Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-514/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla ilə aşağıdakı borc alanlar arasında bağlanmış: 1. X7 ilə xx.xx.2018-ci il tarixli KTP-001/2018 nömrəli kredit müqaviləsi; 2. X8 ilə xx.xx.2018-ci il tarixli KTP-002/2018 nömrəli kredit müqaviləsi; 3. X3 ilə xx.xx.2018-ci il tarixli KTP003/2018 nömrəli kredit müqaviləsi; 4. X11 ilə xx.xx.2018-ci il tarixli KTP-004/2018 nömrəli kredit müqaviləsi; 5. X9 ilə xx.xx.2018-ci il tarixli KTP-005/2018 nömrəli kredit müqaviləsi; 6. X4 ilə xx.xx.2018-ci il tarixli KTP- 006/2018 nömrəli kredit müqaviləsi; 7. X5 ilə xx.xx.2018-ci il tarixli, KTP-007/2018 nömrəli kredit müqaviləsi; 8. X12 ilə xx.xx.2018-ci il tarixli KTP-008/2018 nömrəli kredit müqaviləsi;
9. X16 ilə xx.xx.2018-ci il tarixli KTP-009/2018 nömrəli kredit müqaviləsi; 10. X2 ilə xx.xx.2018-ci il tarixli KTP-010/2018 nömrəli kredit müqaviləsi əsasında verilmiş kreditlər üzrə iddiaçı ilə cavabdeh arasında hər bir kredit müqaviləsi üzrə bağlanmış müvafiq olaraq xx.xx.2018-ci il tarixli KTPZ-001/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-002/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-003/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ004/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-005/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-006/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-007/2018 nömrəli, xx.xx.2018ci il tarixli KTPZ-008/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-009/2018 nömrəli, xx.xx.2018-ci il tarixli KTPZ-010/2018 nömrəli zaminlik müqavilələri əsasında öhdəliklərin təmin edilməsi üzrə zamin cavabdehdən ümumilikdə 174.550 manat məbləğdə dəbbə (cərimə) pulu borcu və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cəmi 8.501,50 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən təmin olunan hissədə ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir.
İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətdən imtina haqqında ərizə təqdim edib, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətindən imtina ərizəsini müdafiə etmiş, iddiaçının nümayəndəsi ərizəyə etiraz etməmişdir.
Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanunazidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4566/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova