Məhkəmə qərarları › İş №2-2(103)-386/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-386/2023

28.11.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-386/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qalıq ipoteka predmetinin yüklülükdən azad edilməsi və hüquqmüəyyənedici sənədlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4908/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə "xxxx" ASC (hazırda "xxxx" ASC) arasında xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri bağlanmış və müqavilələrə əsasən İddiaçı 36 ay müddətinə müvafiq olaraq 4000 və 12000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqavilələrinin təminatı kimi "xxxx" ASC (hazırda "xxxx" ASC) ilə İddiaçı və X7 arasında ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, ev 22, 9 nömrəli mənzil və İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsi, bina 22, 4 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin və X4 məxsus olub, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli evin 9 saylı mənzilin keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti, indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən onun hər hansı kredit öhdəliyi mövcud deyil. xx.xx.2021-ci il tarixli çıxarışdan da məlum olur ki, onun tərəfindən həm 12000 manat məbləğ, həm də 4000 manat məbləğ kreditlə bağlı öhdəliklər icra olunmuşdur. Göründüyü kimi, o, müqavilə öhdəliklərini keçmiş "xxxx" ASC qarşısında yerinə yetirmiş, lakin "xxxx" ASC həmin müqavilələrdən yaranan öhdəliklər üzrə borcu olmasını əsas gətirərək mənzilləri ipotekadan azad edilməsindən imtina edir.

5. Cavabdeh iddiaya etiraz edir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4908/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxaran zaman Kredit Bürosundan çıxarışı nəzərə almamış, yalnız cavabdehin kifayət qədər əsaslı olmayan sənədlərinə əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə iddianın rədd edilməsinin hüquqi əsası kimi cavabdehin təqdim etdiyi arayışları tərtib edərkən həmin arayışların cavabdeh tərəfindən tərtib olunmasını, cavabdeh həmin arayışlara istədiyi məbləği yaza biləcəyini və həmin arayışların və oradakı borc məbləğlərinin həqiqiliyinə şübhə ilə yanaşmamışdır. Məhkəmə tərəfindən iddiaçının "xxxx" ASC-nin qeyd etdiyi kimi kredit borcu varsa hansı səbəbə görə hazıra kimi ona qarşı hər hansı pul tələbi ilə bağlı iddia qaldırmaması aydınlaşdırmadan cavabdehin mülahizəsinə əsaslanaraq iddia tələbini rədd etməklə Mülki Məcəllənin 317.1-ci və 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, məhkəmə 11 fevral 2022-ci il tarixli Konstitutsiya Məhkəməsinin qərarına istinad etsə də, həmin hissədə də yalnışlığa yol vermişdir. Belə ki, iddiaçının məhkəmədə iddia müddətinin tətbiq edilməsini deyil, öhdəliyini icra etdiyi üçün mənzillərin ipoteka yüklülüyündən azad edilməsini tələb etməyini nəzərə almamışdır. Bundan başqa, məhkəmənin iddianın mərhum qayınatası X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, bina 22, 9 nömrəli mənzilin yüklülükdən azad edilməsi hissədə subyektiv hüququ olmadığı əsası ilə rədd etməsi qanunsuzdur. Belə ki, o, xx.xx.2013-cü il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələr üzrə əsas borcluur və öhdəliyini yerinə yetirdiyi üçün həmin müqavilələrin təminatı olaraq göstərdiyi ipoteka predmetləri olan mənzillər girovdan onun tələbinə əsasən azad oluna bilər. Mərhum qayınatası X7 və ya onun hüquqi varisləri kredit müqaviləsinə dair üzərilərinə hər hansı öhdəlik götürməmiş və icra etməmişlər. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsini düzgün tətbiq etməmiş və mərkəzləşdirilmiş kredit reyestri haqqında qaydaları nəzərə almamışdır. Belə ki, həmin qaydalara əsasən "xxxx" MMC tərəfindən verilmiş çıxarış mötəbər sənəddir və onun həqiqiliyinə heç bir şübhə yoxdur. Həmçinin cavabdeh həmin məlumatları bu günə kimi mübahisələndirilməmişdir. Həmin qaydaların 6.4-cü bəndinə əsasən reyestrdə olan məlumatlara görə bank məsuliyyət daşıyır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

12. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.

13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

15. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

16. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

19. Belə ki, iddia tələblərinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.

20. Eyni zamanda, iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunduğuna görə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən həmin öhdəliyə xitam verilmişdir. 21.Həmin halı sübutetmə yükü isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının üzərinə düşür. 22.İddiaçı həmin halı sübut etmək üçün "xxxx" MMC tərəfindən verilən İddiaçı kredit borclarına dair xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli hesabdan çıxarışları təqdim etmişdir.

23. Həmin çıxarışlardan müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən aldığı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 12000 manat və xx.xx.2012-ci il tarixli müqavilə üzrə 4000 manat məbləğində kredit borcları tam olaraq ödənilmişdir.

24. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sübutlara əsasən onun kredit müqavilələri üzrə heç bir borcunun olmadığı müəyyən edilir.

25. Cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və iddiaçının borcunun mövcud olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

26. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlara etiraz etdiyi üçün həmin sübutların qeyri-mötəbərliyini sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür.

27. Lakin cavabdeh həmin sübutların qeyri-mötəbər olmasını təsdiq edən şübhədən kənar sübutu məhkəməyə təqdim etməmiş, yalnız birtərəfli qaydada özü tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışlarını vermişdir.

28. Həmin arayışlara əsasən İddiaçı İxtiyar oğlunun xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3404,27 manat əsas, 1213,47 manat faiz, 606,73 manat cərimə, cəmi 5224,47 manat məbləğində və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 11413,27 manat əsas, 4170,50 manat faiz, cəmi 15583,77 manat məbləğində borcu vardır.

29. Birinci instansiya məhkəməsi isə heç bir əsaslandırma aparmadan və mötəbərliyini şübhə altına almadan iddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarışları deyil, məhz cavabdeh tərəfindən birtərəfli qaydada verilən maliyyə arayışlarını əsas götürərək, iddiaçının kredit müqavilələri üzrə yuxarıda qeyd olunan məbləğlərdə borcunun olduğu qənaətinə gəlmişdir.

30. Halbuki, birtərəfli qaydada verilən maliyyə arayışları əsasında həmin hal müəyyən oluna bilməzdi.

31. Hazırki apellyasiya baxışı zamanı da məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən cavabdehə təklif edilmişdir ki, "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarışlarda olan məlumatlarla maliyyə arayışlarında olan məlumatlar arasındakı ziddiyyətə aydınlıq gətirilsin.

32. Buna cavab olaraq cavabdeh bildirmişdir ki, "xxxx" ASC-nin lisenziyası müvafiq dövlət orqanı tərəfindən ləğv edildikdən sonra texniki səhv nəticəsində həmin reyestrdə şəxsin kreditinin bağlı olması göstərilmişdir. Hal-hazırda bu texniki səhv aradan qaldırılmış və Mərkəzi Kredit X1 iki aktiv kreditinin olması görünməkdədir. Məhkəməyə təqdim edilən arayışdan da görünür ki, hazırda 11413,27 manat və 3404,27 manat əsas məbləği olan iki kredit mövcuddur.

33. Həmin cavaba qoşma kimi əlavə olunan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda isə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2013-cü il tarixli 12000 manat məbləğində kredit üzrə 11413,27 manat əsas, 0 manat faiz borcu və xx.xx.2012ci il tarixli 4000 manat məbləğində kredit üzrə 3404,27 manat əsas, 1213,49 manat faiz borcu vardır.

34. Göründüyü kimi İddiaçı "xxxx" ASC ilə bağlanan xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə borcunun olub-olmaması üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda olan məlumatlar ziddiyyətlidir və biri digərini istisna edir.

35. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq, həmin məsələyə aydınlıq gətirilməsi və borc olmadığı və ya olduğu təqdirdə bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iddiaçının vəsatətinə əsasən "xxxx" MMC-yə məktub göndərilmişdir.

36. Həmin məktuba cavab olaraq sonuncu bildirmişdir ki, İddiaçı İxtiyar oğluna məxsus öhdəliklər xx.xx.2018-ci il tarixində Cavabdeh BOKT MMC (BOKT) tərəfindən Büronun məlumat bazasına “tam ödənilmiş” statusu ilə təqdim edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixində müvafiq öhdəliklər BOKT-nin rəsmi müraciəti əsasında aktiv statusa keçirilmişdir. Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar texniki emal edir və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Həmçinin müvafiq məlumatların yenilənməsi məlumat təchizatçıları tərəfindən həyata keçirir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, müraciətdə qeyd edilən sənədlər (borcun olub-olmamasını təsdiq edən sənədlər) Büroda toplanılmır.

37. Göründüyü kimi "xxxx" MMC onda olan məlumatların məhz Cavabdeh BOKT MMC tərəfindən verilən məlumatlar olduğunu və bu məlumatların dəqiqliyinin Büro tərəfindən yoxlanılmadığını bildirmişdir.

38. Bu isə onu deməyə əsas verir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışında əks olunan borc əvvəlcədən mövcud olmamış, yalnız hazırki apellyasiya baxışı zamanı məhkəmənin sorğusundan sonra Cavabdeh BOKT MMC-nin iddiaçının borcunun olması barədə məlumatları "xxxx" MMC-yə ötürmüş və bunun nəticəsində iddiaçının borcu olduğu xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda əks olunmuşdur.

39. Bununla bağlı kollegiya qeyd edir ki, əvvəla, cavabdeh birinci instansiya məhkəməsində bütün məhkəmə iclasları barədə kifayət qədər məlumatlı olsa da, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddiaya etirazını yalnız maliyyə arayışı ilə əsaslandırmış, hər hansı texniki səhvə yol verildiyinə ümumiyyətlə istinad etməmişdir. Bununla yanaşı o, apellyasiya baxışı zamanı da məhkəmə iclaslarında iştirak etməmiş, yalnız məhkəmənin qeyd olunan məktubundan sonra "xxxx" MMC-nin qeyd olunan hesabdan çıxarışını məhkəməyə təqdim etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Bundan əlavə, həmin Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir.

40. Bundan əlavə kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə borcun olub-olmaması məsələsi formal mülahizələrə və təkcə birtərəfli qaydada cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasında deyil, məhz borcu təsdiq edən müvafiq maliyyə sənədləri əsasında həll oluna bilər.

41. Bu mənada qeyd olunanların aydınlaşdırılması, yəni iddiaçının kredit borcunun mövcud olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-ci il tarixli 2-2(103)-386/2023 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

42. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli məlumatına əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından vəsatətdə göstərilən sənədlərin tam təqdim olunmaması səbəbindən imtina olunmuşdur.

43. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-ci il tarixli 2-2(103)-386/2023 saylı qərardadı icra olunması üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

44. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli məlumatına əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından aparılmasından imtina edilmişdir.

45. Həmin məlumatda da qeyd olunmuşdur ki, məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə ("xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 fevral 2013-cü il tarixli və 27 sentyabr 2012-ci il tarixli kredit müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş razılaşmalar, sazişlər və əlavələr daxil olmaqla cari hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən xx.xx.2023-cü il tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə, ayrı-ayrılıqda) ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları (müştəri və bank tərəfindən təqdim edilən, ayrı-ayrılıqda), faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən xx.xx.2023-cü il tarixə);) təqdim edilməsi xahiş edilmişdir. Həmin vəsatətə cavab olaraq xx.xx.2023-cü il tarixdə 12 oktyabr 2023-cü il tarixli məktubla Mərkəzə (02vərəq) əlavə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərlə tanışlıq zamanı, vəsatətdə qeyd olunan lazımi sənədlərin (05 fevral 2013-cü il tarixli və 27 sentyabr 2012-ci il tarixli kredit müqavilələri) əlavə olunmadığı müəyyən edilmişdir, yəni təqdim olunmuş sənədlər tam təqdim edilməmişdir.

46. Göründüyü kimi ekspertizanın keçirilməsi məhz cavabdehin lazımi sənədləri ekspertə təqdim etməməsi səbəbindən baş tutmamışdır.

47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarına əsasən kredit müqavilələri müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə, yəni 10-11 il bundan əvvəl bağlanmışdır, lakin "xxxx" ASC müqavilələr üzrə İddiaçı kredit borcunun olduğunu bildirsə də, keçən kifayət qədər uzun müddət ərzində həmin borcların İddiaçı tələb edilməsi ilə bağlı hər hansı tədbir görməmiş və məhkəməyə müraciət etməmişdir.

48. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiklərini, lakin məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarıldığını bildirsə də, bu halı təsdiq edən sübutları təqdim etməmişdir.

49. Ümumiyyətlə birinci instansiya məhkəməsində bu fakta istinad olunmamış və sübutlar təqdim edilməmişdir.

50. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələrindən sonra da digər banklar və BOKT-lar ("xxxx" KB ASC, “Kapital Bank” SB, "xxxx" ASC, “TCF” BOKT) tərəfindən İddiaçı bir neçə dəfə yeni kreditlər verilmişdir.

51. Halbuki, bank kreditləşməsi sahəsində məlum olan hal ondan ibarətdir ki, bankların mövcud siyasətinə və təcrübəsinə əsasən müştərinin hər hansısa bir digər banka kredit borcu mövcud olduğu halda (həmin məlumatlar mərkəzləşdirilir), ona yeni kredit verilməsindən bir qayda olaraq imtina edilir.

52. Beləliklə, qeyd olunanları, həmçinin "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli hesabdan çıxarışlara əsasən iddiaçının borcunun olmadığının müəyyən edildiyini, həmin məlumatların məhz cavabdeh tərəfindən "xxxx" MMC-yə təqdim edilən məlumatlar əsasında verildiyini, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələrinin bağlanmasından 10 ildən artıq müddət keçdiyini və ona görə də, həmin kredit müqavilələri üzrə ödəniş sənədlərinin hazırda iddiaçıda olmamasının ağlabatan olduğunu (iddiaçı ödəniş sənədlərinin onda qalmamasının bu şəkildə izah etmişdir), bu müddətdə iddiaçının digər banklardan kreditlər götürdüyünü, hazırki işə apellyasiya instansiyasında baxılan zaman verilən xx.xx.2023-cü il tarixli hesabdan çıxarışda və cavabdeh tərəfindən təqdim edilən maliyyə arayışında qeyd olunan borcun həqiqiliyinin müəyyən edilmədiyini, bununla bağlı cavabdeh tərəfindən lazımi maliyyə sənədlərinin təqdim edilmədiyini, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli hesabdan çıxarışlarda göstərilən məlumatların texniki səhv olaraq Büroya təqdim edildiyini təsdiq edən heç bir sübutun təqdim edilmədiyini, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının iki dəfə aparılmasının məhz cavabdehin hərəkətsizliyinə, yəni lazımi sənədləri təqdim etmədiyinə görə mümkün olmadığını və Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə İddiaçı heç bir borcunun olmadığı faktı məhkəmə tərəfindən qəbul edilməlidir.

53. Göründüyü kimi hazırki işdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsinin dispozitiv şərtləri mövcuddur.

54. Bu baxımdan kollegiya hesab edir ki, əsas öhdəliyə xitam verildiyinə görə iddiaçı ona məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsini və hüquqmüəyyənedici sənədlərin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia təmin edilməlidir.

55. Bununla yanaşı kollegiya hesab edir ki, X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, bina 22, 9 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsində iddia rədd edilməlidir.

56. Belə ki, işin hallarından görünür ki, həmin ipoteka predmeti X4 məxsus olmuşdur və o, İddiaçı qayınatası olmuşdur.

57. Eyni zamanda X7 vəfat etmişdir və Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən 08 iyul 2022-ci il tarixli 59 nömrəli məktubla verilən məlumata görə onun vərəsələri X2, X9 və X3r.

58. Kollegiya qeyd edir ki, X7 vəfat etdiyinə görə ona məxsus olmuş mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə tələb irəli sürmək hüququ məhz sonuncunun vərəsələrinə məxsusdur.

59. Lakin hazırda İddiaçı mərhum Ədalət İbrahimovun vərəsəsi olması faktı müəyyən olunmur. Çünki o, nə bu hala istinad etməmiş, nə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

60. Bu mənada kollegiya hesab edir ki, İddiaçı həmin iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

61. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4908/2022 saylı qətnaməsi qismən, yəni Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzili "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklülükdən azad edilsin və həmin mənzilə aid hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyi "xxxx" ASC-yə həvalə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar