Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-372/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4431/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə “X5” MMC arasında 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” imzalanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları Alının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
3. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir.
4. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.
5. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Hesabfakturanın təqdim edildiyi gündən etibarən 10-cu gün Alıcı tərəfindən mail vasitəsilə Təchizatçıya xatırlatma göndərilir. Bundan sonra qeyd olunan müddətdə ödəniş olunmazsa Alıcı tərəfindən Təchizatçıya ödəniləcək məbləğ də həmin müddətə qədər gecikdirilir.
6. Həmin müqavilənin 4.1.8-ci bəndinə əsasən Mal təchizatçı tərəfindən təhvil-təslim aktı əsasında Alıcının nümayəndəsinə təhvil verilməklə çatdırılır. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” əsasında yaranmış öhdəliklərin icra edilməsi məqsədilə 57.877,14 manat və əldən çıxmış fayda kimi 5208,94 manat pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, İddiaçı MMC ilə “X5” MMC (cavabdehin əvvəlki adı) arasında 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” əsasında xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində olmaqla Cavabdeh MMC-nin Əcəmi, Yasamal, Sumqayıt, Həzi Aslanov ünvanlarında yerləşən filiallarına mallar göndərilmişdir. Göndərilən malların ƏDV-siz ümumi məbləği 50743,35, malların ƏDV məbləği isə 9133,79 təşkil etmişdir. Müqaviləyə uyğun olaraq Alıcının sifarişləri əsasında mallar onun mülkiyyətinə verilmiş, Alıcı isə malı qəbul etmişdir. Habelə göndərilmiş elektron qaimələr cavabdehlər tərəfindən qəbul edilmişdir. Lakin müqavilə öhdəlikləri üzrə yaranmış məbləğ ödənilməmişdir. Müqavilə öhdəliklərinin icrası məqsədilə cavabdeh sifarişçi tərəfindən elektron qaimələr üzrə iddiaçıya 59877,14 miqdarında pul vəsaiti ödənilməli idi. 30 avqust 2022-ci il tarixində malların dəyəri qismində Cavabdeh MMC tərəfindən 2000 manat pul vəsaiti ödənilmiş, 57877,14 manat məbləğində öhdəlik isə icra edilməmişdir. Bundan əlavə Sifarişçi tərəfindən müqavilə öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməməsi nəticəsində Təchizatçıya, yəni iddiaçıya əldən çıxmış fayda şəklində maddi zərər dəymişdir. Belə ki, 2023-cü il üçün Milli Bankın uçot dərəcəsi üzrə hesablanarsa, minimum 5208,94 manat məbləğində ziyana məruz qalıblar.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir. Üzləşmə aktının olması isə malın verilməsini təsdiq etmir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4431/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli AYS003/22 saylı təchizat müqaviləsi üzrə 57.877,14 manat borc məbləği və 2894 manat faiz borcu tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən heç bir təhviltəslim aktı təqdim edilməmişdir. Təqdim edilmiş elektron qaimələrin alt sənədləri isə mövcud deyildir. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Belə ki, həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə1 olsa da, müqavilə onun tərəfindən imza edilməmişdir. Bu səbəbdən məhkəmə imzanın həqiqiliyinin müəyyən edilməsi üçün məhkəməxəttşünaslıq ekspertizası təyin etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli “Təchizat müqaviləsi” İddiaçı MMC ilə “X5” MMC arasında bağlanmış və tərəflərin möhürü ilə təsdiq olunmuşdur. Müqavilədə “X5” MMC-nin adı yazılmış, möhür olaraq üzərində “X5” MMC yazılmış möhürlə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş, İnternet Vergi İdarəsində yerləşdirilən Kommersiya qurumlanının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi hissəsində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə axtarış edilən zaman aşkara çıxır ki, müqavilədə cavabdehin vergi ödəyicisi eyniləşdirmə nömrəsi kimi göstərilən ********** N-li VÖEN əvvəlcə “X5” MMC-ya, daha sonra Cavabdeh MMC-yə aid olmuşdur. Ona görə də, adının “X5” MMC yazılmasına baxmayaraq, müqavilədə göstərilən VÖEN və bütün digər rekvizitlər Cavabdeh MMC-yə məxsus olmuşdur. Bu səbəbdən də cavabdeh tərəfindən həmin mallar və malların göndərilməsinə dair elektron qaimələr Cavabdeh MMC-nin ünvanına göndərilmiş və Cəmiyyət tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, iş materiallarında qeyd olunan bütün elektron qaimələr sistem tərəfindən deyil, cavadeh Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. Malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməli və ən azı bununla bağlı öz etirazlarını bildirməli idi. Lakin hazırki işdə bu hal mövcud deyil, etirazın olmaması cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir, borcun mövcüdluğuna dair üzləşmə aktı belə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş əməliyyat üzrə məlumatdan görünür ki, Cavabdeh MMC tərəfindən 30 avqust 2022-ci il tarixində ödəniş təyinatı xx.xx.2022-ci il tarixli AYS003/22 saylı müqavilə üzrə İddiaçı MMC-nin hesabına 1694,92 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə qarşılıqlı üzləşdirmə aparıldığı və xx.xx.2022-cı ilə borc qalığının 51.906,22 manat olduğu təsdiq olunmuşdur. Cavabdeh MMC-nin adından həmin akt Şahid imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 06 dekabr 2023-cü il tarixli 3-17-5/2- 50053/2023 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Şahid “X5” MMC-də mühasib-operator vəzifəsində işləmişdir. Beləliklə yuxarıdakı sübutlara əsasən müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalandığı və hüquqi qüvvəyə malik olması öz əksini tapır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
17. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
25. Belə ki, iddiaçı 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli təchizat müqaviləsinə əsasalnaraq hazırki iddianı irəli sürmüşdür.
26. Həmin müqavilə mahiyyət etibarı ilə alqı-satqı müqaviləsidir.
27. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
28. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
29. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Onlayn kargüzarlıq və E-VHF sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066929 saylı elektron qaiməyə əsasən 35 manat dəyərində,xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066685 saylı elektron qaiməyə əsasən 89,68 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066598 saylı elektron qaiməyə əsasən 1042,58 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 066371 saylı elektron qaiməyə əsasən 134,52 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 065945 saylı elektron qaiməyə əsasən 589,28 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 065309 saylı elektron qaiməyə əsasən 1405,39 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 064935 saylı elektron qaiməyə əsasən 2353,5 manat dəyərində, xx.xx.2022ci il tarixli EBCJ seriyalı 058992 saylı elektron qaiməyə əsasən 1425,49 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 040353 saylı elektron qaiməyə əsasən 1824,67 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 038340 saylı elektron qaiməyə əsasən 3682,76 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 017461 saylı elektron qaiməyə əsasən 3712,35 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 012881 saylı elektron qaiməyə əsasən 1085,81 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 010290 saylı elektron qaiməyə əsasən 2453,1 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 007073 saylı elektron qaiməyə əsasən 5717,94 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 981666 saylı elektron qaiməyə əsasən 3925,95 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 979783 saylı elektron qaiməyə əsasən 1847,48 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 978098 saylı elektron qaiməyə əsasən 2816,37 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 976058 saylı elektron qaiməyə əsasən 6186,41 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644152 saylı elektron qaiməyə əsasən 5078,80 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644154 saylı elektron qaiməyə əsasən 1747,39 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644156 saylı elektron qaiməyə əsasən 691,37 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644160 saylı elektron qaiməyə əsasən 3108,86 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644162 saylı elektron qaiməyə əsasən 1614,83 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644164 saylı elektron qaiməyə əsasən 365,15 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644166 saylı elektron qaiməyə əsasən 2674,47 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 644168 saylı elektron qaiməyə əsasən 4257,98 manat dəyərində (cəmi 59877,14 manat) mal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
30. Qeyd olunan bütün elektron qaimələr sistem tərəfindən deyil, cavadeh Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir.
31. İşdə olan İyun-sentyabr 2022-ci il tarixli Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt ünvanlarından göndərilən elektron məktublardan görünür ki, iddiaçının və Cavabdeh MMC-nin əməkdaşları arasında alınmış/satılmış mallara dair endirimlərin, kompaniyaların keçirilməsi barədə işgüzar yazışmalar həyata keçirilmişdir.
32. "xxxx" ASC tərəfindən təqdim edilmiş əməliyyat üzrə məlumatdan görünür ki, Cavabdeh MMC tərəfindən 30 avqust 2022-ci il tarixində ödəniş təyinatı xx.xx.2022ci il tarixli AYS003/22 saylı müqavilə üzrə İddiaçı MMC-nin hesabına 1694,92 manat məbləğində vəsait köçürülmüşdür.
33. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə qarşılıqlı üzləşdirmə aparıldığı və xx.xx.2022-cı ilə borc qalığının 51.906,22 manat olduğu təsdiq olunmuşdur. Cavabdeh MMC-nin adından həmin aktı Şahid imzası ilə təsdiq etmişdir.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 06 dekabr 2023-cü il tarixli 3-17-5/2-50053/2023 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Şahid “X5” MMC-də mühasib-operator vəzifəsində işləmişdir.
35. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə cəmi 59877,14 manat dəyərində olan malların verilməsi elektron qaimələr əsasında öz təsdiqini tapmışdır. Həmin elektron qaimələr sistem tərəfindən deyil, bilavasitə cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Qeyd olunan malların dəyərindən cavabdeh tərəfindən qismən ödəniş edilsə də, 57877,14 manat ödənilməmiş qalmışdır.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 57877,14 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
37. Eyni zamanda, 2022-ci ildə iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərildiyini və göndərilmə tarixindən 14 təqvim günü ərzində həmin qaimələr üzrə ödənişin edilmədiyi nəzərə alaraq kollegiya hesab edir ki, əsas borca illik 5 faiz (iddiaçının iddia ərizəsində və yazılı izahatında tələb etdiyi yalnız 2023-cü il üçün) hesablanmaqla 2894 manat (57877,14 x 5/100) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. Cavabdehin dəlilləri isə özü-özlüyündə ziddiyyətli olmaqla əsassızdır. Belə ki, cavabdeh həm müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına, həm də elektron qaimələr üzrə təhvil-təslim aktlarının tərtib edilməməsinə istinad edir.
40. Birinci ilə bağlı kollegiya qeyd edir ki, 29 mart 2022-ci il tarixli, AYS003/22 nömrəli təchizat müqaviləsi “X5” MMC-nin möhürü ilə təsdiq edilmiş və cavabdeh həmin möhürü mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli **********305100 nömrəli məktubundan isə müəyyən edilir ki, hüquqi şəxs “X6” MMC adı ilə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2021-ci il tarixdə ad dəyişdirilərək “X5” MMC kimi adlandırılmış, bundan başqa xx.xx.2022-ci il tarixdə adı yenidən dəyişdirilərək Cavabdeh MMC kimi dövlət qeydiyyatına alınmışdır.
41. Elektron qaimələrə dair qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.8ci bəndində təhvil-təslim aktının tərtib edilməsi şərti müəyyən edilsə də, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmiş, əksinə elektron qaimələri özü təsdiq etmiş və qismən ödəniş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
42. Bundan əlavə, cavabdeh MMC-də mühasib-operator vəzifəsində işləmiş Şahid tərəfindən xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmış və həmin aktla xx.xx.2022ci il tarixinə olan borc qalığının 51.906,22 manat olduğu təsdiq olunmuşdur.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4431/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov