Məhkəmə qərarları › İş №2-2(103)-446/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-446/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-446/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1683/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 1489892 manat əsas borc, 50000 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 18 manat olmaqla, cəmi ******* manat məbləğində pulun iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, lizinq obyekti olan tutumu 2000 ton olan soyuducu kamera üçün avadanlıqların Cavabdeh saz vəziyyətdə alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsinin iddiaçıya aid edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə həmin qətnamədən poçt vasitəsilə göndərməklə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1683/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1683/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmiş, məhkəmə apelyasiya şikayətini kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğunu bildirərək geri qaytarmışdır. Məhkəmə əsassız qərardad qəbul edərək onun hüquqlarını pozub. Belə ki, onun özünə aid vahid məhkəmə portalında şəxsi kabineti yoxdur, bundan əlavə həmçinin asan imzası da yoxdur. Bu səbəbdən apelyasiya şikayətini poçt vasitəsi ilə göndərmişdir. Bundan əlavə, qeyd etmək istəyir ki, qanunvericilikdə apelyasiya şikayətinin geri qaytarılmasına dair şərtlər arasında məhkəmənin əsaslandığı hal mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 oğlu şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apelyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərmədiyindən şikayətin qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslı olmuşdur. Cavabdeh qərardaddan verdiyi şikayətində elektron kabinetinin və elektron imzasının olmaması səbəbindən şikayəti elektron qaydada göndərə bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemində qanunda nəzərdə tutulmuş qaydada elektron kabinetin yaradılması və asan imza əldə edilməsi çətin və cavabdeh üçün mümkünsüz olan hal olmadığından şikayətin dəlilləri əsassızdır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh şəxsi kabinet açmış və apelyasiya şikayətini sonradan xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1683/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar