Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-400/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin Kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqlarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin xalis mənfəətindən iddiaçıların payının müəyyən edilməsi; iddiaçıların pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində cavabdehdən tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (zirzəmi daxil olmaqla) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə Məhkəməyə “iddia ərizəsinə əlavə” adlı ərizə təqdim edərək gəlir və xərcin müəyyən olunması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2-2(113)-158/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçılar həmin qərardaddan şikayət vermişlər və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********242400 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X5 – 19,8 %, X8 – 4,95 %, X9 – 1 %, X11 – 24,75 %, Əli-X15 – 24,75 %, İddiaçı1 – 4,95 %, Çalbay Ayhan (Türkiyə Respublikası) 19,8 %. Qanuni təmsilçisi X6r. Ayhan Çalbay və İddiaçı1 tərəfindən Cavabdeh MTK-nın sədri Etiram Məmmədova göndərilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında məktubla 15 gün müddətində Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması tələb olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MTK-nin Nizamnaməsindən görünür ki, MTK-nın üzvləri F.Əliyev, N.Quliyev, F.Əlizadə və iddiaçılardır. Nizamnamənin 1.2-ci bəndinə əsasən cavabdeh istehlak kooperatividir. Nizamnamənin 4.4-cü bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 106, 27/1 ünvanında qeydiyyatda olan Cavabdeh MTK-nin iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X11 – 5 AZN, 25%, 5 pay şəklində. Əli-X15 – 5 AZN, 25 %, 5 pay pul şəklində. X10 – 5 AZN, 25% 5 pay şəklində. Çalbay Ayhan – 4 AZN, 20 %, 4 pay pul şəklində. İddiaçı1 – 1 AZN, 5 % 1 pay pul şəklində. Nizamnamənin 5.3-cü bəndinə əsasən Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək kooperativ üzvlərinin hüquqlarıdır. Cavabdeh MTK-nın üzvlərinin may 2016-cı il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 kooperativin üzvüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır. Cavabdeh MTK-nın üzvlərinin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Cavabdeh MTK-nın üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 nömrəli protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2018-ci ildə ölmüşdür. Qeyd olunan materialları araşdıraraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı Mülki Prosessual Məcəllənin 2.1-ci və 4.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, kooperativin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Məhkəmə iddia tələblərinin ikinci hissəsi ilə bağlı isə qeyd etmişdir ki, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.10-ci maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.7-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Cavabdeh MTK-nin Nizamnaməsinin: 7.1-ci bəndinə əsasən Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ümumi Yığıncağıdır və Kooperativin fəaliyyətinə aid bütün qanunla müəyyən edilmiş məsələləri həll etmək səlahiyyətinə malikdir. X2 sədri tərəfindən ildə bir dəfə, lakin maliyyə ilinin başa çatmasından ən geci 3 ay keçənədək çağırılır. X1 Kooperativ sədrinin, Təftiş Komissiyasının təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq təşəbbüs və ya tələb irəli sürüldükdən sonra 15 gün müddətində sədr növbədənkənar Ümumi Yığıncağın keçirilməsini təmin etməlidir. 7.2-ci bəndinə əsasən ümumi yığıncaq üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. X3 özünün müstəsna səlahiyyətlərinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. 7.3-cü bəndinə əsasən kooperativin tikinti planını və smetasını, proqramını, illik hesabatı və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək, kooperativ üzvlərinin şikayətlərinə baxmaq ... Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi, kooperativ üzvlərinin ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Kooperativ üzvlərinin növbəti ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Kooperativ üzvlərinin növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə cavabdehin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən, cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçıların cavabdehin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 24,75 faiz (İddiaçı1 – 4,95 faiz, Çalbay Ayhan – 19,8 faiz) təşkil edir. Qanunvericiliyin tələblərinə əsasən kooperativin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin (25 faiz) tələbi ilə çağırılır. Bu səbəbdən iddiaçılara izah olunur ki, iddiaçılar kooperativin iştirakçılarının ümumi yığıncaqlarında iştirak etmək hüquqlarına malikdir. Belə ki, Mülki Məcəllənin 109-4.1-ci maddəsinə əsasən kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək ... kooperativin üzvlərinin hüquqlarıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci, 262.3-cü, 262.1-ci maddələrinin tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizərə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-400/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-400/2023
17.03.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver