Məhkəmə qərarları › İş №2-2(103)-477/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-477/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-477/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və X3 qarşı “ipoteka predmetinin əvəz edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə, 18 ay müddətinə, 200.000 manat məbləğində krеdit xətti açılmış və bununlа bаğlı BOKT "xxxx" QSC ilə For Rest MMC arasında 07 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı krеdit xətti müqаviləsi bаğlаnmışdır. Kredit xətti müqaviləsinin 1.2-ci bəndinə əsasən "xxxx" MMC-yə 200.000 manat məbləğində kredit verilmiş və bununla bağlı 13 iyul 2017-ci il tarixli, 005-KTİ-0001-17 Kredit Müqaviləsi imzalanmışdır.

2. 07 iyul 2017-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 07 iyul 2017-ci il tarixdə bağlanmış 005-KTİ-0001 saylı X5 əsasən X3 məxsus ünvan 1 ünvanında yerləşən, dəyəri 550.000 manat məbləğində qiymətləndirilmiş, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsi BOKT "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və dövlət reyestrində (reyestr nömrəsi **********06-05101-083002, qeydiyyat nömrəsi **********) 11 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

3. 07 iyul 2017-ci il tarixli, 005-KTİ-0001-17 saylı Kredit Xətti Müqaviləsi və 13 iyul 2017ci il tarixli 005- KTİ-0001-17 saylı kredit müqaviləsi üzrə 15 fevral 2019-cu il tarixə olan 120.686,52 manat əsas borcu, 25.617,21 manat məbləğində faiz borcu kapitallaşdırılaraq, cəmi 146.303,73 manat kredit borcunun 36 ay müddətinə geri qaytarılmasına dair "xxxx" MMC ilə BOKT "xxxx" QSC arasında 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə imzalanmışdır. Bununla əlaqədar olaraq 07 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı X5 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə edilmişdir.

4. 07 iyul 2017-ci il tarixli 005-KTİ-0001-17 saylı X5 edilmiş 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavə 21 iyul 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır.

5. 07 iyul 2017-ci il tarixli, 005-KTİ-0001-17 saylı X5 edilmiş 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavənin 1.2-ci bəndində görə tərəflər razılaşır ki, "xxxx" MMC ilə BOKT "xxxx" QSC arasında 07 iyul 2017-ci il tarixdə bağlanmış, 005-KTİ-0001-17 saylı Kredit xətti müqaviləsinin təminatı olan, X4 ilə BOKT "xxxx" QSC arasında bağlanmış 005-KTİ- 0001-17 saylı Sonrakı ipoteka müqaviləsi həmçinin "xxxx" MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış 15 fevral 2019-cu il tarixli 1 saylı Əlavənin də təminatıdır.

6. X4 ilə Cavabdeh2 MMC arasında 01 iyun 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 MMC Ağa Neymətulla küçəsi 32 ünvanında yerləşən X2 mülkiyyətində olan 131,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin söküntüsünü həyata keçirərək, əvəzində həmin binada sahəsi 166,6 kv.m olan qeyriyaşayış sahəsini X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

7. X4 ilə Cavabdeh2 MMC arasında 01 iyun 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 MMC Ağa Neymətulla küçəsi 32 ünvanında yerləşən X2 mülkiyyətində olan 131,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin söküntüsünü həyata keçirərək, əvəzində həmin binada sahəsi 166,6 kv.m olan qeyriyaşayış sahəsini X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

8. İpoteka predmeti olan X3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən sökülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Cavabdeh2 MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən X3 veriləcək ümumi sahəsi 166,6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə BOKT "xxxx" QSC-nin ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizəsinə görə ödənilmiş 840 mаnаt dövlət rüsumu məbləğinin cavabdehlərdən tutularaq BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı bildirir ki, "xxxx" MMC-nin BOKT "xxxx" QSC qarşısında kredit öhdəliklərinin icrasının təminatı olan əmlak ipoteka saxlayanın razılığı və məlumatı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh2 MMC tərəfindən sökülmüşdür. Nəticədə kredit öhdəliyi təminatsız qalmış və BOKT "xxxx" QSC-nin qanunla qorunan mənafeyi və maraqları pozulmuşdur. Cavabdeh X4 qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə yüklü əmlakı Cavabdeh2 MMC ilə birlikdə qanunsuz olaraq tamamilə məhv edərək BOKT "xxxx" QSC-nin xeyrinə yüklü olan əmlakın yerində yeni bina inşa edilmişdir. Hesab edirik ki, ipoteka saxlayanın məlumatı və razılığı olmadan yüklü olan əmlakın sökülməsi və yerində başqa bir binanın inşa edilməsi ilə ipoteka saxlayana münasibətdə qanunsuz hərəkətə yol verilmişdir.

11. Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, MMC-nin ipoteka müqaviləsindən xəbəri olmamışdır. Bina özbaşına deyil, Sərəncam əsasında sökülmüşdür. Onlar, öz hərəkətləri ilə qanundan kənara çıxmamışdır. Ümumiyyətlə, hazırki iş üzrə Cavabdeh2 MMC üçüncü şəxs qismində çıxış etməli idi.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-297/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmə Mülki Məcəllənin 269.1-ci, 269.2-ci, 269.3-cü, 269.4-cü, 269.5-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, hər hansı bir əmlakın ipoteka ilə yüklü edilməsi üçün zəruri olan ilk şərt əmlakın mövcud olması və onun da, dövlət reyestrində qeydə alınmasıdır. Hazırkı halda isə, X3 məxsus olmuş BOKT "xxxx" QSC-də ipoteka ilə yüklü edilmiş Cavabdeh2 MMC tərəfindən sökülmüş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində Cavabdeh2 MMC ilə müqavilə bağlanaraq X3 veriləcək 166,6 kv.m qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyatına alınmamışdır. Qeyd edilmiş əmlakın dövlət reyestrində qeydə alınmaması, yəni dolayısı ilə mövcud olmaması ipotekanın qeyd edilmiş sonuncu əmlaka şamil edilməsi halını istisna edir.

14. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 166,6 kv.m qeyri-yaşayış sahəsi üzərində X2 hüququnun hansı əsasla yaranmasını və bu hüququn yaranmasına əsas olan sənədləri araşdırmamışdır. X4 ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2022-ci il tarixli müqavilə ipoteka predmeti əvəzinə verilmiş ümumi sahəsi 166,6 k v.m olan qeyriyaşayış sahəsinin ipoteka qoyan tərəfindən rahat şəkildə mənimsənilməsinə hüquq vermişdir və bu hüququ məhdudlaşdırmaq üçün məhkəmə müdafiəsindən istifadə etmələrinə baxmayaraq, ipoteka hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Məhkəmə həmin qeyri-yaşayış sahəsinin reyestrdə qeydə alınmasa belə girov pedmeti kimi qəbul etməmişdir. Halbuki, yeni əmlakın əvvəlki əmlakın əvəzinə verilməsi faktı aşkardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi.

18. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

21. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

22. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

23. Həmin Məcəllənin 269.10-cu maddəsinə əsasən girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

24. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.

25. Həmin Məcəllənin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

27. Həmin Məcəllənin 662.3-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

29. Həmin Qanunun 25.3.1-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməlidir.

30. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.

31. İpoteka haqqında Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).

32. Həmin Qanunun 31-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: 1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.

33. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

34. Həmin Qanunun 31.2-ci maddəsinə görə ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.

35. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

38. Belə ki, iddiaçı ipoteka ilə yüklü edilən əmlakın onun razılığı olmadan sökülməsinə istinad edərək, yerində verilmiş əmlaka ipoteka hüququnun şamil edilməsi tələbini irəli sürmüşdür.

39. Bu hallara uyğun iddia tələbinin qanuni əsası aşağıdakı qaydada müəyyən olunmalıdır.

40. Belə ki, ipoteka predmetinə ipoteka saxlayanın razılığı olmadan sərəncam verilməsi halları və bu hallara uyğun olaraq ipoteka saxlayanın mümkün hüquqi müdafiə vasitələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 31 və 32.1-ci maddələrində göstərilmişdir.

41. Qeyd olunan maddələrdən müəyyən edilir ki, qanunda iki hal və hər bir haldan asılı olaraq aşağıdakı hüquqi müdafiə vasitələri nəzərdə tutulub:

42. 1) İpoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin ipoteka qoyan tərəfindən digər şəxsə özgəninkiləşdirilməsi halında - ipoteka saxlayan ya ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını ya da ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər.

43. 2) dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə hallarında - ipoteka hüququ ya əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

44. Hazırki işdə isə ipoteka qoyan X4 və Cavabdeh2 MMC 01 iyun 2022-ci il tarixdə müqavilə bağlayaraq ipoteka predmeti olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmişlər.

45. Göründüyü kimi ipoteka predmeti birinci halda göstərildiyi kimi alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilməmiş və əvəzində pul vəsaiti əldə edilməmişdir. Eyni zamanda, ipoteka predmeti olan daşınmaz əmlak sökülərək məhv edilmişdir.

46. Belə olan halda isə ipoteka saxlayan tərəfindən ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını ya da ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etməkdən ibarət hüquqi müdafiə vasitələri effektiv vasitə kimi çıxış edə bilməz.

47. Eyni zamanda ipoteka predmeti ikinci halda göstərildiyi kimi dövlət ehtiyacları üçün alınmamışdır.

48. Bununla yanaşı yuxarıda qeyd olunan 01 iyun 2022-ci il tarixli müqavilədə hər iki formada özgəninkiləşdirmənin ayrı-ayrı elementləri vardır.

49. Belə ki, ipoteka predmeti birinci halda göstərildiyi kimi digər şəxs (hazırki halda Cavabdeh2 MMC) tərəfindən əldə edilmiş və ikinci halda göstərildiyi kimi əvəzinə yeni əmlak verilmişdir.

50. Göründüyü kimi, cavabdehlər arasında faktiki olaraq Mülki Məcəllənin 662.1-ci maddəsində göstərilmiş dəyişdirmə müqaviləsi bağlanmışdır.

51. Lakin “İpoteka haqqında” Qanunda bu halı tənzimləyən konkret maddi hüquq norması mövcud deyil.

52. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

53. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə məhz “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə uyğun araşdırılmalıdır.

54. Çünki müqavilənin məzmunu məhz ikinci hala daha çox uyğunluq təşkil edir. Belə ki, ipoteka predmeti ikinci halda göstərildiyi dövlət ehtiyacları üçün alınmasa da, Cavabdeh2 MMC tərəfindən sökülərək, əvəzinə elə həmin yerdə tikiləcək binada eyni ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi razılaşdırılmışdır. 40 Eyni zamanda kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsası kimi qanunun analogiyası üzrə Mülki Məcəllənin 269.10-cu və 287-ci maddələri də çıxış edə bilər. 41 Belə ki, həmin maddələrin tələblərinə görə girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir (269.10).

55. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir (287).

56. Həmçinin, tərəflər arasında bağlanmış 07 iyul 2017-ci il tarixli, 005-KTİ-0001-17 saylı Sonrakı İpoteka müqaviləsinin 4.2.7-ci bəndinə əsasən ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın məhv olması, zədələnməsi, hansısa səbəbdən öz dəyərini itirməsi təhlükəsi yarandıqda və ya ipoteka qoyanın sahibliyindən bu müqavilənin şərtlərinə uyğun olmayaraq çıxdıqda, ipoteka saxlayanın tələbi ilə ipoteka predmeti eyni dəyərli başqa əmlakla əvəz edilməli və ya ipoteka ilə təmin edilmiş öhdəliyi vaxtından əvvəl icra etməlidir.

57. Hazırki işdə də qeyd olunan maddələrin və müqavilə şərtlərinin dispozisiya şərtləri mövcuddur.

58. Belə ki, ipoteka predmetinin ipoteka saxlayanın/iddiaçının məlumatı və razılığı olmadan sökülməsi və cavabdehlərin müqavilə bağlayaraq ipoteka predmeti olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmələri işin mübahisəsiz halıdır.

59. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 25.3.1-ci maddəsinə görə ipoteka qoyan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməlidir.

60. Həmin Qanunun 27.2-ci maddəsində isə təsbit olunmuşdur ki, ipoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.

61. Eyni zamanda, həmin Qanunun 31.2-ci maddəsinə görə ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.

62. İş materiallarından da müəyyən olunur ki, BOKT "xxxx" QSC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 15 dekabr 2021-ci il tarixli, 17645/21 saylı müraciətə cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, ipoteka qoyan Cavabdeh1 ilə aralarında danışıqlar aparılır və razılıq əldə edildikdən sonra sənədləşmə işləri aparılan zaman nümayəndənizin iştirakı təmin olunacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inşa edilən qeyri-yaşayış sahəsinə dair üçtərəfli müqavilə bağlanacaq və qanunvericiliyə müvafiq olaraq BOKT Embafinans QSC-nin ipoteka hüququ yeni qeyriyaşayış sahəsinə keçəcəkdir.

63. Göründüyü kimi hər iki cavabdeh ipoteka saxlayana münasibətdə vicdansız davranış nümayiş etdirərək, sonuncunun razılığı olmadan ipoteka predmeti barədə birgə sərəncam vermişlər. Bu isə nəticədə əsas öhdəliyin təminatsız qalması və ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnmişdir.

64. Halbuki, Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

65. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə, o cümlədən Mülki Məcəllənin 269.10-cu və 287-ci maddələrinə əsasən onun xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən X3 veriləcək ümumi sahəsi 166,6 kv.m olan qeyri-yaşayış sahəsi üzərinə ipoteka hüququnun tanınmasını tələb etməkdə tam haqlıdır.

66. Sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində veriləcək əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi isə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

67. Çünki bu məsələ ipotekanın qüvvəyə minməsinə aiddir və ipoteka predmetinin əvəzində verilən əmlak dövlət reyestrində qeydiyyatına alındığı andan “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının həmin əmlaka olan ipoteka hüququ qüvvəyə minəcək. 42 Kollegiya qeyd edir ki, əks yanaşma ipoteka saxlayanın hüquqlarının kobud şəkildə pozulması və əsas öhdəliyin təminatsız qalması ilə nəticələnə bilər. 43 Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. 44 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. BOKT "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və 01 iyun 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən X3 veriləcək ümumi sahəsi 166,6 kv.m olan qeyriyaşayış sahəsi üzərinə BOKT "xxxx" QSC-nin ipoteka hüququ şamil edilsin. Mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizəsi ilə apellyasiya şikayətinə görə ödənilmiş 1260 mаnаt dövlət rüsumu bərabər hissələrdə cavabdehlər Cavabdeh2 MMC və X1 tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar