Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-351/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-6138/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 23 nömrəli müqavilə üzrə 10001 (on min bir) manat əsas borc və 1800,18 manat (min səkkiz yüz manat on səkkiz qəpik) ƏDV, illik 5% olmaqla hesablanmış 1024,3 manat (min iyirmi dörd manat otuz qəpik) faiz məbləği, 300 (üç yüz) manat vəkil xərci, 129,38 manat (yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) ödənilmiş dövlət rüsumu və 12,94 manat (on iki manat doxsan dörd qəpik) müvəqqəti təminat tədbiri ilə bağlı dövlət rüsumu olmaqla, ümumilikdə 13267,80 manat (on üç min iki yüz altmış yeddi manat səksən qəpik) məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-6138/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 10001 (on min bir) manat əsas borc, 1800,18 manat (min səkkiz yüz manat on səkkiz qəpik) ƏDV məbləği, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1024,30 manat (min iyirmi dörd manat otuz qəpik), 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,48 manat (yüz iyirmi səkkiz manat qırx səkkiz qəpik) və müvəqqəti təminat tədbiri ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,84 manat (on iki manat səksən dörd qəpik) olmaqla, cəmi 13266,80 manat (on üç min iki yüz altmış altı manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-6138/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam həcmdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqavilənin predmet hissəsinə əsasən “İcraçı” yəni, iddiaçı müqavilənin əlavəsi olan “X1” göstərilən malların və ya xidmətlərin göstərilməsi üzrə işləri yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, veriləcək və ya göstəriləcək xidmətlərin dəyəri müqavilədə göstərilməsə də, onlar tərəflər arasında imzalanacaq 01 nömrəli əlavəsində razılaşdırılacağı tərəflər arasında şərtləşdirilmişdir. Belə ki, müqavilənin 3.1-ci bəndində göstərilir ki, “müqavilə üzrə təchiz ediləcək avadanlıq və cihazların və ya göstəriləcək xidmətlərin qiyməti 1 nömrəli əlavədə göstərildiyi qeyd olunmuşdur. Bu müqavilə əsasında tərəflər arasında ilk olaraq 01 nömrəli qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Həmin protokolda ümumlikdə 11 adda mal və 1 xidmət göstərilmişdir. Yekun məbləğ isə 11283 manat qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, nə müqavilədə, nə də ki, 1,2,3 nömrəli əlavələrdə ƏDV ümumiyyətlə göstərilməmiş və tərəflər arasında da ƏDV-nin ödənilməsi və malın (xidmətin) qiymətindən əlavə hesablanacağı şərtləşdirilməmişdir. Lakin sonrakı 4,5,6 və 7 nömrəli əlavələrdə isə ƏDV müəyyənləşdirilmiş malın qiymətinə əlavə edilmişdir. Bu da cavabdehin nəzərindən qaçaraq əlavələr imzalanmışdır. Halbuki, tərəflər arasında nə müqavilə bağlanılacağı zamanı, nə də ki, müqavilədə ƏDV ödənişinin əlavə olaraq hesablanması nəzərdə tutulmamışdır. Ümumiyyətlə Məhkəmə işə səthi, şablon yanaşmış və iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Bundan başqa qeyd edilməlidir ki, qətnamə ilə müəyyənləşdirilmiş borc məbləği düzgün hesablanmamış və onların tərəfindən cəm edilən ödənişlərin məbləği tam nəzər alınmamışdır. Həmçinin Qiymətlərin razılaşdırılması və iddiaçının ödəniş üçün verilmiş e-qaimədəki olan məbləğlər üst-üstə düşmür. Bütün bunları işə baxan Məhkəmə araşdırmamışdır və ümumiyyətlə nəzər almamışdır. Halbuki, işə baxan Məhkəmə təqdim edilən sənədləri araşdırılmalı və onlara lazımi hüquqi qiymət verməlidir. Belə başa düşülür ki, cavabeh tərəfin üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməməyindən sui-istifadə olunaraq, işi hərtərəfli araşdırmamış və işə səthi, şablon yanaşılaraq bu iş üzrə qətnamə qəbul edilmişdir. Onlar bu iddia tələbini əsassız hesab edir. Ən azı bu iddia tələbi yenidən araşdırılmalı və cavabdehə göstərilmiş xidmətin keyfiyyəti və həcmi ətraflı olaraq araşdırılmalıdır. Cavabdeh iddiaçının göndərdikləri eqaimələrə görə səhvən (diqqətsizlik edərək) ƏDV-ləri ödəmişdir. Halbuki, onların ayrıca ödənişi nəzərdə tutulmamışdır. Belə olduğu halda, onlar nəzərə alınmalı və ümumlikdə ödənilməli olan və olmuş ödənişlər yenidən hesablanmalıdır. Bundan başqa qeyd etmək lazımdır ki, aralarında olan müqavilədə icranın gecikdirilməsi nəticəsində hər hansı bir maliyyə sanksiyasının ödənilməsi nəzərdə tutulmur. Lakin iddia bu hissədə də təmin olunmuşdur. Maraqlıdır ki, bu faiz borcunu Məhkəmə nəyə əsasən və hansı qaydada müəyyənləşdirmişdir? Hesab edilir ki, bu faiz borcu da əsassızdı və məhkəmə müstəqil qaydada onu hesablanmalı deyildi. Məgər məhkəmə ekspertdir və xüsusi biliklərə malikdir.? Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq hesab edilir ki, bu qətnamə ədalətsizdi, qeyri-obyektivdi və ona görə də ləğv edilməlidir və iddia rədd olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
6. Etiraz belə əsaslandırılmışdır: Belə ki, cavabdeh şikayətində qeyd etmişdir ki, ƏDV ödənişi tərəflər arasında bağlanmış müqavilə və əlavə razılaşma ilə nəzərdə tutulmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDVnin ödəyicisidir. Yuxarıda istinad olunan qanunun müddəalarından göründüyü kimi vergi ödəmək ilkin olaraq Konstitusiya ilə müəyyən olunmuş öhdəlikdir. Daha sonra həmin öhdəlik öz inkişafını Azərbaycan Respublikasının Vergi Məcəlləsində tapmışdır. Beləliklə, ƏDV ödənişi müqavilə ilə nəzərdə tutulmamasa belə ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV ödəmək öhdəliyini daşıyır. Əlavə olaraq Cavabdeh şikayətində qeyd etmişdir ki, İddiaçı müqaviləyə əlavə imzalanmış protokolda göstərilən xidmətlərin həcmini göstərməmişdir. Halbuki 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 01 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 11283 (on bir min iki yüz səksən üç) AZN, 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 02 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 8014,50 (səkkiz min on dörd manat əlli qəpik) AZN, 4 mart 2022-ci il tarixində imzalanmış təhviltəslim aktı və 03 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 170 (yüz yetmiş) AZN, 14 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 04 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 1484 (min dörd yüz səksən dörd) AZN, 29 aprel 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 05 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 7420,8 (yeddi min dörd yüz iyirmi manat səksən qəpik) AZN, 7 iyun 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 06 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 6489,13 (altı min dörd yüz səksən doqquz manat on üç qəpik) AZN, 16 iyun 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 07 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 298,3 (iki yüz doxsan səkkiz manat otuz qəpik) AZN, ümumilikdə isə ƏDV xaric 35159,73 (otuz beş min yüz əlli doqquz manat yetmiş üç qəpik) AZN və 6328,74 (altı min üç yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) AZN ƏDV məbləği olmaqla, 41488.47 (qırx bir min dörd yüz səksən səkkiz manat qırx yeddi qəpik) AZN məbləğində mallar İddiaçı tərəfindən Cavabdehə təhvil verilmişdir. Qeyd olunan protokollarda malların adı, dəyəri və miqdarı göstərilmişdir. İşin hallarından göründüyü kimi Cavabdehin “İddiaçı müqaviləyə əlavə imzalanmış protokolda göstərilən xidmətlərin həcmini göstərməmişdir” iddiasının faktiki və hüquqi əsası yoxdur. Bundan başqa şikayətdə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə ilə icranın gecikdirilməsi üçün maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə olan halda maliyyə sanksiyası müqavilə ilə nəzərdə tutulmasa belə öhdəliyin icrası gecikdirildiyi üçün kreditora dəyən zərərə görə qanunvericilik kreditora gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ vermişdir. Göründüyü kimi, illik 5 faiz maliyyə sanksiyası qanun çərçivəsində tətbiq olunmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, onların məhkəmə iclasında yoxluğundan su-istifadə edilmişdir. Lakin, cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclaslarında iştirak etmiş və borcu etiraf etmişdir. Bundan başqa, cavabdehin vəkili və nümayəndəsi X4 tərəfindən ünvan 1 ünvanlanmış şikayətində qeyd etmişdir ki, “Cavabdeh MMC-də 2022-ci ilin sonlarından başlayaraq bir sıra maddi sıxıntılar, müştəri kontingentinin qeyrimüəyyən səbəbdən azalması bir sıra borcların yaranmasına, öhdəliklərin vaxtında yerinə yetirməməsi ilə nəticələnmişdir. Beləliklə, qeyd olunan səbəblərə görə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənişlərin edilməsində problemlər yaranmışdır.” İşin hallarından göründüyü kimi Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasları ilə yanaşı şikayətində də şirkətin maddi vəziyyətinin yaxşı olmamasına əsaslanaraq öhdəliyin icra edilmədiyini etiraf etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat dayandırılır. Görünən odur ki, Cavabdeh Azərbaycan Respublikasının İcra Haqqında Qanunundan su istifadə edərək yalnız icra müddətini və nəticə olaraq öhdəliyin icra müddətini uzatmaq məqsədi ilə apellyasiya şikayəti vermişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş e-2-2(113)-6138/2024 saylı, 03 dekabr 2024-cü tarixli qətnamə qanuni və əsaslıdır. Qətnamə qəbul olunarkən heç bir maddi və prosessual hüquq pozuntularına yol verilməmişdir. Beləliklə, həmin qətnamənin ləğvi üçün heç bir qanuni əsas mövcud deyildir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
19. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 23 nömrəli müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, iddiaçıya ödəməli olduğu pul vəsaitinin bir qismi ödənilsə də, qalıq məbləğ ödənilməmişdir.
20. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 10001 manat əsas borc və 1800,18 manat ƏDV olmaqla, ümumilikdə 11801,11 manat məbləğində pulun tutulması təşkil edir. İddia tələbinin digər hissəsini cavabdehdən illik 5% olmaqla hesablanmış 1024,3 manat faiz məbləğinin tutulması təşkil edir.
21. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 11801,11 (on bir min səkkiz yüz bir manat on bir qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sənədlərlə (qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları, elektron qaimələr və s.) öz təsdiqini tapmışdır.
22. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən öhdəlik onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmişdir. Ona görə də icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
23. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (iddiaçı iddia ərizəsində hüquqi əsas kimi həmin maddəyə də istinad etmişdir) gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1024,3 (min iyirmi dörd manat otuz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, göründüyü kimi, mallar cavabdeh 2022-ci ildə (sonuncu iyun ayında) təhvil verilmiş, elektron qaimələr 2022-ci ildə cavabdehə göndərilmiş və həmin vaxtdan 2 ildən çox müddət keçmişdir, ona görə də iddiaçı həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə faiz borcunun maddi hüquqi əsasını göstərmişdir. İllik 5 faizin müqavilədə xüsusi nəzərdə tutulmasına zərurət yoxdur. Bu faiz qanundan irəli gələn tələbdir. Sadə riyazi hesablama ilə faiz müəyyən edildikdə xüsusi biliyə malik mütəxəssisin cəlb edilmə və ya ekspertizanın keçirilməsinə ehtiyac yoxdur.
25. Cavabdehin ƏDV məbləğinin müqavilədə nəzərdə tutulmamasını qeyd etsə də, müqaviləyə əlavədə nəzərdə tutulmuşdur. Həmçinin ƏDV ödənişi müqavilə ilə nəzərdə tutulmamasa belə ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV ödəmək öhdəliyini daşıyır.
26. Cavabdeh şikayətində qeyd etmişdir ki, İddiaçı müqaviləyə əlavə imzalanmış protokolda göstərilən xidmətlərin həcmini göstərməmişdir. Halbuki 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 01 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 11283 (on bir min iki yüz səksən üç) AZN, 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 02 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 8014,50 (səkkiz min on dörd manat əlli qəpik) AZN, 4 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 03 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 170 (yüz yetmiş) AZN, 14 mart 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 04 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 1484 (min dörd yüz səksən dörd) AZN, 29 aprel 2022-ci il tarixində imzalanmış təhviltəslim aktı və 05 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 7420,8 (yeddi min dörd yüz iyirmi manat səksən qəpik) AZN, 7 iyun 2022-ci il tarixində imzalanmış təhvil-təslim aktı və 06 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 6489,13 (altı min dörd yüz səksən doqquz manat on üç qəpik) AZN, 16 iyun 2022-ci il tarixində imzalanmış təhviltəslim aktı və 07 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə 298,3 (iki yüz doxsan səkkiz manat otuz qəpik) AZN, ümumilikdə isə ƏDV xaric 35159,73 (otuz beş min yüz əlli doqquz manat yetmiş üç qəpik) AZN və 6328,74 (altı min üç yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) AZN ƏDV məbləği olmaqla, 41488.47 (qırx bir min dörd yüz səksən səkkiz manat qırx yeddi qəpik) AZN məbləğində mallar İddiaçı tərəfindən Cavabdehə təhvil verilmişdir. Qeyd olunan protokollarda malların adı, dəyəri və miqdarı göstərilmişdir. Qeyd olunan protokollarda malların adı, dəyəri və miqdarı göstərilmişdir. İşin hallarından göründüyü kimi Cavabdehin “İddiaçı müqaviləyə əlavə imzalanmış protokolda göstərilən xidmətlərin həcmini göstərməmişdir” iddiasının faktiki və hüquqi əsası yoxdur.
27. Cavabdeh əsas borcun düzgün hesablanmamasına istinad etsə də, gətirdiyi dəlili əsaslandırmamışdır. Məhkəmənin konkret hansı məbləği düzgün müəyyən etməməsi göstərilməmişdir. Apellyasiya şikayətində göstərilən xüsusatlar təsdiqini tapmamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-6138/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.