Məhkəmə qərarları › İş №2-2(103)-396/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-396/2024

02.05.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-396/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X7 qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi İddiaçı “müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması” barədə (LPO Cavabdeh ASC maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-503/2024 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-503/2024 nömrəli qətnaməsi ilə İddiaçı “müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması” barədə ərizəsi rədd edilmişdir.

3. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayətinin belə əsaslandırılmışdır: Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır, ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini “hazırkı iş üzrə “Müflisləşməvə iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyi” ilə əsaslandırmış, lakin konkret olaraq hansı şərtin ödənilmədiyini qeyd etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2023- cü il tarixə müqavilənin tələbləri əsasında yaranmış Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumi borcu 7.223.086,75 manat təşkil edir. Dövlət Vergi Xidməti tərəfindən əlavə olunmuş İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 7.736,10 manat, işsizlikdən sığorta haqqı üzrə 651,68 manat ödənilməmiş borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kreditorların və debitorların siyahısına əsasən İddiaçı "xxxx" MMC-yə 255000 manat, "xxxx" MMC-yə-26539,72 manat borcu vardır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixdə qərarına əsasən, İddiaçı məcburi dövlət sosial sığorta haqları borcu üzrə 7736,10 manat, işsizlikdən sığorta haqqı borcu üzrə 651,68 manatın tutulması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, X1 10.000 manat dəyərində 01 ədəd qazanxana avadanlığ materiallarında olan Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşinmaz Əmlakin Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-cü il tarixli **********39 saylı məktubuna əsasən, İddiaçı MMC-nin adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 1283302-1222 saylı məktubuna əsasən, İddiaçı MMC-nin adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, işin halları ilə tam sübut olunur ki, İddiaçı MMC-nin ödəmə vaxtı çatmış borcları vardır, lakin bu borcları ödəmək qabiliyyətinə malik deyildir və bunun üçün yetərli əmlakı da yoxdur. Beləliklə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Mülki Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

9. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

10. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

11. Həmin Qanunun 2-ci maddəsinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

12. Həmin Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşı ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilməlidir.

13. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

16. Belə ki, Mülki Məcəllənin 59.5-ci, 63-cü maddələrinin, o cümlədən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 5-ci və 11.1-ci maddələrinin tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.

17. Hazırkı işdə isə ərizəçi öz kreditorları barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, aktivləri, audit rəyini, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, MŞB15-0000xx/xx-2022 saylı barışıq sazişinə əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 6.941144 manat borc öhdəliyinin olduğunu təsdiq etmiş, 6.941144 manat borc məbləğinin 1.000.000 manat hissəsini Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixənədək ödənilməsi, xx.xx.2023cü il tarixdən sonra hər il yəni, xx.xx.2024-cü il tarixinədək 2.000.000 manat, xx.xx.2025-ci il tarixinədək 2.000.000 manat, xx.xx.2026-cı il tarixinədək 1.941.144 manat ödənilməsi öhdəliyini üzərinə götürmüş, barışıq sazişində öhdəliyin təminatı kimi sadalanmış əmlaklara tutmanın yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə etiraz etmədiyini sazişi imzalamaqla təsdiq etmişdir.

19. İş materiallarında olan Dövlət Vergi Xidməti məhkəməyə ünvanladığı ərizəyə etiraz ərizəsində İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 7736,10 manat, işsizlikdən sığorta haqqı üzrə 651,68 manat ödənilməmiş borcunun olduğunu, borcun məbləğinin alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli **********2 nömrəli əmlakın siyahıya alınması barədə qərar qəbul edildiyini, xx.xx.2021-ci il tarixdə qərarın icrası ilə əlaqədar ərizəçinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, X1 10.000 manat dəyərində 01 ədəd qazanxana avadanlığının siyahıya alındığını, bununla bağlı protokol tərtib edildiyini, protokolun ərizəçinin nümayəndəsi tərəfindən imzalandığını, tərtib edilmiş protokol və siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə müraciət edildiyini, məhkəmənin xx.xx.2021-ci il tarixli, e2-2(113)-3677/2021 saylı qətnaməsi ilə iddia təmin edildiyini, məhkəmə qətnaməsi ilə təsdiq edilmiş borc məbləğinin bu günədək ödənilmədiyini bildirərək ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Bu baxımdan kollegiya hesab edir ki, işdə olan sənədlər ərizəçinin məhkəmə tərəfindən ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil.

21. Bundan başqa, ərizəçiyə məxsus Abşeron rayonu, X1 10.000 manat dəyərində 01 ədəd qazanxana avadanlığının siyahıya alınmasına baxmayaraq iş materiallarında realizə edilərək məcburi dövlət ödənişlərinə yönəldilməsi görünmür.

22. Bundan əlavə, Mülki Məcəllənin 59.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulur.

23. Ona görə də kollegiya hesab edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz.

24. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçinin müflis elan olunması üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi də düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-503/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar