Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-548/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-443/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022- ci il tarixli xidmət müqavilələrinin predmetindən görünür ki, icraçı konkret siyahısı bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. 2.1 və 2.2-ci bəndinə əsasən xidmətlərin ümumi dəyəri hazırkı müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmişdir. Müvafiq xidmətlər siyahısında digər qayda müəyyən edilmədiyi halda icraçı xidmətlərin göstərilməsindən sonra sifarişçiyə ödəniş üçün hesabı təqdim edir. İcraçı hesabı Sifarişçiyə Azərbaycan Respublikasının Milli Bankının hesabın göndərildiyi gün üçün müvafiq məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə təqdim edir. 2.3-cü bəndinə əsasən İcraçı hesaba hesab - fakturanı, xidmətlərin təhvil - təslim aktını, eləcə də, Sap tərəfindən ödəniləcək məbləğlərin düzgün hesablandığının təsdiqi üçün əsaslı şəkildə tələb edilən müşayiətedici sənədləri və digər məlumatları əlavə edir. 2.4-cü bəndinə əsasən hesabın ödənilmə müddəti- Sifarişçinin düzgün qeyd edilmiş daxili sifariş nömrəsi ilə (PO) hesabın əslini aldığı tarixdən və ya xidmətlərin təhvil - təslim aktının sifarişçi tərəfindən imzalandığı tarixdən altmış (60) təqvim günü təşkil edir (hansı daha sonra baş vermiş olarsa). Ödənişin vaxtında alınmasını təmin etmək məqsədi ilə ödəniş tarixi SAP-ın xidmət bankı tərəfindən müvafiq ödəniştapşırığının alındığı tarix hesab olunur. Hər hansı digər xidmətlərin göstərilməsinə görə İcraçıya heç bir əlavə ödənişlərin və ya mükafatların təqdim olunacağı nəzərdə tutulmur. Digər şərtlər razılaşdırılmış olmazsa, İcraçı SAP MMC - yə göstərdiyi Xidmətlər haqqında yazılı hesabat təqdim edir. Əlavə olaraq İcraçı 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3 - cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim etməlidir. 3.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi faktına dair icraçı sifarişçiyə göstərilmiş xidmətlərin təhvil-təslim aktını imzalanması üçün iki nüsxədə təqdim edir, eləcə də, 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3 - cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim edir. 3.2-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərin təhvil - təslim aktını aldığı gündən 10 (on) təqvim günü ərzində aktı imzalamalı və onun bir nüsxəsini İcraçıya göndərməlidir və ya hər hansı çatışmazlıqların mövcud olduğu təqdirdə aktı imzalamaqdan imtina barədə İcraçıya əsaslandırılmış şəkildə məlumat verməlidir. 3.4-cü bəndinə əsasən tərəflər arasında xidmətlərin göstərilməsinə dair təhvil təslim aktının imzalandığı andan xidmətlər göstərilmiş hesab olunur. 5.2-ci bəndinə əsasən ödəniş müddətlərinin gecikdirilməsinə görə icraçı sifarişçidən hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1 % məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir, lakin, bu cərimə məbləği müqaviləyə 1 saylı əlavədə müəyyən edilmiş xidmətlərin dəyərinin 10 (on) faizindən artıq olmamalıdır.
2. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr yalnız icraçının imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 saylı Əlavə olan göstərilən xidmətlərin siyahısına əsasən xidmətlərin göstəriləcəyi dövr xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixləri əhatə edir. Xidmətlərə sahənin seçilməsi və bron edilməsi, qidalanmanın təşkili, tədbirin texniki təminatı daxildir. Siyahıda müxtəlif avadanlıqlar (X15, Projector, Microphone, internet), tədbirlər (İstanbul xx.xx.2022, xx.xx.2022, Moskva xx.xx.2022, coffee break 3 gün, açıq bufet lunch və kokteyl menu) və çap materialları (beyclər və yönləndirici) hər birinin sayı, qiyməti göstərilməklə cəmi 10890 ABŞ dolları kimi qeyd edilmişdir.
4. “X2 and MİCE” MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən podratçı təfərrüatlara uyğun olaraq xidmətlər göstərmişdir. Xidmətin göstərildiyi yer Azərbaycan, Bakı, X14 oteli göstərilmişdir. Xidmtlərin siyahısına əsasən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə keçirilən tədbirlər üzrə cəmi qiyməti 17980 manant olmaqla xidmətlər göstərilmişdir.
5. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən, icraçı əlavələrdə müəyyən edilmiş xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilənin 2-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin qarşılığında haqqı ödəməyi öz öhdəliyinə götürür. 2.1-ci bəndinə əsasən xidmətlərin ümumi haqqı müqavilənin əlavələrində müəyyən edilir. 2.2-ci bəndinə əsasən müvafiq xidmət siyahısında digər qayda ilə müəyyən edilmədiyi halda, icraçı xidmət göstəriləndən sonra hesabı SAP-a göndərir, icraçı hesabı Azərbaycan Manatı ilə göstərməlidir. 2.3-cü bəndinə əsasən icraçı hesaba hesab-faktura, təhvil-təslim aktı və SAP tərəfindən tələb edilə biləcək hesabı əsaslandıran digər sənəd və məlumatları əlavə edir hesab-faktura və təhvil-təslim aktı Azərbaycan manatı ilə göstərilməlidir. 2.4-cü bəndinə əsasən hesabın ödəniş müddəti - daha sonra baş verəcək hallardan asılı olaraq sifarişçi tərəfindən daxili sifariş nömrəsi düzgün göstərilmiş hesabın orijinalı alındığı və ya sifarişçi tərəfindən təhvil-təslim aktı imzalandığı andan 60 (altmış) təqvim günu ərzində Ödənişin vaxtında həyala i keçirildiyim müəyyən etmək uçun tarixi SAP-a xidmət göstərən bank tərəfindən ödəniş tapşırığının alındığı gün hesab edilir. İcraçıya digər xidmətlərin göstərilməsinin qarşılığında heç bir əlavə ödəniş və ya mükafat verilmir Ayrı hal razılaşdırılmayıbsa, İcraçı Sifarişçiyə həyata keçirdiyi xidmətlər barədə yazılı hesabat verir. 3-cü bəndinə əsasən xidmətlərin göstənlməsinin təsdiqi olaraq icraçi sifarişçiyə imzalanma üçün 2 nüsxədə təhvil-təslim aktı təqdim edir. Təhvil-təslim aktı alındıqdan sonra 10 (on) təqvim günü ərzində sifarişçi tərəfindən imzalanmalı və nüsxələrdən birini icraçıya göndərməli və ya imzalanmaya imtina edildiyi halda müvafiq əsaslandırma verilərək geriyə göndərməlidir. Xidmətlər təhviltəslim aktı imzalandığı andan həyata keçirilmiş hesab edilir. 5.2-ci bəndinə əsasən ödəniş müddətinin ötürülməsinə görə icraçı sifarişçidən hər gecikdirilmlş gün üçün ödənilməmiş məbləğin /müəyyən edilmiş faiz/ 0,1 %-i miqdarında, lakin Əlavədə gösterilmiş məbləğin 10%-den artıq olmamaq şərti İle, dəbə pulu tələb etmək hüququna malikdir.
6. EBCİ seriyalı, 654832 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1985,94 manat, EBCJ seriyalı, 653939 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 654121 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 655082 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 653629 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 654526 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 882,64 manat, EBCK seriyalı, 761370 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 19676,80 manat, EBDA seriyalı, 369562 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 19859,40 manat, məbləğində görülmüş işlər "X5" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
7. xx.xx.2022-ci il tarixli 426/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 1985,94 manat, xx.xx.2022-ci il tarixli 431/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 424/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 423/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 420/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 425/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 882,64 manat, xx.xx.2022ci il tarixli 448/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə 931,30 manat və xx.xx.2022-ci il tarixli 461/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 10890 ABŞ dolları Cavabdeh MMC tərəfindən "X5" MMC-yə ödəniləcəkdir.
8. “X10” tərəfindən tərtib edilmiş vauçerə və müəssisəyə aid terminal vasitəsilə edilmiş ödəniş qəbzinə əsasən müəyyən edilir ki, xx.xx.2023- xx.xx.2023-cü il tarixləri üzrə 750 ABŞ dolları və 8905,85 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.
9. İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabı üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə aid çıxarışdan görünür ki, 548290......kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 750 ABŞ dolları və 8905,85 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
10. Aleksandr Meteçko (Sap CEEM-də idarəedici direktor) “Facebook” sosial şəbəkəsində özünə aid səhifədə fevral ayının 16-17 Misir şəhərində Qazaxstan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikasına aid neft və qaz şirkətlərinin iştirakı ilə tədbirlər keçirildiyini qeyd etmiş, paylaşdığı məlumata tədbirdən fotoşəkil əlavə etmişdir.
11. Fotoşəkillərdən görünür ki, tədbirlər təşkil edilmiş, elektron lövhədə Oil & Gas Academy by Sap yazısı qeyd edilib.
12. Elektron yazışmalar: xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: xx.xx.2024-cü il tarixli Elektron ünvan 1 ilə info(5)azerbaiianadventures.az elektron poçtu arasında oan yazışmalara əsasən “X14” otelinin satış meneceri, Zaur Məmmədov otelin audit apardığını və oteldən bu tədbirin həqiqətən keçirildiyi və ödənişin onlar tərəfindən tam ödənilməsi barədə rəsmi təsdiq tələb etdiyini qeyd etmişdir. 13 dekabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: Həmin yazışmalar Elektron ünvan 2 və Elektron ünvan 3 elektron poçt sahiblər arasında keçib. Yazışmalarda "xxxx" MMC-nin nümayəndəsi müqavilə, smeta və digər səbədlərin imzalanması üçün təqdim edilməsini gözlədiyini bildirir və 5000 AVRO məbləğində büdcənin olduğunu qeyd edir. Eyni zamanda xx.xx.2022-ci il tarixli yazışmalarda Elektron ünvan 3 elektron poçt vasitəsilə müraciət edərək qeyd edir ki, “Biz bugün forumda iştirak edirik, zəhmət olmasa təşkilatçılarla əlaqə saxlayın. İştirakımız üçün 3000 AVRO ödəməliyik.” 29 dekabr 2022-ci il tarixli tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: FElektron ünvan 4 və Elektron ünvan 5 arasında olan yazışmalarda tədbirin təşkili ilə bağlı danışıqlar əks olunmuşdur. Elektron ünvan 3 Elektron ünvan 6 arasında olan danışıqlarda X9 Gardnes otelinə Carlton şirkətini agenti kimi təqdim edir, şirkətin tədbir ilə bağlı köməklik edəcəyini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat:
13. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54274,68 manat borc və dəymiş maddi ziyana görə 5427,46 manat, cəmi 59702,14 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müəyyən tarixlərdə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli) 6 xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmətin göstərilməsi haqqında müqavilələrin 1.1-ci maddəsinin tələbinə əsasən icraçı konkret siyahısı müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunan xidmətlər göstərməyi, sifarişçisi isə göstərilən xidmətlərin dəyərini bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Belə ki, İddiaçı MMC həmin xidmət müqavilələrində qeyd olunan öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh müqaviləyə əlavələrdə nəzərdə tutulan məbləği iddiaçıya ödəməmişdir. Xidmətlərin göstərilməsi iddiaçı tərəfindən cavabdehin ünvanına yazılmış məktublarda, fotoşəkillərdə öz əksini tapmışdır. Sifarişçinin (iddiaçının) xidmət qarşılığında icraçıya (cavabdehə) xidmət müqavilələrinə 1 saylı əlavələrdə göstərilən məbləğləri tam şəkildə ödəməsinə dair 11 ədəd qaiməni iddia ərizəsinə əlavə edilmişdir. Həmin əlavələrdə cavabdeh tərəfində tədbirlərin təşkili, vizit kartların hazırlanması, SAP TechEd materialının internet ehtiyatlarında yerləşdirilməsi və s. kimi xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin bağlanmasından və eyni zamanda xidmətlərin göstərilməsindən 1 ildən artıq vaxtın keçməsinə və iddiaçının dəfələrlə cavabdehi xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh MMC nə müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmir, nə də göstərilən xidmətə görə məbləği ödəmir. Cavabdeh 54.274,68 manat məbləğində pul vəsaitini ödəməməklə iddiaçının hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də hesab edirlər ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MMCnin ödəməli olduğu 54.274,68 manat bu günə qədər ödənilmədiyi hər gün üçün faizi müəyyənləşdirilmiş və bu məbləğ 5.427,46 manat təşkil edir. Belə ki, xidmətlərin göstərilməsi haqqında müqavilələrin 5.1-ci maddəsinə əsasən xidmətlərin göstərilmə müddətlərinin pozulmasına görə Sifarişçi İcraçıdan hər gecikdirlmiş gün üçün xidmətlərin dəyərinin 0,1 faiz məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir, lakin bu cərimə məbləği müqaviləyə 1 saylı əlavədə müəyyən edilən xidmətlərin dəyərinin 10 (on) faizindən artıq olmamalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.1, 442, 445.1, 445.2.2, 445.7, 448, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına istinad olunmuşdur.
15. İddiaya qarşı etiraz təqdim edilmiş iddia tələbinin qismən təmin edilməsi, dəbbə pulu tətbiq etmədən (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidmətAZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil) hissədə təmin edilməsi qalan hissədə rədd edilməsi xahiş edilmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə arasında 6 müqavilənin bağlandığını iddia etsə də, müqavilə 5 və müqavilə 6 cavabdeh tərəfindən imzalanmamış, yalnız iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilələr (dörd müqavilə) hüquqi təbiətinə əsasən podrat müqavilələridir. İddiaçının yerinə yetirilmiş işin qəbulu ilə bağlı təsdiqedici sənədin imzalanaraq ona təqdim edilməsini cavabdehdən tələb etmək hüququ olmuşdur və həmin hüquq həyata keçirilmədikdə işin (xidmətin) qəbulu ilə bağlı risklər və sübutetmə yükü cavabdehin üzərinə düşür. Bütün Müqavilələrin 2-ci bəndində xidmətlərin (işin) dəyərinin ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, həmin bəndə əsasən İcraçı (İddiaçı) xidmət göstərildikdən sonra təhvil-təslim aktı və xidmətin göstərilməsini təsdiq edən digər sənədlər əlavə olunmaqla qaimə-fakturanı sifarişçiyə (cavabdeh) göndərir və sifarişçi isə hansının son göndərilməyindən asılı olaraq qaimə-fakturanı aldığı və ya təhvil-təslim aktının imzalandığı tarixdən 60 təqvim günü ərzində göstərilmiş xidmətin dəyərini ödəməlidir. Bundan əlavə, müqavilə 2 istisna olmaqla, qalan bütün müqavilələrin 2.4-cü bəndinə əsasən, icraçı müqavilənin əlavəsində qeyd olunan smetaya uyğun tədbirin təşkili və keçirilməsini sübut edən sənədləri (qəbzlər, 3-cü şəxslərlə müqavilələr, aktlar, ödəniş sənədləri və s.) əlavə etməklə göstərilmiş xidmətlərlə bağlı sifarişçiyə yazılı hesabat verməlidir. Bununla yanaşı, bütün Müqavilələrin 3-cü bəndində bir daha qeyd edilmişdir ki, xidmətlərin göstərilməsinin təsdiqi məqsədilə olaraq icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) imzalanma üçün 2 nüsxədə təhvil-təslim aktı təqdim edir və həmin sənədin imzalandığı andan xidmət icra edilmiş hesab edilir. Həm yuxarıda istinad edilmiş mülki qanunvericilik normalarından, həm də tərəflərin işgüzar münasibətləri çərçivəsində bağladığı Müqavilələlərin müddəalarından məlum olur ki, xidmətlərin göstərilməsi faktı İddiaçı tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilir. Tərəflər arasındakı imzalanan Müqavilələrin şərtlərindən birmənalı şəkildə aydındır ki, xidmətlərin göstərilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilməklə (təsdiq üçün isə Sifarişçiyə tədbirin təşkili və keçirilməsini sübut edən sənədlər və göstərilmiş xidmətlərlə bağlı yazılı hesabat verilməlidir), ödənişin icra edilməsi üçün həm qaimə-fakturanın, həm də imzalanmış təhvil-təslim aktının hər ikisinin mövcud olması tələb olunur. Belə ki, MM-in istinad edilən normalarını, Müqavilələrin şərtlərini və Konstitusiya Məhkəməsinin müvafiq mövqeyinə əsasən hesab edirlər ki, hazırkı iş üzrə qaimə-fakturalar xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Müqavilə 3-ün məzmununa əsasən İddiaçı tədbirin təşkil edilməsi və bu məqsədlə lazım olan bütün təchizatların (qidalanma, texniki dəstək və s.) təmin edilməsi öhdəliyini götürmüşdür. İddiaçı həmin Müqavilənin icrası ilə bağlı sübut qismində üçüncü tərəflə - “X2 and Mice” MMC şirkəti (bundan sonra “Üçüncü Tərəf”) ilə bağladığı xx.xx.2022-cü il tarixli müqaviləni Cavabdehə təqdim etmişdir. Belə ki, İddiaçı Müqavilə 3-ün icrasını təmin etmək məqsədilə Üçüncü Tərəflə müqavilə bağladığını iddia edir və Müqavilə 3 üzrə Cavabdeh qarşısında öhdəliklərini icra etməsinin yeganə sübutu kimi Üçüncü Tərəflə bağladığı müqaviləyə və həmin müqavilə üzrə təhvil-təslim aktına istinad edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında tədbirin təşkil edilməsi ilə bağlı bağlanılmış ilkin müqavilə (Müqavilə 3) xx.xx.2022-ci il tarixindəbağlanıldığı halda, həmin müqavilənin icrası məqsədilə iddiaçı ilə üçüncü tərəf arasında müqavilə daha əvvəl - xx.xx.2022- ci il tarixində bağlanılmışdır. Belə ki, bu hal ağlabatan olmamaqla üçüncü tərəflə bağlanılmış müqavilənin həqiqiliyini və həmin müqavilənin məhz cavabdehlə iddiaçı arasında bağlanılmış müqavilə 3-ün icrasının təmin edilməsi məqsədinə xidmət etdiyini şübhə altına alır. Bundan əlavə, iddiaçının gecikdirilmiş ödəniş öhdəliyi üzrə cərimənin (dəbbə pulunun) tətbiq edilməsi tələbinə münasibətdə isə qeyd edilməlidir ki, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu öhdəlik gecikdirildiyi halda tətbiq edilir. Müqavilələrin ödəniş müddətini müəyyən edən 2-ci maddəsindən aydın olur ki, cavabdehin xidmətin dəyərini ödəmək öhdəliyi hər iki sənədin – qaimə-faktura və təhviltəslim aktının iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi andan yaranmaqla həmin andan 60 gün ərzində icra edilməlidir. Yuxarıda qeyd edilmiş xüsasatlara əsasən xidmətlərin icrasını təsdiq edən sənəd - təhvil-təslim aktı və ona əlavə olunmalı təsdiqedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmədiyindən, iddiaçının ödəniş öhdəliyi yaranmamış və nəticədə yaranmamış öhdəliyin icrasının gecikdirilməsi halı mövcud ola bilməz. Eyni zamanda, bildirirlər ki, cavabdeh tərəfindən aparılan araşdırmalar zamanı aşağıda qeyd olunan hesabfakturalar üzrə xidmətlərin göstərilməsi müəyyən olunmuşdur: (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil). Digər xidmətlərin göstərilməsi və ya göstərilmiş xidmətlərlə bağlı çəkilmiş xərclər təqdim edilmiş sənədlərlə sübuta yetirilmir. Etirazın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 752.1, 770.1, 433.3, 529.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir.
17. Daha sonra etiraza əlavələr təqdim edilmiş, dəbbə pulu tətbiq etmədən (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil) hesabdan başqa əlavə olaraq xx.xx.2022-ci il tarixli, 431/2022 nömrəli (vizit kart xidməti, 70.80 ƏDV daxil manat) hesab üzrə borc hissəsində təmin edilməsi qalan hissədə rədd edilməsi, iddiaçı "X5" MMC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş sübutun iş üzrə ödənişi təsdiq edən sənəd qismində qəbul edilməsi xahiş edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-443/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xidmətlərin göstərliməsi haqqında müqavilələr əsasən 23759 manat 89 (səksən doqquz) qəpik əsas borc, əsas borc məbləğinə illik beş faiz kimi hesablanmış 2376 manat, habelə ödənilmiş mediasiya xərcinin 205 manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC (icraçı) Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış müxtəlif xidmətlərin göstərilməsi haqqında müqavilələrə əsaslanan podrat və tapşırıq hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən iddiaçı konkret siyahısı müqavilələrinin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, tədbirlərin keçirilməsini təşkil etməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı 6 fərqli müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri olan 54274,68 manat məbləğin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də həmin öhdəliklərinin icra edilməməsi ilə bağlı 5427,46 manat dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilələr üzrə tərtib edilmiş 425/2022, 426/2022, 448/2022, 420/2022, 423/2022, 431/2022, 424/2022 saylı hesablara əsasən tələb edilən borcun tutulması hissəsində iddia tələbini qəbul etsə belə, qalan hissədə, yəni 13 dekabr 2022-ci il tarixli, 29 dekabr 2022-ci il tarixli və 05 noyabr 2022-ci il tarixli müqavilələr üzrə göstərilmiş xidmət haqqlarını ödənilməsi hissəsində iddianın rədd edilməsini xahiş edir. Buna səbəb kimi 13 və 29 dekabr 2022-ci il tarixli müqavilələrin imzalanmadığını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə keçirilməli olan tədbirin baş tutumadığını, xx.xx.2022ci il tarixli müqavilə üzrə təşkil edilmiş tədbir ilə bağlı təsdiqedici sübutların omadığını habelə 05 noyabr 2022-ci il müqavilə tarixli müqavilə üzrə xidmətləringöstərilməsinə baxmayaraq müqavilələrin 2.4-cü bəndinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri o cümlədən qəbzlər, üçüncü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqlarının təqdim edilmədiyini əsas göstərir. Göründüyü kimi tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə xidmətlərin göstərilməsi faktı cavabdeh tərəfindən etiraf edildiyindən MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı həmin halları sübuta yetirmək vəzifəsindən azad edilir. Belə olan halda 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə tərtib edilmiş 425/2022, 426/2022, 448/2022, 420/2022, 423/2022, 431/2022, 424/2022 saylı hesablarda göstərilmiş xidmətlərin göstərilməsi işin mübahisəsiz hallarını təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən 4083,09 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Tərəflər arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə tutulmalı olan pul vəsaitinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən müqaviləyə əlavə olaraq tərəflər göstəriləcək xidmətlərin siyahısını tərtib etmiş, görüləcək işlər və onların dəyəri ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilə ilə bağlı məhkəmə icasında verdiyi izahatda cavabdehin nümayəndəsi 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə tədbirin baş tutduğunu, lakin xidmətlərin dəyərinin müəyyən edilməsi üçün zəruri olan sübutların, yəni tədbirin keçirilməsi üçün xərclədiyi vəsaitə dair sənədlərin təqdim edilməməsi səbəbilə təhvil-təslim aktının sifarişçi tərəfindən imzalanmadığını və bununlada xidmətlərin sifarişçi tərəfindən qəbul edilmədiyinə istinad etmişdir. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, sifarişçi işi qəbul edibetməmək imkanı ilə yanaşı təqdim edilən xidmət barədə pretenziya bildirmək öhdəliyi daşıyır. Belə ki, AR Mülki Məcəlləsinin 773-cü maddəsinin məzmunundan görünür ki, sifarişçinin pretenziya bildirmək imkanından istifadə etməməsi onu gələcəkdə həmin qüsur ilə bağlı tələb irəli sürmək hüququndan məhrum edir. Belə olan halda, cavabdehin pretenziya bildirmədiyi qüsurlara istinad edərək (görülmüş işlərin dəyərinin qeyrimüəyyənliyi) muzd ödəmək öhdəliyindən imtina etməsi əsassızdır. Düzdür, həmin müqavilədə nəzərdə tutulmuşdur ki, İcraçı 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3-cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim etməlidir. Lakin buna baxmayaraq tədbirin baş tutması və bu barədə bu günə qədər cavabdehin iddiaçıya həmin tədbir barədə irad və ya pretenziya bildirməməsi, həqiqətən də həmin tədbirin müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə və qaydada qüsursuz keçirildiyini deməyə əsas verir. Bundan başqa cavabdehin nümayəndəsi xidmətlərin göstərilməsi faktını təsdiq edən sübutun təhvil-təslim aktı olduğunu göstərsə belə, 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə təhvil-təslim aktları təqdim edilməməsinə baxmayaraq cavabdeh həmin hissədə iddia tələbini qəbul edir. Bununla da tərəflər arasında formalaşmış işgüzar münasibətləri, tərəflərin qabacadan göstəriləcək xidmətlərin siyahısı və dəyəri ilə bağlı razılığa gəldiklərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 19676,8 manat məbləğində pul tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı yalnız onun tərəfindən imzalanmış, cavabdeh tərəfindən imzalanmamış 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə də borcun tutulmasını da tələb edir. Məhkəmə hesab etmişdir ki, həmin müqavilələrə aid hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutmamasına baxmayaraq “X3” MMC şirkətinin təşkilatçılığı ilə baş tutmuş 23 noyabr 2022-ci il tarixli tədbirdə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsinin iştirakının təmin edildiyini və bu tədbir üzrə nümayəndənin iştirakı üzrə ödənilən pul vəsaitinin 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə edilməli olan ödənişlə əvəzləşdirildiyini bildirsə belə, sözügedən müqavilələrin heç birində öhdəliklərin əvəzləşdirilməsi faktı aşkarlanmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə tədbirin təşkil edilməsi əvəzində xx.xx.2022ci il tarixli tədbirdə cavabdehin nümayəndəsinin iştirakının təmin olunması da anlaşılan deyil, çünki sonuncu tədbir əvəzləşdirilməli müqavilədən öncə baş tutmuşdur. Bundan başqa iddiaçı yuxarıda qeyd edilən halların elektron yazışmalarda əks olunmasını iddia etsə belə, məhkəməyə təqdim edilmiş yazışmalarda müqavilələr üzrə göstərilmiş xidmətlərin dəyərinin əvəzləşdirilməsi barədə hər hansı razılıq ifadə edilməmişdir. 29 dekabr 2022-ci il tarixli müqavilə üzrə tələb edilən pul vəsaitinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, həmin müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutması barədə tərəflər arasında birbaşa mübahisə olmasa belə, iş materiallarına əsasən göstərildiyi iddia edilən xidmətlərin siyahısı ilə bağlı tərəflər arasında razılıq olması müəyyən edilmədiyi kimi, təqdim edilmiş sənədlər tədbirin təşkil edilməsi ilə bağlı icraçının çəkdiyi xərclərin həcmini təsdiq etmir. Bele ki, iddiaçı tələb edilən pul vəsaitinin həcmini təsdiq edən sübut kimi hesabdan çıxarış və ödəniş qəbzlərini göstərsə belə, sözügedən ödənişlərin nə üçün ödənilməsi, həmçinin kim tərəfindən ödəniş edilməsi həmin sənədlərdən müəyyən edilə bilmir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə tədbir təşkil olunduğu və müvafiq olaraq 4950 ABŞ dolları və 9900 ABŞ dolları həcmində vəsait sərf olunduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022- ci il tarixli müqavilələrə aid hissədə rədd edilməsi, 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə 4083,09 manat, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 19676,8 manat olmaqla, cəmi 23759,89 manat pul vəsaitinin tutulması qənaətinə gəlmişdir. Bundan başqa iddiaçı cavabdehdən vurulmuş maddi ziyan kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 2 illik gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 5427,46 manat məbləğin də tutulmasını tələb etmişdir. Məhkəmə cavabdehin borclu olduğu müəyyən edilən müqavilələr üzrə ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixdən keçən 2 il müddəti və 23759,89 manat əsas borc məbləğini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış (23759,89 x 5% x 2il = 2376) 2376 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını və mediasiya xərcinin tam olaraq iddiaçı tərəfindən ödənilməsini, tərəflərin hər ikisinin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 410 manat mediasiya xərcinin 205 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 445.7, 752.1, 753.1, 753.4, 762.1, 769, 770, 773, 777, 783.1, 783.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vərərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr imzalanmasa da, cavabdehin həmin hissədə iddia tələbini qəbul etməsi, tərəflər arasında formalaşmış işgüzar münasibətləri, tərəflərin qabaqcadan göstəriləcək xidmətlərin siyahısının mövcud olması tərəflərin qarşılıqlı öhdəlik münasibətlərində olmasını təsdiq edir. Bu göstərilənlərə əsasən də iddiaçının öhdəliyin icrasının tələb hüququ yaranır. Cavabdeh tərəf xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə ödənişlərin icrasını həyata keçirməkdən könüllü surətdə boyun qaçırdığı (borcun icrasnı gecikdirdiyi) üçün məsuliyyət daşıyır. Bu səbəbdən hər müqavilə üzrə ödənişə görə müqavilədə nəzərdə tutulan 10 % məbləğdə borcu yaranmışdır. Hazırki iş üzrə əldə edilən sübutlar (e-qaimə faktura, ödəniş qəbzləri, cavabdehin etirafı və s.) iddiaçı tərəfdən xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə işin icra edildiyini və cavabdeh tərəfindən şərtləşdirilmiş muzdun ödənilmədiyini təsdiq etdiyindən məhkəmə tərəfindən qeyd olunan maddi hüquq norması (752.1, 753.1) düzgün tətbiq edilməmişdir. Cavabdeh 29 dekabr 2022-ci il tarixli müqavilə üzrə tədbirin baş tutduğunu, lakin xidmətlərin dəyərinin müəyyən edilməsi üçün zəruri olan sübutların, yəni tədbirin keçirilməsi üçün xərclədiyi vəsaitə dair sənədlərin təqdim edilməməsi səbəbilə təhvil-təslim aktının sifarişçi tərəfindən imzalanmadığını və bununla da xidmətlərin sifarişçi tərəfindən qəbul edilmədiyinə istinad etmişdir. Cavabdeh iddiaçı tərəfdən xidmətlərin göstərilməsini mübahisələndirmir, yalnız xidmətlərin göstərildikdən sonra zəruri olan sənədlərin təqdim edilməməsi ilə iddiaçının xidmətdə qüsura yol verildiyini bildirdiyindən hesab edir ki, 13 dekabr 2022-ci il və 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə xidmətin göstərilməsi ilə bağlı məhkəmə qeyd olunan maddi hüquq normasını iş üzrə tətbiq etməli idi. Belə ki, məhkəmə cavabdehin 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə tədbirin keçirilməsi ilə bağlı cavabdehin etirafını sübut qismində qiymətləndirərək xidmətin göstərilməsi faktını təsdiq etməli idi. Göründüyü kimi birinci instansiya məhkəmə tərəfindən mülki qanunvericiliklə təsbit olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək pozuntuya yol vermişdir. İddiaçı tərəfindən X6 tədbirləri üçün 3000 AVRO qarşılığında 5350 manat pul ödənilmişdir. Ümumiyyətlə məhkəmə tərəfində iddaçı tərəfindən təqdim olunmuş bu sübuta qiymət verilməmişdir. “X10” tərəfindən tərtib edilmiş vauçerə və müəssisəyə aid terminal vasitəsilə edilmiş ödəniş qəbzi, İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabı üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə aid çıxarış, Aleksandr Meteçko (Sap CEEM-də idarəedici direktor) “Facebook” sosial şəbəkəsində paylaşımı, xx.xx.2023xx.xx.2023-cü il tarixli tədbirin keçirilməsinə dair fotoşəkillər, e-qaimələr iş üzrə mötəbər sübut qismində qiymətləndirilmədiyi üçün qeyd olunan prosessual hüquq norması (MPM 88) düzgün tətbiq edilməmişdir. O cümlədən qeyd olunmalıdır ki, hər iki müqavilə üzrə eqaimələrə hüquqi qiymət verilməmişdir. Cünki həmin e-qaimələrə görə cavabdeh tərəfindən hər hansı bir etiraz, ləğv olunması barədə müraciət belə olmamışdır. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməs iəks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, “xx.xx.2022-ci il tarixli müqavilə üzrə sənədlərdən görünür ki tədbir keçirilib. Cavabdeh tədbirin keçirilməsini mübahisələndirmir sadəcə ödənişlə bağlı rəsmi sənədlər olmadığı üçün ödəniş edilmir, çünki qiymətlərlə bağlı şübhələri var.” Hesab edir ki, məhkəmə bu ifadəni iddianın etirafı kimi qəbul etməli və qeyd olunan prosessual hüquq normasını iş üzrə tətbiq etməli idi. Lakin məhkəmə digər 4 müqavilə üzrə cavabdehin izahatını etiraf kimi qiymətləndirsə də, 13 dekabr 2022-ci il, 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə qeyd olunan prosessual hüquq normasını (MPM 106.3) tətbiq etməyərək pozuntuya yol vermişdir. Belə olan halda,cavabdehin pretenziya bildirmədiyi qüsurlara istinad edərək (görülmüş işlərin dəyərinin qeyri müəyyənliyi) muzd ödəmək öhdəliyindən imtina etməsi əsassızdır.” Ziddiyyət doğuran məqam ondan ibarətdir ki, məhkəmə həmin müqavilə üzrə xidmətin göstərilməsi nəticəsinə gəlsə də, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xidmətin göstərilməsinin cavabdeh tərəfindən etiraf edilməsini qiymətləndirməmişdir. Lakin Misirdə keçirilmiş tədbirə çəkilmiş xərclərlə əlaqədar qəbzlərin, təhvil-təslim aktlarının və s. zəruri sənədlərin cavabdeh tərəfə təqdimolunmaması ilə borcun ödənilməsin imtina etməsi qəbul olunmazdır. Çünki Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən icraçı tərəfindn göstərilən xidmətin qüsurlu olması ilə bağlı qabaqcadan pretenziya irəli sürməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə nəzərdə tutulan tədbir baş tutmamışdır. Tərəflər şifahi olaraq razılaşıblar ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəniləcək məbləğ əvəzləşdirilərək, X6 tədbirləri üçün ödənilən 3000 AVRO pul xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəniləcək məbləğin əvəzində nəzərə alınsın. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X6 tədbirləri üçün 3000 AVRO qarşılığında 5350 manat pul ödənilmişdir. Ümumiyyətlə, məhkəmə tərəfində iddaçı tərəfindən təqdim olunmuş bu sübuta qiymət verilməmişdir. Bu ödəniş olunduqdan sonra onların nümayəndələri “X3” MMC-də iştirak etmişdir. Müqavilədə nəzərdə tutulan qalan məbləğlə bağlı qarşı tərəfə çap məhsulları verilmişdir. Çap məhsulları ilə bağlı fiziki şəxs X4 hesabdan çıxarış və qaimə-fakturalar üzrə 3 dəfə pul ödənilmişdir. Həmin sənədlər məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən mötəbərliliyi üzrə düzgün qiymətləndirilməyərək prosessual pozuntuya səbəb olmuşdur. Məhkəmə qətnamədə qeyd edir: “29 dekabr 2022-ci il tarixli müqavilə üzrə tələb edilən pul vəsaitinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutması barədə tərəflər arasında birbaşa mübahisə olmasa belə, iş materiallarına əsasən göstərildiyi iddia edilən xidmətlərin siyahısı ilə bağlı tərəflər arasında razılıq olması müəyyən edilmədiyi kimi, təqdim edilmiş sənədlər tədbirin təşkil edilməsi ilə bağlı icraçının çəkdiyi xərclərin həcmini təsdiq etmir. Bele ki, iddiaçı tələb edilən pul vəsaitinin həcmini təsdiq edən sübut kimi hesabdan çıxarış və ödəniş qəbzlərini göstərsə belə, sözügedən ödənişlərin nə üçün ödənilməsi, həmçinin kim tərəfindən ödəniş edilməsi həmin sənədlərdən müəyyən edilə bilmir.” Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli müqavilə üzrə mövqeyi düzgün deyildir. Belə ki, məhkəmə ödəniş qəbzindəki məbləğin iddiaçının hesabından ödənilməsinin sübut edilmədiyini qeyd etsə də, İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabı üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə aid çıxarışa əsasən MMC-nin hesabından 548290......kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 750 ABŞ dolları və 8905,85 ABŞ dolları məbləğində ödəniş edildiyini nəzərə almamışdır. Bütün bunlar iddiaçının iddia tələblərinin tam təmin edilməsinə əsas verən amillərdir. Eyni zamanda digər xx.xx.2022-ci il tarixli müqavilə üzrə əvəzləşdirilərək ödənilən 3000 AVRO pul da nəzərə alınmaması başa düşülən deyil. Halbuki iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X7 tədbirləri üçün 3000 AVRO qarşılığında 5350 manat pul ödənilmişdir. Ümumiyyətlə məhkəmə tərəfində iddaçı tərəfindən təqdim olunmuş bu sübuta qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Etiraz onunla əsaslanır ki, apellyasiya şikayətində iddiaçı bildirir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanılmış və həmin müqavilələr üzrə xidmətlərin İddiaçı tərəfindən tam şəkildə icra edilməsinə baxmayaraq xidmətlərin dəyəri Cavabdeh tərəfindən ödənilməmişdir. İlk növbədə qeyd edillməlidir ki, hər iki müqavilə: xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr Cavabdeh tərəfindən imzalanmamışdır və bununla da, təsdiq olunmamışdır. Bununla yanaşı, müqavilələrin 2.4cü bəndinə əsasən, icraçı müqavilənin əlavəsində qeyd olunan smetaya uyğun tədbirin təşkili və keçirilməsini sübut edən sənədləri (qəbzlər, 3-cü şəxslərlə müqavilələr, aktlar, ödəniş sənədləri və s.) əlavə etməklə göstərilmiş xidmətlərlə bağlı sifarişçiyə yazılı hesabat verməlidir. Bununla yanaşı, bütün müqavilələrin 3-cü bəndində bir daha qeyd edilmişdir ki, xidmətlərin göstərilməsinin təsdiqi məqsədilə olaraq icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) imzalanma üçün 2 nüsxədə təhvil-təslim aktı təqdim edir və həmin sənədin imzalandığı andan xidmət icra edilmiş hesab edilir. Tərəflər arasındakı imzalanan müqavilələrin şərtlərindən birmənalı şəkildə aydındır ki, xidmətlərin göstərilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilməklə (təsdiq üçün isə Sifarişçiyə tədbirin təşkili və keçirilməsini sübut edən sənədlər və göstərilmiş xidmətlərlə bağlı yazılı hesabat verilməlidir), ödənişin icra edilməsi üçün həm qaimə- fakturanın, həm də imzalanmış təhvil-təslim aktının hər ikisinin mövcud olması tələb olunur, bununla da, qaimə-fakturalar xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz. Burada vurğulanmalıdır ki, çap, elan və media xidmətləri ilə bağlı qiymətlərin hamıya məlum olması, həmçinin, xidmətlərin həqiqətən təqdim edilməsi (elanların dərc olunmasına dair linklərin təqdim olunması və çap materiallarının işçilərə çatdırılması) səbəbindən cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin digər xidmətlərin bazarda dəyəri fərqli olduğuna görə, xidmətlər ilə bağlı xərclərin çəkildiyini sübut edən sənədlər təqdim olunmalıdır. xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı qeyd olunmalıdır ki, həmin müqavilə çərçivəsində nəzərdə tutulan tədbir baş tutmadığından, müqavilə üzrə müvafiq təsdiqləmə (imza, möhür) həyata keçirilməmişdir. İddiaçı həmin müqavilənin şərtlərini digər tədbirə tətbiq olunmasını, başqa sözlə, xidmətin əvəzləşdirməsini bildirməsinə baxmayaraq, bununla bağlı hər hansı yazışma və ya müqaviləyə əlavə təqdim etməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, "X3" MMC-in təşkil etdiyi tədbir 23 noyabr 2022-ci il tarixində (yəni müqavilədən öncə) baş tutmuşdur, Cavabdehin nümayəndəsinin həmin tədbirdə iştirakı ilə bağlı heç bir sübut yoxdur ("X3" MMC ilə imzalanan müqavilədə tədbirdə İddiaçının iştirak etməsi qeyd olunur). Başqa sözlə, həmin tədbirin Cavabdehə aid olmasına dair hər hansı sübut yoxdur. İddiaçı həmçinin bildirmişdir ki, əvəzləşdirilən xidmətlər çərçivəsində İddiaçıya müxtəlif çap materialları təqdim olunub və bunun müqabilində fərdi sahibkar X4 ödəniş edilib. Lakin, həmin ödənişin Cavabdehə aid olmasına dair heç bir sübut təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə qeyd olunmalıdır müqavilədə göstərilən xidmətlərin siyahısındakı qiymətlər İddiaçının Cavabdehə göstərəcəyi xidmətin haqqı deyildir, bu, razılaşdırılmış büdcədir/smetadır. Başqa sözlə, İddiaçı agent rolunda çıxış etdiyini nəzərə alaraq müqavilənin şərtlərinə görə, xidmət icra olunduqdan sonra smetanı təsdiq edən sənədlər (qəbzlər, 3-cü şəxslərlə müqavilələr, aktlar, ödəniş sənədləri və s.) iddiaçı tərəfindən cavabdehə təqdim edilməlidir. Burada qeyd olunmalıdır ki, İddiaçı tərəfindən tədbirlə bağlı "X13"-dən əldə olunan qəbz ilə iddiaçının təqdim etdiyi ödəniş sənədləri (fiziki şəxsin kartına köçürülən məbləğ) arasında uyğunsuzluq var, həmçinin, həmin sənədlərdən tədbirin məhz Cavabdeh üçün təşkil olunması və həmin ödənişin Cavabdehin tədbiri ilə bağlı olması təsdiq olunmur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin qismən, iddia təmin edilməyən hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında cavabdehin və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
26. Mülki Məcəllənin: -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
27. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
28. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə iddiaçı tərəfindən yalnız təmin edilməyən hissədə, yəni xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə əsas borcun və faizlərinin tutulması tələbinin rədd edilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, cavabdeh tərəfindən də apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh MMC ilə arasında xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli xidmət müqavilələrinin bağlandığını, həmin müqavilələr üzrə cavabdehə xidmət göstərildiyini, lakin həmin xidmətin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.655,40 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 19.859,40 manat məbləğində əsas borcun və həmin məbləğlərin 10 % məbləğində faizlərin ödənilməsini tələb edir. Cavabdeh isə mübahisəli müqavilələrin tərəflərin imzalamadığını, eləcə də xx.xx.2022-ci tarixli müqavilə üzrə təşkil edilməsi nəzərdə tutulan tədbirin keçirilmədiyini, digər müqavilə üzrə təşkil edilən tədbir isə keçirsə də, cavabdeh tərəfindən göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə bağlı tərəflər arasında razılaşmanın mövcud olmadığını, eləcə də həmin xidmətinin həcmi və dəyərinin müəyyən etmək mümkün olmadığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
34. Kollegiya ilk növbədə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli xidmət müqavilələrinin cavabdeh tərəfindən imzalanmaması, yəni həmin müqavilələrin bağlanmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli müqavilələrə əsasən göstərilməsi nəzərdə tutulan tədbirlərin təşkil edilməsi xidmətləri ilə bağlı tərəflər arasında razılaşmanın mövcud olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapmaqla yanaşı cavabdeh tərəfindən də mübahisələndirilmir. Göründüyü kimi mübahisəli xidmət müqavilələri və xidmət müqaviləsinə əlavələr cavabdeh tərəfindən imzalanmasa da, tərəflər arasında həmin müqavilələrdə nəzərdə tutulan xidmətlərin göstərilməsi ilə bağlı şifahi xidmət müqavilələri bağlanmışdır.
35. 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətə görə pulun tutulması tələbinə dair hissədə kollegiya qeyd edir ki, 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutmaması işin mübahisəsiz halıdır. İddiaçı “X3” MMC şirkətinin təşkilatçılığı ilə baş tutmuş 23 noyabr 2022-ci il tarixli tədbirdə cavabdehin nümayəndəsinin iştirakının təmin edildiyini və bu tədbir üzrə nümayəndənin iştirakı üzrə ödənilən pul vəsaitinin 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə edilməli olan ödənişlə “əvəzləşdirildiyini” bildirsə belə, tərəflər arasında belə bir razılaşmanın mövcudluğu iş materiallarına əsasən öz təsdiqini tapmır. İddiaçı yuxarıda qeyd edilən halın elektron yazışmalarda əks olunmasını iddia etsə belə, məhkəməyə təqdim edilmiş yazışmalarda 23 noyabr 2022-ci il tarixli tədbirdə cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsinə görə iddiaçı tərəfindən xərclənmiş vəsaitin 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmələrə aid edilməsi barədə hər hansı razılıq ifadə edilməmişdir. Odur ki, 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması hissəsində iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Digər tərəfdən kollegiya xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə göstərilməsi nəzərdə tutulan xidmətlərin dəyərinin ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
37. Belə ki, iş materiallarından da göründüyü kimi həmin müqavilə üzrə göstərilmiş xidmətlərin ödənilməsi tələb edilən tədbirin 16-17 fevral 2024-cü il tarixdə Misirdə “X10” oteldə iddiaçı tərəfindən təşkil edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh isə həmin tədbirin təşkil edilməsi xidmətlərinin göstərilməsi faktını inkar etməsə də, göstərilən xidmətlərinin həcmi və dəyəri ilə razılaşmadığını bildirir.
38. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh göstərilmiş xidmətlərin həcmini və dəyərini mübahisələndirsə də, iddiaçının göstərilməsini iddia etdiyi xidmətlərin (müqaviləyə əlavədə siyahı olaraq əks olunmuşdur) hansı hissəsinin faktiki göstərilmədiyini və ya hansı qiymətlərin şişirdildiyini konkretləşdirməmiş, eləcə də öz hesablamalarına görə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin həcm və dəyərinin nə qədər təşkil etməsi barədə məhkəməyə məlumat verməmişdir.
39. İkincisi, həmin tədbirlə bağlı göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 19.859,40 manat məbləğində elektron qaimə göndərilmiş, lakin cavabdeh həmin qaiməni qanunvericilikdə nəzərdə tutulmuş müddətdə düzəliş üçün qaytarmamış, eləcə də qaiməyə başqa formada etiraz etməmiş, bununla da faktiki olaraq həmin qaimədə əks olunmuş xidmətlərin dəyəri ilə razılaşmışdır.
40. Üçüncüsü, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən mübahisəli tədbirin “X10” otelinə 9.655,85 ABŞ dolları (16.414 manat) məbləğində ödəniş edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişin mübahisəli tədbirinin keçirildiyi gün həyata keçirildiyini nəzərə alsaq sözügedən ödənişin mübahisəli tədbirlə bağlı olmaması barədə cavabdehin dəlilləri inandırıcı və ağlabatan görünmür.
41. Digər tərəfdən o da qeyd edilməlidir ki, iddiaçının tədbirlə bağlı çəkdiyi xərclərin 9.655,85 ABŞ dolları olduğunu və mübahisəli xidmətlərə görə cavabdehdən ödənilməsi tələb edilən məbləğin isə ƏDV xaric 16830 manat təşkil etdiyini nəzərə aldıqda iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin şişirdilmiş olması barədə dəlillərin əsassız olması barədə qənaətə gəlmək mümkündür.
42. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətə görə pulun tutulması hissəsində iddianı rədd etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Odur ki, həmin hissədə iddia təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 19.859,40 manat məbləğində pul tutulmalıdır.
43. Həmin öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh həmin öhdəliyi elektron qaimə göndərildikdən sonra ağlabatan müddət ərzində icra etməməklə öhdəliyin icrasını Mülki Məcəllənin 427.4-cü maddəsinin tələbləri baxımından gecikdirmişdir. Odur ki, iddiaçı tərəfindən pul öhdəliyinin icrasının qətnamənin qəbul edildiyi tarixədək olan müddət üçün gecikdirildiyini və iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 23 aylıq müddət üçün illik 5%-lə 1903 manat məbləğində faizlərin (19859 x 5% :12 ay x 23 ay) tutulmasını tələb etməkdə haqlıdır.
44. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin qismən edilməli, qətnamə qismən - xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 19859,40 manat məbləğində əsas, borcun ödənilməsinin gecikdirilməsinə görə 1903 manat məbləğində faiz tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti 330 manat məbləğində müəyyən edilməlidir.
46. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 135 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-443/2025 saylı qətnaməsi qismən – xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 19859,40 manat məbləğində əsas, borcun ödənilməsinin gecikdirilməsinə görə 1903 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin, qalan hissədə həmin iddia tələbi rədd edilsin. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində qətnamə dəyişdirilsin və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti 330 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Musayeva
Ziya Şirinov