Məhkəmə qərarları › İş №2-2(103)-456/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-456/2020

13.08.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-456/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, Ərizəçi «xxxx» MMC-nin «cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair» ərizəsinin geri qaytarılması barədə (ərizədə göstərilən kreditor «xxxx» QSC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1739/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi «xxxx» MMC (VÖEN **********) ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən cəmiyyətin müflis vəziyyətə düşməsi onunla əsalandırılmışdır ki, cəmiyyət 2003-cü ildən fəaliyyət göstərir, fəaliyyət istiqaməti inşaatla bağlıdır. Fəaliyyət dövründə xxxx» QSC-dən 600.000 manata yaxın kredit vəsaiti götürmüş, faizlərini və əsas məbləğdən 400.000 manatını qaytarmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 201.152,72 manat borcu qalmışdır. Cəmiyyət həmin borcu ödəmək iqtidarında deyil. Belə ki, fəaliyyətini dayandırmış, hesabında pul yoxdur və heç bir əmlakı mövcud deyil. Cəmiyyətin başqa bir borcu, o cümlədən, vergi və digər icbari ödəmələr üzrə borcları yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə «xxxx» MMC ərizəsi geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə zidd və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən qərardadda «Müflisləşmə və iflas haqqında» Qanunun 8-ci maddəsinə istinadən ərizədə borclunun bütün borc öhdəliklərini göstərmədiyi və debitorların siyahısını təsdiq edən sənədlər əlavə etmədiyi göstərilmiş, eyni zamanda, X1 vergi borcu barədə xx.xx.2020-ci il tarixli çıxarışına istinadən cəmiyyətin 11.846,67 manat vergi borcu olması və başqa kreditornunun olması qənaətinə gəlinmişdir. Ümumiyyətlə cəmiyyətin vergi borcu yoxdur. Məhkəmənin qeyd etdiyi 11.846.67 manat borc məbləği isə cəmiyyətə əvvəlcə məcburi dövlət sosial sığorta haqqı üzrə borc kimi yazılsa da, sonradan öz təsdiqini tapmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəməyə gəlməmiş, Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 146-cı və 376.2-ci maddələrinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin qüvvədə olan normalarını nəzərə alıb belə hesab edir ki, ərizəçinin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında ərizəçinin cəmiyyətin müflis elan olunması barədə ərizəsini geri qaytarılması barədə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. «Müflisləşmə və iflas haqqında» Qanunun 4-cü maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə əsasən borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatı iflas haqqında məhkəməyə verilən ərizədə göstərilmişdir. Həmin qanunun 5-ci maddəsinin 1-ci bəndinin b) yarımbəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərədən başqa, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını təsdiq iedən sənədlər əlavə edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə ərizəyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o, cümlədən, ona əlavə olunmalı sənədələrin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini) qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarılmasına) səbəb ola bilər. Borclu iflas haqqında ərizəsinə bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatı əriəzsində göstərməmiş, həmçinin ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının siyahısını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, X1 vergi borcu barədə məlumatın verilməsi barədə (xx.xx.2020-ci il tarixli) çıxarışından görünür ki, VÖEN ********** olan vergi ödəyicisinin 11.946,67 manat vergi borcu mövcuddur. Bu onu göstərir ki, borclunun «xxxx» QSC-dən başqa kreditoru vardır.» Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, ərizəçinin şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birincisi, hər bir halda, qeyd olunan 11.846.67 manat məbləğində borcun vergi borcu deyil, məcburi dövlət sosial sığorta haqqlarından yaranmış borc olduğunu etiraf edir. İkincisi, ərizəçi həmin borcun sonradan öz təsdiqini tapmadığını bildirsə də, ərizəsinə əlavə olunmuş müvafiq təsdiqedici sənədlər mövcud deyil. Üçüncüsü, qanunvericiliyə görə məcburi dövləi sosial sığorta haqlarından yaranmış borcun ödənilməsinə nəzarəti vergi orqanı həyata keçirir. Belə ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun x xxxxxx 2019-cu il tarixdən qüvvədə olan 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qürumları nəzərdə tutulur). Qanuna edilən qeyd olunan dəyişikliklə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx xxxxxx 2019-cu il tarixli **********5 №-li əmri ilə həmin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi ləğv edilmişdir. İş materiallarına, o cümlədən, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan da məhz görünür ki, həmin məktubda ərizəçi «xxxx» MMC-in vergi borcunun olmadığı göstərilsə də, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qanunvericiliyə müvafiq olaraq, ərizəçi cəmiyyətin məcburi sosial sığorta haqqlarından yaranmış 11.846,67 manat məbəlğinldə borcunun ödənilməsinə nəzarəti də həyata keçirməlidir. Belə olan halda da, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəçi «xxxx» MMC-nin kreditorudur. Beləliklə də ərizəçi tərəfindən bütün kreditorlarının və borclarının ərizəsində göstərilmədiyi və onların siyahısının ərizəyə əlavə edilmədiyi öz təsdiqini tapır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cəmiyyətin müflis elan edilməsi barədə ərizə forma və məzmunca qanunauyğun tərtib olunmuş hesab edilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə onun ərizəsinin geri qaytarılması MPM-in 152.1.1ci maddəsinin tələblərinə uyğun hesab edilməlidir. Bu mənada, məhkəmə kollegiyası ərizəçinin şikayətinin həmin qərardadın mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğunu və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1739/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in qüvvədə olan 402-ci maddəsində ərizənin geri qaytarılması barədə məhkəmə qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi «xxxx» MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1739/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar