Məhkəmə qərarları › İş №2-2(103)-392/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-392/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-392/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7115/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/006/24 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil, cəmi 30.296,55 (otuz min iki yüz doxsan altı, əlli beş qəp.) AZN qalıq borcunun, həmin vəsaitin indiyədək gecikdirilməsinə görə iddiçıdan müqavilənin 4.4-cü bəndinə əsasən 13.330,24 (on üç min üç yüz otuzmanat, iyirmi dörd qəp) AZN dəbbə pulunun, ödənilmiş 500 manat vəkil hüquqi xidmət haqqının, 183 (yüz səksən üç) və 40 (qırx) AZN olmaqla, cəmi 223 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək bildirmişdir ki, 29 Oktyabr 2024-cü il tarixdə cavabdeh ƏDV daxil 6700 manat ödəniş etdiyi üçün iddia tələbinin buna uyğun olaraq azaldılıb ƏDV daxil cəmi 23.597 (iyirmi üçün min beş yüz doxsan yeddi) AZN həddində əsas borcun tutulması olaraq nəzərə alıb digər tələblərimiz ilə yanaşı qətnamə çıxarmanızı xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7115/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəməyə daxil olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə cavabdehin nümayəndəsinin apellyasiya şikayətindən imtina etməsi barədə ərizə göndərilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə cavabdeh tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar