Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-568/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsindən xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2004-cü ildə 01.04-P-58-40184 sayla qeydiyyatdan keçmiş İddiaçı MTK cavabdehlər xx.xx.2005-ci il tarixdə 0105-P/109-42690 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK və Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X5 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın adının dəyişdirilməsi, xx.xx.2005-ci il tarixli 0105-P- 109-42690 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin etibarsız sayılması və dəymiş 700000 manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2005-ci il tarixdə 0105- P/109-42690 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin Hüquqi X5 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü ildə 01.04-P- 58-40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan İddiaçı MTK-nın qeydiyyatının ləğv edilməsi, həmin qeydiyyatı ləğv etməyi təmin etmək vəzifəsinin cavabdeh Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X5 İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-ya (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK-nın qeydiyyatı və şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti (keçmiş adı Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X5 İdarəsi) inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddiaların predmeti hüquqi şəxslərin qeydiyyatının ləğvi və ondan irəli gələn tələblərdən ibarətdir və mübahisənin mahiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki mübahisə ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hüquqi şəxslərin qeydiyyatının ləğvi ilə bağlıdır. Belə ki, kommersiya hüquqi şəxslərin ləğvinin qeydiyyatı "Hüquqi X5 və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi X5nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0 və 3.0.11-ci bəndlərinə əsasən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 27 fevral 2023-cü il tarixli **********258200 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi X5nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” Qaydalarının 4.1.1-ci bəndinə əsasən kommersiya qurumunun, publik hüquqi şəxsin ləğv edilməsi və ya vergi ödəyicisinin uçotdan çıxarılması barədə ərizələrə baxılması işlərinin koordinasiyası vergi orqanının qeydiyyat və uçot strukturları tərəfindən aparılır. Qeydiyyat və uçot funksiyaları ayrı-ayrı vergi orqanlarında (Naxçıvan MR Dövlət Vergi Xidməti və Dövlət Vergi Xİdmətinin Milli Gəlirlər Baş İdarəsi) yerinə yetirildikdə kommersiya qurumlarının, publik hüquqi X5nın ləğvinə münasibətdə bu işlərin koordinasiyası qeydiyyat strukturları tərəfindən həyata keçirilir. Bu strukturlar həmçinin hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddətinin bir ildən çox olmamasını nəzarətdə saxlayır və həmin müddətin keçməsi hallarında ləğvetmə prosesinin yenidən başlaması zərurəti barədə ləğvetmə komissiyasını (təsviyəçini, ləğvedicini) məlumatlandırır. Göründüyü kimi hüquqi şəxslərin qeydiyyatının ləğvi məhz xidməti vəzifələrinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aiddir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsi ilə əlaqədar mübahisələrin inzibati qaydada həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməli, həmçinin tərəflərə izah olunmalıdır ki, hazırki mübahisə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərər izah olunsun ki, hazırki mübahisə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fərrux Qasımov Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2-2(103)-568/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-568/2023
11.08.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver