Məhkəmə qərarları › İş №2-2(103)-351/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-351/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-351/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 19.800 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ekvivalenti olan 33.660 (otuz üç min altı yüz altmış manat) manat həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 (otuz üç min səkkiz yüz altmış manat) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yenidən ərizə təqdim edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 13 xidmət ayı üçün 23400 ABŞ dollarının manatla ekvivalenti olan 39780 manat, mediasiya prosesi üçün ödənilmiş 200 manat, ümumilikdə 39.980 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin artırılmasına dair ərizə geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin artırılmasına dair ərizənin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində apellyasiya şikayətinin tərtib edilməsi qaydasında verilmədiyindən geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, 2-2(113)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki-prosessual Məcəlləyə 2 saylı əlavə “Apellyasiya şikayətinin forması” adlanır və başlıqda şikayət verilən apellyasiya məhkəməsi kollegiyasının adının göstərilməsinin zəruriliyi əks olunub. Əvvəla Mülki Prosessual Məcəllədən də göründüyü kimi qərardaddan şikayət apellyasiya şikayəti adlanmır, qərarı qəbul etmiş məhkəməyə təqdim olunur və həmin məhkəmə tərəfindən baxılır, sonradan şikayətlə razı olmadığı halda apellyasiya məhkəməsinə göndərib göndərməyəcəyinə dair qərarı da qərardadı qəbul etmiş məhkəmə qəbul edir. Bu şikayət apellyasiya şikayəti olduğu təqdirdə mütləq surətdə apellyasiya məhkəməsinə göndərilməli idi, çünki apellyasiya şikayətinə birinci instansiya məhkəməsi tərəfindən baxılıb qərar qəbul edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-230/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində apellyasiya şikayətinin tərtib edilməsi qaydası müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllədə qeyd olunan formada tərtib edilmədiyindən şikayətin geri qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 nömrəli xx.xx.2023 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar