olunması, dövlət rüsumunun əvəzi olaraq 3485 (üç min dörd yüz səksən beş) manat 23 (iyirmi üç) qəpik məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4485/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilən “İddiaçı və Cavabdeh arasında bağlanmış “Birgə fəaliyyətə dair” 12 iyul 2019-cu il tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X18 küçəsi, 13 E ünvanında yerləşən 0.4991 ha torpaq sahəsi və üzərində yerləşən əmlaklara İddiaçı və Cavabdeh ½ hissədə paylarının müəyyən olunması, dövlət rüsumunun əvəzi olaraq 3485 (üç min dörd yüz səksən beş) manat 23 (iyirmi üç) qəpik məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Fərrux Qasımov Pərviz Hüseynov