Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-416/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 267/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 42.400 manat məbləğin, 17,20 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 may 2020-ci il tarixində avtonəqliyyat vasitələrinə texniki, sürtgü materiallarının və ehtiyyat hissələrinin dəyişdirilməsi xidmətləri ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh MMC arasında AP11 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə tərəflərindən müvafiq ödənişlərin həyata keçirilməsinə və müqavilənin tələblərinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmiş və AR MM-nin 425.1-ci maddəsi əsasən ödəliklərin icrası zamanı vicdanlılıq prinsipinə əməl edilməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən avtonəqliyyat vasitələri təmir edilməsi üçün Cavabdeh MMC-yə təhvil verilmişdir, lakin təmirdə olan İddiaçı MMC-nin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin təmir edilmədiyi və təhvil alınarkən müəyyən detallarında çatışmazlıqların olduğu aşkarlanmışdır. Tərəflərindən aşkarlanmış çatışmazlıqlar aktlaşdırılmışdır. Müraciətləri əsasında dəymiş zərərin məbləği üçüncü şəxs tərəfindən aparılan qiymətləndirmə ilə müəyyən edilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, AP11 saylı müqavilənin xüsusi şərtlərinin 20.1-ci bəndində dəymiş zərərin 100 % həcminin icraçı tərəfindən ödənilməli olması razılaşdırılmışdır. Müqavilə şərtləri pozulduğuna görə cəmiyyətlərinə 42400 manat məbləğində zərər dəymişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-267/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdehdən iddiaçının xeyrinə 42 400,00 AZN (qırx iki min dörd yüz manat, 00 qəpik) məbləğin, birinci instansiya məhkəməsinə müraciətin edilməsi zamanı ödənilmiş 17,60 AZN (on yeddi manat, qırx qəpik) məbləğində dövlət rüsumunun və 200,00 AZN (iki yüz manat, 00 qəpik) məbləğində mediasiya xərcləri, həmçinin apellyasiya şikayətinin verilməsi zamanı ödənilmiş 109,00 AZN (yüz doqquz manat, 00 qəpik) məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-416/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair 2-2(103)-242/2024 nömrəli kommersiya işi ilə (sədrlik edən Vüsalə Baxışova) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi X1 və cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdirlər. Kommersiya işləri üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, kommersiya işlərinin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2-2(103)-242/2024 nömrəli kommersiya işi daha əvvəl icraata götürüldüyündən hazırkı kommersiya işi həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı kommersiya işi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair 2-2(103)- 242/2024 nömrəli kommersiya işi ilə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-416/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-416/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver