Məhkəmə qərarları › İş №2-2(103)-348/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-348/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-348/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, işgüzar adətlər, sübutetmə, cərimə məbləğinin azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə “Reklam eskizinin yerləşdirilməsi” barədə 02-1/19G nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı, müqavilədə qeyd olunmuş şərtlərlə və müddətdə müqavilənin 3.1-ci bəndində qeyd olunan yerlərdə sifarişçinin müraciətinə əsasən reklam eskizinin yerləşdirilməsini təmin etməyi (1.1-ci bənd), sifarişçi isə müqavilə ilə müəyyən edilmiş xidmət haqqını müqavilə şərtlərinə uyğun və tam həcmdə icraçıya ödəməyi öhdələrinə götürmüşlər (2.2.10-cu bənd).

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə reklam eskizinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı 100% qabaqcadan sifarişçi tərəfindən icraçının təqdim etdiyi hesab əsasında 3 (üç) bank günü ərzində icraçının hesabına manatla ödənilir. Cavabdeh MMC sifariş etdiyi 2 ədəd light-boxa görə biri üçün 2170,8 manat, digəri üçün 1833 manat olmaqla, ümumilikdə 4003,8 manatı ödəməyi öhdəsinə götürür.

3. Müqaviləyə xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavə razılaşdırma protokoluna əsasən, tərəflər müqaviləyə müəyyən dəyişikliklər və əlavələrin edilməsi və güzəşt tətbiq edilməsi barədə razılığa gəlirlər. Əlavənin 3.1-ci bəndinə görə, reklam eskizlərinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı 100% olaraq qabaqcadan sifarişçi tərəfindən icraçının təqdim etdiyi hesab əsasında həmin ayın 20-nə qədər icraçının hesabına manatla ödənilir; 2-ci bəndinə əsasən subicarəyə verən subicarəçiyə hər ay aylıq göstərilən xidmətin ümumi məbləği ƏDV-siz olaraq, 15 000 manatadək olduqda 5%, 15 001 manatdan 30 000 manatadək olduqda 10%, 30 001 manatdan 45 000 manatadək olduqda 15%, 45 001 manatdan 60 000 manatadək olduqda 20%, 60 001 manatdan 75 000 manatadək olduqda 25%, 75 001 manatdan yuxarı olduqda 30% güzəşt tətbiq edilir.

4. Müqaviləyə xx.xx.2022-ci il tarixli 56 nömrəli Əlavə razılaşdırma protokolunun 1.1-ci bəndinə əsasən, müqavilə üzrə reklam eskizinin yerləşdirilməsinə görə aylıq xidmət haqqı müqavilənin ayrılmaz hissəsi hesab olunan əlavə razılaşdırma protokolları ilə müəyyən edilir və müəyyən edilmiş məbləğ, hər ayın sonunda, növbəti ayın 5-dən gec olmayaraq icraçı tərəfindən hər ay ərzində yerləşdirilən faktiki reklamlara görə sifarişçiyə hesab təqdim olunur, sifarişçi hesabı aldığı tarixdən 10 (on) bank günü ərzində müəyyən olunmuş məbləğin manatla icraçının hesabına ödənilməsini təmin edir. Həmin protokolun 1.2-ci bəndinə əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim edilən hesablarda müqavilənin 1 saylı əlavəsinin 2-ci bölməsi ilə nəzərdə tutulmuş güzəşt və əlavələrlə müəyyən edilmiş güzəşt çıxıldıqdan sonra ödənilməli olan məbləğ qeyd edilir.

5. Müqaviləyə xx.xx.2019-cu il tarixli 35 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Razılaşmanın 1.1-ci bəndinə əsasən, “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmış, müqavilənin və Əlavələrin gigər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

6. Müqaviləyə xx.xx.2020-ci il tarixli 50 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən, müddətin uzadılması barədə razılığa gəlirlər. Razılaşmanın 1.1-ci bəndinə əsasən, “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmış, müqavilənin və Əlavələrin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

7. Müqaviləyə xx.xx.2021-ci il tarixli 53 nömrəli əlavə razılaşdırma protokolunun 5.5-ci bəndinə əsasən, sifarişçi icraçı tərəfindən təqdim edilmiş hesaba əsasən ödənişi müqavilə şərtlərinə uyğun vaxtında ödəmədikdə, icraçı gecikdirilmiş hər gün üçün sifarişçidən ödəməli olduğu məbləğin 0,5%-i həcmində (lakin, aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malikdir.

8. Müqaviləyə xx.xx.2021-ci il tarixli 55 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Razılaşmanın 1.1-ci bəndinə əsasən, “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək (hər iki gün daxil olmaqla) uzadılmış, müqavilənin və Əlavələrin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

9. Müqaviləyə xx.xx.2022-ci il tarixli 68 nömrəli əlavə razılaşdırma protokolundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu il tarixli 02-1/19G saylı müqavilənin 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən müddətin uzadılması barədə razılığa gəlirlər. Razılaşmanın 1.1-ci bəndinə əsasən “Reklam eskizinin yerləşdirilməsi barədə” müqavilənin fəaliyyət müddəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək (hər iki gün daxil olmaqla) uzadılmış, müqavilənin və Əlavələrin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

10. xx.xx.2022-ci il tarixli EBBS seriyalı, 003085 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17 841,6 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2022-ci il tarixli EBBT seriyalı, 564819 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17 841,6 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2022-ci il tarixli EBBV seriyalı, 690685 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17 841,6 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2022-ci il tarixli EBBX seriyalı, 442115 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26 925,52 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı, 209216 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22 354,85 manat (ƏDV daxil) təşkil edir.

15. 03.08.2022-ci il tarixli EBCB seriyalı, 082851 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21 065,32 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2022-ci il tarixli EBCC seriyalı, 460336 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1293,02 manat (ƏDV daxil) təşkil edir.

17. 31.08.2022-ci il tarixli EBCC seriyalı, 890989 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35 407,99 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2022-ci il tarixli EBCD seriyalı, 590838 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 331,96 manat (ƏDV daxil) təşkil edir.

19. 30.09.2022-ci il tarixli EBCG seriyalı, 250472 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36 959,36 manat (ƏDV daxil) təşkil edir.

20. 07.10.2022-ci il tarixli EBCG seriyalı, 579365 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 206,5 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2022-ci il tarixli EBCH seriyalı, 386340 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 63,91 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2022-ci il tarixli EBCG seriyalı, 693464 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30 188,66 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2022-ci il tarixli EBCİ seriyalı, 220914 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33 519,24 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2022-ci il tarixli EBCK seriyalı, 214074 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 45,69 manat (ƏDV daxil) təşkil edir.

25. 06.12.2022-ci il tarixli EBCK seriyalı, 215559 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 127,84 manat (ƏDV daxil) təşkil edir.

26. 06.12.2022-ci il tarixli EBCK seriyalı, 219513 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31 048,07 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2022-ci il tarixli EBCM seriyalı, 203704 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36 933,81 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2022-ci il tarixli EBCM seriyalı, 200094 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1002,34 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2023-cü il tarixli EBCM seriyalı, 515169 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 177 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2023-cü il tarixli EBCN seriyalı, 945873 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1349,25 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2023-cü il tarixli EBCN seriyalı, 947199 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29 075,69 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 054072 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33 328,22 manat (ƏDV daxil) təşkil edir.

33. 09.03.2023-cü il tarixli, EBDB seriyalı, 055967 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Vip Xidmətlər Qrupu” MMC ilə "Air Group” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1072,53 manat (ƏDV daxil) təşkil edir.

34. "Premium Bank” ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Air Group” MMC tərəfindən "VİP Xidmətlər Qrup” MMC-nin bank hesabına 10000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBS seriyalı, 003085 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

35. "Premium Bank” ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Air Group” MMC tərəfindən "VİP Xidmətlər Qrup” MMC-nin bank hesabına 15120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBT seriyalı, 564819 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

36. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBS seriyalı, 003085 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

37. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 15120 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBV seriyalı, 690685 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

38. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 22818,24 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBX seriyalı, 442115 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

39. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 13000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBBZ seriyalı, 209216 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

40. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

41. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

42. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 50,85 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCC seriyalı, 460336 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

43. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1044,93 manat köçürülmüşdür.

44. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 28406,14 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCİ seriyalı, 220914 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

45. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 281,32 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCD seriyalı, 590838 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

46. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1158,92 manat köçürülmüşdür. Ödənişin təyinatıvə əsası: EBDB seriyalı, 055967 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə.

47. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 281,32 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCD seriyalı, 590838 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

48. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 54,16 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCH seriyalı, 386340 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

49. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1143,43 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCN seriyalı, 945873 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə.

50. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 849,44 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCM seriyalı, 200094 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

51. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 108,34 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCK seriyalı, 215559 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

52. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 38,72 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCK seriyalı, 214074 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə.

53. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 325 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCM seriyalı, 579365 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 515169 nömrəli qaimələr.

54. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 10012,31 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBDB seriyalı, 054072 nömrəli və EBBZ seriyalı, 209216 nömrəli qaimə.

55. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 11864,41 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCB seriyalı, 082851 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.

56. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 70393,75 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCB seriyalı, 082851 nömrəli, EBCC seriyalı, 890989 nömrəli, eBcG 250472 nömrəli qaimə üzrə qalıq borc, EBCG seriyalı 693464 nömrəli qaimə üzrə qismən ödəniş.

57. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 12711,86 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCG seriyalı, 693464 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.

58. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 8474,58 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası: EBCG seriyalı 693464 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, qismən ödəniş.

59. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli “Köçürülmənin aparılması haqqında bildiriş” əsasında "xxxx" MMC-nin bank hesabına 4500 manat köçürülmüşdür.

60. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda, borclara görə hesablanmış 186 702,52 manat dəbbə pulu da daxil olmaqla ümumilikdə 454 166,9 manat borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

61. "VİP Xidmətlər qrupu” MMC-nin xx.xx.2024-cü il tarixli 09/2024 nömrəli məktubuna cavab olaraq "Air Group” MMC xx.xx.2024-cü il tarixli məktubla aşağıdakıları bildirmişdir: Cavabdeh MMC-nin adı fəaliyyət istiqamətləri tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə aid edilmiş və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi növlərinin siyahısında göstərilmişdir. İddiaçı MMC tərəfindən 285 020,26 manat dəbbə pulunun hesablanması barədə heç bir rəsmi məktub göndərilməmişdir. Cərimə faizlərinin hesablanmaması ilə bağlı Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli tövsiyyələrinin də olmasını və Komitə qərarının xx.xx.2021-ci il tarixində bildirilməsinə baxmayaraq, qeyd edilən dövr ərzində xx.xx.2019-cu il tarixli 02- 1/19G nömrəli müqaviləyə əsasən cərimə faizlərinin hesablanmasının əsassız olduğunu hesab edirik. Faktiki olaraq pandemiyadan zərərçəkmiş sahə olduğumuza görə qeyd edilən dəbbə pulunun hesablanmasının uyğun olmadığını və MMC-nin maliyyə vəziyyətini nəzərə alaraq 87 009,81 manat məbləğində olan əsas borcumuzun ödənilməsini bu ilin sonuna qədər hissə-hissə icra olunacağını bildiririk”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

62. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən EBCM seriyalı 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat əsas borcun və ona hesablanmış 65 372,84 manat dəbbə pulunun, EBCN seriyalı 947199 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat əsas borcun və ona hesablanmış 49 428,67 manat dəbbə pulunun, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat əsas borcun və ona hesablanmış 53 325,15 manat dəbbə pulunun, cəmi 267 464,38 manatın, həmçinin aşağıdakı e-qaimələr üzrə ödənilməyən dəbbə pulunun: EBB seriyalı 003085 saylı qaimə üzrə 3033,07 manat, EBBT seriyalı 564819 saylı qaimə üzrə 3568,32 manat, EBBV seriyalı 690685 saylı qaimə üzrə 3568,32 manat, EBBX seriyalı 442115 saylı qaimə üzrə 4981,22 manat, EBBZ seriyalı 209216 saylı qaimə üzrə 27831,79 manat, EBCB seriyalı 082851 saylı qaimə üzrə 27 384,92 manat, EBCC seriyalı 460336 saylı qaimə üzrə 181,02 manat, EBCC seriyalı 890989 saylı qaimə üzrə 46 030,39 manat, EBCD seriyalı 590838 saylı qaimə üzrə 239,01 manat, EBCG seriyalı 250472 saylı qaimə üzrə 44 351,23 manat, EBCG seriyalı 579365 saylı qaimə üzrə 199,27 manat, EBCH seriyalı 386340 saylı qaimə üzrə 38,35 manat, EBCG seriyalı 693464 saylı qaimə üzrə 22 427,69 manat, EBCİ seriyalı 220914 saylı qaimə üzrə 1843,56 manat, EBCK seriyalı 214074 saylı qaimə üzrə 21,70 manat, EBCK seriyalı 215559 saylı qaimə üzrə 56,89 manat, EBCM seriyalı 200094 saylı qaimə üzrə 325,76 manat, EBCM seriyalı 515169 saylı qaimə üzrə 123,02 manat, EBCN seriyalı 945873 saylı qaimə üzrə 357,55 manat, EBDB seriyalı 055967 saylı qaimə üzrə 139,43 manat (cəmi 186 702,52 manat), yəni cəmi 186 702,52 manat, eləcə də ödənilmiş 745 manat dövlət rüsumu olmaqla, ümumilikdə 454 911,38 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

63. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilə bağlanmış, müqavilə üzrə icraçı olaraq iddiaçı çoxsaylı xidmətlər göstərmiş və hər xidmətə görə cavabdeh tərəfindən e-qaimələr əsasında gecikmələrlə də olsa, ödənişlər olmuşdur. Lakin tərəflər arasında xx.xx.2019cu il tarixli 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilə münasibətləri üzrə iddiaçıya cavabdeh tərəfindən göstərilən xidmətlərə görə EBCM seriyalı 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 5633,97 manat ƏDV + 31 299,84 manat əsas borc daxil olmaqla, cəmi 36 933,81 manat borc, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 4435,27 manat ƏDV + 24 640,42 manat əsas borc daxil olmaqla, cəmi 29 075,69 manat borc, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5083,97 manat ƏDV + 28 244,25 manat əsas borc daxil olmaqla, cəmi 33 328,22 manat bu günə qədər ödənilməmişdir. İddiaçı tərəfindən dəfələrlə şifahi danışıqlarda və həmçinin yazılı məktublarla yuxarıda qeyd edilən əsas borc məbləğinin və həmin borca hesablanmış dəbbə pulunun ödənilməsi tələb edilsə də, hər dəfə cavabdeh tərəfindən ödənişlə bağlı vədə əməl edilməmişdir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 02- 1/19G saylı “Reklam eskizlərinin yerləşdirilməsi barədə müqavilə”nin 1-ci bəndinə əsasən müqavilənin predmetini cavabdehin reklam eskizlərinin yerləşdirilməsi təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən (xx.xx.2022-ci il tarixli 56 saylı Əlavəyə baxılmalıdır), müqavilə üzrə reklam eskizinin yerləşdirilməsinə görə aylıq xidmət haqqı müqavilənin ayrılmaz hissəsi hesab olunan X2 (Əlavələr) ilə müəyyən edilir və müəyyən edilmiş məbləğ hər ayın sonunda, növbəti ayın 5-dən gec olmayaraq icraçı tərəfindən ay ərzində yerləşdirilən faktiki reklamlara görə sifarişçiyə hesab təqdim olunur və sifarişçi hesabı aldığı tarixdən 10 (on) bank günü ərzində müəyyən olunmuş məbləğin manatla icraçının hesabına ödənilməsini təmin edir. Tərəflər arasında bağlanmış əsas Əlavə olan xx.xx.2021-ci il tarixli 53 saylı Razılaşma Protokolu ilə müqavilənin 5.5-ci bəndi yeni redaksiyada təsdiq edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilmiş hesaba əsasən ödənişi müqavilə şərtlərinə uyğun vaxtda (3.1ci bəndə uyğun) ödəmədikdə icraçı gecikdirilmiş hər gün üçün sifarişçidən ödəməli olduğu məbləğin 0,5%-i həcmində (lakin aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malikdir. E-qaimələr üzrə qeyd edilən ƏDV daxil əsas borc məbləğləri indiyə qədər ödənilməmiş, həmin gecikdirilmiş əsas borc məbləğləri üzrə dəbbə pulunun müqavilə tələbləri üzrə hesablanması xx.xx.2024-cü il tarixə olan dəbbə pulu məbləği aşağıdakı məbləğdə hesablanmışdır: - EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat əsas borc icraçıya müqavilə şərtinə əsasən 17 ay 14 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 65 372,84 manat dəbbə pulu; - EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat əsas borc icraçıya müqavilə şərtinə əsasən 16 ay 22 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 49 428,67 manat dəbbə pulu; - EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat əsas borc icraçıya müqavilə şərtinə əsasən 15 ay 21 gün müddət ödənilməsi gecikdirildiyi üçün hazırda həmin e-qaimə üzrə əsas borcla yanaşı, həm də 53 325,15 manat dəbbə pulu, EBCM seriyalı, 203704 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat əsas borc və ona hesablanmış 65 372,84 manat dəbbə pulunun, EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat əsas borc və ona hesablanmış 49 428,67 manat dəbbə pulunun, EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat əsas borc və ona hesablanmış 53 325,15 manat dəbbə pulunun ödənilməsi tələb edilmişdir. Qaimələr üzrə ödənilməyən dəbbə pulunun cəmi 186 702,52 manat təşkil edir. Beləliklə, EBCM seriyalı, 203704 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat əsas borc və ona hesablanmış 65 372,84 manat dəbbə pulunun, EBCN seriyalı, 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat əsas borc və ona hesablanmış 49 428,67 manat dəbbə pulunun, EBDB seriyalı, 054072 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat əsas borc və ona hesablanmış 53 325,15 manat dəbbə pulunun və əlavə olaraq pretenziyada qeyd edilən cədvəldəki e-qaimələr üzrə vaxtında ödənilməyən borclara görə hesablanmış cəmi 186 702,52 manat dəbbə pulunun, cəmi 454 166,9 manat məbləğin ödənilməsi tələb edilmişdir. Eyni zamanda aşağıda qeyd edilən qaimələr üzrə əsas borc ödənilsə də, həmin qaimələr üzrə gecikdirilmiş günlərə görə dəbbə pulu indiyə qədər ödənilməmişdir: EBB seriyalı, 003085 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17 841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2022ci il, gecikmə müddəti 1 ay 14 gün, tələb olunan dəbbə pulu 3033,07 manat; EBBT seriyalı, 564819 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17 841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2022-ci il, gecikmə müddəti 2 ay, tələb olunan dəbbə pulu 3568,32 manat; EBBV seriyalı, 690685 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 17 841,60 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2022, gecikmə müddəti 1 ay 27 gün, tələb olunan dəbbə pulu 3568,32 manat; EBBX seriyalı, 442115 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 26 925,52 manat, ödəməli olduğu tarix xx.xx.2022, ödəniş tarixi xx.xx.2022-ci il, gecikmə müddəti 1 ay 17 gün, tələb olunan dəbbə pulu 4981,22 manat; EBBZ seriyalı, 209216 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 22 354,85 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 12 ay 19 gün, tələb olunan dəbbə pulu 27 831,79 manat; EBCB seriyalı, 082851 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 21 065,32 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 12 ay 21 gün, tələb olunan dəbbə pulu 27 384,92 manat; EBCC seriyalı 460336 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1293,02 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2022-ci il, gecikmə müddəti 1 ay 8 gün, tələb olunan dəbbə pulu 181,02 manat; EBCC seriyalı 890989 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 35 407,99 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 12 ay 25 gün, tələb olunan dəbbə pulu 46 030,39 manat; EBCD seriyalı 590838 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 331,96 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 7 ay 4 gün gün, tələb olunan dəbbə pulu 239,01 manat; EBCG seriyalı 250472 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 36 959,36 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 11 ay 22 gün, tələb olunan dəbbə pulu 44 351,23 manat; EBCG seriyalı 579365 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 206,50 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 9 ay 13 gün, tələb olunan dəbbə pulu 199,27 manat; EBCH seriyalı 386340 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 63,91 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 5 ay 28 gün, tələb olunan dəbbə pulu 38,35 manat; EBCG seriyalı 693464 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 19 168,97 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 11 ay 14 gün, tələb olunan dəbbə pulu 22 427,69 manat; EBCİ seriyalı 220914 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 33 519,24 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2022-ci il, gecikmə müddəti 11 gün, tələb olunan dəbbə pulu 1843,56 manat; EBCK seriyalı 214074 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 45,69 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 4 ay 15 gün, tələb olunan dəbbə pulu 21,70 manat; EBCK seriyalı 215559 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 127,84 manat, ödəməli olduğu tarix xx.xx.2022-ci il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 4 ay 9 gün, tələb olunan dəbbə pulu 56,89 manat; EBCM seriyalı 200094 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1002,34 manat, ödəməli olduğu tarix xx.xx.2023-cü il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 3 ay 5 gün, tələb olunan dəbbə pulu 325,76 manat; EBCM seriyalı 515169 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 177,00 manat, ödəməli olduğu tarix xx.xx.2023-cü il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 6 ay 9 gün, tələb olunan dəbbə pulu 123,02 manat; EBCN seriyalı 945873 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1349,25 manat, ödəməli olduğu tarix xx.xx.2023-cü il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 2 ay 13 gün, tələb olunan dəbbə pulu 357,55 manat; EBDB seriyalı 055967 saylı qaimə üzrə ödəməli olduğu yekun məbləğ 1072,53 manat, ödəməli olduğu tarix xx.xx.2023-cü il, ödəniş tarixi xx.xx.2023-cü il, gecikmə müddəti 1 ay 6 gün, tələb olunan dəbbə pulu 139,43 manat olmaqla, cəmi 186 702,52 manat təşkil edir.

64. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 442-ci, 460.1-ci, 462.1-ci, 462.3-cü, 465.2-ci, 443.1-ci, 443.2-ci maddələrinə istinad olunmuşdur.

65. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

66. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edirlər, hesab edir ki, iddia tələbində göstərilən EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat və EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat olmaqla, cəmi 99 337,72 manat əsas borcun 40 300,47 manat hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə "Air Group” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 4500 manat ödəniş edilib, lakin iddiaçı həmin ödənişi nəzərə almayıb. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əməkdaşlıq haqqında müavilə bağlanıb. Həmin müqaviləyə müvafiq olaraq cavabdeh ona məxsus olan reklam qurğularını iddiaçıya satıb, iddiaçı isə razılaşdırılmış preyskurantlar üzrə reklam xidmətləri göstərib. Qeyd olunan müqaviləyə əsasən iddiaçı 94 931 manat ödəməli olsa da, xx.xx.2023-cü il tarixdə cəmi 70 393,75 manat ödəniş həyata keçirib. Beləliklə də, bu müqavilə üzrə iddiaçının cavabdehə 24 537,25 manat borcu qalıb. Digər tərəfdən, 2022-ci ilin mart ayında iddiaçı göstərilməyən xidmət üçün də pul tələbi edir. Halbuki, həmin dövrdə "AZAL” ilə müaviləsi pozulan iddiaçı "Air Group” MMC-yə də qismən xidmət göstərə bilib. Bu baxımdan da, göstərilməyən xidmət üçün 30 000 manat vəsaitin tələb olunması əsassızdır. Məhkəməyə təqdim etdiyi mülahizədə 2006-cı ildən fəaliyyət göstərən və əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmış "Air Group” MMC-nin pandemiya dövründə demək olar ki, fəaliyyətsiz qalmasını, buna görə də pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısında olmasını göstərib. Bu barədə iddiaçı "Vip Xidmətlər Qrupu” MMC məlumatlı idi və bu səbəbdən tərəflər qarşılıqlı güzəştlərə dair razılığa gəlib. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli "Reklam eskizinin yerləşdirilməsi barədə” Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilə üzrə Reklam eskizinin yerləşdirilməsi üçün aylıq xidmət haqqı aşağıdakı cədvəl üzrə müəyyən edilir və müəyyən edilmiş məbləğ 100% qabaqcadan Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi hesab əsasında 3 bank günü ərzində İcraçının hesabına manatla ödənilir. Həmin müqavilənin 3.2-ci bəndində isə göstərilir ki, müəyyən olunmuş müddət ərzində ödəniş aparılmadığı halda, İcraçı Sifarişçinin 3 iş günü qabaqcadan xəbərdar etməklə reklam eskizi yerləşdirilmiş reklam laytboksuna verilən elektrik enerjisinin təchizatını dayandırmaq və ya 3 iş günü ərzində reklam eskizinin demontaj edilməsini Sifarişçidən tələb etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Müqaviləyə əlavə razılaşdırma protokollarında gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,5%-i həcmində (lakin aylıq dəbbə ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu tələb etmək hüququna malik olduğu göstərilir. İddia tələbindəki bütün məbləğlər isə şişirdilmiş rəqəmlərdən ibarətdir. Bir daha bildirir ki, iddiaçı uzun müddət ərzində cavabdehə hər hansı xəbərdarlıq da etməyib. Bununla bərabər, iddiaçı cavabdeh şirkətə xidmət göstərməkdə davam edib. Belə çıxır ki, az qala illərlə hesablanan müddət "Vip Xidmətlər Qrupu” MMC-yə dəbbə pulunun hesablanması üçün sərf edirdi. Eyni zamanda, müqavilə üzrə göstərilən xidmətlərin nəticəsini təsdiqləyən müvafiq sənədləşmə - akt olmalıdır. Lakin iddiaçı məhkəməyə tərəflərin imzaladığı hər hansı sənədi, o cümlədən təhvil-təslim aktını təqdim etməyib. Beləliklə də hesab edir ki, İddiaçı MMC-nin iddiası 40 300,47 manat hissəsində təmin oluna bilər, qalan hissədə isə əsassız olduğu üçün təmin edilməməlidir.

67. Birinci instansiya məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2022-ci il tarixli EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə ƏDV daxil 32 433,81 manat (otuz iki min dörd yüz otuz üç manat səksən bir qəpik) borc, 1600 (min altı yüz) manat cərimə olmaqla cəmi 34 033,81 manat (otuz dörd min otuz üç manat səksən bir qəpik), xx.xx.2023-cü il tarixli EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat (iyirmi doqquz min yetmiş beş manat altmış doqquz qəpik) borc, 1500 (min beş yüz) manat cərimə olmaqla cəmi 30 575,69 manat (otuz min beş yüz yetmiş beş manat altmış doqquz qəpik), xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat (otuz üç min üç yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) borc, 1600 (min altı yüz) manat cərimə borcu olmaqla cəmi 34 928,22 manat (otuz dörd min doqquz yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) və cədvəldə qeyd olunan ödənişi edilmiş elektron qaimələr üzrə ödənişlərin gecikdirilməsinə görə 10 870 (on min səkkiz yüz yetmiş) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 180,8 manat (yüz səksən manat səksən qəpik) olmaqla, ümumilikdə 110 588,52 manat (yüz on min beş yüz səksən səkkiz manat əlli iki qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

68. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

68.1. Tərəflər arasında xx.xx.2019-cu il tarixli 02-1/19G saylı reklam eskizlərinin yerləşdirilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş və iddiaçıya borcu yaranmışdır. 68.2. İddia tələbinin bir hissəsini cavabdeh "Air Group” MMC-dən EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat əsas borc və ona hesablanmış 65 372,84 manat dəbbə pulunun, EBCN seriyalı 947199 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat əsas borc və ona hesablanmış 49 428,67 manat dəbbə pulunun, EBDB seriyalı 054072 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat əsas borc və ona hesablanmış 53 325,15 manat dəbbə pulunun tutulması təşkil edir. 68.3. Müəyyən olunur ki, EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödənilməli məbləğ ƏDV daxil 36 933,81 manat təşkil etmiş, həmin məbləğdən 4500 manat ödənilmiş, qalıq məbləğ ƏDV daxil 32 433,81 manat təşkil etmişdir. Digər iki qaimə üzrə ödəniş edilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə ƏDV daxil 32 433,81 manat (otuz iki min dörd yüz otuz üç manat səksən bir qəpik), xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat (iyirmi doqquz min yetmiş beş manat altmış doqquz qəpik), xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 68.4. Eyni zamanda həmin qaimələr üzrə dəbbə pulunun tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. 68.5. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 203704 nömrəli elektron qaimə üzrə 1600 (min altı yüz) manat, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 947199 nömrəli elektron qaimə üzrə 1500 (min beş yüz) manat, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 054072 nömrəli elektron qaimə üzrə 1600 (min altı yüz) manat müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. 68.6. İddia tələbinin digər hissəsini ödənişi edilən EBB seriyalı, 003085 saylı qaimə üzrə 3033,07 manat, EBBT seriyalı, 564819 saylı qaimə üzrə 3568,32 manat, EBBV seriyalı, 690685 saylı qaimə üzrə 3568,32 manat, EBBX seriyalı, 442115 saylı qaimə üzrə 4981,22 manat, EBBZ seriyalı, 209216 saylı qaimə üzrə 27 831,79 manat, EBCB seriyalı, 082851 saylı qaimə üzrə 27 384,92 manat, EBCC seriyalı 460336 saylı qaimə üzrə 181,02 manat, EBCC seriyalı 890989 saylı qaimə üzrə 46 030,39 manat, EBCD seriyalı 590838 saylı qaimə üzrə 239,01 manat, EBCG seriyalı 250472 saylı qaimə üzrə 44 351,23 manat, EBCG seriyalı 579365 saylı qaimə üzrə 199,27 manat, EBCH seriyalı 386340 saylı qaimə üzrə 38,35 manat, EBCG seriyalı 693464 saylı qaimə üzrə 22 427,69 manat, EBCİ seriyalı 220914 saylı qaimə üzrə 1843,56 manat, EBCK seriyalı 214074 saylı qaimə üzrə 21,70 manat, EBCK seriyalı 215559 saylı qaimə üzrə 56,89 manat, EBCM seriyalı 200094 saylı qaimə üzrə 325,76 manat, EBCM seriyalı 515169 saylı qaimə üzrə 123,02 manat, EBCN seriyalı 945873 saylı qaimə üzrə 357,55 manat, EBDB seriyalı 055967 saylı qaimə üzrə 139,43 manat olmaqla, cəmi 186 702,52 manat manat dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. 68.7. İddia tələbinin həmin hissəsi ilə bağlı müvafiq sübutlar (yuxarıda qeyd olunmuşdur) məhkəməyə təqdim edilmişdir. 68.8. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, ödənişi edilmiş, qeyd olunan elektron qaimələr üzrə ödənişlərin gecikdirilməsinə görə cərimə məbləği 10 870 (on min səkkiz yüz yetmiş) manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 68.9. Ödənilmiş tələblərin məbləğinə mütənasib olara dövlət rüsumuna görə 180,8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

69. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448-ci, 462.1-ci, 467-ci maddələrinə istinad etmişdir.

70. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən (iddianın təmin olunmaması ilə bağlı hissədə) ləğv edilməsini və iddianın tam təmin olunması (cərimə borcunun və dövlət rüsumunun tam tutulması) barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin cərimə borcunun məbləğini heç bir tutarlı əsas göstərmədən azaltdığını, habelə məhkəmə xərclərini düzgün bölüşdürmədiyini irəli sürmüşdür.

71. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddianın 40 300,47 manat həcmində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə qarşı etirazın məzmununa uyğun əsaslandırmaqla, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, əsassız qənaətə gəlindiyini irəli sürmüşdür.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

72. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

73. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın tam təmin olunması barədə; cavabdehin nümayəndəsi (vəkili) isə öz şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

74. Cavabdehin nümayəndəsi vəsatət də təqdim edərək mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmiş, vəsatətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh MMC iddiaçıya olan borcunun 40300,47 manat hissəsini qəbul etmiş və bunu təqdim etdiyi sübutlarla əsaslandırmışdır. Həmin borcun yaranma səbəbi isə, tərəflər arasındakı digər müqqavilə üzrə iddiaçının cavabdehə olan borcunu gecikdirməsi olmuşdur. Buna baxmayaraq, məhkəmə məhkəmə üç əsas qaimə üzrə tələbi demək olar ki, tam təmin etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi əsassız olaraq Cavabdeh MMC tərəfindən ödənişi tam həyata keçirilmiş qaimələr üzrə 10 870 manat cərimə məbləği müəyyən edib. Əslində isə, iddiaçı göstərmədiyi xidmət üçün haqq tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən də iddia həmin hissədə təmin olunub. Belə ki, 2020-ci ilin mart ayında, Novruz Bayramı kampaniyaları müddətində iddiaçı göstərilməyən xidmət üçün də pul tələbi edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7 və 3.7.3cü bəndlərinə əsasən elektron qaimə-faktura işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilir. Lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli Seriya:EBCG 693464 nömrəli elektron qaimədən görünür ki, iddiaçı həmin dövr, xx.xx.2020-xx.xx.2020 tarixləri üçün 31 ay sonra tədim edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Lakin müvafiq sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan istinad olunan dövrdə iddiaçı tərəfindən cavabdehə xidmət götərilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi zərurəti vardır. Bundan başqa, tərəflər arasında xx.xx.2021 - ci il tarixdə əməkdaşlıq haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə müvafiq olaraq cavabdeh ona məxsus olan reklam qurğularını iddiaçıya satıb, iddiaçı isə razılaşdırılmış preyskurantlar üzrə reklam xidmətləri göstərib. Qeyd olunan müqaviləyə əsasən iddiaçı 94931 manat ödəməli olsa da, xx.xx.2023-cü il tarixdə cəmi 70.393,75 manat ödəniş həyata keçirib. Beləliklə də, bu müqavilə üzrə iddiaçının cavabdehə 24.537,25 manat borcu qalıb. Buna görə də hesab edirik ki, cavabdehin iddiaçıya borcunu dəqiq müəyyən etmək üçün cavabdehə göndərilən qaimələr, həmin qaimələr üzrə təhvil-təslim aktları “VİP Xidmətlər Qrupu" MMC tərəfindən təqdim olunmalı və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

75. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

76. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

77. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

78. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

79. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

80. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

81. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

82. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

83. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

84. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

85. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

86. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

87. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

88. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

“Reklam haqqında” Qanun

89. Maddə 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

90. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

92. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

93. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

96. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

97. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

98. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

99. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

100. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

101. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

102. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

103. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

104. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

105. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

106. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

108. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

109. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

110. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

111. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 81, 82).

112. İşin faktiki hallarından, iddiaçının cavabdehlə xx.xx.2019-cu il tarixdə “Reklam eskizinin yerləşdirilməsi” barədə xidmət müqaviləsi, həmin xidmət müqaviləsinə əlavə razılaşmalar bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində reklam xidmətlərinin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

113. Mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr olmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

114. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli

1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf) gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

115. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 88) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

116. Xidmət müqaviləsi üzrə sifarişin yerinə yetirilməsi işin faktiki halları ilə təsdiq olunur. Həmin işlərə görə iddiaçı tərəfindən cavabdehə müvafiq qaimələr də təqdim edilmişdir, qaimələrlə cavabdehin iddiaçıya 94 837,72 manat məbləğində borcunun olması müəyyən edilir.

117. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 36 933,81 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 29 075,69 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ƏDV daxil 33 328,22 manat olmaqla, cəmi 99 337,72 manat əsas borcun 40 300,47 manat hissəsinin cavabdeh tərəfindən ödənilməli olduğunu qəbul edir; onun arqumentinə görə, iddiaçı 2020-ci ilin mart ayında göstərilməyən xidmət üçün də pul tələb edir; EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə "Air Group” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə edilən 4500 manat ödəniş nəzərə alınmayıb; həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əməkdaşlıq haqqında müavilə üzrə iddiaçının cavabdehə 24 537,25 manat borcu qalıb.

118. Kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əməkdaşlıq haqqında müavilə üzrə iddiaçının cavabdehə borcunun olub-olmadığı hazırkı iş baxımından əhəmiyyət kəsb etmir – əgər belə bir borc mövcuddursa, cavabdeh onunla bağlı tələb irəli sürmək hüququna sahibdir; EBCM seriyalı, 203704 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə "Air Group” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə edilən 4500 manat ödəniş isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır.

119. Cavabdehin nümayəndəsinin, iddiaçının 2020-ci ilin mart ayında göstərilməyən xidmət üçün pul tələb etməsi və həmin xidmətlərlə bağlı təhvil-təslim aktının təqdim edilməli olduğu arqumenti də kifayət qədər ağlabatan deyildir.

120. Belə ki, işin hallarından, cavabdehin göstərildiyini mübahisələndirmədiyi xidmətlər üçün də təhvil-təslim aktı tərtib olunmadığı, tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

121. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

122. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 81, 82).

123. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

124. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına2, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına3, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına4, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə5 qiymət verilməsi zəruridir.

125. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

126. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, xidmət haqqlarının ödənilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, cavabdeh də ödənişləri həyata keçirmişdir.

127. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə xidmətlərin göstərilmədiyini sübuta yetirməlidir.

128. Cavabdeh bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

129. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

130. Kollegiya iddiaçının nümayəndəsinin də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir:

131. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir (§ 75, 83). Həmin prinsipin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir (§ 87).

132. Hazırki işin hallarından görünür ki, cavabdehin müəyyənləşdirilən borcuna münasibətdə iddiaçı həddindən artıq yüksək məbləğdə cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi həddə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından, həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır.

133. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca

2 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 3 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 4 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 5 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

134. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

135. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5948/2024 saylı iş üzrə 09 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar