Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-347/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 230/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 19800 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ekvivalenti olan 33860 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-230/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-dən İddiaçı xeyrinə 33660 (otuz üç min altı yüz altmış) manat borc, həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 (otuz üç min səkkiz yüz altmış manat) manat pulun tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-230/2023 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Hazırda Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iş üzrə prosessual müddətin bərpasına dair ərizəni tam ətraflı araşdırmamış və cavabdeh tərəfindən təqdim edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, cavabdehin Cavabdeh MMC-nin alqısatqı müqavilələrinə əsas olmuş etibarnamələrin etibarsız hesab edilməsinə dair və alqısatqı müqavilələrinin etibarsız sayılmasına dair məhkəmələrdə iddia tələblərinə, hazırki işə mahiyyəti üzrə baxılarkən Cavabdeh MMC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuşdur. Cavabdeh MMC-nin fəaliyyəti olmadığından məhkəmə iclaslarından məlumatı olmamış və nümayəndəsinin məhkəmə iclasında iştirakı olmadan keçirilmişdir. Qərardadda göstərilən cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə yazılı ərizə verib Yaponiyada olan təsisçilər tərəfindən hesablarına pul mədaxil ediləcəyini bildirib həmin ödənişlər edilən kimi borcun ödəniləcəyini bildirmiş şəxs MMC-nin təsisçsi, qanuni təmsilçisi və ya direktoru olmamışdır. Qeyd edilən iki ərizə MMC-nin əmək müqaviləsi üzrə işçiləri tərəfindən imzalansa da MMC-nin möhürü həmin şəxslərdə olmuşdur. Qeyd edilən hazırki iddia tələbi MMC-nin təsis paylarını gələcəkdə məcburi icra tədbiri olaraq yönəltməklə ələ keçirmək niyyətləri olmuşdur. Çünki, Cavabdeh MMC-nin qanuni təmsilçisinin və təsisçisinin Azərbaycan Respublikasında ərazi hüdudlarından kənarda olduğundan məhkəmə iclaslarında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Hazki iş üzrə mülki iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə bildirişləri həm elektron qaydada həm də yazılı qaydada rəsmi olaraq təqdim edilməmişdir. Məhkəmə qətnaməsi cavabdehin iştirakı təmin edilmədən qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-230/2023 saylı qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin vəsatətdə müddətin buraxılmasının üzrlü səbəbi kimi cavabdehin fəaliyyətini müvəqqəti dayandırması və məhkəmə qətnaməsini fəaliyyətini bərpa etdikdən sonra xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etdiyi qeyd edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-230/2023 saylı icra sənədi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmin bildiriş cavabdehin nümayəndəsi Y.Nuriyeva (əmək müqaviləsinin bildirişinə əsasən cavabdehin işçisidir) tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə, cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə yazılı ərizə verib barəsində məcburi icra tədbirlərinin görülməsinə, habelə tələbin cavabdehin “X6” MMC-də olan 70 faiz təsis paylarına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə yazılı ərizə verib Yaponiyada olan təsisçilər tərəfindən hesablarına pul mədaxil ediləcəyini bildirib həmin ödənişlər edilən kimi borcun ödəniləcəyini bildirmişdir. Hər iki ərizə MMC-nin əmək müqaviləsi üzrə işçiləri tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq edilmişdir. Apellyasiya şikayəti yekun məhkəmə aktından şikayət verilməsi müddəti bitdikdən 1 il 6 ay 20 gün sonra verilmiş, həmin müddətin üzrlü səbəbdən ötürülməsi, apellyasiya şikayətinin vaxtında verilməməsinin səbəblərinin cavabdehin iradəsi xaricində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, vəsatət ümumi sözlərlə əsaslandırılmışdır. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-230/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-347/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-347/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver