Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-472/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, kreditorlar “X6 Azerbaijan” MMC-nin nümayəndəsi X2, onun və digər kreditor “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3, “xxxx” MMC-nin direktoru X4 iştirakları ilə, Ərizəçi MMC-nin müflis elan olunma barədə” iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1024/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) kreditorlar “X6 Azerbaijan” MMC, “xxxx” ASC, “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Ərizəçi MMC ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə verərək müflis elan olunması və X1 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC tikinti işləri ilə məşğul olmuş kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasında bir sıra tikinti işlərinin həyata keçirilməsi üçün müqavilələr bağlamış və icra etmişdir. Lakin hal hazırki dövrdə maliyyə çətinlikləri yaranmış, bunun nəticəsində yaranmış borcları ödəmək qabiliyyətindən məhrum olmuşdur. Belə ki, Ərizəçi MMC-nin “xxxx”ASC və “Kreditor2 sığorta” ASC-yə 52417.59 manat, Kreditor11 MMC-yə 43374 manat, Kreditor7 MMC-yə 1312 manat, Kreditor3 MMC-yə 5456 manat, Kreditor12xxxx“Kreditor8 QSC 527 manat, Kreditor1 MMC-yə 22903 manat, Kreditor13 MMC-yə 2008.79 manat, “xxxx” MMC-yə 1552 manat, Kreditor4 MMC-yə 5100 manat, Kreditor14 MMC-yə 229740.04 manat, “xxxx” ASC-yə 402424.52 manat, “xxxx” ASC-yə 34178.68 manat, Kreditor5na isə 268800 manat borcu vardır və kreditorlar tərəfindən həmin məbləğlərin ödənilməsi tələb olunur. Lakin Ərizəçi MMC-nin həmin məbləği ödəmək qabiliyyəti yoxdur. Ərizəçi MMC-nin külli miqdarda vergi borcu yaranmışdır. Vergi borcu ilə əlaqədar son ödəniş 03 sentyabr 2015-ci il tarixində 23 manat olmuşdur. Qeyd olunanlardan göründüyü kimi Ərizəçi MMC-nin ödəmə qabiliyyəti olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1024/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, borclu Ərizəçi MMC-nin müflis elan olunması, 17.05.1977-ci il təvəllüdlü X1 əmlak inzibatçısı təyin edilməsi qət edilmişdir. Həmin qətnamədən kreditorlar “X6 Azerbaijan” MMC, “xxxx” ASC, “xxxx” MMC ayrıayrılıqda apelyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişlər. “xxxx” MMC-nin və “X6 Azerbaijan” MMC-nin apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Ərizəçi MMC-nin kreditorlar qarşısında olan öhdəlikləri sadalansa da, cəmiyyətin aktivləri barədə məlumatlar tələb edilməmiş, ərizəçinin debitorları və onların ərizəçiyə ödəməli olduğu məbləğlər müəyyən edilməmişdir. Qətnamənin “əsaslandırılması” üçün məhkəmə yalnız Ərizəçi MMC-nin ərizəsində yazılanları təkrarlamaqla kifayətlənmiş, ərizəçinin həqiqi niyyətinin əslində borclarını ödəməkdən süni surətdə yayınması olduğunun fərqinə varmamışdır. Məhkəmə, “Müflisləşmə və iflas haqqında” qanunun bir sıra maddələrinə istinad etsə də, hazırkı halda xüsusi diqqət yetirməli olduğu 4.2-cü maddəsinin d) bəndinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməmişdir. Belə ki, həmin qanunun 4.2-cü maddəsinin d) bəndinə əsasən, “bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması” iflas haqqında məhkəməyə verilən ərizədə göstərilməli olan tələblərə aiddir. Məhkəmə, "Ərizəçi" MMCnin “xxxx” ASC-dən almalı olduğu külli miqdar pul vəsaitlərini almaq üçün hansı tədbirlər görməsini, bu tədbirlərin nəticəsini, "Ərizəçi" MMC-nin hansı səbəbdən kreditorlara qanunvericiliklə nəzərdə tutulmuş digər icra təklif etmədiyini (məsələn, “xxxx” ASC-nin həmin MMC-yə olan borcunun kreditora güzəşt edilməsi və s.) də müzakirə obyektinə çevirməmiş, hazırkı işdə kreditor olan çoxlu sayda sahibkarlıq subyektini, o cümlədən apellyator şirkəti həddən artıq əlverişsiz vəziyyətə qoyaraq, əslində "Ərizəçi" MMC-ni öz öhdəliklərini yerinə yetirməsi vəzifəsindən süni surətdə yayındırmışdır. Şərh edilənlər yuxarıda istinad edilən qanunun 4.2-cü maddəsinin d) bəndinin tələblərinə riayət edilmədiyini təsdiq edir. Belə ki, məhkəmə, “xxxx” ASC-yə müvafiq sorğu verməklə, həmin ASC ilə "Ərizəçi" MMC arasında bağlanmış müqavilələr, onların məbləği, icrası vəziyyəti və s. bu kimi məlumatlar tələb edilməli idi; "Ərizəçi" MMC-nin hesablarının olduğu banklara sorğu verilərək, “xxxx” ASC tərəfindən həmin MMC-yə hansı məbləğlərin və hansı tarixlərdə ödənilməsi, həmçinin MMC-yə daxil olan pul vəsaitlərinin hansı məqsədlər üçün hansı tarixlərdə və hansı məbləğlər də sərf edildiyi barədə məlumatlar tələb edilməli idi. Dövlət büdcəsindən ayrılmış külli miqdar pul vəsaitlərinin “xxxx” ASC tərəfindən "Ərizəçi" MMC-yə ödənilib-ödənilmədiyi, ödənildiyi təqdirdə sonuncu tərəfindən hansı istiqamətlərə sərf edildiyi, ödənilmədiyi təqdirdə isə bunun hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq "Ərizəçi" MMC-nin müflis olma barədə ərizəsinin əsaslı olub-olmasına qiymət vermək üçün mühüm əhəmiyyət kəsb edir ki, bu məsələlərə də məhkəmə heç bir münasibət bildirməmişdir. “xxxx” ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-448/2016 saylı, 05.09.2016-cı il tarixli qətnaməsində qeyd edilmişdir ki, Ərizəçi MMC “xxxx (Azərbaycan) ”ASC-dən aldığı 402623,41 AZN məbləğində sementin dəyərini ödəməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)- 448/2016 saylı, 05.09.2016-cı il tarixli icra vərəqəsinə əsasən 442653,41 manat Ərizəçi MMC-dən tutularaq “xxxx (Azərbaycan)” ASC-yə ödənilməlidir. Ərizəçi MMC 402623,41 AZN məbləğində əmlakı alıb dəyərini ödəməmiş, həmçinin həmin əmlakı qaytarmamışdır. Deməli, cavabdeh aldığı əmlakın əvəzində başqa şəxslərdən aldığı pulu özündə saxlayaraq ödəniş etməmişdir. Bu əməllər iş üzrə digər tələbkarlara qarşı da törədilmişdir. Məs. sement alıb hansısa tikilini tikibsə o tikili cavabdehin mülkiyyətində olmalıdır, əgər həmin tikilini satıbsa həmin pul vəsaiti cavabdehin bank hesabında olmalıdır. Göründüyü kimi cavabdeh bilərəkdən şirkətə olan borc vəsaitini ödəməmişdir. Cavabdehin müflisləşmə barədə məhkəməyə müraciət etməsi onun aldığı sementə görə borclarını ödəmək niyyətinin əvvəlcədən olmadığını göstərir. İşə apelyasiya qaydasında baxılması 05.05.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən kreditorlar “X6 Azerbaijan” MMC-nin nümayəndəsi X5, onun və “xxxx” MMC-nin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1024/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Ərizəçi MMC-nin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi MMC-nin direktoru tərəfindən şirkətin borclular qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyəti olmadığına görə müflis elan olunması barədə 01 saylı, 25 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. İddia ərizəsinə eyni zamanda Ərizəçi MMC-nin kreditorlarının siyahısı əlavə edilmişdir. Ərizəçi MMC-nin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ərizəçi MMC-nin nizamnamə kapitalının miqdarı 500 manatdır. İşdəki Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2- 2(102)- 409/2019 saylı, 28.08.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Ərizəçi MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə 105.000 manat pul tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-300/2016 saylı 23 fevral 2016cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Ərizəçi MMC-dən cəmi 234770,04 manat pulun iddiaçı “BASF X7 Sanayi” MMC-nin xeyrinə tutulması qət edilmişdir. “xxxx” ASC-nin apelyasiya şikayətinə əlavə etdiyi Ali Məhkəmənin 2-2 (102)- 17/2017 saylı, 19 yanvar 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı, “xxxx Azərbaycan)” ASC-nin cavabdeh Ərizəçi MMC-yə qarşı iddiası 1 saylı Bakı İnzibatı-iqtisadi Məhkəməsinin 02.05.2016-cı ıl tarixli qətnaməsi ilə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 402623,41 manat əsas borc, 33473,17 manat cərimə tutulmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 2-2(103)-448/2016 saylı 05 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək cavabdeh Ərizəçi MMC-dən «xxxx (Azərbaycan)» ASC-nın xeyrinə 40.000 manat məbləğdə cərimə borcu tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.02.2021-ci il tarixli, **********397100 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi Ərizəçi” MMC-nin 08.02.2021-ci il tarixə dövlət büdcəsinə əsas vergi üzrə 353979,49 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 470399,01 manat, əsas vergi borcuna hesablanmış faizi üzrə 165335,41 manat, Azərbaycan Respublikasının CPM-nin 53-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi üzrə 699722,80 manat, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə 12974,97 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər vərəqəsi üzrə 28265,85 manat borcu vardır. . Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamış, iddiaçının müflis elan edilməsi üçün qanuna tələb edilən sübutların təqdim edilmədiyinə əhəmiyyət vermədən, iddiaçının əmlak vəziyyəti barədə məhkəmənin sorğularına cavablar daxil olmasını gözləmədən məhkəmə tədqiqatını tamamlamışdır. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmiş, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqındaərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşıödənilməli vəalınmalıməbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının vədebitorlarının siyahısı, sonuncu hesabat tarixinəolan maliyyə hesabatları əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəyə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İstinad edilən xxxxaların tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətiin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının vədebitorlarının siyahısı, sonuncu hesabat tarixinəolan maliyyə hesabatları və s) təqdim edilməsi və araşdırılması tələb olunur. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslı olduğunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Hazırkı halda iddiaçı öz kreditorları barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, işdə olan sənədlər (kreditorların siyahısı və borcludan pul tutulması barədə məhkəmə aktları) Ərizəçi MMC-nin məhkəmə tərəfindən ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil. İş üzrə qətnamə qəbul edildikdən sonra daxil olmuş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05.02.2021-ci il tarixli məktubundan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12.02.2021-ci il tarixli məktublarından görünür ki, Ərizəçi MMC-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi və ya daşınmaz əmlak mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Qeyd edilən xxxxanın tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, işdəki sübutlar iddiaçının ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət etmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək borclunun müflis elan olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə əsasən maddi hüquq xxxxalarının və ya prosessual hüquq xxxxalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1024/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Kreditorlar “X6 Azerbaijan” MMC, “xxxx” ASC və “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1024/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi MMC-nin müflis elan olunması və əmlak inzibatçısı təyin edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-472/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-472/2021
05.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver