Məhkəmə qərarları › İş №2-2(103)-401/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-401/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-401/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommersiya işi Açar söz: tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-31/2023 nömrəli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, ASC “Xalq” Bankı (bank) ilə Maraqlı şəxs MMC (borc alan) arasında 19 aprel 2017- ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsi bağlanmış, bank borc alana 3.000.000 manat məbləğində, 84 ay müddətinə, illik 6 % faiz ödənilməklə İsmayıllı rayonunda “BƏDO” adı altında fəaliyyət göstərəcək sanatoriya və turizm mərkəzinin tikintisinin tamamlanması və fəaliyyətinin təşkili üçün kredit verilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, kreditin verildiyi müddətin ilk 42 aylıq dövrü Borc alana güzəşt müddəti müəyyən edilir və bu müddət ərzində kredit üzrə əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödənişlər aparılmır.

2. Müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% faiz dərəcəsi ilə hesablanan penya ödəyir.

3. 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsinə xx.xx.2018ci il tarixli 1 nömrəli əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Maraqlı şəxs MMC tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək ödəyəcək əsas məbləğ 2.600.000 manat, faizin məbləği 667.642,87 manat, cəmi ödəniləcək məbləğ 3.267.642,87 manat müəyyən edilmişdir.

4. ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh11 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 21 aprel 2017-ci il tarixdə **********19817/İM-1 saylı, 20 aprel 2017-ci il tarixdə **********19817/İM-2 saylı, 20 aprel 2017-ci il tarixdə **********19817/İM-3 saylı, 20 aprel 2017-ci il tarixdə **********19817/İM-5, 20 aprel 2017-ci il tarixdə **********19817/İM-6 saylı ipoteka müqavilələri bağlanmış, Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyriyaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus-A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binası (Kotec) ipoteka ilə yüklü edilmişdir.

5. ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh2 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 11 oktyabr 2017-ci il tarixdə **********19817/İM-7 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binası (Kotec), xx.xx.2018-ci il tarixli **********19817/İM-8 №-li üzrə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh9 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1 438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın.

6. ASC «Xalq» Bankı (bank) və Maraqlı şəxs MMC (borc alan) arasında 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmışdır. Bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 1.3-cü bəndinə aşağıdakı dəyişiklik edilmişdir. Borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində 20 aprel 2017-ci il tarixli **********19817/İM-2 saylı, **********19817/İM-6 saylı, 21 aprel 2017-ci il tarixli **********19817/İM-1 saylı və 11 oktyabr 2017-ci il tarixli **********19817/İM-7 saylı ipoteka müqavilələr üzrə ipoteka predmeti olan əmlaklar çıxış edir.

7. ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh9 MMC (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 07 may 2018-ci il tarixdə **********19817/İM8 saylı ipoteka müqaviləsi bağlanmışdır. ipoteka qoyana məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 1 A ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binası (Kotec) ipoteka ilə yüklü edilmişdir.

8. ASC «Xalq» Bankı (bank) və Maraqlı şəxs MMC (borc alan) arasında 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 02 nömrəli əlavə saziş bağlanmış, kredit müqaviləsinə dəyişiklik edilərək borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində 20 aprel 2017-ci il tarixli **********19817/İM-2 saylı, **********19817/İM-3 saylı, **********19817/İM-5 saylı, **********19817/İM-6 saylı, 21 aprel 2017-ci il tarixli **********19817/İM-1 saylı, 11 oktyabr 2017-ci il tarixli **********19817/İM-7 saylı və 07 may 2018-ci il tarixli **********19817/İM-8 saylı ipoteka müqavilələr üzrə ipoteka predmeti olan əmlaklar çıxış etdiyi qeyd edilmişdir.

9. ASC «Xalq» Bankı (bank) və Maraqlı şəxs MMC (borc alan) arasında 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 03 nömrəli əlavə saziş bağlanmışdır. Bu sazişin predmetini borc alana kredit müqaviləsinə əsasən bank tərəfindən təqdim edilmiş kredit məbləğinin tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən 400.000 manat azaldırılaraq 2.600.000 manat məbləğində müəyyən olunması ilə əlaqədar müvafiq dəyişikliyin kredit müqaviləsində əks etdirilməsi təşkil edir.

10. Bu əlavələrə əsasən bağlanmış ipoteka müqavilələrinə müvafiq dəyişikliklər edilmişdir.

11. ASC “Xalq” Bankı (bank) ilə Maraqlı şəxs MMC (borc alan) arasında 23 aprel 2019- cu il tarixli, **********35518 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank borc alana İsmayıllı rayonunda “BƏDO” adı altında fəaliyyət göstərəcək sanatoriya və turizm mərkəzinin tikintisinin tamamlanması və fəaliyyətinin təşkili üçün xx.xx.2024-cü il tarixədək, 400.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 5% faiz ödənilməsi şərti ilə kredit vermişdir. 1.3-cü bəndinə əsasən borc alanın bu Müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində 23 aprel 2019-cu il tarixli **********35518/İM-1 saylı, **********35518/İM-2 saylı, **********35518/İM-3 saylı, **********35518/İM-4 saylı və **********35518/İM-5 saylı ipotaka müqavilələri üzrə ipoteka predmeti olan əmlaklar çıxış edir. Kreditin verildiyi tarixdən xx.xx.2020-ci il tarixədək borc alana güzəşt müddəti müəyyən edilmiş və bu müddət ərzində kredit üzrə əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödənişin həyata keçirilməsi razılaşdırılmışdır. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% faiz dərəcəsi ilə hesablanan penya ödəyir.

12. 23 aprel 2019-cu il tarixli, **********35518 nömrəli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Maraqlı şəxs MMC tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək ödəyəcək əsas məbləğ 400.000 manat, faizin məbləği 66.206,40 manat, cəmi ödəniləcək məbləğ 466.206,40 manat müəyyən edilmişdir.

13. Öhdəliyi təminatı olaraq ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 23 aprel 2019-cu il tarixdə **********35518/İM-1 saylı, 23 aprel 2019-cu il tarixdə **********35518/İM-2 saylı, 23 aprel 2019-cu il tarixdə **********35518/İM-3 saylı, 23 aprel 2019-cu il tarixdə **********35518/İM- 4 saylı, 23 aprel 2019-cu il tarixdə **********35518/İM-5 saylı ipoteka müqavilələri bağlanmışdır. Müqavilələr və həmin müqavilələrə əlavə sazişlər (ipoteka predmeti qismində çıxış edən əmlakın “Roveks Konmark” Konsaltinq qiymətləndirmə şirkəti tərəfindən yenidən qiymətləndirilməsi (bazar və likvid dəyərinin yenidən müəyyən olunması) ilə bağlı müvafiq dəyişikliyin ipoteka müqaviləsində əks etdirilməsi barədə)

14. ASC “Xalq” Bankı (bank) ilə Maraqlı şəxs MMC (borc alan) arasında 23 avqust 2019-cu il tarixli, **********50019 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank borc alana İsmayıllı rayonunda “BƏDO” adı altında fəaliyyət göstərəcək sanatoriya və turizm mərkəzinin tikintisinin tamamlanması və fəaliyyətinin təşkili üçün 84 ay müddətinə, 3.500.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 5% faiz ödənilməsi şərti ilə kredit vermişdir. Kreditin verildiyi tarixdən 42 ay müddətinə Borc alana güzəşt müddəti müəyyən edilmiş və bu müddət ərzində kredit üzrə əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödəniş həyata keçirilmir. 6.2ci bəndinə əsasən borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% faiz dərəcəsi ilə hesablanan penya ödəyir.

15. 23 avqust 2019-cu il tarixli, **********50019 nömrəli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə (xx.xx.2019-cu il tarixli yeni redaksiyada) əsasən Maraqlı şəxs MMC tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinədək ödəyəcək əsas məbləğ 3.500.000 manat, faizin məbləği 918.772,99 manat, cəmi ödəniləcək məbləğ 4.418.772,99 manat müəyyən edilmişdir.

16. Bu öhdəliyin təminatı olaraq ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 23 avqust 2019-cu il tarixdə **********50019/İM-1 saylı, 23 avqust 2019-cu il tarixdə **********50019/İM-2 saylı ipoteka müqavilələri bağlanmış, ipoteka predmeti, ipoteka qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən 196.8 kv.m ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil, Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində yerləşən 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

17. Eyni zamanda ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh5 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 23 avqust 2019-cu il tarixdə **********50019/İM-3 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyana məxsus ünvan 8 ünvanında yerləşən 54.15 kv.m ümumi sahədən ibarət 2 otaqlı 9 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

18. Bu öhdəliyin təminatı olaraq ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh3 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 23 avqust 2019-cu il tarixdə **********50019/İM-4 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, b.18, m 3 (yeni qaydalara: Az 1000, ünvan 9 ünvanında yerləşən 61 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətində olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

19. 23 avqust 2019-cu il tarixli **********50019 saylı kredit müqaviləsinin təminatı olaraq ASC “Xalq” Bankı (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Maraqlı şəxs MMC (borc alan) arasında 23 avqust 2019-cu il tarixdə **********50019/SİM-1 saylı, 23 avqust 2019-cu il tarixdə **********50019/SİM-2 saylı, 23 avqust 2019-cu il tarixdə **********50019/SİM-3 saylı, 23 avqust 2019-cu il tarixdə **********50019/SİM-4 saylı, 23 avqust 2019-cu il tarixdə **********50019/SİM-5 saylı sonrakı ipoteka müqavilələri bağlanmış, ipoteka qoyana məxsus İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətində olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətində olan 1.9282 ha torpaq sahəsi, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətində olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətində olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası sonrakı ipoteka ilə yüklü edilmişdir.

20. İpoteka və sonrakı ipoteka müqavilələrinin və ipotekaya tutma yönəldilməsi barədə bildirişlər, həmin bildirişlərin dövlət qeydiyyatına alınması barədə sənədlər iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəyişərək xx.xx.2017-ci tarixli **********19817/İM-1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (Kotec) (1-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (Kotec) (2-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (Kotec) (3-cü İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus- A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binasına (Kotec) (4-cü İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-6 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (Kotec) (5-ci İpoteka predmeti), xx.xx.2017-ci il tarixli **********19817/İM-7 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasına (Kotec) (6-cı İpoteka predmeti), xx.xx.2018-ci il tarixli **********19817/İM-8 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh9 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) (7-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2017-ci il tarixli **********19817 №-li Kredit müqaviləsi (1- ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 2.476.190,48 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 62.317,46 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 308.148,15 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanmış 1.762.531,75 manat məbləğində cərimə faizləri, cəmi 4.609.187,84 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 910 manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci, 3cü, 4-cü, 5-ci, 6-cı və 7-ci İpoteka predmetlərinin dəyərindən; 2) xx.xx.2019-cu tarixli **********35518/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (8-ci İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-2 №- li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (9-cu İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), xx.xx.2019cu tarixli **********35518/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), xx.xx.2019-cu tarixli **********35518/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Borcalan Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********35518 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 383.483,04 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 4.817,18 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 47.722,33 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanmış 272.961,82 manat məbləğində cərimə faizləri, cəmi 708.984,37 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində çəkilmiş xərclər 8-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci İpoteka predmetlərinin dəyərindən; 3) xx.xx.2019cu il tarixli **********50019/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzilə (13-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə (14-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilə (15-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 10 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilə (16-cı İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9-cu İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********50019/SİM-1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına (8-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, İpoteka predmetlərinin açıq hərracdan satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********50019 №-li Kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 44.230,47 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, xx.xx.2023- cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanmış 2.490.833,33 manat məbləğində cərimə faizləri, cəmi 6.470.619,36 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində çəkilmiş xərclər 13-cü, 14-cü, 15-ci, 16-cı, 12-ci, 11-ci, 10-cu, 9-cu və 8-ci İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. 22.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdehlərə ipoteka qoyulmuş əmlak obyektlərinin satılması və İddiaçının yuxarıda qeyd edilən tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi cavabdehlər tərəfindən göstərilən istiqamətdə hər hansı əməli addım atılmadığından iddia ərizəsinə əlavə edilmiş kredit müqavilələri üzrə kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutma yönəldilməsi xahiş olunur.

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları, 13-cü və 14-cü ipoteka predmetləri satıldıqdan sonra həmin yaşayış sahələrində yaşayan mülkiyyətçi Cavabdeh4 və digər şəxslər, həmçinin 16-cı ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan mülkiyyətçi Cavabdeh3 və digər şəxslər yaşayış sahələrini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları hissəsində iş üzrə icraata xitam verilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilərək xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsi üzrə Maraqlı şəxs MMC-nin iddiaçı ASC “Xalq” Bankı qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2017-ci tarixli **********19817/İM-1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (Kotec), xx.xx.2017-ci il tarixli **********19817/İM-2 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (Kotec), xx.xx.2017-ci il tarixli **********19817/İM-3 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (Kotec), xx.xx.2017-ci il tarixli **********19817/İM-5 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus- A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binasına (Kotec), xx.xx.2017-ci il tarixli **********19817/İM-6 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (Kotec) , xx.xx.2017-ci il tarixli **********19817/İM-7 üzrə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasına (Kotec) ( xx.xx.2018-ci il tarixli **********19817/İM-8 №-li üzrə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh9 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1 438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka predmetləri olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyriyaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000 manat; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000 manat; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000 manat; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus-A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyriyaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000 manat; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasının (Kotecin) ilkin satış qiyməti 630.000 manat; Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1 438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasının (Kotecin) ilkin ilkin satış qiymətinin 2.700.000 manat məbləğində müəyyən edilməsi, -həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 2.476.190,48 manat məbləğində əsas borcu, 62.317,46 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 308.148,15 manat məbləğində əldən çıxmış fayda, 60.000 manat məbləğində dəbbə pulu, cəmi 2.906.656,09 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 910 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilsin və satışdan artıq qalan məbləğlərin isə müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, xx.xx.2019-cu il tarixli **********35518 №-li kredit müqaviləsi üzrə Maraqlı şəxs MMC-nin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı xx.xx.2019-cu tarixli **********35518/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu tarixli **********35518/İM-2 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu tarixli **********35518/İM-3 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu tarixli **********35518/İM-4 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasına, xx.xx.2019-cu tarixli **********35518/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və ipoteka predmetləri olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 910.000 manat; İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 1.220.000 manat; İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 2.800.000; İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 870.000 manat və İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.350.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********35518 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 383.483,04 manat məbləğində əsas borcu, 4.817,18 manat faiz borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 47.722,33 manat məbləğində əldən çıxmış fayda, 19.000 manat məbləğində dəbbə pulu, cəmi 455.022,55 manat məbləğində pul vəsaiti və və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi və satışdan artıq qalan məbləğlərin isə müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, xx.xx.2019-cu il tarixli **********50019 №-li kredit müqaviləsi üzrə Maraqlı şəxs MMCnin iddiaçı ASC «Xalq» Bankı qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixli **********50019/İM-1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzilə, xx.xx.2019-cu il tarixli **********50019/İM-2 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə, xx.xx.2019- cu il tarixli **********19817/İM-3 №- li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilə, xx.xx.2019-cu il tarixli **********50019/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 10 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilə, xx.xx.2019-cu il tarixli **********50019/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 764.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu il tarixli **********50019/SİM-4 №- li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu il tarixli **********50019/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu il tarixli **********50019/SİM-2 №-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2019-cu il tarixli **********50019/SİM-1 №-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzilinin ilkin satış qiyməti 550.000 manat; Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 manat, ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilinin ilkin satış qiyməti 75.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 10 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilinin ilkin satış qiyməti 140.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.350.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 870.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 2.800.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1,9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 1.220.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 910.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin xx.xx.2019-cu il tarixli **********50019 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, 44.230,47 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, 170.000 manat məbləğində dəbbə pulu, cəmi 4.149.786,03 məbləğində pul vəsaiti və və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi və satışdan artıq qalan məbləğlərin isə müvafiq olaraq ipoteka qoyanlara qaytarılması qət edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 9/2893 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 19 aprel 2017-ci il tarixdə bağlanmış **********19817 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il (maliyyə arayışının) tarixinə əsas borcu 2.476.190,48 manat, faiz borcu 144.908,73 manat, cərimə borcu 326.341,27 manat məbləğində olmaqla cəmi borcu 2.947.440,48 manat, hesabdan çıxarış məlumatları, 23 aprel 2019-cu il tarixdə bağlanmış **********35518 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il (maliyyə arayışının) tarixinə əsas borcu 383.483,04 manat, faiz borcu 15.469,49 manat, cərimə borcu 50.541,66 manat məbləğində olmaqla cəmi borcu 449.494,19 manat və hesabdan çıxarış məlumatları, 23 avqust 2019-cu il tarixdə bağlanmış **********50019 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021ci il (maliyyə arayışının) tarixinə əsas borcu 3.500.000 manat, faiz borcu 141.452,69 manat, cərimə borcu 460.833,33 manat məbləğində olmaqla cəmi borcu 4.102.286,02 manat məbləğində müəyyən olunur.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/9120 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 19 aprel 2017-ci il tarixdə bağlanmış **********19817 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (maliyyə arayışının) tarixinə əsas borcu 2.476.190,48 manat, faiz borcu 267.480,16 manat olmaqla cəmi borcu 2.743.670,64 manat, xx.xx.2023-cü il (ekspert rəyinin verildiyi) tarixə əsas borcu 2.476.190,48 manat, faiz borcu 336.813,49 manat olmaqla cəmi borcu 2.813.003,97 manat, hesabdan çıxarış məlumatları, 23 aprel 2019-cu il tarixdə bağlanmış **********35518 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (maliyyə arayışının) tarixinə əsas borcu 383.483,04 manat, faiz borcu 31.288,17 manat olmaqla cəmi borcu 414.771,21 manat, xx.xx.2023-cü il (ekspert rəyinin verildiyi) tarixə əsas borcu 383.483,04 manat, faiz borcu 40.236,11 manat olmaqla cəmi borcu 423.719,15 manat və hesabdan çıxarış məlumatları, 23 avqust 2019-cu il tarixdə bağlanmış **********50019 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (maliyyə arayışının) tarixinə əsas borcu 3.500.000 manat, faiz borcu 285.827,69 manat olmaqla cəmi borcu 3.782.827,69 manat, xx.xx.2023-cü il (ekspert rəyinin verildiyi) tarixə əsas borcu 3.500.000 manat, faiz borcu 367.493,36 manat olmaqla cəmi borcu 3.867.493,36 manat məbləğində müəyyən olunur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 9/7916 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ekspert qarşısında qoyulmuş suallar üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli, 23 aprel 2019-cu il tarixli, **********35518 nömrəli və 23 avqust 2019-cu il tarixli **********50019 nömrəli kredit müqavilələri üzrə cavabdeh Maraqlı şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ekspert rəyinin verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinədək əsas borcu və xx.xx.2021-ci il tarixə faiz borcu aşağıdakı kimi müəyyən edilir: 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsi üzrə: - əsas borc üzrə ---------------- 2.476.190,48 manat, - faiz borcu üzrə ---------------- 62.317,46 manat.

23 aprel 2019-cu il tarixli, **********35518 nömrəli kredit müqaviləsi üzrə: - əsas borc üzrə ---------------- 383.483,04 manat, - faiz borcu üzrə ---------------- 4.817,18 manat.

23 avqust 2019-cu il tarixli **********50019 nömrəli kredit müqaviləsi üzrə: - əsas borc üzrə ---------------- 3.500.000 manat, - faiz borcu üzrə ---------------- 44.236,12 manat.

28. ASC «Xalq» Banka tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli, 23 aprel 2019-cu il tarixli, **********35518 nömrəli və 23 avqust 2019-cu il tarixli **********50019 nömrəli kredit müqavilələri üzrə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

29. ASC “Xalq” Bankı tərəfindən verilmiş sonuncu maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, “Maraqlı şəxs MMC-nin 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Banka xx.xx.2023-cü il tarixinə əsas borcu 0 manat, vaxtı keçmiş borcu 2.476.190,48 manat, xx.xx.2021-ci il tarixində kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (6%) ilə hesablanmış adi faiz borcu 62.317,46 manat, cərimə faizləri (30%) üzrə borc 1.762.531,75 manat, xx.xx.2021-ci il tarixindən arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 5% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 308.148,15 manat olmaqla, cəmi borc 4.609.187,84 manat təşkil edir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ASC “Xalq” Bankı (bank) ilə Maraqlı şəxs MMC (borc alan) arasında 19 aprel 2017-ci il tarixli, **********19817 nömrəli, 23 aprel 2019-cu il tarixli, **********35518 nömrəli və 23 avqust 2019-cu il tarixli, **********50019 nömrəli kredit müqavilələri bağlanmışdır. 19 aprel 2017-ci il tarixli, **********19817 saylı müqaviləyə əsasən ASC “Xalq” Bankı Maraqlı şəxs MMC-yə 3.000.000 manat məbləğində, illik 6 faiz dərəcəsi ilə, 84 ay müddətinə kredit verilmişdir. Kreditin verilmə müddəti 19 aprel 2024-cü ilədək müəyyən edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə 03 nömrəli əlavə sazişə əsasən kreditin məbləği azaldılaraq 2.600.000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə üzrə Maraqlı şəxs MMC-nin öhdəliyinin təminatı olaraq ASC «Xalq» Bankı, Maraqlı şəxs MMC və ipoteka qoyanlar Cavabdeh11, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh9 MMC (ipoteka qoyanlar) arasında ipoteka (haqqında müqavilələr ipoteka müqavilələrinə əlavə sazişlər) bağlanmışdır. İpoteka müqavilələrinə əsasən müvafiq olaraq Cavabdeh11 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binası (Kotec), Cavabdeh8 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus-A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binası (Kotec), Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binası (Kotec), Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km- 2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binası (Kotec) və Cavabdeh9 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1 438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyriyaşayış binası (Kotec) ipoteka ilə yüklü edilmişdir.

31. 23 aprel 2019-cu il tarixli, **********35518 saylı kredit müqaviləsinə əsasən ASC «Xalq» Bankı Maraqlı şəxs MMC-yə 400.000 manat məbləğində, illik 5 faiz dərəcəsi ilə, xx.xx.2024-cü il tarixədək kredit verilmişdir.

32. 23 aprel 2019-cu il tarixli, **********35518 saylı müqavilə üzrə isə Maraqlı şəxs MMC-nin öhdəliyinin təminatı olaraq ASC «Xalq» Bankı, Maraqlı şəxs MMC ilə ipoteka qoyan Cavabdeh4 arasında ipoteka müqavilələri (ipoteka müqavilələrinə əlavə sazişlər) bağlanmışdır. İpoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. 23 avqust 2019-cu il tarixli, **********50019 saylı kredit müqaviləsinə əsasən ASC «Xalq» Bankı Maraqlı şəxs MMC-yə 3.500.000 manat məbləğində, illik 5 faiz dərəcəsi ilə, xx.xx.2026-cı il tarixədək kredit verilmişdir. 23 avqust 2019-cu il tarixli, **********50019 saylı müqavilə üzrə isə Maraqlı şəxs MMC-nin öhdəliyinin təminatı olaraq ASC «Xalq» Bankı, Maraqlı şəxs MMC ilə ipoteka qoyanlar Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 arasında ipoteka və sonrakı ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16.17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196.8 kv.m. ümumi, 118.9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzil, Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99.2 kv.m. yaşayış, 19.9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi, Cavabdeh5 məxsus ünvan 8 ünvanında yerləşən 54.15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzil, Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, m.3 (Yeni qaydalarla: AZ 1000, ünvan 10 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzil, sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 764.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir.

33. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC xx.xx.2021-ci il tarixdə cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) göndərməklə kredit müqavilələri üzrə borcun vaxtından əvvəl ödənilməsini tələb etdiyindən həmin tarixdən sözügedən müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, "xxxx" ASC yalnız xx.xx.2021-ci il tarixədək, yəni müqavilələrə xitam verilənədək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Məhkəmə iddianın xx.xx.2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 1.762.531,75 manat, xx.xx.2019-cu il tarixli **********35518 nömrəli kredit müqaviləsi üzrə 272.961,82 manat və xx.xx.2019-cu il tarixli **********50019 nömrəli kredit müqaviləsi üzrə 2.490.833,33 manat məbləğində cərimə faizlərinin tutulması hissəsində qeyd etmişdir ki, müqavilədə müqavilə öhdəliklərinin gecikdirilməsinə görə vaxtı keçmiş əsas borc məbləğinə illik 30%-lə hesablanması nəzərdə tutulan məbləğ “faiz” adlandırılsa da, mahiyyət etibarilə həmin məbləğ müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda tətbiq edilən dəbbə puludur. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, eləcə də dəbbə pulunun yalnız müqavilələrin xitam verildiyi tarixədək hesablanması üçün əsasların mövcud olduğunu (müqaviləyə xitam verildiyi tarixdən sonra eyni pozuntuya, yəni krediti qaytarmaq öhdəliyinin icrasının gecikdirilməsinə görə digər maliyyə sanksiyası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması - tətbiq edilmişdir) nəzərə alaraq hesab etmişdir ki, ipoteka predmeti hesabına tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq xx.xx.2017-ci il tarixli, **********19817 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu 60.000 manat, xx.xx.2019- cu il tarixli **********35518 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu 19.000 manat və xx.xx.2019-cu il tarixli **********50019 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu 170.000 manat məbləğində müəyyən edilməlidir.

35. Məhkəmə iddianın mübahisəli kredit müqavilələri üzrə əsas, faiz borcu və dəbbə pulu ilə yanaşı Mülki Məcəllənin 445.7- ci maddəsinə əsasən kreditin verilməsi müddəti bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət üçün (sonuncu iddia həcminin dəyişdirilməsi barədə ərizənin verildiyi tarixədək) kredit müqavilələri üzrə gecikdirilmiş əsas borc məbləğlərinə illik 5% olmaqla əldən çıxmış fayda ilə bağlı qeyd etmişdir ki, Maraqlı şəxs MMC-nin kredit müqavilələrin əsasən kredit üzrə əsas borc məbləğinin ödənilməsini təxminən 29 aydan artıq müddətə (909 gün) gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx"ının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə əldə çıxmış faydanın hesablanması üçün əsaslar mövcuddur.

36. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ASC «Xalq» Bankı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir. Bununla yanaşı məhkəmə ipotekaya tutma yönədilməsi barədə çəkilmiş 910 manat, 650 manat və 810 manat məbləğində işə baxılması ilə bağlı məsrəflərə münasibətdə qeyd edir ki, ipotekaya tutma yönəldilməsi hissəsində iddia təmin edildiyindən, eyni zamanda tərəflər arasında bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrində ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ipoteka saxlayanın çəkdiyi xərclər də ipoteka ilə təmin edilmiş tələblərə aid edildiyindən həmin xərclər də ipoteka predmetlərinin satışından əldə edilən vəsait hesabına ödənilməlidir.

37. Məhkəmə araşdırması gedişində ipoteka predmetlərinin real bazar qiymət və likvid dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi alınmışdır. “Lex Fori” Hüquq və Qiymətləndirmə Şirkətinin 29 sentyabr 2022-ci il tarixli, 29, 30, 31, 32, 33 və 34 saylı hesabatlara (mütəxəssis rəylərinə) əsasən 29 sentyabr 2022-ci il tarixinə müvafiq olaraq İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 998.000 manat, likvid qiyməti 910.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 1.333.000 manat, likvid qiyməti 1.220.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 590.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 3.057.000 manat, likvid qiyməti 2.800.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 945.000 manat, likvid qiyməti 870.000 manat, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 3.703.000 manat, likvid qiyməti 3.350.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən, 117b nömrəli evin 58 saylı mənzilinin bazar dəyəri 570.000 manat, likvid qiyməti 550.000 manat, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 36 saylı evin 9 saylı mənzilinin bazar dəyəri 80.000 manat, likvid qiyməti 75.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 18 saylı evin 3 saylı mənzilinin bazar dəyəri 150.000 manat, likvid qiyməti 140.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında yerləşən E5 literli qeyri-yaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında yerləşən E6 literli qeyri-yaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 22 ünvanında yerləşən E7 literli qeyriyaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 23 ünvanında yerləşən E8 literli qeyri-yaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 24 ünvanında yerləşən E9 literli qeyri-yaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 25 ünvanında yerləşən E10 literli qeyri-yaşayış binasının bazar dəyəri 750.000 manat, likvid qiyməti 630.000 manat, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri 3.300.000 manat, likvid qiyməti 2.700.000 manat, Abşeron rayonu, Məmmədli kəndində 0.60 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti bazar dəyəri 320.000 manat, likvid qiyməti 300.000 manat dəyərində müəyyən edilmişdir.

38. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmetləri olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

39. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərinin nəzərə alındığını qətnamədə qeyd etsə də, yekunda Bankın xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsi üzrə (1-ci Kredit müqaviləsi) 1.762.531,75 manat məbləğində cərimə faizlərinin 60.000 manat məbləğinədək, xx.xx.2019-cu iltarixli **********35518 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) 272.961,82 manat məbləğində cərimə faizlərinin 19.000 manat məbləğinədək və xx.xx.2019- cu il tarixli **********50019 №-li Kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə 2.490.833,33 manat məbləğində cərimə faizlərinin 170.000 manat məbləğinədək azaltmaqla bunun əksini göstərmişdir. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını bir daha təsdiq edir. Qeyd etmək istəyirik ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Bağlanmış kredit müqavilələrinə əsasən verilmiş kreditlər də iddiaçı tərəfindən qaydalara uyğun olaraq təsnifləşdirilmiş və müvafiq ehtiyatlar yaradılmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsi üzrə (1-ci Kredit müqaviləsi) xx.xx.2023-cü il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 1 733 333,34 (bir milyon yeddi yüz otuz üç min üç yüz otuz üç manat otuz dörd qəpik) manata, xx.xx.2019-cu il tarixli **********35518 №-li kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə xx.xx.2023-cü il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 268 438,13 (iki yüz altmış səkkiz min dörd yüz otuz səkkiz manat on üç qəpik) manata və xx.xx.2019-cu il tarixli **********50019 №-li kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə xx.xx.2023-cü il tarixinə yaradılmış ehtiyatların cəmi məbləği 2 450 000 (iki milyon dörd yüzəlli min) manata bərabər olan vəsait təşkil etmişdir. Göründüyü kimi Bank verilmiş kreditlərin vaxtında qaytarılmaması nəticəsində dəymiş zərərdən əlavə yuxarıda qeyd edilən məbləğlər həcmində ehtiyat yaratmaqla həmin pul vəsaitlərindən istifadə edə bilməyərək gəlir əldə edə bilməmiş və bununla da banka iki qat zərər dəymişdir. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən məhz bu cür amilləri nəzərə almalı idi. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi penya isə bankın əldə edə bilmədiyi faydanın məbləğindən müqayisə edilə bilinməyəcək dərəcədə azdır və kreditorun zərərini kompensasiya etmək üçün kifayət etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinin, yəni tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmasına dair müddəalarının birinci instansiya məhkəməsi tərəfindən aşkar surətdə pozulduğunu sübut edir.

40. Üçüncü şəxs Maraqlı şəxs MMC qətnamədən apellyasiya şikayəti verərək, sonradan apellyasiya şikayətinin tələb hissəsini dəqiqləşdirərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsinin faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 41 Üçüncü şəxs Maraqlı şəxs MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qətnaməsində göstərilən əsas və faiz borcuna nisbətdə cərimə məbləği əsassız olaraq hesablanmışdır. Bundan əlavə qeyd edilməlidir ki,müqavilə tərəfi olan Maraqlı şəxs MMC ilə ASC “Xalq” Bank arasında İsmayıllı rayonunda “BƏDO” adı altında fəaliyyət göstərəcək sanatoriya və turizm mərkəzinin tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kredit verilməsi üçün bağlanmış kredit müqaviləsi əsasında 84 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə kredit götürülmüşdür. Lakin yuxarıda qeyd edilən hər 3 kredit müqaviləsi 4 tranş olmaqla 3-cü şəxsə verilmişdir. Həmin kredit tam olaraq İsmayıllı rayonu, Tircan kəndində yerləşən sanatoriya və turizm mərkəzinin tikintisinə sərf olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qətnamə qəbul edərkən əldən çıxmış faydanı həddindən artıq hesablamış, qətnaməni qəbul edərkən əldən çıxmış faydanın hansı sübüt əsasında olması öz əksini tapmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, əldən çıxmış faydanı, həmçinin birtərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə əsassız olaraq Maraqlı şəxs MMC-ni cavabdeh qismində deyil, üçüncü şəxs qismində cəlb etmişdir. Bununla bağlı vəsatət verilməsinə baxmayaraq məhkəmə cavabdeh qismində tanınmasından imtina etmişdir. Belə ki, göstərilən borc məbləği "xxxx" MMC ilə bağlanmış kredit müqaviləsi əsasında yaranmışdır. Bundan başqa məhkəmə qətnaməsində borc məbləğinin tutulması, ödəniş edilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qeyd edilməli idi. Lakin məhkəmə birbaşa ipoteka qoyanları cavabdeh qismində cəlb etmiş və əmlaklara yönəldilməsini qeyd etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. İddiaçının nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

43. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.

44. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisəli hüquq münasibəti yarandığı dövrdə qüvvədə olmuş redaksiya) 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 445.2-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddə- əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

45. Qətnamə iddiaçı tərəfindən cərimə tələbinin rədd edildiyi, üçüncü şəxs tərəfindən faiz və cərimə tələblərinin təmin edildiyi hissələrdə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı bankla üçüncü şəxs Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********19817 №-li, xx.xx.2019-cu iltarixli **********35518 №-li, xx.xx.2019- cu il tarixli **********50019 №-li kredit müqavilələri üzrə borclar tam ödənilmədiyindən bank ipoteka qoyanlara qarşı ipoteka predmetlərinə tutma yönəldilməklə kredit borclarının tutulması üçün iddia qaldırmışdır. Bankın xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsi üzrə 1.762.531,75 manat məbləğində cərimə tələbi məhkəmə tərəfindən 60.000 manat məbləğində, xx.xx.2019-cu iltarixli **********35518 №-li kredit müqaviləsi üzrə 272.961,82 manat məbləğində cərimə tələbi 19.000 manat məbləğində, xx.xx.2019- cu il tarixli **********50019 №-li kredit müqaviləsi üzrə 2.490.833,33 manat məbləğində cərimə faizi 170.000 manat məbləğində təmin edilmişdir.

48. Kredit müqavilələrinin 6.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% faiz dərəcəsi ilə hesablanan penya ödəyir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müqavilə üzrə cərimələr hər gün üçün illik 30 faiz dərəcəsi ilə hesablandığından əsas borcla müqayisədə tənasübsüz şəkildə yüksək məbləğlər tələb edildiyindən MM-nin 467-ci maddəsinə əsasən azaldılmalıdır. Məhkəmə kollegiyası bank tərəfindən dəbbə pulu ilə yanaşı eyni zamanda illik 5 faizlə zərər tələb edildiyini və MM-nin 466.1.-ci maddəsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsi nəzərdə tutulduğunu və hazıkı halda zərərlə bağlı hissədə tələbin təmin ediliyini nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilmiş cərimə məbləğlərinin artırılması üçün əsas müəyyən etmir.

49. Məhkəmə eyni zamanda hesab edir ki, kredit öhdəliyi vaxtında icra edilmədiyi təqdirdə kredit müqavilələrinin 6.2-ci bəndinə əsasən borclalanın cərimə ödəmək vəzifəsi yarandığından üçüncü şəxsin cərimə hissəsində iddianın rədd edilməsinə dair tələbi əsassızdır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

51. Hazırkı halda məhkəmə tərəfindən müəyyən edilmiş kredit müqavilələri üzrə istifadə haqqı olan faizlər (bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqavilələrə xitam verildiyi xx.xx.2021-ci il tarixədək hesablanmış), o cümlədən MM-nin 445.7-ci maddəsinə əsasən bank tərəfindən tələb edilən illik 5 faizlə əldən çıxmış faydanın məbləği (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 909 gün üçün hesablanmış) düzgün müəyyən edildiyindən faiz tələbi ilə bağlı hissədə də qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

52. Birinci instansiya məhkəməsi tərəfindən borcalan Maraqlı şəxs MMC-nin cavabdeh qismində deyil, üçüncü şəxs qismində prosesə cəlb edilməsinin prosessual pozuntu olduğuna dair üçüncü şəxsin apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni iddiaya cavab verməli olan cavabdehi seçmək hüququ iddiaçıya məxsus olduğundan prosessual qanunvericilikdə məhkəmənin hər hansı fiziki və ya hüquqi şəxsi cavabdeh qismində cəlb etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Buna görə də, işə baxmış hakim tərəfindən hər hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmur.

53. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar