Məhkəmə qərarları › İş №2-2(103)-539/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-539/2021

24.06.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-539/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1324/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə (X10 və “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması ilə bağlı xxxxnin 30/01 nömrəli, 10.03.2020-ci il tarixli hərrac protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli e-2-2(113)-1324/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlərin nümayəndələri və üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(103)-773/2016 №-li icra vərəqəsinə əsasən Qanuni nümayəndə məxsus “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 9988 manat olan 4994 ədəd sənədli adi adlı səhmə; X6 məxsus “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 119.680 manat olan 59840 ədəd sənədli adi adlı səhmə; X1 məxsus “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 55970 manat olan 27985 ədəd sənədli adi adlı səhmə; “xxxx” ASC-yə məxsus ünvan 2 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə; X7 məxsus ünvan 3 ünvanında istifadədə olan 0,863 ha torpaq sahəsində yerləşən 3196,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilməli və “xxxx” MMC-nin 25 dekabr 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bank qarşısındakı 2.000.000 manat məbləğində əsas borcu, 255.827,11 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 02 avqust 2013-cü il tarixinə qədər 121.389,01 manat məbləğində hesablanmış cərimə faizləri, cəmi 3.377.216,12 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmalarına görə 60 manat, eləcə də ödənilmiş 20 manat dövlət rüsumu məbləğində çəkilmiş xərclər girov və ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulmalı, “xxxx” ASC-yə məxsus ünvan 2 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiyməti 3.515.300 manat; X7 məxsus ünvan 3 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiyməti 294.800 manat müəyyən edilməklə həmin əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına ümumi borc ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Sabunçu rayon icra probasiya şöbəsi tərəfindən 15.10.2019-cu il tarixli icraat başlamaq haqqında qərar qəbul edilmiş və bundan sonra müvafiq icra hərəkətlərinin həyata keçirilməsinə başlanılmışdır. Bakı şəhəri Cavabdeh2 24.10.2019-cu il tarixli 9903- 151626/28 saylı şifariş məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin hərracda satılmasının təmin edilməsi “xxxx” MMC-yə sifariş edilmişdir. Sonuncu tərəfindən ünvan 4 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi 02.12.2019-cu il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılması qərara alınmış və həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 01.11.2019-cu il və 15.11.2019-cu il tarixli hərracın keçirilməsi ilə bağlı bildirişlər tərtib olunaraq, iddiaçının ünvanına göndərilmişdir. Bundan sonra tələbkar “xxxx” ASC-nin xahişinə əsasən Bakı şəhəri Cavabdeh2 02.12.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. Daha sonra Bakı şəhəri Cavabdeh2 15.01.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat təzələnmişdir. Bundan sonra Bakı şəhəri Cavabdeh2 icra sənədi üzrə icraatın dayandırılmasını nəzərdə tutan hallar mövcud olmadığından əmlak kompleksinin açıq hərracdan satışının təşkil edilməsinin davam etdirilməsinin təmin edilməsini “xxxx” MMC-dən xahiş etmişdir. Sonuncu tərəfindən əmlak kompleksinin 24.02.2020-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılması qərara alınmış və 24 yanvar 2020-ci il tarixli 01/219 nömrəli hərracın keçirilməsi ilə bağlı bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin 24-30 yanvar 2020-ci il tarixli buraxılışında dərc olunmuşdur. 24.02.2020-ci il tarixdə keçirilən ilkin hərracda əmlak ******* manata təklif olunmuş, lakin tərəflər arasında mübahisə yarandığından hərracın keçirilməsi 28.02.2020-ci il tarixə təxirə alınmışdır. Həmin tarixə hərracın keçirilməsi ilə bağlı elan “Cümhuriyyət” qəzetinin 27 fevral 2020-ci il tarixli buraxılışında dərc olunmuşdur. 28.02.2020-ci il tarixdə keçirilən hərracda “xxxx” ASC-nin nümayəndəsi X11 şəxsən iştirak etmiş və hərracın keçirilməsinə öz etirazını bildirmişdir. Alıcı olmadığına görə həmin hərrac baş tutmamış və buna görə 10 mart 2020-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə ******* manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də 02 mart 2020-ci il tarixli 04/589 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da “Cümhuriyyət” qəzetinin 29 fevral-02 mart 2020-ci il tarixli buraxılışında dərc olunmuşdur. 10 mart 2020-ci il tarixdə keçirilən hərracda da “xxxx” ASC-nin nümayəndəsi Qanuni nümayəndə və təsisçisi X3 şəxsən iştirak etmiş və hərracın keçirilməsinə öz etirazını bildirmişlər. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan “xxxx” ASC-yə 19 mart 2020-ci il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 2241003,75 manata almağı təklif etmişdir. 01 aprel 2020-ci il tarixdə “xxxx” ASC “xxxx” MMC-yə məktub göndərərək, həmin təklifi qəbul etdiyini bildirmişdir. 18 may 2020-ci il tarixdə “xxxx” ASC ipoteka predmeti olan əmlak kompleksini 2241003,75 manat dəyərində əldə etmiş və həmin tarixdə onunla alqı-satqı müqaviləsi bağlanılmış, 02.06.2020-ci il tarixdə isə həmin əmlak kompleksi “xxxx” ASC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, Bakı şəhəri Cavabdeh2 icra məmuru X2 tərəfindən 15.10.2019-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin sonradan icraat dayandırılmışdır. Bundan sonra da qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası istiqamətində icra məmurları heç bir icra hərəkətləri aparmamış, əksinə öz qanunsuz hərəkətlərini davam etdirərək Cavabdeh2 icra məmuru X2 tərəfindən yenidən icraatin təzələnməsi haqqında 15.01.2020-ci il tarixli qərar qəbul edilmişdir. İcra məmurunun qanunsuz qərarından verdikləri şikayətə məhkəmədə baxılmış, Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, 24.02.2020-ci il tarixli qərardadı ilə 15.01.2020-ci il tarixli "İcraatın təzələnməsi" barədə qərar ləğv edilmişdir. Qeyd olunanlara məhəl qoymayaraq icra məmurunun təkidi ilə xxxx 24.02.2020-ci il tarixdə bildiriş göndərərək hərracın keçirilməsini elan etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin icra edilməmiş 24.07.2019-ci il tarixli qətnaməsinin, Sabunçu Rayon Məhkəməsinin 16.12.2019-ci il tarixli qətnaməsinin, Sabunçu Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qərardadının surətlərini hərrac təşkilatına təqdim etdikdən sonra 24.02.2020-ci il tarixli keçirilməsi nəzərdə tutulan hərrac təşkilatçı tərəfindən dayandırılmışdır. Lakin qəzetdə heç bir elan verilmədən, ünvanlarına hərracın keçirilməsi barədə bildiriş göndərilmədən 28.02.2020-ci il tarixdə qanunsuz hərrac keçirərək əmlakın qiyməti 15 % aşağı salınmışdır. Təkrarən hərracın keçirilməsi barədə qəzetdə heç bir elan verilmədən 10.03.2020-ci il tarixdə hərracın keçirilməsini təşkil etmişlər və alıcı olmadığı üçün yenidən qiyməti 25 % aşağı salaraq ümumilikdə əmlakının qiymətini 40 % aşağı salmışlar. Qanuni nümayəndə «xxxx» ASC-nin İdarə Heyətinin sədri kimi 10.03.2020-ci il tarixdə keçirilən hərracda iştirak edərək məhkəmə qərarları icra olunmadan hərracın keçirilməsinin qanunsuz olduğunu və hərracın həmin təşkilat tərəfindən keçirilməsinə etiraz məktubu yazaraq həm icra baş idarəsinə, həm də hərrac təşkilatçısına bildirilmişdir. Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, iddiaçının istinad etdiyi Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, 24.02.2020-ci il tarixli qərardadı qanuni qüvvəyə minməmiş, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Hərrac keçirilən vaxt qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Lakin hazırkı işdə həmin maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin (hərracın keçirildiyi vaxtda olan redaksiyada) tələblərinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. İş materiallarından da müəyyən olunur ki, cavabdeh “xxxx” MMC tərəfindən mübahisəli əmlak kompleksinə dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamış və keçirilən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərilmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elanlar da “Birja Yenilikləri” və “Cümhuriyyət” qəzetlərində dərc olunmuş və hər iki hərracda iddiaçının nümayəndələri şəxsən iştirak etmiş, lakin ipoteka predmetinin alınması ilə bağlı hər hansı cəhd etməmişlər. Göründüyü kimi iddiaçının tələbləri formal mülahizələrə əsaslanır. Çünki hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh “xxxx” MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmiş və iddiaçının hər hansı hüquqları pozulmamışdır. Bundan başqa iş materiallarından görünür ki, icra sənədi üzrə icraat təzələnməsi barədə Bakı şəhəri Cavabdeh2 15.01.2020-ci il tarixli qərarı həqiqətən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, 24.02.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Lakin sonuncu qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, 24.02.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Eyni zamanda 24.02.2020-ci il tarixə təyin olunan hərracın 28.02.2020-ci il tarixə təxirə salınması və bundan sonra təkrar hərracın 10 mart 2020-ci il tarixə təyin edilməsi halları qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir. Çünki qanunvericilikdə hər hansı texniki səbəblərə görə təyin olunmuş hərrac keçirilə bilinmədiyi təqdirdə onun qısa müddətdə təxirə salınmasını qadağan edən müddəalar mövcud deyil. Bundan başqa 24.02.2020-ci il tarixdə təyin olunan hərrac zamanı tərəflər arasında mübahisənin yaranması və bu səbəbə görə hərracın keçirilməsinin qeyri-mümkün olması “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində göstərilən hərracın baş tutmamasına səbəb olan hallara aid deyil. Ona görə də, 28.02.2020-ci il tarixdə keçirilən hərrac təkrar hərrac hesab edilə bilməz. Təkrar hərracın 10 mart 2020-ci il tarixə təyin edilməsi də qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir və ona görə də, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1324/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar