Məhkəmə qərarları › İş №2-2(103)-518/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-518/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-518/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili X5, cavabdeh «xxxxxxxx»» MMCnin qanuni təmsilçisi Qanuni nümayəndə və vəkili X3 və maraqlarına toxunan şəxs Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə2 və vəkil X2 iştirakı ilə X9 İnkişaf Bankının cavabdehlər “xxxxxxxx” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iş üzrəBakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından maraqlarına toxunan Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxxxxxx” MMC və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48,734,005.73 AVRO, faizlər üzrə 31,769,268.39 AVRO, cərimə üzrə 207,986.05 AVRO olmaqla, ümumilikdə 80,711,260.19 AVRO, xx.xx.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14,890.95 AVRO dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının “xxxxxxxx” MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22 A ünvanında yerləşən, ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan, 24 mərtəbəli 2 girişli yaşayış binasına və cəmiyyətin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi və hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx xxxxxx 2020-ci il tarixli barışığa gələrək, borcun bir hissəsinin, müstəqil auditor hesabatı ilə 31075000.00 manat məbləğində qiymətləndirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirərək həmin barışıq sazişinin şərtlərinin təsdiq edilməsini məhkəmədən xahiş etmişldər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin barşıq sazişi təsdiq edilmişdir. Həmin qərardadla maraqlarına toxunan Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barışıq sazişinin 1.1-ci bəndi Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binasının iş üzrə iddiaçıya təhvil verilməsini özündə nəzərədə tutur. Bu isə birbaşa Ərizəçi maraqlarına toxunur. Çünki, qanuni qüvvəsini almış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icrası məqsədilə icra məmurunun təqdimatı əsasında cavabdeh «xxxxxxxx» MMC-nin mülkiyyətində olan həmin yaşayış binasının üzərinə Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli tarixli qərardadları ilə həbs qoyulmuş və halhazırda həmin əmlak hərraca çıxarılmışdır. Bundan əlavə Ərizəçi Sumqayıt şəhər Məhkəməsində cavabdehlər qismində «xxxxxxxx» MMC və Qanuni nümayəndə qarşı maddi və mənəvəi ziyan, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia qaldırıb. Hazırkı iddia formaldır. Məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin süni şəkildə qarşısını almaqdan ibarətdir. Digər tərəfdən, Nümayəndə1 Nəsimi rayon Məhkəməsində Cavabdeh1 MMC-ni nümayəndə kimi təmsil etdiyi halda, indiki halda iddiaçını nümayəndə kimi təmsil edir. Eyni zamanda, hal-hazırda Nərimanov İsayev tərəfindən Sumqayıt şəhər Məhkəməsində cavabdehlər «xxxxxxxx» MMC, X1rşı barışıq sazişinin predmetini təşkil edən, X8 Bankı ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3 M-1382 reyestr №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, RX 12187073 №-li hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqqında iddia da qaldırılmışdır. Mübahisələndirilən qərardadla maraqlarına toxunan Ərizəçi nümayəndələri (vəkilləri) Nümayəndə2 və Ü.Məmmədov şikayəti dəlillərinə uyğun müdafiə etmiş, eləcə də, cavabdeh «xxxxxxxx» MMC-nin və iddiaçının Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı əsasında mübahisəli yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət etdiyini, lakin onların ərizəsinin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişlər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili F.Kərimov, habelə şikayətçinin dəlilləri ilə razılaşmamış, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli həbs qərardadı qəbul edilənə qədər mübahisəli yaşayış binasının yüklülüyünün bankın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verildiyini, eyni zamanda, bank tərəfindən həmin qərardadla yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsindən imtinası ilə bağlı Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından isə şikayət verildiyini bildirərək, birinci instansiya məhkəməsinin barışıq sazişinin təsdiq olunması barədə qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Cavabdeh «xxxxxxxx»» MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə və vəkili T.Rəcəbli isə göstərilənlərlə razı olduqlarını bildirmişdir). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə mübahisələndirilən qərardadla maraqlarına toxunan şəxs Ərizəçi şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, barışıq sazişinin predmetini təşkil edən cavabdehin X10 Bankından aldığı kreditin təminatı olaraq onunla bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 reyestr №-li ipoteka müqaviləsi işdə mövcud deyil və məhkəmə tərəfindən bununla bağlı müvafiq araşdırma aparılmamış, buna diqqət yetirilməmişdir. İkincisi, işdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2014 saylı xx xxxxxx 2014-cü il tarixli icra sənədi üzrə icra məmurunun təqdimatı əsasında məhkəmənin xx.xx.2018-ci il tarixli tarixli qərardadı ilə ipoteka müqaviləsi ilə bank qarşısında yüklü olan - Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası üzərinə həbs qoyulmuş, lakin məhkəmə tərəfindən qərardadla həll olunan bu məsələyə də əhəmiyyət verilməmiş, həmin işin sonrakı gedişatı aydınlaşdırılmamışdır. Halbuki, iş materiallarından görünür ki, cavabdeh “xxxxxxxx” MMC-in məhkəmənin sözügedən xx.xx.2018-ci il tarixli qərardadı ilə mübahisəli yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ünvanlanmış ərizəsi işə əlavə olunmuşdur. Bankın hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddia iki cavabdehə qarşı qaldırılsa da, bankın yalnız cavabdeh “xxxxxxxx” MMC-yə qarşı tələbi mövcuddur. Cavabdeh1 MMC-yə qarşı isə tələb irəli sürülməmiş, lakin Cavabdeh1 MMC barışıq sazişini imzalamışdır. Bu formallığın səbəbi, mahiyyəti və bu hansı məqsəd daşıdığı məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd edilməlidir ki, göstərilən halların araşdırılma zəruriyyəti, məhz ondan irəli gəlir ki, mübahisəli barışıq sazişinin şərtləri üçüncü şəxslərin qanuni hüquq və mənafelarini pozub-pozmaması ilə bağlı məsələlər aydınlaşdırılsın. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 52.5-ci maddəsi tələbinə görə tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məşhkəmə belə hərəkətləri qəbul etmir və belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmçinin, maraqlarına toxunan Ərizəçi apellyasiya şikayətinə verdiyi əlavəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, onun tərəfindən Sumqayıt şəhər Məhkəməsində cavabdehlər «xxxxxxxx» MMC, X1rşı - hazırkı barışıq sazişinin predmetini təşkil edən, X8 Bankı ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3 M- 1382 reyestr №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqaviləsinin predmetini təşkil edən mübahisəli yaşayış binasının yüklülüyü barədə RX 12187073 №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi də verilmişdir. (Sumqayıt şəhər Məhkəməsinin dəftərxanası ilə telefon əlaqəsi saxlanıldıqda müəyyən olumşudr ki, həmin iddia ərizəsi məhkəmənin icraatına götürülmüş və xx.xx.2020-ci il tarixinə saat 17:05-ə məhkəmənin hazırlıq iclası da təyin edilmişdir.) Məhkəmə kollegiyası hesab edir ki, işin bu halı da nəzərdən qaçırıla bilməz, hüquqi qiymət verilməsi zəruridir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə tərəflərin barışıq sazişini bütövlükdə, həm təsviri-əsaslandırıcı, həm də nəticə hissəsinə köçürməklə kifayətlənmiş, lakin bu zaman sazişin təsdiq edilməsini zəruri edən şərtlərin mövcud olubolmadığını qətiyyən araşdırmamış, yuxarıda qeyd yuxarıda qeyd etdiyi hallara aydınlıq gətirməmiş və onlara hüquqi qiymət verilmədən sazişinin şərtlərini təsdiq edərək iş üzrə icraata xitam vermişdir. Halbuki, MPM-in 263.0.4-cü maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi ayrıca akt şəklində qəbul edilən qərardada göstərilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Ərizəçi şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən işin tam araşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüquq vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mübahisələndirilən qərardadla maraqlarına toxunan Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elmira Nağıyeva Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar