Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-383/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-2(113)-1306/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 609 manat manat əsas borc, 30 manat əsas borc üzrə yaranmış dəbbə pulu, 30 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 669 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-2(113)-1306/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qeyd edilən qərardaddan cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı iş üzrə ərazi aidiyyəti ilə bağlı gəldiyi nəticə əsassız və yalnışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İnterximservis” MMC-nin hüquqi ünvanı ünvan 1əhkəmə işi öz icraatında saxlamaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinin tələblərini pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin vəsatətdə qeyd etdiyi kimi, Cavabdeh MMC-nin hüquqi ünvanı dəyişərək AZ5004, ünvan 2zırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edən zaman Cavabdeh MMC-nin hüquqi ünvanı AZ1000, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10G, məhəllə 1131 ünvanı olmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən də göründüyü kimi, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (AR MPM-nin 31.2). Belə ki, Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsindən (https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinindovletreyestrine-daxil-edilen-melumatlarindaki-deyisikliklerin-tarixcesi) görünür ki, məhkəməyə müraciət xx.xx.2024-cü il tarixdə olmuş, hüquqi ünvanda dəyişiklik isə xx.xx.2024-cü ildə baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən vəsatət təmin edilməməlidir. Məhkəmə kollegiya hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-2(113)-1306/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-383/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-383/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver