Məhkəmə qərarları › İş №2-2(103)-434/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-434/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-434/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı “X1 Yönetim ve X2 anonim” şirkətinin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından “X1 Yönetim ve X2 anonim” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “X1 Yönetim ve X2 anonim” şirkəti cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 1.021.813 ABŞ dolları pulun tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "X1 Yönetim ve X2 anonim” şirkəti tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Aytən Əliyeva) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qəraddadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin guya xx.xx.2023-cü il tarixində verildiyi qeyd olunmuşdur. Halbuki, elektron məhkəmə portalı vasitəsi ilə şikayət xx.xx.2023-cü il tarixində verilmişdir. Məhz Bakı Kommersiya Məhkəməsi həmin şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yəni, xx.xx.2023-cü il tarixli qərardaddan şikayət qanunla müəyyən edilmiş müddətlər çərçivəsində verilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilmişdir ki, bu şikayətin vaxtında verilməsi halını istisna etmir. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyri-mümkünlük haqqında qərardadından sonra təkrarən xx.xx.2023-cü il tarixində şablon formaya uyğun yeni şikayət verilmişdir. Lakin nəzərə almaq lazımdır ki, xx.xx.2023-cü il tarixli qərardaddan şikayət xx.xx.2023-cü il tarixində verilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli şikayət üzrə şikayət vermə müddətin buraxılmamış hesab edilməsi zəruridir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-727/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə tərəflərin elekron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan şikayət verilməsi üçün müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı ilk dəfə qərardaddan şikayəti 10 günlük müddət ərzində versə də şikayət qüsurlu verildiyindən qeyri-mümkün sayılaraq qaytarılmış, xx.xx.2023-cü il tarixində-10 günlük prosessual müddət bitdikdən sonra qüsurları aradan qaldırmaqla iddiaçı xx.xx.2023-cü il tarixli qərardaddan yeni şikayət vermiş, lakin müddətin bərpası barədə ərizə verməmişdir. Buna görə də, məhkəmənin şikayətin qaytarılması barədə mövqeyi qanuni və əsaslıdır. Şikayətdə qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş prosessual müddət hətta bir gün belə ötürülmüşsə (qüsurlu tərtib edilmiş şikayət nəzərə alınmır) müddət bərpa edilmədən şikayətin icraata qəbul edilərək baxılması prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “X1 Yönetim ve X2 anonim” şirkətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar