Məhkəmə qərarları › İş №2-2(103)-456/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-456/2023

12.04.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-456/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı « payının verilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-805/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbi dəqiqləşdirərək Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının iddiaçıya məxsus olan cəmi payından 20 faizinə düşən payına aid daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi və iddiaçının Cavabdeh1 MMC-nin 20 faiz payına düşən nizamnamə kapitalından çıxarılması, hər iki tələbin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-ci il tarixli, e-2-2(113)-805/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2023-ci il tarixli, e-2-2(113)-805/2023 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-nin (bundan sonra Cəmiyyət) 100 faiz (1.050) payının nizamnamə kapitalının məxsus 33,33 faizinın (350 payının) mülkiyyətçisidir. Tərəflərindən Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının İddiaçı məxsus olan cəmi payından 20 faizina düşən payına aid daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi və İddiaçı Cavabdeh1 MMC-nin 20 faiz payına düşən nizamnamə kapitalından çıxarılması, hər iki tələbin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsi barədə tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(113)-805/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-805/2023 qərardadı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Məhkəmənin MM-nin 91-ci maddəsinə istinad edərək icraata xitam verməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məhkəmə öz qərardadında nizamnamə kapitalının miqdarının dəyişdirilməsinin, təsisçilikdən çıxmanın MMC-nin müstəsna səlahiyyətinə aid edildiyini, əvvəlcə iddiaçının təsisçilikdən çıxması üçün MMC-nin ümumi yığıncağını çağırmalı olmasını və bu məsələnin gündəliyə daxil edilməsini qeyd etmişdir. Lakin məhkəmə iş materiallarında olan sübutlara diqqət etməmişdir. Cavabdeh1 MMC-nin iştirakçılarının ümumi yığıncağı xx.xx.2022-ci il tarixinə təyin olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda o, ona məxsus təsis payının təsisçilər və Cavabdeh1 MMC tərəfindən alınmasını, alınmadığı təqdirdə isə təsisçilikdən çıxacağını, bu təkliflərin isə təsisçilərin 2021-ci ilin yekunlarına həsr olunan ümumi yığıncağının gündəliyinə salınmasını qeyd etmişdir. Lakin xx.xx.2022-ci ildə təsisçilərin ümumi yığıncağı keçirilsə də ərizədə qeyd olunan təkliflər gündəliyə salınmamışdır. Göründüyü kimi, iddiaçı MM-nin 91-ci maddəsinin tələblərinə riayət etsə də MMC-nin təsisçilərinin ümumi yığıncağına göstərilən məsələ daxil edilməmişdir və baxılmamışdır. Ümumi yığıncaq tərəfindən belə bir qərar qəbul edilmədiyi təqdirdə də iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı məhkəməyə qədər artıq öz hüquqlarının müdafiəsi üçün bütün vasitələri istifadə etmişdir. Məhkəməyə də müraciətin səbəbi məhz onun təsisçilikdən çıxarılması barədə ərizəsinə baxılmaması olmuşdur. Məhkəmənin qərardadda qeyd etdiyi təsisçilikdən çıxarılma barədə MMC-yə müraciət olunmaması həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-805/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-805/2023 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə MM-nin 91, 96-cı maddələrinə istinad edərək iş üzrə icraata xitam verilməsi barədə nəticəni belə əsaslandırmışdır ki, iddiaçının iddia tələbində göstərilmiş tələb üzrə (təsisçilikdən çıxarılma və payınn verilməsi) Cavabdeh1 MMC-nin ümumi yığıncağı keçirilməmiş və iddiaçının Cəmiyyətdən çıxarılması barədə qərar qəbul edilmədiyindən işə məhkəmədə baxıla bilməz. İddiaçıya MMC-nin ümumi yığıncağını çağırmaq və göstərilən məsələni gündəliyə daxil etmək hüququ izah olunmuşdur. İş materiallarının 47-ci vərəqinə əlavə edilmiş iddiaçının Cavabdeh1 MMC-yə və təsisçilərə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 MMC-nin təsisçiliyindən çıxmaq niyyəti olduğunu bildirərək nizamnamə kapitalındaka paya uyğun olaraq ona düşən əmlak hissəsinin dəyərinin müəyyən edilməsini, dəyərinin nağd şəkildə, bu mümkün olmadıqda natura şəklində ödəniləcəyinə dair məsələnin müzakirəsinin Cavabdeh1 MMC-nin 2021-ci ilin yekunlarına həsr olunmuş iştirakçılarının ümumi yığıncağının gündəliyinə salınmasını xahiş etmişdir. Əizənin üzərindəki qeydə əsasən ərizə xx.xx.2022-ci il tarixdə Quliyev adlı şəxsə çatdırılmışdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3 iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq Cavabdeh1 MMC-nin təsisçiləri sırasından çıxdığı və nizamnamə kapitalındakı payına uyğun daşınar və daşınmaz əmlaklar qaytarıldığı halda cəmiyyətin fəaliyyətinin tam dayanacağı, MMC-nin isə payı almağa maddi imkanı olmadığı bildirilmişdir. Buna görə də təsisçilikdən çıxmaqla bağlı ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı artıq Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada hüquqi şəxsə təsisçilikdən çıxarılması və təsis payının ödənilməsi ilə bağlı məsələnin keçiriləcək ümumi yığıncağın gündəliyinə salınması ilə əlaqədar müraciət etdiyi halda tələbi hüquqi şəxs tərəfindən təmin etmədiyindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən iddiaçının müraciətlərinə hüquqi qiymət vermədiyindən mübahisələndirilən qərardad ləğv edilməklə iş iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-805/2023 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-805/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar