Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-451/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3080/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış 05 yanvar 2021- ci il tarixli, 10 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “Eko Aqro" MMC "xxxx" MMC-yə olan əsas borc 325793.19 manat, dəbbə borcu 140725,75 manat ümumilikdə 466518.94 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin bank hesabına YapiKredi Bank Azerbaijan JSC **********, 509987, KABAAZ22, AZ51NABZ******************** AGROKİMYA MMC **********, AZ47KABA********************) və və ’’Aqrokimya" MMC tərəfindən ödənilmiş 817 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2-2(113)-3080/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMCdən xx.xx.2021-ci il tarixli, 10 saylı müqavilə üzrə 205.291,57 manat əsas borc məbləği, 10265 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və qalan hissədə iddia rədd edilmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2- 2(113)-3080/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayət MPM-in tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır. Bundan sonra iddiaçı müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3080/2024 saylı qəraradından şikayətinin verilmə müddətinin bərpa olunması barədə Cavabdeh MMC-nin tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Daha sonra cavabdeh xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək, xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 nömrəli Bakı Komemrsiya Məhkəməsinin qərardadının ləğv edilərək şikayətin verilməsi müddətinin bərpa olunması barədə verilmiş müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3080/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1241/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh yenidən (xx.xx.2024-cü il tarixində) qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3080/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2-2(113)- 3080/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə cavabdeh "Eko Aqro“ MMC tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e2-2(113)-3080/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixində EMİS-nə daxil edilmiş) apellyasiya şikayəti "Eko Aqro“ MMC-yə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC tərəfindən məhkəməyə şikayət daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3080/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3080/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsi, Cəmiyyət tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3080/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlisini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3080/2024 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli e2-2(113)-3080/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət geri qaytarılmişdir. Məhkəmə şikayətin geri qaytarilmasını onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, Cavabdeh MMC-yə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş şikayətindən görünür ki, şikayət kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən qələmlə imzalanmış və möhürlənmişdir. Məhkəməni xx.xx.2025-ci il tarixli Qərardadı ilə razı deyilik, ona görə ki, Cəmiyyət tərəfindən yazılan şikayət MPM "apellyasiya şikayətinin forması" adlı 2 saylı formaya uyğun olaraq Cəmiyyətə aid hər bir bənd doldurularaq yazılmışdır. Bundan başqa yazılmış apellyasiya şikayəti kağız daşıyıcıda imza və möhürləndikdən sonra məhkəmənin e-mehkeme portala Cəmiyyətə məxsus ASAN imza vasitəsi ilə sistemə yüklənmişdir. Ona görə hesab edirik məhkəmənin gəldiyi nəticə səhvdir və bizim şikayətin qeri qaytarılmasına dair xx.xx.2025-ci il tarixli e-2-2(113)-3080/2024 nömrəli qərardad ləğv olunmalıdır, şikayətimiz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh MMC-yə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş şikayətindən görünür ki. şikayət kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən qələmlə imzalanmış və möhürlənmişdir. Bununla cavabdehin şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilinəsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15" iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliy i Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimafi'ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. Bundan əlavə “Elektron kabinefdən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. Göstərilənlərdən çıxış edərək, bildirmək istərdim ki. Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli e-2-2(113)-3080/2024 nömrəli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə gəldiyi qənaət əsaslıdır və məhkəmənin bu qərardadı qüvvədə saxlanılmalıdır. Bu baxımdan cavabdehin şikayəti rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində apellyasiya şikayətində hansı məlumatların hans ardıcılıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansl halları qəbul etdiyini, hansı haları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki haların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin haları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyəti nəzərə alınmaqla, yığcam çəkildə, xronolji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkidə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblini aydın göstəməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən göründüyü kimi şikayət verilərkən ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. 2 saylı əlavə “Apellyasiya şikayətinin forması” adlandırılsa da, əlavənin məzmununda “şikayət olunan qətnamə və ya qərardad” ifadəsi qeyd olunduğundan bu imperativ göstərişlər qətnamə ilə yanaşı qərardaddan şikayətə də aid olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. - 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. MPM-in 363.1, 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC-yə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş şikayətindən görünür ki, şikayət kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən qələmlə imzalanmış və möhürlənmişdir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3080/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-451/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-451/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver