Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-510/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-237/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli təmizlik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC avtobuslarda təmizlik xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, sonuncu isə sifarişçinin müəyyən etdiyi qaydada avtobuslarda təmizlik xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, müqavilə üzrə görüləcək işlərin icrası məqsədi ilə Cavabdeh 5600 manat məbləğində avans şəklində ödənilmişdir. Lakin indiyədək müqavilə üzrə Cavabdeh tərəfindən görüləsi işləri lazımı qaydada icra olunaraq təhvil verilməmiş, müqavilənin 2-3-cü bəndlərindəki öhdəlikləri lazımınca icra edilməmiş, icra olunmalı işlər aktla sifarişçiyə təhvil verilməmişdir. Müqavilə bağlanan tarixdən xx.xx.2021-ci il tarifindən bu günə kimi heç bir avtobus təmizlənib “Azlənd Plaza MMC-yə təhvil verilməmişdir. Lakin cavabdeh həmin təmizlik işləri üçün pulun alınmasına dair imza edərək əvvəlcədən xx.xx.2021-ci ildə 1500 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 2500 manat, sonra da əlavə 650 manat almışdır.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, iddiaçı ilə avtobusun birini 60 manatdan təmizləmək barədə razılığa gəlmişdir. Avtobuslar gecə təmizlənir, səhər reysə buraxılırdı. Axşam saat 10:00-da avtobusları təmizləyirdilər. 2-3 gündən bir avtobusun çirkli olduğunu əsas gətirərək, yenidən təmizlənməsini istəyirdilər. İddiaçı tərəfindən ona 5000 manat pul ödənilib. Dərmanları özü alıb gətirirdi. Ödənişi ona iddiaçının nümayəndəsi Ülkər xanım edirdi.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-237/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
13. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
14. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
18. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli təmizlik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
19. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
20. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
22. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. İddiaçı bildirir ki, o, cavabdehə pulu ödəmiş, lakin cavabdeh öz öhdəliklərini icra etməmiş, yəni avtobusların təmizlənməsi işini icra etməmişdir.
24. Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən isə podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi qüsurlara bərabər tutulur.
25. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 465-ci maddəsi təşkil edir.
26. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
27. Belə ki, iddiaçı tərəfindən cavabdehə 27 may 2021-ci il tarixdə 2500 manat, 21 iyun 2021-ci il tarixdə 1500 manat, 30 iyun 2021-ci il tarixdə isə 1000 manat ödəniş edilməsi işin mübahisəsiz halıdır. Çünki bunu həm iddiaçı, həm cavabdeh bildirir, həm də iddiaçının məhkəməyə təqdim etdiyi qeyd vərəqəsinin surətindən görünür.
28. Belə ki, həmin vərəqədə “Həsənağa” sözlərindən sonra 21 iyun 2021-ci il tarixli 1500 manat, 30 iyun 2021-ci il tarixli 1000 manat və 27 may 2021-ci il tarixli 2500 manat və hər bir rəqəmdən sonra imza mövcuddur.
29. İddiaçı bildirir ki, o, həmin 5000 manatdan əlavə cavabdehə 600 manat da ödəmiş və bütün ödənişlər avans kimi edilmişdir. Cavabdeh tərəfindən ona heç bir xidmət göstərilməmiş və təhvil verilməmişdir.
30. Cavabdeh isə həmin ödənişlərin avans olmadığını, işlər görüldükcə ona pul verildiyini, əlavə olaraq ona 600 manatın verilmədiyini bildirir.
31. Göründüyü kimi mübahisəli məqam pulun avans kimi verilib-verilməməsi və işlərin görülüb-görülməməsi ilə bağlıdır.
32. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, ödənişi ona iddiaçının nümayəndəsi Ülkər xanım edirdi.
33. İddiaçının işçisi X2 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, şirkətin ofisində işləyir, avtobuslar isə digər bir ünvanda qarajda yerləşir, cavabdehə ilk öncə kimyəvi təmizlik ləvazimatların alınması məqsədilə sonuncunun istəyi ilə xx.xx.2021-ci il tarixdə 2500 manat məbləğində avans ödəniş edilmiş və xx.xx.2021-ci il tarixdə tərəflərin arasında müqavilə bağlanmış, daha sonra cavabdeh təmizlik işlərinə başlamış və görülmüş işlərin müqabilində xx.xx.2021-ci il tarixdə sonuncuya 1500 manat və xx.xx.2021-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin gördüyü işin keyfiyyəti yoxlanılmamış, sadəcə olaraq qarajdan sonuncu tərəfindən təmizlik işlərin aparılması ilə bağlı məlumata əsasən ödəniş aparılmış, lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən görülən işlər tam və lazımı keyfiyyətdə yerinə yetirilməmişdir.
34. Göründüyü kimi bilavasitə prosesdə iştirak edən iddiaçının öz işçisinin ifadəsinə əsasən müəyyən olunur ki, ödənişlər məhz görülmüş işlərin müqabilində edilmişdir.
35. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi qeyd vərəqində olan yazılarda da ödənişlərin bir gündə deyil, ayrı-ayrı tarixlərdə, yəni xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparıldığı qeyd edilmişdir.
36. Bu faktlar isə onu təsdiq edir ki, pullar hissə-hissə görülən təmizlik işlərin müqabilində ödənilmişdir.
37. Tərəflər arasında bağlanmış müqavilədə də avans ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamış və müqavilənin şərtlərinə görə (3.1.2 və 3.1.3-cü bəndlər) də öncədən təmizlik işləri görülür, daha sonra görülən işlər təhvil alınır və görülmüş xidmətinin dəyəri ödənilir.
38. Göründüyü kimi iddiaçı görülmüş işlərə görə ödəniş etməklə, görülmüş təmizlik işləri təhvil-təslim aktına əsasən deyil, faktiki qəbul etmişdir.
39. Eyni zamanda iddiaçının işçisi ümumi şəkildə işlərin keyfiyyətsiz, natamam və tam həcmdə görülməməsini bildirsə də, iddiaçı bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
40. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-237/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn