Məhkəmə qərarları › İş №2-2(103)-42/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-42/2021

03.02.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-42/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, kreditorlar “xxxx” ASC-nin nümayəndəsi X1, “Kreditor21” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Ərizəçi müflis elan olunması və cəmiyyətin iflas prosesinə başlanılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi (“Ərizəçi“ MMC) müflis elan olunma tələbinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi kreditorları qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyindən Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun 1-ci, 3-cü maddələrinə əsasən müflis elan edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 10-1-ci maddəsinə əsasən iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 ay müddətində baxmalı və həmin işin həllinə dair müvafiq qərar çıxarmalıdır. Təbii ki, bu qısa müddət ərzində məhkəmə ərizəçinin əmlak vəziyyətinin sonuncunun iddia etdiyindən daha yaxşı olduğunu müəyyən edə bilməz. Müflislik institutu ilk növbədə kreditorların hüquq və maraqlarının qorunması üçündür. Ərizəçi nə qədər tez müflis elan olunsa, onun qalıq əmlakı da daha tez dondurular və kreditorlar arasında ədalətli (tələblərə mütənasib) bölüşdürülər. Buna görə də ərizəçi özü deyirsə ki, bütün kreditor tələblərini ödəmək iqtidarında deyil, məhkəmə onu müflis elan etməlidir (əks dəlil yoxdursa əlbəttə). Ərizəçi illərlə davam etmiş fəaliyyətinin iqtisadi təhlilini məhkəməyə təqdim edə bilərdi. Amma məhkəmə ona yalnız ekspertin dəstəyi ilə qiymət verə bilərdi. Bu da qanunvericinin müəyyən etdiyi 1 aylıq müddət ərzində mümkünsüzdür. Qanunverici ərizəçinin iqtisadi fəaliyyətinin məhkəmə tərəfindən hərtərəfli təhlilini ehtiva etsəydi, 1 aylıq müddət müəyyən etməzdi. Məhkəmə iddianı təmin etməməklə Müflisləşmə və iflas haqqında” Qanunun tələblərini pozmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, kreditorlara işə baxılmanın vaxtı və yeri barədə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə baxışının vaxtı barədə “525-ci qəzet”də elan dərc edilmişdir. İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx“ ASC-nin nümayəndəsi X3 və “Kreditor21“ ASCnin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Ərizəçi MMC xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 119 C, məhəllə 1996-dır. İşdə olan Ərizəçi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Ərizəçi müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Ərizəçi kreditorların rəsmi təsdiq edilməmiş siyahısı və borc barədə cədvəldən müəyyən olunur ki, ümumilikdə cəmiyyətin“ 4.688.570,6 manat borcu vardır. İşdə olan “xxxx” ASC məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ərizəçi MMC“ tərəfindən 2019-cu ilin iyun, iyul ayları üzrə 738 manat məbləğində vəsait ASC-nin hesabına köçürülməmişdir. İşdə olan Kreditor4 MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-cu il tarixə yığılıb köçürülməmiş məbləğ 12971 manat təşkil edir. İşdə olan “Kreditor12” MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən 2019-cu ilin avqust ayına yığılıb köçürülməmiş məbləğ 1161 manat təşkil edir. İşdə olan “Kreditor19 (Azərbaycan)” ASC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən 2019-cu ilin iyul ayına yığılıb köçürülməmiş məbləğ 2514 manat təşkil edir. İşdə olan “xxxx” MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 131003.7 manat təşkil edir. İşdə olan Kreditor22 MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 60000 manat təşkil edir. İşdə olan Kreditor5 ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 98596.49 manat təşkil edir. İşdə olan “xxxx” MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019- cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 15063.01 manat təşkil edir. İşdə olan “Kreditor10” ASC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 43712.38 manat təşkil edir. İşdə olan “Kreditor24” MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-cu il tarixə yığılıb köçürülməmiş məbləğ 12030.33 manat təşkil edir. İşdə olan “Kreditor13” MMC ilə Ərizəçi MMC“ tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 4070 manat təşkil edir. “Kreditor9” ASC-nin Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda Ərizəçi MMC“ tərəfindən enerji haqları üzrə istehlakçılardan toplanmış 1750908,68 manat pulun ödənilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli **********649300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, Ərizəçi MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixə vergilər üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2019-cu il tarixdə işsizlikdən sığorta haqları üzrə 7.09 manat, məcburi sosial sığorta haqları üzrə 164.42 manat ödənilməmiş borcu vardır. Məhkəmə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a)“““iflas haqqında“ərizədə“borclunun məhkəmə“xərclərinin“ödənilməsinə“möhlət verilməsini xahiş“etdiyi hallar istisna olmaqla, qanunvericilikdə“müəyyən edilmiş“məhkəmə“rüsumlarının“ödənilməsini təsdiq edən sənəd; b)““ödənilməli və“alınmalı“məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və“debitorlarının siyahısı; c)“““bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş“məbləğini göstərən sənəd. 2.“““Borclu müəssisənin iflas haqqında“ərizəsinə“aşağıdakı“sənədlər də“əlavə“edilir: a)“““iflas prosesinə“başlanması“üçün məhkəməyə“müraciət etmək barəsində“borclunun səlahiyyətli orqanının qərarının surəti; b)““borclu dövlət müəssisəsidirsə, iflas prosesinə“başlanması“üçün məhkəməyə“müraciət etmək barəsində“müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c)“““sonuncu hesabat tarixinə“olan maliyyə hesabatları. Müəssisənin maliyyə hesabatı mühasibat uçotu məlumatları əsasında hazırlanan müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə vahid məlumat sistemidir. Mаliyyə hеsаbаtının tərkibinə mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitinin hərəkəti haqqında hesabatlar daxildir.( Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmiş 1 № li Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartı) Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə müəssisənin maliyyə vəziyyətini əks etdirən, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və lazımı qaydada təsdiq edilmiş maliyyə hesabatı təqdim edilməmişdir. Bundan əlavə, «Müflisləşmə və iflas haqqında» Qanunun 11-ci maddəsinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə uyğun olaraq məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. İstinad edilən qanunvericilik normalarınin təhlili onu göstərir ki, iflas prosesinin başlanması üçün borclunun ödəmə qabiliyyətinin olub-olmadığı araşdırılarkən yalnız borcun mövcud olması və ödənilməməsi faktı deyil, eyni zamanda hansı səbəbdən ödənilməməsi, borcun ödənilməməsinin həqiqətən borclunun iradə ifadəsindən asılı olmaması, təsərrüfat fəaliyyəti nəticəsində maliyyə vəziyyətinin pisləşdiyi araşdırılmalıdır. Hazırkı halda işdə iddiaçının kreditorlarına ödənişlərin həyata keçirilməsinin hansı səbəbdən mümkün olmadığını müəyyənləşdirməyə imkan verən maliyyə sənədləri təqdim edilmədiyindən bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının göstərdiyi xidmət kreditorların digər şəxslərə göstərdiyi xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin xüsusi aparatlar vasitəsi ilə yığımından və onların kreditorların müvafiq hesablarına köçürülməsindən ibarət olmuş, iddiaçının xidmət haqqı yığılan məbləğlərin ümumi həcminin müvafiq faizi olaraq müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçının yığılmış pul vəsaitlərini hansı səbəbdən kreditorların hesabına köçürməməsi və ödəmə qabiliyyətini itirməsi işdəki sənədlərdən görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianı əsassız hesab edərkən eyni zamanda nəzərə alır ki, Bakı Apelyasiya Məhkəməsinin MK-nın iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(103)-1297/2020 saylı qətnaməsinə əsasən Xəzər rayon Məhkəməsinin 2 (103)- 1297/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Kreditor21” ASC-nin iddiası qismən təmin edilərək Ərizəçi MMC-dən 353.640,65 manat pulun tutulması qət edilmiş, həmin qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən müflis elan edilməsi barədə tələb irəli sürülməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşımaqla ədalətli məhkəmə araşdırması prinsipinin bir hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar