Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-502/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair (Açar sözlər: müddətin bərpası) X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. MET-AK” MMC iddia ərizəsi məhkəməyə ilə müraciət edərək, İddiaçı MMC ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA**********70 00999000 nömrəli bank hesablarında qalmış 47.767,5USD və 10.125.360,3 rus rublu məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə verilməsini cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC müştəri qismində bank xidmətlərinin göstərilməsi üçün müəyyən olunmuş məbləğdə haqq ödəməyi, "xxxx" ASC isə müştəriyə bank hesablarıaçmağı və həmin hesablar üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Nəzərə alsaq ki, Cavabdeh2 ASC-nin fəaliyyətinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, BakıApellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 3(103)-42/2023 nömrəli qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir, hazırki iddia tələbimizi cavabdeh qismində çıxış etməli olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməyi məqsədəmüvafiq hesab edirik. Qeyd olunan halla bağlı cavabdeh orqana 07 sentyabr 2023-cü il tarixində məktubla müraciət olunmuş, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21 sentyabr 2023-cü il tarixlicavab məktubu ilə bildirilmişdir ki, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Bildiririk ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar "xxxx" ASC-də olan bank hesabları üzərindən xarici kontragentlərlə bir sıra köçürmə əməliyyatları həyata keçirmişdir. Belə ki, yuxarıda adıçəkilən bank hesabı müqaviləsinə əsasən açılmış AZ25GUNA******************** nömrəli hesab üzərindən İddiaçı MMC ilə “NEWTECH Film ve X5 Gida İnş. İth. Ve İhr. Ltd Şti” şirkəti (Türkiyə Respublikası) arasında bağlanmış xx.xx.2023-cü il tarixli T-075/23 nömrəli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində həmin şirkətə 47.767,5 USD (qırx yeddi min yeddi yüz altmış yeddi dollar, 50) köçürülmüş, lakin köçürmə baş tutmadığından qarşı bank tərəfdən geri qaytarılmışdır. Bank hesabından çıxarışa müvafiq olaraq sözügedən məbləğ xx.xx.2023-cü il tarixində, köçürməni təsdiq edən SWİFT sənədinə əsasən isə 17 may 2023-cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır. Bundan əlavə, 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinə əsasən bank tərəfindən açılmış AZ43GUNA******************** nömrəli hesab üzərindən aşağıdakıəməliyyatlar həyata keçirilmiş, lakin bank tərəfindən icra olunmadığından müxbir bankdan geri qaytarılmışdır: 1) İddiaçı MMC ilə OAO MAQNİTOQORSKİY METALLURQİÇESKİY KOMBİNAT şirkəti (Rusiya Federasiyası) arasında bağlanmış B2375nömrəli xx.xx.2018-ci il tarixlimüqaviləyə əsasən xx.xx.2023- cü il tarixində həmin şirkətə 6.526.120,3 RUB (altı milyon beş yüz iyirmi altı min yüz iyirmi rubl, 30) məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq sözügedən məbləğ 19 may 2023-cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə 16 may 2023-cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır; 2) OOO ABİNSKİY ELEKTROMETALLURQİÇESKİY ZAVOD şirkəti ilə bağlanmış 2023-3.1- 625 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasənxx.xx.2023-cü il tarixində həmin şirkətə 3.599.240 RUB (üç milyon beş yüz doxsan doqquz min iki yüz qırx rubl) məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq xx.xx.2023- cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə xx.xx.2023cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır. Məhkəmənin nəzərinə çatıdırırıq ki, yuxarıda qeyd olunan məbləğlər İddiaçı MMC-nin mülkiyyətində olsa da, hazırda iddiaçı öz mülkiyyəti üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İddiaçı MMC cavabdeh quruma 04 iyul 2023-cü il tarixində №000818 nömrəli məktub ünvanlayaraq, İddiaçı MMC-nin mülkiyyətində olan pul vəsaitlərini "xxxx" ASC-də olan bank hesabından çıxarılaraq qaytarılmasını xahiş etmiş, lakin cavabdeh qurum tərəfindən həmin məktub cavablandırılmamışdır. 18 dekabr 2023-cü il tarixində İddiaçı MMC tərəfindən ona məxsus pul vəsaitlərinin qaytarılması tələbi ilə №001122 nömrəli pretenziya məktubu ünvanlanmış, həmin məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də kiməktuba bir cavab alınmışdır. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinin 3.1.2-ci maddəsinə müvafiq olaraq, bank öhdəliyi əməliyyatları müştərinin tapşırıqlarına əsasən qüvvədə olan qanunvericiliyə uyğun aparmaqdır. Həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən, bank əməliyyatları vaxtında və düzgün aparılmasını təmin edir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni İddiaçı MMC-nin ləğv prosesində olan "xxxx" ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA******************** nömrəli bank hesablarında qalmış 47.767,5 USD (qırx yeddi min yeddi yüz altmış yeddi dollar, 50) və 10.125.360,3 rus rublu (on milyon yüz iyirmi beş min üç yüz altmış rubl, 30) məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 (beş yüz altmış altı) AZN məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə verilməsini müştərək qaydada cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-314/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-314/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iş üzrə cavabdeh ləğv prosesində "xxxx" ASC-yə qarşı hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
6. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-314/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan hakim Günay Namazova həmin iddia tələbi üzrə eyni əsaslarla (banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-1000/2024 Qərardadı ilə ləğv edilmiş, iddia ərizəsi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərardadında aydın şəkildə qeyd olunmuşdur ki, məhkəmənin “iddianın mahiyyəti” və ya digər əsaslara görə cavabdehi seçmək səlahiyyəti yoxdur. İşə baxılarkən başqa cavabdehin işə cəlb edilməsi və ya əsl olmayan cavabdehin əvəz edilməsi məsələsi ortaya çıxdıqda isə müvafiq olaraq Mülki Prosessual Məcəllənin 51.3 və 54.1-ci maddələrində müəyyən edilən qaydalara riayət etməklə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. İddia ərizəsində cavabdeh kimi ləğv prosesində olan Cavabdeh2 ASC göstərildiyi və ya sonradan Mülki Prosessual Məcəllənin 51.3 və 54.1-ci maddələrində müəyyən edilən qaydalara riayət etməklə cavabdeh kimi işə cəlb olunduğu hallarda belə hazırki mübahisənin mülki icraat qaydasında baxılması istisna edilə bilməz. Bankın tərəf olduğu mübahisəyə hansı qaydada, yəni inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını müəyyən etmək üçün ləğv prosesində olan banka qarşı irəli sürülən iddiaların bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və ya bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialar olması müəyyən edilməlidir. Birinci hal müəyyən edildiyi halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında, ikinci hal müəyyən edildiyi halda isə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallara və Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilən mövqeyə məhəl qoyulmadan, ləğv prosesində olan "xxxx" ASC-yə qarşı eyni əsaslarla iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin hakimi həmin iş üzrə öz qətnaməsində bildirir ki, İddiaçı MMC-nin bank hesabı "xxxx" ASC-də olmuş, pul vəsaiti həmin hesaba köçürülmüşdür və “hazırkı tələb də faktiki olaraq iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında yaranmış öhdəlikhüquq münasibətlərindən irəli gəlir”, “Əmanətlərin Sığortalanması Fondu sadəcə ləğv prosesində olan Bankın ləğvedicisi qismində çıxış edir, Bank ilə iddiaçı-MMC arasında vaxtı ilə yaranan müqavilə münasibətlərinə görə cavabdehlik daşıya bilməz”, “öhdəlik hüquq münasibətləri iddiaçı ilə məhz "xxxx"ASC arasında yaranmışdır” və s. Göründüyü kimi, məhkəmə öz qətnaməsində işin mülki-hüquqi xarakterli olması və tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərindən irəli gəldiyini bildirməsinə baxmayaraq, eyni iş üzrə qərardadında tələbin inzibati icraat qaydasında iflas prosudura nəzarət edən məhkəməyə irəli sürülməli olmasını əsaslandıraraq qəbul edir. Birinci instansiya məhkəməsinin hakiminin iş üzrə hansı mövqeyin tərəfdarı olması hələ özünə belə məlum deyil. Digər mühüm məqam isə ondan ibarətdir ki, sözügedən qərardadın qəbul olunması ilə birlikdə birinci instansiya məhkəməsinin hakimi Günay Namazova tərəfindən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin qəbul edilməsinə əsas isə, yaranmış öhdəlik hüquq münasibətlərinin iddiaçı ilə məhz "xxxx" ASC arasında yaranması və cavabdeh Əmanətlərin Sığortalanması Fondu sadəcə ləğv prosesində olan Bankın ləğvedicisi qismində çıxış etdiyindən və bank ilə iddiaçı arasında yaranan müqavilə münasibətlərinə görə cavabdehlik daşıya bilmədiyindən, iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından rədd edilməlidir. Yəni, birinci instansiya məhkəməsinin hakimi Günay Namazova, iddia tələbinin rədd olunması üçün əsas kəşf etməkdən ötrü belə bir ssenari qurur ki, birinci növbədə LPO "xxxx" ASC-yə qarşı olan hissədə iş üzrə icraata xitam verir, daha sonra isə, digər cavabdeh Əmanətlərin Sığortalanması Fonduna aid olan hissədə isə iddia tələbinin LPO "xxxx" ASC-yə qarşı irəlisürülməli olduğunu əsas gətirərək, iddia tələbini rədd edir. İş üzrə təqdim olunmuş nə hər hansı bir sübuta, nə verilən izahatlara, nə digər iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara məhkəmə tərəfindən nəzər yetirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hakimi Günay Namazova işə mahiyyəti üzrə baxmaqdan boyun qaçırmaqdan ötrü hər cür vasitələrə əl atmaqla, qəsdən və qərəzli olaraq qanunsuz qərarlar qəbul etmişdir. İşin hallarından məlum olduğu kimi, cavabdeh LPO "xxxx" ASC iddiaçı ilə bağlamış olduğu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir, həmin yerinə yetirməmə nəticəsində iddiaçıya zərər vurmuş və iddiaçı qarşısında məsuliyyət daşımalıdır. Lakin birinci instansiya məhkəməsi qərardad qəbul edərkən göstərilən halların hər hansını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin irəli sürülən tələb üzrə mübahisəyə iflas proseduru çərçivəsində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına) irəli sürülməsi göstərilən normanın mahiyyətinə zidd olacaqdır, çünki iddia tələbi hüquqi təbiəti və mahiyyəti etibarı ilə inzibati hüququn nizamasalma predmetinə aid deyil. Göründüyü kimi, nə qədər ki, cavabdeh LPO "xxxx" ASC-nin ləğvi başa çatmayıb, həmin hüquqi şəxs hüquq qabiliyyətli hüquqi şəxs olmaqla, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hazırki iddia tələbinin mahiyyəti də, işə baxan hakim Günay Namazovanın xx.xx.2025-ci il tarixli e-2-2(113)-394/2025 nömrəli Qətnaməsində də təsdiqlədiyi kimi, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında yaranmış öhdəlik-hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda, LPO "xxxx" ASC üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşımalıdır. Göründüyü kimi, cavabdeh LPO "xxxx" ASC tərəfindən yerinə yetirilməmiş öhdəliklər tək tərəflər arasında bağlanmış müqavilədən deyil, həmçinin qanunun tələblərindən irəli gəlməkdədir. Göstərilən müddəaların mahiyyətindən aydın olur ki, ləğv prosesində olan banka qarşı iddialar 2 əsas qrupa bölür: bunlar bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə əlaqəli olan iddialardır. Bu fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və ya iflas proseduruna məhkəmə nəzarəti qaydasında, yəni birinci instansiya məhkəməsi olaraq inzibati kollegiya tərəfindən inzibati icraat qaydasında baxılmalı olmasını şərtləndirir. Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti müxtəlif mülki-hüquqi fəaliyyət kimi müəyyən edilmişdir. Hazırki iddia tələbi də məhz mülki-hüquqi öhdəlikdən irəli gələn, yəni müqavilə üzrə öhdəliyin icra olunmamasından yaranan mübahisə üzrə irəli sürülməkdədir. Lakin birinci instansiya məhkəməsi iddianın hüquqi təbiətini, habelə mübahisənin tərəflərinin hüquqi vəziyyətinə uyğun olaraq müdafiə olunması tələb olunan hüquqi marağı araşdırmadan, məhkəməyə müraciət etməyin hüquqi məqsədini fərqləndirmədən, işə irəli sürülmüş tələblər çərçivəsində baxmaqla LPO "xxxx" ASCnin yaranmış mübahisə üzrə cavabdeh qismində məsuliyyət daşıyıb-daşımaması məsələsini aydınlaşdırılmadan əsassız qərardad qəbul etmişdir. Cavabdeh LPO "xxxx" ASC onun üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi hala görə cavabdeh olduğu halda, birinci instansiya məhkəməsi göstərilən normanın tələblərini nəzərə almamış və cavabdeh barəsində iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan normada göstərilən halları müəyyən etmədən həmin normaya istinad etməklə iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi ədalətsiz olaraq cavabdeh LPO "xxxx" ASC-yə münasibətdə iş üzrə icraata xitam verərək, məhkəmədə müdafiə olunmaq hüququnu pozmuşdur. İddia tələbinin aidiyyat qaydalarına riayət olunmaqla düzgün məhkəməyə verilməsinə baxmayaraq, həmin məhkəmə tərəfindən əsassız olaraq guya aidiyyat qaydalarını pozmaqla cavabdeh LPO "xxxx" ASC-yə qarşı iddia tələbini irəli sürüldüyünü bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-314/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
9. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
Apellyasiya baxışının həddi
11. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşin mübahisəsiz halıdır ki, cavabdeh "xxxx" ASC ləğv prosesindədir.
14. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
15. 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
16. 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
17. “Banklar haqqında” Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər.
18. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi). Xüsusilə qeyd edilməlidir ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri həmin Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə görə, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Qeyd etmək lazımdır ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir.
19. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
20. X3 Məhkəməsi Plenumunun gəldiyi qənaətə əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402.2.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.