Məhkəmə qərarları › İş №2-2(103)-530/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-530/2022

13.05.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-530/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X199 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01.04.2022-ci il tarixli qərardadından kreditorlar Kreditor2 MMC və İcbari Sığorta Bürosu HŞİ tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə və 16.03.2022-ci il tarixli qərardadından Ərizəçi5 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının X530 Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.08.2020-ci il tarixli qərardadı ilə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının tərkibi məhkəmə tərəfindən təsdiq edilmişdir. 03.12.2020-ci il tarixdə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyası tərəfindən hazırlanmış hesabat və kreditor tələblərinin reyestri məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli qərardadına əsasən ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasına lazımi tədbirlərin görülməsi və dəyişdirilmiş reyestrin daha sonra təkrarən təqdim edilməsi barədə göstəriş verilməsi qərara alınmışdır. Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyası məhkəməyə LPO ASC Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin kreditorların reyestrinin təsdiq edilməsinə dair ərizə ünvanlayaraq, iflas proseduru çərçivəsində ləğvetmə prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin kreditorlarının reyestrinin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci i tarixli qərardadına əsasən ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasına lazımi tədbirlərin görülməsi və dəyişdirilmiş reyestrin daha sonra təkrarən təqdim edilməsi barədə göstəriş verilməsi qərara alınmışdır. (birinci qərardad) LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyası LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin kreditorların reyestrinin təsdiq edilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iflas proseduru çərçivəsində ləğvetmə prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin kreditorlarının reyestrinin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərin reyestrinə dəyişikliklər edilmiş, birinci növbəli tələb kimi reyestrə daxil edilmiş İcbari Sığorta Bürosu HŞİ-nin 5.087.479,97 manat məbləğində kreditor tələbi reyestrdən çıxarılmış, İcbari Sığorta Bürosu HŞİ-nin 2.393.337,98 manat məbləğində kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərin reyestrinə daxil edilmiş, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərin reyestri dəyişdirilmiş formada təsdiq edilmişdir. Kreditorlar Kreditor2 MMC və "xxxx" HŞİ qeyd edilən qərardaddan şikayət vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-208/2022 saylı 17.01.2022-ci il tarixli qərardadı ilə Kreditor2 MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli iş üzrə "xxxx" HŞİ-nin 2.393.337,98 manat məbləğdə kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərinin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi” barədə 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, "xxxx" HŞİ-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)1575/2020 nömrəli iş üzrə "xxxx" HŞİ-nin 2.393.337,98 manat məbləğdə kreditor tələbinin qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərinin reyestrinə daxil edilməsi, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərinin reyestrinin dəyişdirilmiş formada təsdiq edilməsi” barədə 11 oktyabr 2021-ci il tarixli qərardadından, 5.104.325,19 manat məbləğdə kreditor tələbinin reyestrdə birinci növbəli tələb kimi təsdiq edilməsi tələbinə dair şikayəti təmin edilməmiş, iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardadda Bakı Apellyasiya Məhkəməsi Kreditor2 MMC-nin şikayəti üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə görə kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir (məhkəmə kollegiyasının qeydi: 28 noyabr 2014-cü il tarixli 1113-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 33.1-ci maddədə “şəxsin” sözündən sonra “həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi” sözləri əlavə edilmişdir); Hazırkı vəziyyətdə 21 cilddən ibarət olan kommersiya mübahisəsi materiallarının böyük əksəriyyəti İSB HŞİ tərəfindən həyata keçirilən kompensasiya ödənişləri barədə sənədlərdən ibarət olsa da, işdə həmin ödənişlərin, ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında ödənildiyini təsdiq edən hər hansı sənəd yoxdur. Bakı Kommersiya Məhkəməsinin 01.04.2022-ci il tarixli qərardadı ilə ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərin reyestrinə dəyişikliklər edilməsi, birinci növbəli tələb kimi reyestrə daxil edilmiş İcbari Sığorta Bürosu HŞİ-nin 5.087.479,97 manat məbləğində kreditor tələbi reyestrdən çıxarılması, İcbari Sığorta Bürosu HŞİ-nin 180.000 manat məbləğində kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi kreditor tələblərin reyestrinə daxil edilməsi, 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərin reyestri dəyişdirilmiş formada təsdiq edilməsi qərara alınmışdır. Kreditor2 MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və "xxxx" HŞİ-nın ləğv prosesində olan ASC "xxxx" SŞ-nin kreditorların reyestrindən çıxarılmaqla təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin İcbari Sığorta Bürosu HŞİ şikayət verərək, həmin qərardadın tam ləğv edilərək, LPO SŞ-nin kreditor tələblərinin reyestrində Büronun 5.104.325,19 manat məbləğindəki kreditor tələbinin reyestrdə birinci növbəli tələb kimi təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.04.2022-ci il və 22.04.2022-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (ikinci qərardad) Ərizəçi5 MMC ərizə ilə məhkəməyə müraciət edərək, onları ləğvetmə prosesində olan ASC "xxxx" Sığorta şirkətinin kreditorlarının siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17.06.2020-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində X62 vətəndaşı X531 Farraj yol vərəqəsi ilə idarə etdiyi “Audi” markalı **-AU-*** və vətəndaş İ.Həsənovun idarə etdiyi “Hovo” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib və qəzanın baş verməsində “Audi” markalı nəqliyyat vasitəsini idarə edən X531 Farraj təqsirkar hesab edildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat cərimə edilməsinə dair qərar qəbul edilib. Həmin “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onların şirkətinə məxsus olub və yol nəqliyyat hadisəsi nəticəsində həmin nəqliyyat vasitəsinə ziyan dəyib və “Akay Auto” şirkəti tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər 38.515 manat müəyyən edilib. Həmin nəqliyyat vasitəsi "xxxx" Sığorta şirkəti tərəfindən kasko sığorta edilib. Sığorta şirkətinin müflis və iflas prosseslərinin başlanılması üçün ləğvetmə komissiyası yaradılıb. Şirkətə qarşı tələb irəli sürmüş kreditorların (qəbul edilmiş və qəbul edilməmiş tələblər qeydə alınmaqla) reyestri ləğvetmə komissiyası tərəfindən tərtib olunaraq Bakı Kommersiya Məhkəməsinə göndərilib. Bildirirlər ki, bir neçə dəfə şirkət tərəfindən ləğvetmə komissiyasına müraciət edilsə də, Ləğvetmə komissiyası şirkətin tələblərini qeydə almayıb, onu kreditorlar siyahısına əlavə etməyib və məhkəmənin yekun qərarını gözləməyi məsləhət görüb. Buna görə də “Müflisləşmə və iflas haqqında” AR Qanunun 43, 45-ci maddələrinə əsasən hazırki ərizə ilə müraciət edərək şirkətin adının kreditorlar siyahısına daxil edilməsini xahiş etmişlər. Ləğv prosesində olan "xxxx" sığorta şirkətinin adından Ləğvetmə Komissiyası müraciətin təmin edilməsindən imtina edib. İmtinanın əsası kimi aşağıdakılar göstərilib: Ərizəçi5 MMC-yə məxsus “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə baş verən zaman idarə etmiş X62 vətəndaşı X531 Farraja verilmiş sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin tələbinə uyğun qaydada Azərbaycan Respublikasında dəyişdirilmədiyinə və X138 1968-ci il 8 noyabr tarixli “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının üzvü olmadığına və bu səbəbdən avtomobili idarə etmiş X531 Farraj Azərbaycan Respublikasında sürücülük hüququ olmayan şəxs hesab edildiyinə görə sığorta ödənişinin verilməsi mümkün deyildir. “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. X531 Farraj Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşama üçün Dövlət Miqrasiya Xidmətindən icazə almayıb. Buna görə də qeyd edilən norma hazırki işə tətbiq edilə bilməz.Bundan əlavə sığorta haqqında Qanunun 17-ci maddəsinə görə, sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır: Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi; Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi; Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması. 11.03.2022-ci il tarixdə Ərizəçi5 MMC məhkəməyə ərizəyə sonuncu əlavə verərək, "Standart İnsurance” ASC-nin ləğvetmə komissiyasının 20.12.2021-ci il tarixli, 41520 saylı qərarının ləğv edilməsi, Ərizəçi5 MMC-nin müflis elan olunmuş "xxxx" ASC-nin kreditorlarının reyestrinə daxil edilməsi və sığorta məbləğinin ləğvetmə prosesində olan "xxxx" ASC-dən ərizəçinin xeyrinə tam tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavənin əsasları ondan ibarət olmuşdur ki, 20.12.2021-ci il tarixli sığorta ödənişindən imtina məktubunda yeganə səbəb və əsas kimi avtomobili idarə etmiş əcnəbinin sürücülük hüququnun olmaması göstərilmişdir. Digər məsələlərlə bağlı, yəni sığorta haqqının ödənilməsi, sığorta hadisəsinin olması, lazımi qaydada rəsmiləşdirilməsi, hadisə barədə sığortaçıya məlumat verilməsi, müvafiq sənədlərin sığortaçıya təqdim edilməsi və s. ilə bağlı sığortaçının heç bir etirazı yoxdur. Hadisə vaxtı sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun olmaması ilə bağlı sığortaçının dəlili aşağıdakılara görə əsassızdır. Hadisə vaxtı avtomobili idarə etmiş X62 vətəndaşı Məsəri Fərəcin həmin ölkənin səlahiyyətli orqanının verdiyi və hadisə vaxtı qüvvədə olan sürücülük vəsiqəsi olmuşdur. "Yol hərəkəti haqqında" AR qanununun 35-1 maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Dövlət Miqrasiya Xidmətinin 27.10.2020-ci il tarixli 04/4050 saylı məktubundan göründüyü kimi Məsəri Fərəc Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün müraciət etməmişdir. Deməli, qanunun 35-1 maddəsinə görə onun sürücülük vəsiqəsinin dəyişdirilməsinə hüquqi zərurət də olmamışdır. Nəticə etibarı ilə, Məsəri Fərəcin avtomobili idarə etmək hüququ olmuş və bu hüquq Azərbaycan Respublikası tərəfindən tanınmışdır. Sığorta şirkətinin öz imtinasında istinad etdiyi "Yol nişanları və siqnalları haqqında” 8 noyabr 1968ci il tarixli Vyana konvensiyası adından da göründüyü kimi sürücülük hüququnun və vəsiqəsinin verilməsi və tanınması şərtlərini tənzimləmir. Sürücülük hüququnun tanınması məsələsi təbii olaraq "Yol hərəkəti haqqında" AR qanunu ilə tənzimlənir. Həmin qanun isə yuxarıda da qeyd edildiyi kimi əcnəbinin öz ölkəsində aldığı sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikasında avtomobil idarə etmək hüququnu tanıyır. 17.06.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı İordaniya vətəndaşı olan Fərəc Məsəri qarşıdakı avtomobil ilə ara məsafəsi saxlamadığına görə AR İXM-in 327.1-ci maddəsi ilə tənbeh edilmişdir. Əgər sığortaçının iddia etdiyi kimi əcnəbinin sürücülük hüququ olmamış olsaydı onda DYP onu həm də AR İXM-in 332-ci maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) ilə də cərimə etməli idi. Sığortalı avtomobili idarə etmiş şəxsin sürücülük hüququnun olmaması məsələsi ilkin sığorta araşdırması zamanı aşkar olunası və sığortalıya bildiriləsi məsələdir. Hazırkı işdə isə sığortaçı hadisədən sonra ödənişdən imtina deyil, əksinə ödəniş etmək mövqeyi tutmuş, lazım olan sənədlərin bir hissəsini özü toplamış, digər hissəsini sığortalıdan əldə edərək araşdırma aparmışdır. Hadisədən il yarımdan çox vaxt keçdikdən sonra ümumi bir səbəblə ödənişdən imtina etmişdir. Bu fakt da öz-özlüyündə imtinanın qanunsuzluğunu və sığortaçının nəyin bahasına olursa-olsun imtina etmək niyyətini ortaya qoyur. Hətta əcnəbinin sürücülük vəsiqəsi Azərbaycan Respublikasında dəyişdirilməli olsaydı belə, onun dəyişdirilməməsi sığorta münasibətləri baxımından avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə edilməsi kimi qəbul oluna bilməz. Çünki sürücülük vəsiqəsinin dəyişdirilməsi tələbi sadəcə dövlətin idarəetmə qaydası baxımından qanuna daxil edilmiş bir tələbdir. Sığortaçının marağı isə avtomobili idarə edən şəxsin sürmək qabiliyyətinin olmasına əmin olmaqdır ki, bu yolla sığorta riski azalmış olur. İndiki halda isə sığortalı avtomobili idarə etmiş əcnəbinin sürücülük vəsiqəsinin, deməli sürücülük qabiliyyətinin olması mübahisəsizdir. Bu mövqe AR Ali Məhkəməsində artıq təşəkkül tapmışdır. Ali məhkəmənin bir sıra qərarlarında, o cümlədən həmin qurumun 2020-ci il üzrə 4-cü bülletenində açıqca ifadə edilmişdir. Şərh olunanlara əsasən sığortaçının imtinası qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin 16.03.2022-ci il tarixli qərardadı ilə Ərizəçi5 MMC tərəfindən verilmiş ərizə rədd edilmişdir. Ərizəçi5 MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 11.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməlidir. (birinci qərardad üzrə) Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmündən görünür ki, X295 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, X241, X200 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya, X33 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar, X201, X242, X145 və X243 isə vəfat etmişlər. - DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin X60 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi X106 cinayət işi üzrə icraata xitam verilməsi barədə 19 mart 2020-ci il tarixli qərarından görünür ki, X107 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmiş və yol nəqliyyat hadisəsi nəticəsində öldüyündən cinayət işi üzrə icraata xitam verilmiş və onun hüquqi varisi qismində tanınmış X48 cinayət prosesində təqsirləndirilən şəxsin hüquqi varisi qismində iştirakına xitam verilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X418 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. - Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X202 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 dekabr 2019-cu il tarixli qərarından görünür ki, X296 YHN nəticəsində xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yolnəqliyyat hadisəsi nəticəsində X296 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Lənkəran Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli 1(049)-12/2020 saylı hökmündən görünür ki, X375 Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X244 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmiş, X146 isə yüngül bədən xəsarətləri almışdır. - Yardımlı Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(038)-11/2019 saylı hökmündən görünür ki, X203 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X204 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmiş, X245 isə ağır bədən xəsarətləri almışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2020-ci il tarixli 1(101)-395/2020 saylı hökmündən görünür ki, X376 Azərbaycan Respublikası CM-nin 2631.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X297 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmiş, X376 isə yüngül bədən xəsarətləri almışdır. - Goranboy Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli 1(045)-12/2020 saylı hökmündən görünür ki, X377 Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X378 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmiş, X377 isə ağır bədən xəsarətləri almışdır. - Sabirabad Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli 1(056)-42/2020 saylı hökmündən görünür ki, X298 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X108 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmişdir. - Hacıqabul Rayon Məhkəməsinin 25.06.2020-ci il tarixli 1(071)-56/2020 saylı hökmündən görünür ki, X82 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X147 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmişdir. - Abşeron Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 1(012)-492/2020 saylı hökmündən görünür ki, X299 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X379 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 1(010)-81/2020 saylı hökmündən görünür ki, X148 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X380 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmişdir. - Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, X149 barəsində olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Qərardan görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində X83 ağır xəsarət almışdır. - Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 dekabr 2019-cu il tarixli qərarından görünür ki, X64 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X150 az ağır xəsarət almışdır. - Nizami Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 1(007)-78/2020 saylı hökmündən görünür ki, X246 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmə əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X151 aldığı bədən xəsarətləri nəticəsində vəfat etmişdir. - Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayevin cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə 02 mart 2020-ci il tarixli qərarından görünür ki, X38 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulması faktı üzrə toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və X152 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X84 az ağır bədən xəsarətləri almışdır. - DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X109 toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, X110 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş və X300 təqsirləndirilən şəxs X49 hüquqi varisi qismində tanınmışdır. Həmin qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X205 ağır xəsarət almışdır. - Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi X153 məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin etmək haqqında 29 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, X85 barəsində olan ********* saylı material üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Qərardan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X206 xəsarət almışdır. - Binəqədi RPİ-nin İŞ-nin baş təhqiqatçısı X154 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 iyun 2020-ci il tarixli qərarından görünür ki, X301 barəsində toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X155 ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X247 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 aprel 2020-ci il tarixli qərarından görünür ki, X156 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X111 və X207 ağır bədən xəsarətləri almaları müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X39 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 may 2020-ci il tarixli qərarından görünür ki, X157 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində Vəkilova Qönçə Oleq qızının ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir Ələkbərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 aprel 2020-ci il tarixli qərarından görünür ki, X333 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X158 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 fevral 2020-ci il tarixli qərarından görünür ki, X40 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X40 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X65 07 aprel 2020-ci il tarixli qərarından görünür ki, X302 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda yolnəqliyyat hadisəsi nəticəsində X50 ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Tovuz Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli 1(062)-42/2020 saylı hökmündən görünür ki, X112 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmdə yol-nəqliyyat hadisəsi nəticəsində X66 yüngül, X208 az ağır bədən xəsarətləri almaları müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2020-ci il tarixli 1(060)-142/2020 saylı qərarından görünür ki, X303 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X209 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Xaçmaz rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı X210 cinayət təqibinin rədd edilməsi haqqında 28 mart 2020-ci il tarixli qərarından görünür ki, - X25 cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X20 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Raqif Şərifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 may 2020-ci il tarixli qərarından görünür ki, X159 barəsində cinayət təqibinin başlanılması və material üzrə cinayət işinin başlanılması rədd edilməklə, X159 cinayət məsuliyyətindən azad olunmuşdur. Həmin qərarda yolnəqliyyat hadisəsi nəticəsində X211 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X160 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 may 2020-ci il tarixli qərarından görünür ki, X41 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X113, X51, X67 az ağır bədən xəsarətləri alması müəyyən edilmişdir. - Ağstafa Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 1(015)-5/2020 saylı hökmündən görünür ki, X334 Azərbaycan Respublikası CM-nin 263.11-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmdə yol-nəqliyyat hadisəsi nəticəsində X114 ağır bədən xəsarəti alması müəyyən edilmişdir. - Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı David Yusifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 noyabr 2019-cu il tarixli qərarından görünür ki, X335, X419 və X86 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yolnəqliyyat hadisəsi nəticəsində X31 az ağır bədən xəsarəti alması müəyyən edilmişdir. - Masallı Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli 1(050)-71/2020 saylı qərarından görünür ki, X336 Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X212 az ağır bədən xəsarəti alması müəyyən edilmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X213 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 iyun 2020-ci il tarixli qərarından görünür ki, X42 yol-nəqliyyat hadisəi zamanı xəsarət almasına dair toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X87 az ağır xəsarət almışdır. - Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X161 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 iyun 2020-ci il tarixli qərarından görünür ki, X68 Abşeron rayonu, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyat haisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X162 az ağır xəsarət almışdır. - Göygöl RPŞ-nin İstintaq Qrupunun müstəntiqi X115 cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 28 iyun 2020-ci il tarixli qərarından görünür ki, X163 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X337 az ağır xəsarət almışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli 1(003)-205/2020 saylı qərarından görünür ki, X248 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. (Zərərçəkmiş şəxs - X214, xəsarətin dərəcəsi az ağır) - Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 iyun 2020-ci il tarixli qərarından görünür ki, X88 barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X381 ağır xəsarət almışdır. - Bakı şəhəri Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X164 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 18 may 2020-ci il tarixli qərarından görünür ki, X89 barəsində olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində P.nahov Xudaverdi Məmməd oğlu az ağır xəsarət almışdır. - Bakı şəhəri Sabunçu rayon RPİ-nin İŞ-nin müstəntiqi X215 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyun 2020-ci il tarixli qərarından görünür ki, X43 və X116 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yolnəqliyyat hadisəsi nəticəsində Atamoğlan Məmmədov aldığı xəsarətlərdən ölmüş, X44 ağır, X249 az ağır, X250 ağır xəsarət almışdır. - Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı David Yusifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 iyun 2020-ci il tarixli qərarından görünür ki, X165 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X21 ağır zərərə vuran xəsarət almışdır. - X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X166 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 iyul 2020-ci il tarixli qərarından görünür ki, X69 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X4 ağır zərərə vuran xəsarət almışdır. - Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X168 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, X216 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X9 az ağır zərərə vuran xəsarət almışdır. - Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X169 cinayət təqibinə xitam verilməsi haqqında 11 iyul 2020-ci il tarixli qərarından görünür ki, X70 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə toplanmış material üzrə cinayət təqibinə xitam verilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vuran xəsarətlər almışdır. - Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X169 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyul 2020-ci il tarixli qərarından görünür ki, X91 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X10 az ağır zərər vuran xəsarətlər almışdır. - DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı Azər Əmiraslanovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyul 2020-ci il tarixli qərarından görünür ki, X61 qızının, X93 və X52 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X11 az ağır zərər vuran xəsarətlər almışdır. - Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X254 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 iyul 2020-ci il tarixli qərarından görünür ki, X26 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə toplanmış material üzrə cinayət təqibinə başlanılması rədd olunmuşdur. Qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X255, X71 sağlamlıqlarına az ağır, X170 və X237 sığlamlığına zərər vurmayan xəsarət yetirilmişdir. - İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı X217 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyun 2020-ci il tarixli qərarından görünür ki, X218 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda yolnəqliyyat hadisəsi nəticəsində X94 az ağır bədən xəsarəti almadı müəyyən edilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X202 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərarından görünür ki, X383 və X219 YHN nəticəsində xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarda yol-nəqliyyat hadisəsi nəticəsində X383 və X219 az ağır bədən xəsarəti almaları müəyyən edilmişdir. - Ağcabədi rayon polis şöbəsi təhqiqat bölməsinin təhqiqatçısı X117 şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarından görünür ki, X384 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X118 dərəcəsi təyin edilməyən bədən xəsarəti alması müəyyən edilmişdir. - Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir Ələkbərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 iyul 2020-ci il tarixli qərarından görünür ki, X256 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X171 bədən xəsarəti alması müəyyən edilmişdir. - Qaradağ RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elbəyi Allahverdiyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 iyul 2020-ci il tarixli qərarından görünür ki, X304 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X119 az ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilmişdir. - Yevlax rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi X220 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, X172 öldüyünə görə onun barəsində cinayət işinin icraatına xitam verilmiş və X221 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X172 vəfat etmiş, X28 az ağır zərər vurmaya, X34 ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. - Salyan rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X120 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 iyul 2020-ci il tarixli qərarından görünür ki, X305 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X22 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Fikrət Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 iyun 2020-ci il tarixli qərarından görünür ki, X257 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X17 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Səbail RPİ-nin İŞ-nin müstəntiqi X222 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 may 2020-ci il tarixli qərarından görünür ki, X121 barəsində olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X259 müxtəlif növ bədən xəsarətləri almışdır. - Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 dekabr 2019-cu il tarixli qərarından görünür ki, X339 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X6 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X260 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyun 2020-ci il tarixli qərarından görünür ki, X223 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X12 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X261 cinayət təqibinə xitam verilməsi haqqında 26 avqust 2020-ci il tarixli qərarından görünür ki, X36 barəsində toplanmış material üzrə cinayət təqibinə xitam verilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X29 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Fikrət Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 avqust 2020-ci il tarixli qərarından görünür ki, X386 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X23 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Səmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 avqust 2020-ci il tarixli qərarından görünür ki, X174 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X5 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı X154 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, X123 yol-nəqliyyat hadisəsində xəsarət alması faktı ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi zamanı X18 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X39 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, X45 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X46 və X2 yüngül zərər vurmaya, X308 isə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. - Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Səmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X341 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X15 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X225 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X309 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X3 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Orxan Məmmədovun cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, X310 cinayət məsuliyyətindən azad olunmuş və cinayət təqibinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X16 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Münasib Əliyevin cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 12 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X311 cinayət məsuliyyətindən azad olunmuş və cinayət təqibinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X24 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X47 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 09 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X124 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X13 ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 1(003)-206/2020 saylı qərarından görünür ki, X387 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət işinə xitam verilmişdir. (yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X263 qanuni nümayəndəsi X264 tanınmışdır) Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X35 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X261 cinayət təqibinə xitam verilməsi haqqında 26 avqust 2020-ci il tarixli qərarından görünür ki, X265 barəsində toplanmış (HK-1/442 saylı) material üzrə cinayət təqibinə xitam verilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X342 ağır dərəcəli bədən xəsarətləri almışdır. - Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Münasib Əliyevin cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 03 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, X266 cinayət məsuliyyətindən azad olunmuş və cinayət təqibinin başlanılması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X19 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X96 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X313 cinayət məsuliyyətindən azad olunmuş və cinayət işinin başlanılması rədd edilmiş, X74 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X7 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Etibar Balakişiyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26 mart 2020-ci il tarixli qərarından görünür ki, X389 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X8 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X176 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 18 yanvar 2020-ci il tarixli qərarından görünür ki, X227 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X30 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X268 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, X269 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərara əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi zamanı X14 az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X178 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X169 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyul 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X179 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X168 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 iyun 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X180 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu rayon RPİ-nin İŞ-nin müstəntiqi X215 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyun 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X97 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu rayon RPİ-nin İŞ-nin müstəntiqi X215 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyun 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X270 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Raqif Şərifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 may 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X181 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Astara RPŞ-nin istintaq bölməsinin müstəntiqi X65 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 07 aprel 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X182 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X247 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 aprel 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X228 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Binəqədi RPİ-nin İŞ-nin baş təhqiqatçısı X154 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 iyun 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X53 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayevin cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə 02 mart 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X127 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X109 toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 12 iyun 2020-ci il tarixli qərarı üzrə). - 21.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X98 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X160 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 may 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X183 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Səbail RPİ-nin İŞ-nin müstəntiqi X222 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 may 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, HŞİ tərəfindən X271 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Yevlax rayon PŞnin İstintaq Bölməsinin müstəntiqi X220 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 09 iyun 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X128 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X254 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 iyul 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X128 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X254 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 iyul 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X54 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı David Yusifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 noyabr 2019-cu il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X81 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı David Yusifovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 iyun 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X184 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X160 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 may 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X75 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X160 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 may 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X229 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir Ələkbərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 aprel 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən Vəkilova Qönçə Oleq qızına 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X39 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 may 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X272 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X247 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 aprel 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, HŞİ tərəfindən Diniyev Alimə 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Hacıqabul Rayon Məhkəməsinin 25.06.2020-ci il tarixli 1(071)-56/2020 saylı hökmü üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X37 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Goranboy Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli 1(045)-12/2020 saylı hökmü üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X185 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Binəqədi RPİ-nin İŞ-nin icraatında olmuş X85 barəsində ********* saylı material üzrə). - 22.09.2020-ci il tarixli 001İNT********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən Nigar Topçuya 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X202 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 dekabr 2019-cu il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X273 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X202 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X314 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2020-ci il tarixli 1(060)142/2020 saylı qərarı üzrə). - 22.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X186 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı Azər Əmiraslanovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyul 2020-ci il tarixli qərarı üzrə). - 23.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X315 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Yevlax rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi X220 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 09 iyun 2020-ci il tarixli qərarı üzrə). - 23.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X99 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Yardımlı Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli 1(038)-11/2019 saylı hökmü üzrə). -23.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X187 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X213 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 iyun 2020-ci il tarixli qərarı üzrə). - 29.09.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X100 3.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Lənkəran Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli 1(049)-12/2020 saylı hökmü üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, HŞİ tərəfindən X316 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Etibar Balakişiyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26 mart 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X230 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Salyan rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X120 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 iyul 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X188 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir Ələkbərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 iyul 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X274 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin X60 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi X106 cinayət işi üzrə icraata xitam verilməsi barədə 19 mart 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 1390 ödəniş tapşırığı ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X27 1.485 manat məbləğində pul vəsaiti ödənilmişdir (Xaçmaz rayon PŞnin təhqiqat bölməsinin təhqiqatçısı X210 cinayət təqibinin rədd edilməsi haqqında 28 mart 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X55 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Zamiq Seyfullayevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 fevral 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X101 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X161 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 iyun 2020-ci il tarixli qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X129 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.06.2020ci il tarixli 1(003)- 205/2020 saylı qərarı üzrə). - 02.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X97 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu rayon RPİ-nin İŞ-nin müstəntiqi X215 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 10 iyun 2020-ci il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X102 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir.(Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X260 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 iyun 2020-ci il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 1394 ödəniş tapşırığı ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X76 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 dekabr 2019-cu il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X231 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Qaradağ RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elbəyi Allahverdiyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 iyul 2020ci il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X275 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Tovuz Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli 1(062)-42/2020 saylı hökmü üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X130 2.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nizami Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 1(007)-78/2020 saylı hökmü üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X77 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 dekabr 2019cu il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X131 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı X217 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyun 2020-ci il tarixli qərarı üzrə). - 08.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən Ali Akdana 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X202 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərarı üzrə). - 11.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X78 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sabirabad Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli 1(056)-42/2020 saylı hökmü üzrə). - 12.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X189 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.09.2020ci il tarixli 1(003)- 206/2020 saylı qərarı üzrə). - 12.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X132 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Ağcabədi rayon polis şöbəsi təhqiqat bölməsinin təhqiqatçısı X117 şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarı üzrə). - 13.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X79 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir(Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X96 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 sentyabr 2020ci il tarixli qərarı üzrə). - 13.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X190 750 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 15.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X276 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X261 cinayət təqibinə xitam verilməsi haqqında 26 avqust 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X191 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X225 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X232 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X39 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 avqust 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X233 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Fikrət Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 avqust 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X56 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Abşeron Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 1(012)-492/2020 saylı hökmü üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X317 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 iyun 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X167 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X166 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 iyul 2020-ci il tarixli qərarı üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X190 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 16.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X190 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 17.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X234 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X190 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X133 750 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)-650/2020 saylı hökmü üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X235 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Orxan Məmmədovun cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarı üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X192 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı X154 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 avqust 2020-ci il tarixli qərarı üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X277 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X261 cinayət təqibinə xitam verilməsi haqqında 26 avqust 2020-ci il tarixli qərarı üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X134 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2020-ci il tarixli 1(101)-395/2020 saylı hökmü üzrə). - 20.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X135 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Göygöl RPŞ-nin İstintaq Qrupunun müstəntiqi X115 cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 28 iyun 2020-ci il tarixli qərarı üzrə). - 22.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X136 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Fikrət Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 iyun 2020ci il tarixli qərarı üzrə). - 22.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X57 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyevin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 04 avqust 2020-ci il tarixli qərarı üzrə). - 22.10.2020-ci il tarixli 001XOH120296063 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X344 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 1(010)- 81/2020 saylı hökmü üzrə). - 22.10.2020-ci il tarixli ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X228 1.485 manat məbləğində pul vəsaiti ödənilmişdir (Binəqədi RPİ-nin İŞ-nin baş təhqiqatçısı X154 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 04 iyun 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X103 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X60 işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X47 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 09 sentyabr 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X236 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Münasib Əliyevin cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 12 sentyabr 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X278 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Səmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 sentyabr 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X58 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Səmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 avqust 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X32 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir (DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X109 toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 12 iyun 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 1486 ödəniş tapşırığı ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X279 1.485 manat məbləğində pul vəsaiti ödənilmişdir (Masallı Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli 1(050)-71/2020 saylı qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X80 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X164 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 18 may 2020-ci il tarixli qərarı üzrə). - 26.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X59 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X169 cinayət təqibinə xitam verilməsi haqqında 11 iyul 2020-ci il tarixli qərarı üzrə). - 27.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X104 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X268 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 avqust 2020-ci il tarixli qərarı üzrə). - 27.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X280 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X176 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 18 yanvar 2020-ci il tarixli qərarı üzrə). - 27.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X137 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Münasib Əliyevin cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında 03 oktyabr 2020-ci il tarixli qərarı üzrə). - 29.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X318 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.08.2020-ci il tarixli 1(101)650/2020 saylı hökmü üzrə). - 29.10.2020-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, İcbari Sığorta Bürosu HŞİ tərəfindən X193 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir (Ağstafa Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 1(015)-5/2020 saylı hökmü üzrə). - İcbari Sığorta Bürosu HŞİ tərəfindən Ləğvetmə Prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Ləğvetmə Komissiyasına ünvanlanmış 03.11.2020-ci il tarixli tələbkarın sığortaçının kreditorları siyahısına daxil edilməsi barədə ərizədən görünür ki, Büronun Himayəçilər Şurasının 16.09.2020-ci il tarixli iclasının 05 saylı protokolu əsasında "xxxx" AR Qanununun 32.1.1-ci maddəsinin tələbinə uyğun olaraq, ASC "xxxx" Sığorta Şirkətində icbari sığorta olunmuş sığortalılara, baş vermiş sığorta hadisələrinə görə kompensasiya ödənişinin həyata keçirilməsi qərara alınması, 14.09.2020-ci il tarixdən 31.10.2020-ci il tarixədək Büro tərəfindən LPO "xxxx" Sığorta Şirkəti ilə icbari sığorta müqaviləsi üzrə qeydə alınmış 2325 fiziki və hüquqi şəxslərə sığorta hadisələrinə görə ümumilikdə 2.393.337,98 manat məbləğində kompensasiya ödənişləri həyata keçirilməsi bildirilmiş, qeyd olunanları nəzərə alaraq, İcbari Sığorta Bürosu X144 kreditor kimi LPO ASC "xxxx" Sığorta Şirkətinin kredirorların siyahısına alınaraq kreditor reyestrinə daxil edilməsi xahiş edilmişdir. - İcbari Sığorta Bürosu HŞİ tərəfindən Ləğvetmə Prosesində olan Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Sığorta Şirkətinə ünvanlanmış 31.08.2021-ci il tarixli məktubdan görünür ki, Büronun Himayəçilər Şurasının 16.09.2020-ci il tarixli iclasının 05 saylı protokolu əsasında İcbari sığortalar haqqında Qanunun 32.1.1-ci maddəsinin tələbinə uyğun olaraq 14.09.2020-ci il tarixdən 31.08.2021 tarixədək LPO ASC "xxxx" Sığorta Şirkəti ilə icbari sığorta müqaviləsi üzrə qeydə alınmış 4.943 sığorta hadisəsinə görə zərərçəkən fiziki və hüquqi şəxslərə ümumilikdə, 5.087.479,97 manat məbləğində kompensasiya ödənişləri həyata keçirildiyi bildirilmiş, İcbari Sığorta Bürosu HŞİ-nın kreditor kimi LPO ASC "xxxx" Sığorta Şirkətinin kreditorlarının reyestrinə daxil edilməsi xahiş edilmişdir. Qeyd olunan sübutları araşdıraraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor tələblərin reyestrinə dəyişiklik və əlavələr edilməklə reyestr təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş kreditor tələblərinin reyestrindən görünür ki, həmin reyestrdə İcbari Sığorta Bürosu X294 5.087.479,97 manat məbləğində tələblə reyestrdə birinci növbədə qeydə alınmışdır. Sığortaçının ləğv edilməsi halında tələblərin ödənilməsi növbəliliyi “Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 119-cu maddəsi ilə tənzimlənir. Həmin normanın tələblərinə əsasən sığortaçı ləğv edildiyi halda kreditor tələblərin reyestrinə birinci növbə üzrə yalnız icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər daxil edilir. Hazırkı halda İcbari Sığorta Bürosu HŞİ-nın ASC "xxxx" Sığorta Şirkətinə qarşı tələbetmə hüququ isə icbari sığorta müqavilələrinə əsasən deyil, qanun əsasında - Büronun "xxxx" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kompensasiya ödənişlərini həyata keçirilməsi vəzifəsini icra etməsi nəticəsində yaranmışdır. Belə ki, "xxxx" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir. 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə. Digər tərəfdən İcbari Sığorta Bürosu HŞİ-nin birinci növbəli kreditor kimi reyestrə daxil edilməli olması barədə mövqeyini əsaslandırmaq üçün ləğvetmə komissiyasının istinad etdiyi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Əmanətlərin Sığortalanması Fondunun birinci növbəli kreditor olması və həmin qanunun analogiya üzrə hazırkı hüquq münasibətlərinə tətbiq edilməli olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda mübahisəli hüquq münasibətini tənzimləyən xüsusi norma mövcud olduğundan analogiya üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü MPM-in 13.4cü maddəsinin tələbləri baxımından istisna edilir. Belə olan halda isə İcbari Sığorta Bürosu HŞİ-nin birinci növbəli kreditor, eləcə də daha əvvəlki növbəli kreditor kimi reyestrdə qeydiyyata alınması üçün əsaslar mövcud olmadığından sonuncunun kreditor tələbi kreditor tələblərin reyestrində 9-cu növbədə daxil edilməlidir. İcbari Sığorta Bürosu HŞİ-nin tələbinin həcminə dair məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən kreditor İSB HŞİ kreditor tələbinin qəbul edilməsi ilə bağlı iki dəfə - 03.11.2020-ci il tarixdə 2.393.337,98 manat məbləğində və 31.08.2021-ci il tarixdə 5.087.479,97 manat məbləğində tələblə ləğvetmə komissiyasına müraciət etmişdir. “Müflisləşmə və iflas haqqında“ Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 2-ci hissəsinə görə isə kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Göründüyü kimi sözügedən normada müflisləşmə prosesində olan hüquqi şəxsə qarşı kreditor tələblərin irəli sürə biləcəyi son müddət həddi müəyyən edilmişdir. Həmin müddətin bitdiyi tarix kreditor reyestrinə tələblərin daxil edilməsinin son günü olmaqla yanaşı kreditor tələblərinin reyestrinin bağlandığı tarix hesab edilir. İş materiallarından isə görünür ki, hazırkı halda kreditor tələblərinin reyestrinə İcbari Sığorta Bürosu HŞİ-nin kreditor tələblərinin reyestrinin bağlandığı tarixədək irəli sürdüyü 2.393.337,98 manat məbləğində tələblə yanaşı kreditor tələblərin reyestri bağlandığı tarixdən sonra ləğvetmə komissiyası qarşısında irəli sürülmüş kreditor tələb də (cəmi 5.087.479,97 manat) daxil edilmişdir. Halbuki kreditor tələblərin reyestrinin bağlandığı tarixə İcbari Sığorta Bürosu HŞİ istinad edilən məbləğdə kompensasiya ödənişləri həyata keçirməmişdir, yəni həmin tarixə İcbari Sığota Bürosu HŞİ-nın reyestrə daxil edilmiş 5.087.479,97 manat məbləğində kreditor tələbin bir hissəsi ümumiyyətlə yaranmamışdır. Bununla yanaşı məhkəmə tərəfindən işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsinin göstərişi nəzərə alınaraq İSB HŞİ tərəfindən kompensasiya ödənişlərinin verilməsinə əsas olmuş yekun məhkəmə qərarları əsasında keçirilibkeçirilməməsi araşdırılmış, bununla bağlı sübutların təqdim edilməsi İSB HŞİ-nin nümayəndəsinə təklif edilmiş və İSB HŞİ-nin nümayəndəsi tərəfindən ödənişlərin verilməsinə əsas olan hadisə barədə məhkəmənin, eləcə də ibtidai araşdırma orqanlarının yekun qərarları məhkəməyə təqdim edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən əlavə araşdırma aparılmaqla müəyyən edilmişdir ki, İSB HŞİ-nin qanunda müəyyən edilmiş 60 günlük müddət ərzində qeydiyyata alınmış kreditor tələbinin əsasında duran 14.09.2020-ci il tarixdən 31.10.2020-ci il tarixədək olan dövrdə verilmiş 2.393.337,98 manat məbləğində kompensasiya ödənişlərindən yalnız 180.000 manat hissəsi müvafiq sığorta hadisələri barədə yekun məhkəmə (və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin) qərarları əsasında həyata keçirilmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 33-cü maddəsinin məzmunundan da göründüyü kimi İSB HŞİ tərəfindən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilməlidir. Həmin Qanunun 32.2ci maddəsinə görə isə bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə sığorta olunan və ya zərərçəkən üçüncü şəxs, 5-ci fəsli üzrə isə sığortalı və ya sığorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər. ASC "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının və kreditor İSB HŞİ-nin nümayəndələrinin məhkəmədə verdiyi izahatlarından da göründüyü kimi hazırkı halda İSB HŞİ tərəfindən verilmiş kompensasiya ödənişləri ləğvetmə komissiyasının İSB HŞİ-yə ünvanlandıqları müraciətləri və göndərdikləri sənədlər toplusu əsasında edilmiş, yəni həmin ödənişlərin heç biri həmin ödənişləri tələb etmək hüququna malik olan şəxslərin İSB HŞİ-yə müraciəti əsasında aparılmamışdır. Əmlaka dəymiş zərərə görə kompensasiya ödənişlərinin “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış əsasında verilməli olması barədə kreditor İSB HŞİnin dəlilinə gəldikdə məhkəmə qeyd etmişdir ki, kreditorun istinad etdiyi norma İSB HŞİ tərəfindən kompensasiya ödənişlərinin verilməsinin qaydalarını deyil, sığortaçı tərəfindən sığorta ödənişlərinin ödənilməsinin qaydalarını müəyyən edir. İSB HŞİ tərəfindən kompensasiya ödənişinin həyata keçirilməsi qaydası isə sözügedən qanunun yuxarıda göstərilən 33-cü maddəsi ilə tənzimlənir. Bununla bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, sığotaçı tərəfindən sığorta ödənişinin əsassız olaraq ödənilməsi faktı yalnız sığortaçının maddi maraqlarına toxunduğu halda İSB HŞİ tərəfindən əsassız verilmiş kompensasiya ödənişlərinin (sığortaçının ödəmə qabiliyyəti olmaması ilə bağlı) əsasında sonuncunun müflisləşmə prosesində olan sığortaçıya qarşı subroqasiya hüququ yaranır, odur ki, həmin ödənişlərin həcminin son nəticədə müflisləşmə prosesində olan sığortaçının kreditorlarının qanuni maraqlarına təsir etməsi ehtimalı mövcuddur. Bu baxımdan qanunverici tərəfindən sığortaçı tərəfindən ödənilən sığorta ödənişlərinə nisbətən İSB HŞİ tərəfindən verilən və üçüncü şəxslərin maraqlarına toxunan kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün daha ciddi qaydalarının müəyyən edilməsi ağlabatan və ədalətli görünür. "xxxx" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, maddənin məzmunundan göründüyü kimi sığorta ödənişinin verilməsi üçün əsas qismində sığorta hadisəsinin baş verməsi çıxış edir. Odur ki, sığorta ödənişini ödənilməsi mümkün olmadığı hallarda həmin ödənişi kompensasiya etmək məqsədi daşıyan kompensasiya ödənişlərinin verilməsi üçün əsas olan hadisə dedikdə də kompensasiya edilən sığorta ödənişinin ödənilməsi üçün əsas olan sığorta hadisəsi başa düşülür. Belə olan halda, kreditorların reyestrinin bağlandığı tarixədək qeydiyyata alınmış İSB HŞİ-nin kreditor tələbinin əsasında duran kompensasiya ödənişlərinin yalnız 180.000 manat hissəsi qanuni qüvvəyə minmiş yekun məhkəmə (ibtidai araşdırma orqanının vəzifəli şəxsinin) qərarları əsasında həyata keçirildiyindən və belə olan halda İcbari Sığorta Bürosu HŞİ-nin müflisləşmə prosesində olan sığortaçıya qarşı subroqasiya hüququ yalnız həmin ödənişlərə münasibətdə yarandığından İcbari Sığorta Bürosu HŞİ tərəfindən irəli sürülmüş kreditor tələbinin yalnız 180.000 manat hissəsinin reyestrə daxil edilməsi üçün əsaslar mövcuddur. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinin ikinci hissəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, ASC "xxxx" Sığorta Şirkətinin kreditor tələblərin reyestrinə dəyişikliklər edilməli, birinci növbəli tələbi kimi reyestrə daxil edilmiş İcbari Sığorta Bürosu HŞİ-nin 5.087.479,97 manat məbləğində kreditor tələbi reyestrdən çıxarılmalı, reyestrə İcbari Sığorta Bürosu HŞİ-nin 180.000 manat məbləğində kreditor tələbi qəbul edilmiş 9-cu növbəli tələb kimi daxil edilməli və kreditor tələblərin reyestri dəyişdirilmiş formada təsdiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, əvvəlki apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlərə tam əməl etmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda kreditorların öz mövqelərinin əsası kimi istinad etdiyi hallarla şikayətlərdə göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qərardadında göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətlərdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. (ikinci qərardad üzrə) Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir: İş materiallarına əlavə edilmiş AC seriyalı 612597 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ərizəçi5 MMC-dır. - X138 tərəfindən vətəndaş X531 Farraja verilmiş sürücülük vəsiqəsindən (lisenziya) görünür ki, sürücülük vəsiqəsinin verilmə tarixi 11.03.2014-cü il, etibarlılıq müddəti 10.03.2024-cü il tarixinədəkdir. - “Akay Auto” tərəfindən tərtib edilmiş avtomobil haqqında 19.06.2020-ci il tarixli məlumatdan görünür ki, “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin dəyişdirilməsi və işlərin görülməsi xərclərinin qiyməti 38.515 manat təşkil edir. - Ərizəçi5 MMC tərəfindən ASC "xxxx" Sığorta şirkətinə ünvanlanmış 29.07.2020-ci il tarixli məktubundan görünür ki, 17.06.2020-ci il tarixində Ərizəçi5 MMC-yə məxsus Audi A6 markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəydiyi qeyd olunmuş və ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi və dəymiş ziyanla bağlı ödəniş edilməsi xahiş edilmişdir. - Dövlət Miqrasiya Xidmətinin 27.10.2020-ci il tarixli 04/4050 saylı məktubundan görünür ki, Məsəri Fərəc Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə müraciət etməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X560 İdarəsi tərəfindən Ərizəçi5 MMC-yə ünvanlanmış 18.06.2021-ci il tarixli, 046-29146 saylı məktubundan görünür ki, 17 iyun 2020-ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində X561 idarə etdiyi “Audi A6” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X345 idarə etdiyi “Howo yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zamanı maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. X420 barəsində 17.06.2020-ci il tarixdə AR İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada İXP ******* saylı protokol tərtib edilmiş, 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. - ASC "xxxx" Sığorta şirkəti tərəfindən Ərizəçi5 MMC-yə ünvanlanmış 20.12.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi5 MMC-yə məxsus “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə baş verən zaman idarə etmiş X62 vətəndaşı X531 Farraja verilmiş sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin tələbinə uyğun qaydada Azərbaycan Respublikasında dəyişdirilmədiyinə və X138 1968-ci il 8 noyabr tarixli “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının üzvü olmadığına və bu səbəbdən avtomobili idarə etmiş X531 Farraj Azərbaycan Respublikasında sürücülük hüququ olmayan şəxs hesab edildiyinə görə sığorta ödənişinin verilməsi mümkün deyildir. Qeyd olunan sübutları araşdıraraq birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, "xxxx" Sığorta şirkətində kasko sığorta növü üzrə sığortalanmış Ərizəçi5 MMC-yə məxsus “Audi A6” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Ərizəçi5 MMC ona ödənilməli olan sığorta ödənişi həddində kreditor tələblə "xxxx" Sığorta şirkətinin ləğvetmə komissiyasına müraciət etmiş, lakin ləğvetmə komissiyası 20.12.2021ci il tarixli məktubu ilə kreditor tələbi qəbul etməkdən imtina etmişdir. Hazırda Ərizəçi5 MMC hazırkı ərizə ilə məhkəməyə müraciət edərək Standard İnsurance” Sığorta şirkətinin kreditorlarının siyahısına daxil edilməsini xahiş edir. İş materiallarından görünür ki, hadisə baş verən zaman ərizəçiyə məxsus sığortalanmış avtomobilin sürücüsü X62 vətəndaşı X194muşdur. Sürücünün avtomobili idarə etmək hüququnun olmasını təsdiq etmək üçün ərizəçi tərəfindən sığorta şirkətinin ləğvetmə komissiyasına X531 Farraja X138 tərəfindən verilmiş sürücülük vəsiqəsi (lisenziya) təqdim edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən xarici vətəndaşlar Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında malik olurlar. Sözügedən maddədə “yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə” dedikdə Azərbaycan Respublikasının qoşulduğu “Yol Hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası başa düşülür. Həmin konvensiyaya əsasən bütün iştirakçı dövlət üçün ümumi olan yol hərəkəti qaydaları, sürücülük vəsiqəsinin verilməsi qaydaları, eləcə də milli və beynəlxalq sürücülük vəsiqələrinin nümunələri təsdiq edilmiş və iştirakçı dövlətlər yol hərəkəti sahəsində milli qanunvericiliklərini həmin qaydalara uyğunlaşdırılmasını öhdəsinə götürmüşlər. Həmin Konvensiyanın 41-ci maddəsinə görə razılığa gələn tərəflər aşağıdakıları tanıyacaqlar: hazırkı Konvensiyanın 6-cı əlavəsinə uyğun olan istənilən milli sürücülük vəsiqəsini; Hazırkı Konvensiyanın 7-cı əlavəsinə uyğun olan istənilən beynəlxalq sürücülük vəsiqəsini, bu şərtlə ki, həmin vəsiqə müvafiq kateqoriya və ya kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün öz ərazisində etibarlı olan milli sürücülük vəsiqəsi ilə birlikdə təqdim edilsin. Həmçinin bu şərtlə ki, göstərilən vəsiqələr etibarlı olsun və digər Razılığa gələn tərəf tərəfindən və ya razılığa gələn tərəfin səlahiyyət verdiyi ərazi vahidləri və ittifaqı tərəfindən tərəfindən verilsin. Hazırkı işə münasibətdə məhkəmə qeyd etmişdir ki, X138 1968-ci il 8 noyabr tarixli “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının iştirakçısı deyildir. Eyni zamanda X138 tərəfindən X531 Farraja verilmiş sürücülük vəsiqəsinin forma və məzmunu “Yol hərəkəti haqqında” Vyana Konvensiyası ilə müəyyən edilmiş nümunələrə uyğun gəlmir, göstərilən hal isə ilk növbədə həmin vəsiqənin sonuncuya hansı kateqoriya nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilməsini müəyyənləşdirməyə imkan vermir. Digər tərəfdən ərizəçinin istinad etdiyi sürücülük vəsiqəsinin dəyişdirilməsi barədə qanunvericilik tələbinin sadəcə dövlətin idarəetmə qaydası baxımından qanuna daxil edilmiş bir tələb olması, xarici vətəndaşların sürücülük vəsiqələri dəyişdirilərkən nəqliyyat vasitələrinin idarə etmək vərdişlərinin və biliklərinin yenidən yoxlanılmaması, yəni xarici dövlət tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik şəxsin sürücülük qabiliyyətinin mübahisəsiz olması barədə dəlillərinə gəldikdə məhkəmə onu da qeyd etmişdir ki, “Yol Hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin 6-cı bəndinə görə Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. Göründüyü kimi ərizəçinin istinad etdiyi xarici dövlətlər tərəfindən verilmiş sürücülük vəsiqələrinin Azərbaycan Respublikasında dəyişdirilməsi qaydası da yalnız xarici dövlətlər tərəfindən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilmiş sürücülük vəsiqələrinə şamil edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, təqdim edilmiş sübutlar yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü X531 Farraj Azərbaycan Respublikası ərazisində avtomobili idarə etmək hüququna malik olan şəxs hesab edilməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmaqla ASC "xxxx" Sığorta Şirkəti tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın 23-cü bəndinə əsasən isə sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır: 23.1.2. nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sürücülük hüququnun (müvafiq kateqoriyalı və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi, etibarnamə və s.) olmaması. Beləliklə, məhkəmə hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmiş X531 Farraja X138 tərəfindən verilmiş sürücülük vəsiqəsi sonuncuya Azəırbaycan Respublikasında nəqliyyat vasitələrini idarə etməyə hüquq vermədiyindən, yəni X531 Farraj Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs hesab edilmədiyindən və göstərilən hal isə "xxxx" MMC-yə sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğundan ASC "xxxx" Sığorta şirkətinin ləğvetmə komissiyası Ərizəçi5 MMC-nin kreditor tələbini qeydə almaqdan imtina etməkdə haqlı olmuşdur. Odur ki, Ərizəçi5 MMC tərəfindən verilmiş ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda ərizəçinin öz ərizəsinin əsası kimi istinad etdiyi hallarla şikayətdə göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qərardadında göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi5 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16.03.2022-ci il tarixli e-2-2(113)-1575/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kreditorlar Kreditor2 MMC və "xxxx" HŞİ tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.04.2022-ci il tarixli e-2-2(113)-1575/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar