Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-571/2021 08.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, Ərizəçi İddiaçı MMC-nin “müflis elan edilmə, iflas prosesinə başlanılması və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair” iş üzrə ərizəçinin nümayndəsi vəkil Rəfiyev Hamlet oğlunun “baxılmamış saxlanılmasının ləğvinə dair” ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1465/2021 16.04.2021-ci il tarixli qərardadı ilə göndərilmiş iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətin müflis elan edilməsi, iflas prosesinə başlanılması və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.04.2021-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Əizəçinin nümayəndəsi vəkil Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılması üçün təyin edilmiş məhkəmə iclsında üzrlü səbəbdən, yəni, əvvəlcədən təyin edilmiş Cəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işi olduduğnu, bununla əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, həmçinin, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadının 12 aprel 2021-ci il tarixdə sistemə yerləşdirildiyini və həmin tarixdə əldə etdiyini bildirərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 260.0.5-ci maddəsinə istinadən, Bakı Kommersiya Məhkəməsinin həmin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 01.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi həmin ərizə üzxrə 16.04.2021-ci il tarixdə şikayətin təmin edilməməsi barədə qərardad qəbul edərək iş materiallarını baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iş materiallarını araşıdırıb belə hesab edir ki, iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 260.5-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunan ərizəsindən də göründüyü kimi, İddiaçı MMC (nümayəndəsi) prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin iş üzrə təyin etdiyi məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblərini göstərməklə, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin 01.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəi üzrə baxılasını xahiş etmişdir. Lakin işə baxan hakim tərəfindən onun həmin ərizəsi, iddia ərizəsinin baxılmamış saxlanılması barədə 01.04.2021-ci il tarixli qərardaddan verilmiş şikayət kimi qiymətləndirilərək, şikayətin təmin edilməməsi barədə 16.04.2021-ci il tarixdə qərardad qəbul edilməklə, iş materialları baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, məhkəmə, ilk öncə ərizəyə münasibət bildirərək bu barədə müvafiq qərardad qəbul etməli idi. Həmin qərardaddan şikayət verildiyi təqdirdə, yalnız, işi şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərə bilərdi. Beləliklə də, konkret halda, iş üzrə apellyasiya icraatında baxıla biləcək məsələnin mövcudluğu müəyyən edilmir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin. İş materialları Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-571/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-571/2021
08.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver