Məhkəmə qərarları › İş №2-2(103)-379/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-379/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-379/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli e-2-2(113)-831/2025 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə alınmış TV avadanlığın qaytarılması, bu mümkün olmadıqda isə avadanlığa görə ödənmiş 5015 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-831/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 vəsatət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-831/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-831/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Bundan sonra iddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-831/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadının ləğv edilməsini, əks təqdirdə şikayəti baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, e-2-2(113)-831/2025 saylı məhkəmə işində indiyə kimi 3 dəfə məhkəmə hazırlıq iclası keçirilib. Həmin iclaslar xx.xx.2024, saat 09:45 (Hazırlıq iclası), xx.xx.2025, saat 14:30 (Hazırlıq iclası) və xx.xx.2025, saat 11:00 (Hazırlıq iclası) tarixli iclaslar olub. İddiaçının nümayəndəsi və vəkili birinci və ikinci hazırlıq iclaslarında iştirak etmiş və qarşı tərəflə, məhkəmə ilə işin mahiyyət üzrə baxılmağa hazırlanması üçün müzakirələr aparılıb. xx.xx.2025-ci il tarixli iclasda hər iki tərəf vəsatətlərinin olacaqlarını (şahidlərin məhkəməyə dəvət ediməsi barədə) bildirib və nəticədə növbəti proses xx.xx.2025-ci il saat 11:00-a təxir edilib. Həmin proses gününə kimi isə, konkret olaraq nümayəndə tərəfindən xx.xx.2025-ci ildə elektron məhkəmə sisteminə X3 (+**********00) məhkəmə baxışında şahid kimi dindirilməsi üçün məhkəməyə çağırılması və ona rəsmi bildiriş göndərilməsi barədə vəsatət daxil edilib. Vəsatət sistem tərəfindən təhvil alınıb və iş materiallarına əlavə edilib. Eyni vəsatətlə cavabdeh tərəfin vəkili də eyni tarixdə Elnur Bayramovu (***-***-**-**, ***-***-**-**) şahid qismində dindirilməsi üçün məhkəməyə çağırılması və ona rəsmi bildiriş göndərilməsi barədə vəsatət daxil edilib. Vəsatət sistem tərəfindən təhvil alınıb və iş materiallarına əlavə edilib. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı əvvəlki bütün iclaslarda iştirak edərək iddianı müdafiə edib və prosesin baxış iclasına hazırlanması üçün vəsatətlər verib. Lakin məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə istinad edərək iddiaçının məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə müddəasına əsaslanıb və ərizəni Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayıb. Qərardad 07 fevral 2025-ci ildə elektron məhkəmə sisteminə yerləşdirilib. Daha sonra iddiaçı tərəfindən ərizənin baxılmamış saxlanılması üçün əsasların olmaması barədə sübutlar təqdim edilməklə (proseslərdə ardıcıl iştirak, təkrarən gəlməmə kimi halın olmamaması, sübut təqdim etmək üçün vəsatət) qərardadın ləğv edilməsi barədə 08 fevral 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edilib. Lakin 14 fevral 2025-ci ilədək vəsatət ilə bağlı hər hansı qərardad qəbul edilmədiyindən və elektron məhkəmə sisteminə yüklənmədiyindən şikayət vermək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2-2(113)-831/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birincisi, MPM-in: 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Sözügedən prosessual normaların müqayisəli şəkildə təhlili belə qənaətə gəlməyə əsas verir ki, iddia ərizəsinin MPM-in 259.0.6-ci maddəsi tətbiq edilməklə baxılmamış saxlanılmasına tərəflərin təkrar, yəni ən azı iki dəfə məhkəmə iclasına gəlmədiyi halda yol verilir. İş materiallarından isə görünür ki, iddiaçının nümayəndəsi iş üzrə iki dəfə -xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərində keçirilmiş hazırlıq iclaslarında iştirak etdiyi halda məhkəmə tərəflərin xx.xx.2025-ci il tarixdə keçirilmiş üçüncü hazırlıq iclasında, yəni birinci dəfə iştirak etməməsini əsas göstərməklə iddia ərizəsini baxılmamış saxlamışdır. İkincisi, birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılmasına dair qərardaddan şikayəti rədd edərkən gəldiyi nəticəni iddiaçının səbəbdən iştirak etməməsi barədə sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində iddiaçının və ya tərəflərin iştirak etməməsi əsası ilə iddianın baxılmamış saxlanılması tərəflərin iştirak etməməsinin səbəbləri barədə sübutları təqdim etməməsi ilə deyil, onların iştirakı olmadan baxılmasını xahiş etməməsi ilə şərtləndirmişdir. Bu da onunla bağlıdır ki, həmin əsasla iddianın baxılmamış saxlanılması iddiaçının üzürlü səbəb olmadan iclasda iştirak etməməsinin qarşısını almaq, tərəfin məhkəmədə iştirak etməsinə məcbur etmək məqsədilə ilə deyil, məhz iddiaçının işin baxılmasında marağının olmasının aşkar olmadığı, yəni belə bir marağın qalmaması ehtimalı olduğu halda işin mahiyyəti üzrə baxılmamasının qarşısının alınmasına yönəldilmişdir. Suxanov Rusiya Federasiyasına qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə gəlmək iddiaçının vəzifəsi deyil, hüququdur. Milli məhkəmə iddiaçının ikinci dəfə məhkəmə iclasına gəlməməsini dolayı yolla iddiadan imtina kimi qiymətləndirə və belə olan halda iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edə bilər. Axırıncı qərar üçün iki aşağıda qeyd edilən şərt mövcud olmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalıdır və onun iştirakı olmadan baxılmasını xahiş etməməlidir. Hazırkı halda iddiaçı iki dəfə keçirilmiş hazırlıq iclasında iştirak etməklə yanaşı, üçüncü hazırlıq iclasından öncə elektron işə şahidin dindirilməsi barədə vəsatət yükləməklə, işə baxılmasına dair marağını açıq şəkildə ifadə etmiş, belə olan halda isə iddiaçının məhkəmə iclasına gəlməməsinin işə baxılmasında marağının olmaması kimi qiymətləndirilməsi üçün əsas olmamışdır. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəflərin iştirak etməməsi əsası ilə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardaddan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli e-2-2(113)-831/2025 nömrəli qərardadı ləğv edilsin, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar