Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-483/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı əsassız varlanma qaydasında pulun geri qaytarılması barədə iddia tələbi üzrə Açar söz: əsassız varlanma qaydasında əldə edilmiş pulun qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı yanlışlıqla ödənilmiş 1198,40 manat məbləğində vəsaitin, tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 714/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xx.xx.2022-xx.xx.2023 il ərzində cavabdeh iddiaçının CHERY avtomobili üçün Bakı şəhəri daxilində və şəhərətrafı ərazilərdə (Bakı mollarda) promo reklamını həyata keçirməyi, hər ayın sonunda (promodan sonra) tərəflər arasında bağlanmış və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də “Razılaşma Protokolu”nda müəyyən edilmiş miqdarda və şərtlərlə iddiaçıya çatdırmağı, iddiaçı isə cavabdehə göstərilən xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən avtomobilin promosu xidmətləri (CHERY avto) üzrə 1198,40 manat dəyərində xidmət göstərilməsinə dair iddiaçıya elektron qaimə təqdim edilmişdir.
3. xx.xx.2022-ci il tarixli 212OPXO222850557 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən reklam xidmətinə görə xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimə üzrə 1198,40 manat cavabdehin hesabına ödəniş etmişdir.
4. xx.xx.2022-ci il tarixli 212OPXO223140580 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimə üzrə 1198,40 manat cavabdehin hesabına ödəniş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsaitin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 300 manatın və 60 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 1558,40 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli “Chery” markalı avtomobil üçün promo reklamı üzrə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Bağlanan müqaviləyə əsasən göstərilmiş xidmətə görə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə göndərilmiş, həmin qaiməyə əsasən xx.xx.2022-ci il tarixində 1198,40 manat məbləğində vəsait iddiaçı tərəfindən ödənilmiş, bununla da müqavilənin icrası yekunlaşmışdır. Sonradan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində yuxarıda qeyd edilən eyni qaimə üzrə təkrarən və yanlışlıqla 1198.40 manat məbləğində pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. Bununla bağlı şifahi formada cavabdehə məlumat verilmiş və yanlışlıqla ödənilmiş 1198,40 manat məbləğində pulun geri qaytarılması xahiş edilmişdir. Buna baxmayaraq, onun tərəfindən əsassız olaraq məbləğin geri qaytarılmayacağı bildirilmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2022ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödənişin geri qaytarılmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh prentenziya məktubunu qəbul etməkdən qəsdən imtina etmiş və ödənişin geri qaytarılması ilə bağlı hal-hazıradək hər hansı addım atmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 714/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi qismən təmin edilmiş, X4 xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsait, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 4,27 manat və mediasiya xərcinə görə 53,09 manat, cəmi 1255,36 manat X2 tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən xx.xx.2022-xx.xx.2023 il ərzində cavabdeh iddiaçının CHERY avtomobili üçün Bakı şəhəri daxilində və şəhərətrafı ərazilərdə (Bakı mollarda) promo reklamını həyata keçirməyi, hər ayın sonunda (promodan sonra) tərəflər arasında bağlanmış və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də “Razılaşma Protokolu”nda müəyyən edilmiş miqdarda və şərtlərlə iddiaçıya çatdırmağı, iddiaçı isə cavabdehə göstərilən xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən iddiaçıya 1198,40 manat dəyərində göstərilmiş xidmətlərə görə xx.xx.2022-ci il tarixində EBCG seriyalı 839437 nömrəli elektron qaimə təqdim edilmiş, iddiaçı tərəfindən həmin elektron qaiməyə əsasən cavabdehin hesabına səhfən iki dəfə hər dəfə 1198,40 manat olmaqla 2396,80 manat ödəniş edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən onun hesabına 2396.80 manat məbləğində pul vəsaiti ödənilmiş, qeyd edilən məbləğin 1712 manatı tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ona çatmalı məbləğdir, iddiaçı onun hesabına cəmi 684.80 manat əlavə pul ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərə dair yalnız bir ədəd, dəyəri 1198,40 manat olan EBCG seriyalı 839437 nömrəli elektron qaimə təqdim edildiyindən, qalan 513,6 manat (1712 - 1198,40) dəyərində xidmətin göstərilməsinə dair cavabdeh tərəfindən iddiaçıya müqaviləyə əsasən hesabın təqdim olunmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən cavabdehin etirazının əsassız olduğu və xx.xx.2022-ci il tarixdə olan ödənişin artıq ödənildiyi müəyyən edilmişdir.
10. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndədiyindən və həmin məktub cavabdehə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən gecikdirilmiş vaxt həmin tarixdən hesablanmalı, MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən 4,27 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. . Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 714/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın 684,40 manat hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iddiaçı tərəfindən əlavə pul vəsaitinin ödənilməsində əsassız varlanma halı mövcud olmamışdır. Məhkəmə xidmət müqaviləsinin şərtlərini təfsir edərkən müqavilədə göstərilən öhdəliklərin iddiaçı tərəfindən pozulması hallarını iddiaçının iradəsinə zidd olan hallarla müqayisə etməyərək nəzərə almamışdır. İddiaçı tərəfindən ödənilmiş əlavə pul vəsaiti hüquqi əsas, yəni müqavilədən irəli gələn öhdəliklərə müvafiq olaraq ödənilmişdir. Cavabdeh tərəfindən “Reklam xidmətlərinin göstərilməsi” ilə bağlı müqavilədən irəli gələn öhdəliklər vaxtında cavabdeh tərəfindən həyata keçirilmişdir. Müqavilələrdən göründüyü kimi, iddia tərəfindən cavabdehə ümumilikdə 1712 AZN pul ödənilməli idi. Göndərilən qaimədə məbləğin 1198 AZN olması texniki səhv olsa da, iddiaçının cavabdehə müqavilədən irəli gələn öhdəliyi mövcud olmuşdur. Ödənilmiş məbləğin bir hissəsi həmin öhdəliklə kompensasiya edilməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iclasın təxirə salınması barədə cavabdehin vəsatəti iclasda üzürlü səbəbdən iştirak etmədiyinə dair sübutlar olmadığına görə təmin edilməmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 439.4-cü maddə-öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 445.7-ci maddə- borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən qismən-518,27 manat hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-714/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya göstərilmiş reklam xidməti ilə bağlı xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimə göndərilmiş, 1198,40 manat xidmət haqqı ödənilməsi tələb edilmiş, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iki dəfə 1198,40 manat pul ödənilmişdir.
19. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ödənilmiş pulun 684,40 manat hissəsinin reklam xidməti ilə bağlı ödənildiyini qeyd etsə də, xidmətlə bağlı qarşı tərəfə göndərilmiş qaimədə tələb edilən məbləğ 1198,40 manat qeyd edildiyindən, göstərilmiş xidmətin dəyərinin bu məbləğdən artıq olması barədə sübut olmadığından xx.xx.2022-ci il tarixdə ödənilmiş 1198,40 manat pulun öhdəlikdən kənar ödənildiyi müəyyən edilərək cavabdehin apellyasiya şikayəti əsassız hesab edilir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-714/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-714/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.