Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Akçay Uğurun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-818/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə 91343 manat maddi zərərin, 10000 manat mənəvi zərərin əvəzinin, ödənilməyən zərərə görə hər ay 1% dəbbə pulu olmaqla 9134 manat məbləğində pulun və 400 mediasiya xərcinin, 120 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2-2(113)-818/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı) arasında bağlanmış iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələri üzrə 91343 manat xidmət haqqı və 4600 manat cərimə məbləği olmaqla ümumilikdə 95943 manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilməməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-818/2024 nömrəli, 07 mart 2024-cü tarixli qətnaməsini ləğv edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf məhkəməyə iddianı sübut edəcək yeganə elektron qaimələr göndərmişdir. Bildirmək istəyir ki, elektron qaimələr tərəflərindən təsdiqlənməmişdir. O cümlədən məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, xidmətlərin təhvil-qəbul aktı yoxdur, onlara hər hansı xidmət göstərilməmiş, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına xidmət təhvil verilməmişdir. Digər tərəfdən İddiaçı MMC iddia edir ki, cəmi 110.997 manat "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının onlara borcu vardır. İddiaçı MMC tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməmişdir. Ola bilər ki, həmin qaimələr təsdiqlənmiş olsun, lakin cavabdeh tərəfindən tərəfdən təsdiqlənməmiş, sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin, malların məhz "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli şəxsi tərəfindən qəbul edildiyi, təhvil alındığı, imzalandığı və möhürləndiyi məlum deyil. Göstərilən xidmətlərin həqiqətən də cavabdeh tərəfin səlahiyyətli şəxsi tərəfindən alındığı aydınlaşdırılmamışdır. Həmçinin, həmin göndərilmiş elektron qaimələr nəyin əsasında göndərildiyi, habelə xidmətlərin təhvil-təslim aktının, hesabatların olubolmaması aydınlaşdırılmamışdır. Odur ki, iddianın tamamilə rədd edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
6. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh Technicon FZE Şirkətinin Azərbaycan Respublikası filialı həmin qətnamədən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti vermişdir. Verilmiş apellyasiya şikayəti ilə tanış olaraq hesab edir ki, həmin şikayət əsassızdır və aşağdakılara əsasən etiraz edilməlidir. Apellyasiya şikayətində göstərilir ki, iddiaçı tərəfindən xidmətlərin cavadehə göstərildiyini sübut qismində təqdim edilmiş elektron qaimələr təsdiq edilməmiş və iddiaçı tərəfindən müqavilə üzrə xidmətlər cavabdehə təhvil verilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən hallar aşağıdakı qaydada cavabdehə təqdim edilmişdir. Belə ki, cavabdehlə onların arasında olan elektron qaimələr qanunun tələbinə görə 5 iş günü müddətinə xidmətlərlə razılaşmadıqları halda düzəliş üçün geri qaytarılmalıdır. Əks halda həmin elektron qaimələr 5 iş günü ərzində avtomatik təsdiq olunmuş sayılır. Bundan başqa sözügedən elektron qaimələr 2 nüsxədə çap olunaraq hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur. Bu da onu sübut edir ki, göstərilən xidmətlər cavabdeh tərəfindən təhvil alınmışdır. Belə olan halda xidmətlərin ayrıca təhvil-təsliminə ehtiyac yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Akçay Uğur apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. İş materiallarından da müəyyən olunur ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı-VÖEN: **********; Sifarişçi qismində) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli HC010 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqaviləsinin şərtlərindən görünür ki, sifarişçi ona məxsus obyektlərdə çalışan işçilərinə nahar yeməyi xidməti göstərilməsi üçün icraçıya sifariş verir və icraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir. Bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi ƏDV xaric 4 AZN müəyyənləşdirilmişdir(3.1). Ödəniş aylıq təhvil-təslim aktına əsasən aparılacaqdır (3.2). Göstərilən xidmətlərə görə xidmət haqqı aylıq olaraq sifarişçi tərəfindən icraçıya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 təqvim günü ərzində köçürmə qaydasında icraçının bank hesabına ödəniləcəkdir.
24. Həmin müqaviləyə 01 avqust 2022-ci il tarixli 05 nömrəli əlavə razılaşmadan görünür ki, xidmət müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi 5 manat müəyyənləşdirilmişdir.
25. Məhkəməyə təqdim edilən iddiaçı (İcraçı qismində) ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı-VÖEN: **********; Sifarişçi qismində) arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqaviləsinin şərtlərindən görünür ki, sifarişçi ona məxsus obyektlərdə çalışan işçilərinə nahar və şam yeməyi xidməti göstərilməsi üçün icraçıya sifariş verir və icraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir (1.1). Bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi – 5.50 AZN, şam yeməyi – 5.50 AZN müəyyənləşdirilmişdir. Qiymətlərə ƏDV daxil deyil (3.1). Ödəniş aylıq təhvil-təslim aktına əsasən aparılacaqdır (3.2). Göstərilən xidmətlərə görə xidmət haqqı aylıq olaraq Sifarişçi tərəfindən İcraçı-ya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 təqvim günü ərzində köçürmə qaydasında icraçının bank hesabına ödəniləcəkdir (3.3).
26. Həmin müqaviləyə 01 avqust 2022-ci il tarixli 04 nömrəli əlavə razılaşmadan görünür ki, xidmət müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi 6 manat müəyyənləşdirilmişdir.
27. İş materiallarına əlavə edilən elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli EBBH 455934 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4535,92 manat, xx.xx.2021-ci il tarixli EBBK 588196 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2453,22 manat, EBBK 589379 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 14971,84 manat, xx.xx.2021-ci il tarixli EBBL 812286 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 19635,2 manat, EBBL 812639 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 13285,03 manat, xx.xx.2021-ci il tarixli EBBN 661944 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 11759,88 manat, EBBN 661437 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23090,24 manat, xx.xx.2022-ci il tarixli EBBP 482540 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25006,56 manat, EBBP 482998 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23110,89 manat, xx.xx.2022-ci il tarixli EBBS 316710 seriya və nömrəli elektron qaimə 22078,98 manat, EBBS 317969 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21787,52 manat, xx.xx.2022-ci il tarixli EBBT 045432 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23401,76 manat, EBBT 045720 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25551,13 manat, xx.xx.2022-ci il tarixli EBBU 248843 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 27666,87 manat, EBBU 248570 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 28471,04 manat, xx.xx.2022-ci il tarixli EBBW 527545 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21709,05 manat, EBBW 527748 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 24147,52 manat, xx.xx.2022-ci il tarixli EBBX 913230 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 12746,36 manat, EBBX 912980 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 16534,16 manat, xx.xx.2022-ci il tarixli EBBZ 868608 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 295 manat, EBBZ 867822 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 11097,9 manat, EBBZ 867214 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 17893,52 manat, xx.xx.2022-ci il tarixli EBCC 299508 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21315,52 manat, EBCC 300109 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5289,35 manat, xx.xx.2022ci il tarixli EBCD 780638 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5621,52 manat, EBCD 780746 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34939,8 manat, xx.xx.2022-ci il tarixli EBCH 199740 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34007,6 manat, EBCH 210839 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2775,36 manat, xx.xx.2022-ci il tarixli EBCJ 259017 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 325,68 manat, EBCJ 259400 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 35789,4 manat, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 26113,4 manat, EBCM 780487 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25558,8 manat, xx.xx.2023-cü il tarixli EBCO 467124 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 18614,5 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 601 580,52 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmiş, xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimələr istisna olmaqla bütün elektron qaimələr iddiaçı və cavabdehin möhürü ilə təsdiqlənmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, elektron qaimələr “təsdiqlənmiş” və “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin görünür ki, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimə “təsdiqlənmiş” statusundadır.
29. İş materiallarında olan iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ95PAHA40060AZNHC********** nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə EBBH 455934 seriya və nömrəli elektron qaimə üzrə 3844 manat, xx.xx.2021-ci il tarixdə EBBK 588196 və EBBH 589379 seriya və nömrəli elektron qaimələr üzrə 14767 manat, xx.xx.2021-ci il tarixdə EBBL 812286 seriya və nömrəli elektron qaimə üzrə 16640 manat, xx.xx.2021-ci il tarixdə EBBL 812639 seriya və nömrəli elektron qaimə üzrə 11258,5 manat, xx.xx.2021-ci il tarixdə EBBN 661437 və EBBN 661944 seriya və nömrəli elektron qaimə üzrə 29534 manat, xx.xx.2022-ci il tarixdə EBBP 482998 seriya və nömrəli elektron qaimə üzrə 19585,50 manat, xx.xx.2022-ci il tarixdə EBBP 482540 seriya və nömrəli elektron qaimə üzrə 21192 manat, xx.xx.2022-ci il tarixdə EBBS 317969 və EBBS 316710 seriya və nömrəli elektron qaimə üzrə 37175 manat, xx.xx.2022-ci il tarixdə EBBT 045432 və EBBT 045720 seriya və nömrəli elektron qaimələr üzrə 41485,5 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248843 və EBBU 248570 seriya və nömrəli elektron qaimələr üzrə 30000 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248570, EBBW 527545, EBBW 527748, EBBX 913230 seriya və nömrəli elektron qaimələr üzrə 60000 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248570, EBBW 527748 seriya və nömrəli elektron qaimələr üzrə 25000 manat, xx.xx.2022-ci il tarixli EBBZ 867214, EBCC 299508, EBBZ 867822 seriya və nömrəli elektron qaimələr üzrə 20000 manat, xx.xx.2022-ci il tarixdə EBBZ 867214, EBCC 300109, EBCD 780638, EBCD 780746 seriya və nömrəli elektron qaimələr üzrə 20000 manat, xx.xx.2022-ci il tarixdə EBBH 455934, EBBK 588196, EBBK 589379, EBCD 780746, EBBL 812286 seriya və nömrəli elektron qaimələr üzrə 37989,5 manat, xx.xx.2022-ci il tarixdə EBCH 199740 seriya və nömrəli elektron qaimə üzrə 20000 manat, xx.xx.2023-cü il tarixdə EBCJ 259400 seriya və nömrəli elektron qaimə üzrə 10000 manat olmaqla ümumilikdə ƏDV-siz 418 471 manat məbləğində ödəniş edilmişdir.
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh ona məxsus obyektlərdə çalışan işçilərinə yemək xidməti göstərilməsi üçün iddiaçıya sifariş verməyi, iddiaçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında ƏDV daxil olmaqla 601 580,52 manat dəyərində xidmətin göstərilməsi üçün elektron qaimə tərtib edilmiş, xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimələr istisna olmaqla qalan bütün elektron qaimələr iddiaçı və cavabdehin möhürü ilə təsdiqlənmiş, cavabdeh xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli elektron qaimələrə istinad etməklə ödənişlər etmiş, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaiməni isə elektron qaydada özü təsdiq etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 601 579,52 manat (ƏDV daxil) dəyərində xidmətlər göstərmiş, xidmətlərin təhvil-qəbulu elektron qaimələrlə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xidmətlərin dəyərindən 418471 manat (ƏDV-siz) ödəniş edilmişdir.
31. Hər iki müqavilənin ödəniş şərtlərində (3.3-cü bəndləri) göstərilən xidmətlərə görə xidmət haqqının aylıq olaraq cavabdeh tərəfindən icraçıya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 təqvim günü ərzində köçürmə qaydasında iddiaçının bank hesabına ödənilməsi şərtləşdirilmiş, təhviltəslim aktı qismində elektron qaimələr çıxış etmişdir. Belə ki, 2021-ci ildə bəzi aylar üzrə təhvil-təslim aktları tərtib olunsa da, sonrakı dövrdə elektron qaimələr hər iki tərəfin möhürü ilə təsdiqlənmiş, möhür ilə təsdiqlənməyən xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli elektron qaimələrə istinad etməklə cavabdeh ödənişlər etmiş, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaiməni isə elektron qaydada özü təsdiq etmişdir. Bu isə tərəflərin işgüzar praktikasında 2021-ci ildən sonrakı dövrdə elektron qaimələrin təhvil-təslim aktı qismində çıxış etdiyini təsdiq edir. Ona görə də elektron qaimələr əsasında təhvil verilən və dəyəri ödənilməyən xidmətlərin dəyəri cavabdehdən tutulmalıdır.
32. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 91343 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
33. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir. Cavabdeh özü şikayətində elektron qaimələrin vergi sistemi tərəfindən təsdiq edilməsini etiraf etmişdir. Məhkəmə şikayətdə qeyd edilənlərə qətnamədə ətraflı şəkildə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-818/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.