Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-350/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, kreditin, faizlərin ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi”nə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim Səbinə Nuriyeva) e-2-2(113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17002-0051/174788 saylı kredit müqaviləsinin, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavənin və xx.xx.2019-cu il tarixli 2 nömrəli Əlavənin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 653183.72 manat əsas kredit borcunun, 13335.48 manat faiz borcunun, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 666579.20 manat pulun tutulması; tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus ipoteka predmetləri olan Sumqayıt şəhəri, Tuğ zavod qəsəbəsində yerləşən 489.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, 2006-cı il buraxılışlı, sarı rəngli, mühərrik markası D7E LA E3, gücü 180 KVt, zavod № 2666 olan VOLVO L110E markalı (modelli) yükləyiciyə, girov predmeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 666579.20 manat pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması; ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri kimi Cavabdeh1 məxsus ** OP *** qeydiyyat nişanlı FORD markalı yük avtomobili, ** RD *** qeydiyyat nişanlı RANG ROVER markalı minik avtomobili, ** ZC *** qeydiyyat nişanlı ALT1NORDU yarımqoşqusu, ** ZA *** qeydiyyat nişanlı QKB 8350 qoşqusu, ** ZC *** qeydiyyat nişanlı ALTİNORDU yarımqoşqusu, Cavabdeh2 MMC-yə məxsus ipoteka predmeti olan 2006-cı il buraxılışlı, sarı rəngli, mühərrik markası D7E LA E3, gücü 180 KVt, zavod № 2666 olan VOLVO L110E markalı (modelli) yükləyici üzərinə həbs qoyularaq onların istismarının qadağan edilməsi və AR DİN BDYPİ-nin duracağına və ya bankın saxlancına verilməsi; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 7, mənzil 30, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1762V saylı bağ evi və həmin bağ evinin yerləşdiyi 0.2 ha torpaq sahəsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, ev 4, mənzil 41,42, həmçinin xx.xx.2017-ci il tarixli sonrakı girov müqaviləsinə əsasən girov predmeti olan, Cavabdeh2 MMC-yə məxsus beton hazırlayan avadanlıq üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 məxsus ** OP *** qeydiyyat nişanlı FORD markalı yük avtomobilinin, ** ZC *** qeydiyyat nişanlı ALT1NORDU yarımqoşqusunun və ** ZC *** qeydiyyat nişanlı ALTİNORDU yarımqoşqusunun, habelə Cavabdeh2 MMC-yə məxsus ipoteka predmeti olan 2006-cı il buraxılışlı, sarı rəngli, mühərrik markası D7E LA E3, gücü 180 KVt, zavod № 2666 olan VOLVO L110E markalı (modelli) yükləyicinin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının qismən ləğv edilməsi, ərizənin təmin olunmayan hissədə ləğv olunması və ərizənin tam təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə borcalan və zamin olan cavabdehlər müqavilə öhdəliyini könüllü icra etməkdən boyun qaçırırlar. Borcun məbləği kifayət qədər yüksəkdir və ipoteka predmeti olan əmlaklar da həmin borcu ödəmək üçün kifayət etmir. Bundan başqa girov predmeti olan beton hazırlayan avadanlıq və ipoteka predmeti olan yükləyici Cavabdeh2 MMC-nin sahibliyində və istifadəsindədir. Qeyd olunan əmlakların borc tələbindən yayındırılması üçün gizlədilməsi və ya üçüncü şəxslərə verilməsi ehtimalı yüksəkdir. Odur ki, hazırki iş üzrə çıxarılacaq qətnamənn gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianın təmin tədbiri kimi Cavabdeh1 adına aşkar edilmiş əmlaklara, girov predmeti olan beton hazırlayan avadanlığa və ipoteka predmeti olan yükləyiciyə həbs qoyulması zəruridir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, Cavabdeh2 MMC-yə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə məhkəmə kollegiyasının iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmənin iclasında şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə-cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmə cavabdehlərin kredit öhdəliyinin təminatlı olduğunu və işdə öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, o cümlədən girov qoyulmuş əmlakların bazar dəyərinin hazırda ipoteka və girov müqavilələrində nəzərdə tutulmuş dəyərdən aşağı olduğunu təsdiq edən sübutlar olmadığını nəzərə alaraq hesab edir ki, iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılanadək cavabdehin mülkiyyətində olan bütün əmlaklar üzərinə həbs qoyulmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərəəsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1207/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-350/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-350/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver