Məhkəmə qərarları › İş №2-2(103)-434/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-434/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-434/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı, cavabdehin nümayəndələri X6 və X3 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh" X4rşı müəyyən hərəkətlərin qadağan edilməsi və qanunsuz olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-462/2020 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan “Bolkart iş kartı”nın valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə əməliyyatın aparıdığı gün Bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulmasının Cavabdeh X1 edilməsi və İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8,48 AZN vəsaitin cavabdeh “Cavabdeh" X5 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə cavabdeh “Cavabdeh" X10 arasında xx.xx.2018-ci il tarixdə bank hesab müqaviləsi və hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsi bağlanılmışdır. Həmin gün iddiaçının adına bank hesabı açılmış və “Bolkart iş kartı” təqdim edilmişdir. Bank tərəfindən göstərilən xidmətin şərtləri yuxarıda qeyd olunan müqavilələrlə tənimzlənir. Lakin Bank tərəfindən xidmət şərtləri kobud şəkildə pozulur və başqa valyutada kartla aparılan əməliyyatlara görə iddiaçının hesabından qanunsuz olaraq əlavə pul vəsaitləri silinir. İddiaçı bu halla bağlı dəfələrlə banka müraciət etsə də əlavə vəsaitlərin silinməsi davam edir. İddiaçı ona məxsus “Bolkart iş kartı” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə AliExpress.com saytından 230,99 USD-lıq alış-veriş etmiş, ödənişin həyata keçirildiyi gün Bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 392,80 AZN vəsait silinmişidir. Üzərindən 2 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə həmin əməliyyata görə iddiaçının bank hesabından 399,52 AZN məbləğ silinmişdir. Həmin müddət ərzində Bankın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 6,72 AZN əlavə vəsait silinmişdir. Eyni hal təkrar baş vermiş, belə ki iddiaçı həmin kartla xx.xx.2019-cu il tarixdə Pegasus saytından 53 USD dəyərində bilet almış, ödənişin həyata keçirildiyi gün Bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 90,13 AZN vəsait silinmişidir. Üzərindən 4 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə həmin əməliyyata görə iddiaçının bank hesabından 91.89 AZN məbləğ silinmişdir. Yenə də “Bank”ın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq, bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 1,76 AZN əlavə vəsait silinmişdir. Bu kimi hallar dəfələrlə baş vermiş, iddiaçı hər dəfə xarici valyuta ilə əməliyyat aparan zaman bank tərəfindən konvertasiyaya görə qanunsuz olaraq əlavə vəsaitlər silinmişdir. Bankın bu cür qanunsuz hərəkətləri nəticəsində iddiaçı ona məxsus kartdan müqavilə şərtlərinə uyğun olaraq istifadə edə bilmir. Nəticə etibarilə, müqavilədə və xidmət tarifləri və şərtləri cədvəlində kartın valyutasından fərqli olan valyutada aparılan əməliyyat zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması müəyyən edilmədiyinə görə 8,48 AZN (6.72+1.76=8.48) vəsaitin tutulması qanunsuzdur və bankın əsassız varlanmasına səbəb olur. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-462/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8.48 AZN vəsaitin Cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin olunmayan hissəsini yalnız bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İX-cu hissəsinə uyğun olaraq, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Məhkəmənin Konstitusiyasının yuxarıda qeyd olunan maddəsinə istinad edərək konvertasiyaya görə əlavə vəsaitlərin tutulmasını cavabdehə qadağan etməməsi düzgün deyil. İddiaçı hesab edir ki, Konstitusiyanın həmin maddəsində nəzərdə tutulan "qanun" ifadəsini dar anlamda yox, geniş anlamda başa düşmək lazımdır. İddia ərizəsinə əlavə olunmuş, Bankın “bolkart iş kartı” ilə bağlı xidmət və tarif şərtlərində qeyd olunub ki, konvertasiya bankın satış məzənnəzinə uyğun aparır. Belə nəticəyə gəlmək olar ki, Bankın özünün müyyən etdiyi satış məzənnəsindən əlavə hər hansı vəsaiti tutması qanunsuzdur. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə iddianın təmin olunan hissəsində, tutulmuş pul vəsaitinin qanunsuz tutulduğunu və bunun əsassız varlanma olduğu nəticəsinə gəlib. Nəticə etibarı ilə gələcəkdə Bank tərəfindən konvertasiyaya görə bankın satış məzənnəsindən əlavə vəsaitlərin tutulması da qanunsuz olacaqdır. Qətnamədən cavabdeh də apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank müştərinin vəsaitini mənimsəməmiş, eləcə də onun vəsaiti hesabına əsassız olaraq varlanmamışdır. İddiaçı ilə Bank arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Bank hesabı müqaviləsinin 4.3.2-ci bəndinə əsasən, Bankın Bank xidmətlərinin haqqını, özünün və digər ixtiyarlı şəxslərin pul tələblərini “Müştəri”nin bank hesab(lar)ındakı pul vəsaitindən “Müştərinin” sərəncamı olmadan tutur. İddiaçının ərizəsində göstərdiyi sonradan tutulan vəsait bank tərəfindən mənimsənilməmiş, müştərinin apardığı xarici əməliyyatlar zamanı konvertasiya haqqı kimi beynəlxalq kart təşkilatı tərəfindən Bank vasitəsilə müştərinin hesabından silinmişdir. Belə ki, müştəri özünə məxsus manat hesabına bağlı olan “Bolkart iş kartı” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Pegasus saytından 53 USD-lik bilet almışdır. Bu zaman ödəniş manat hesabından aparıldığı üçün, ilk növbədə digər valyutaya Bankın satış məzənnəsinə uyğun konvertasiya həyata keçirmişdir. Bank, beynəlxalq kart təşkilatı ilə hesablaşmaları AVRO valyutası üzərindən apardığından, vəsait əvvəlcə həmin valyutaya, daha sonra isə sistemin məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya edilmişdir. Müştərinin hesabından vəsait ilk növbədə Bankın məzənnəsinə uyğun olaraq çıxılmış, lakin, Beynəlxalq kart təşkilatı ilə klirinq hesablaşmaları bir neçə gün sonra aparıldığından, konvertasiya əməliyyatlarına görə yaranmış əlavə fərq sonradan müştərinin hesabından avtomatik silinmişdir. İddia ərizəsində göstərilən, xx.xx.2019-cu il tarixdə edilmiş köçürmə zamanı isə, vəsait ödəniş edilən sayt tərəfindən müştəriyə qaytarılmış, bu zaman isə geriyə konvertasiya əməliyyatı aparılarkən Bankın alış məzənnəsi əsas götürüldüyündən, ödənilən vəsaitlə geri qaytarılan vəsait arasında məzənnə fərqi yaranmışdır. Məhkəmə tərəfindən prosessual hüquq normaları da pozulmuş, cavabdeh xx.xx.2020-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə iş üzrə icraatın təxirə salınması barədə vəsatət vermiş, həmin vəsatət məhkəmə tərəfindən müzakirə edilməmiş, nəticədə cavabdehin iştirakı təmin edilmədən işə baxılmışdır. Məhkəmənin iclasında iştirak edən iddiaçı özünün apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndələri bankın apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-2 (113)-462/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, iddianın rədd edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6.-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hər iki tərəf qətnamədən apelyasiya şikayəti verdiyindən məhkəmə MPM-in 372.6cı maddəsinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, koronovirus pandemiyası ilə əlaqədar bankda xüsusi iş rejimi yaradıldığı üçün iddia ilə bağlı araşdırma aparmaq və iddiaçı ilə mübahisəni həll etmək məqsədi ilə məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının təxirə salınması barədə vəsatət verilmiş, həmin vəsatətə məhkəmə tərəfindən baxılmadan işə cavabdehin iştirakı olmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 184.4-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Cavabdehin apelyasiya şikayəti məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, həqiqətən xx.xx.2020-ci il tarixdə cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə məhkəmə iclasının üzürlü səbəbdən təxirə salınması barədə vəsatətlə müraciət etmiş, işə baxmış məhkəmə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında həmin vəsatətlə bağlı iddiaçının fikrini soruşmamış, prosessual pozuntuya yol verərək vəsatətə ümumiyyətlə baxmamışdır. Mübahisənin mahiyyəti ilə bağlı işdəki sənədlər araşdırılaraq müəyyən olunur ki, iddiaçı ilə “Cavabdeh" X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsinə əsasən bank öz üzərinə müştərinin adına açılmış bank hesabındakı pul vəsaitlərinin nağdlaşdırılması və digər bank əməliyyatlarının aparılması üçün müştərinin özünə və ya onun ərizəsi əsasında müəyyən edilən digər şəxsə ödəniş kartı verməyi , müştəri isə öz növbəsində kart vasitəsi ilə hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparmağı və müqavilə ilə müəyyən edilmiş qaydada xidmətlərin haqqını banka ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından görünür ki, iddiaçı “Bolkart iş kartı” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə “AliExpress.com” saytından online qaydada 230,99 ABŞ dolları dəyərində alışveriş etmiş, həmin tarixdə iddiaçının kart hesabından 392,80 AZN vəsait silinmiş, xx.xx.2019-cu il tarixdə həmin əməliyyata görə iddiaçının bank hesabından əlavə 6,72 məbləğ silinmişdir. İddiaçı həmin kartla xx.xx.2019-cu il tarixdə “Pegasus” saytından 53 ABŞ dolları dəyərində bilet almış, ödənişin həyata keçirildiyi gün iddiaçının kart hesabından 90,13 AZN vəsait silinmiş, xx.xx.2019-cu il tarixdə isə həmin əməliyyata görə iddiaçının bank hesabından 1,76 manat əlavə məbləğ silinmişdir. İddiaçı iddia edir ki, xarici valyuta ilə ödənişlərin həyata keçirildiyi tarixdən sonra bankın satış məzənnəsində heç bir fərq olmamağı halda bank tərəfindən iddiaçının hesabından əlavə vəsait silinməsi qanunsuz və müqavilə şərtlərinə zidd olmuşdur. İddianın hüququ əsası kimi, iddia ərizəsində və iş üzrə qəbul edilmiş qətnamədə Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə istinad edilmişdir. İşə apelyasiya qaydasında baxan tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan tələbin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamış, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının tələb etdiyi məbləğlər bank tərəfindən əldə edilmədiyi və müqavilə əsasında silindiyi üçün əsassız varlanma halı baş verməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank beynəlxalq kart təşkilatı ilə hesablaşmaları AVRO valyutası ilə apardığından vəsait əvvəlcə həmin valyutaya, daha sonra isə sistemin məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya edilmiş, müştərinin hesabından vəsait ilk növbədə bankın məzənnəsinə uyğun olaraq çıxılmış, Beynəlxalq kart təşkilatı ilə klirinq hesablaşmaları bir neçə gün sonra aparıldığından konvertasiya əməliyyatlarına görə yaranmış əlavə fərq sonradan müştərinin hesabından avtomatik olaraq silinmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 958-ci maddəsinə əsasən bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Tərəflər arasında bağlanmış “Bank hesabı” müqaviləsinin 4.3.2-ci bəndinə əsasən, bankın bank xidmətlərinin haqqını, özünün və ya digər ixtiyarlı şəxslərin pul tələblərini “müştəri”nin bank hesablarındakı pul vəsaitindən “müştəri”nin sərəncamı olmadan tutur. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının cavabdehdən tələb etdiyi 8,48 AZN vəsait cavabdeh tərəfindən qanunsuz mənimsənilməmiş, iddiaçı tərəfindən online alışveriş zamanı xarici valyuta ilə satın alınmış mal və xidmətlərə görə həyata keçirilmiş ödənişlər manat hesabından aparıldığı üçün konvertasiya haqqı kimi beynəlxalq kart təşkilatı tərəfindən bank vasitəsi ilə müştərinin hesabından silinmiş və bankın bu silinməni həyata keçirmək hüququ tərəflər arasında bağlanmış müqavilənin 4.3.2-ci bəndində nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iddia tələbinin əsaslı olduğu sübut edilmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-462/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, iddianın rədd edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh “Cavabdeh" X7 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-462/2020 saylı qətnaməsi qismən- iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia 8.48 manat vəsaitin Cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. İddianın rədd edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılsın İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar