Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-582/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi ilə, Cahangir Afər oğlu Yusifovdan və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-438/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Ekspeditor "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 MMC arasında 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli X1 bağlanmışdır. Müqaviləyə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən bir sıra əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə 24 noyabr 2021-ci il tarixli "xxxx" MMC, "xxxx" MMC və X7 arasında mediasiya prosesində bağlanmış barışıq sazişi həmin sazişin 2.3-cü bəndi istisna olmaqla təsdiq edilmişdir. Barışıq sazişi 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli müqavilə üzrə yaranmış 20675 manat məbləğində borcun "xxxx" MMC və X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 50380,28 manat məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, göstərilən xidmətlər tam şəkildə həyata keçirilsə də, bu günədək ödəniş həyata keçirilməmişdir. Belə ki, müqaviləyə əsasən yerinə yetirilmiş xidmətə görə Cavabdeh1 MMC-nin iddiaçı "xxxx" MMC-yə 50380,28 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qeyd edilən borc məbləğinin olması haqqında məlumatlıdır, bu ona ödəniş edilməsi haqqında dəfələrlə bildirildikdə yaxın günlərdə borcun ödəniləcəyinə vəd verməsinə baxmayaraq, ödənişi təmin etməmişdir. O, müqavilə ilə birgə fəaliyyət göstərdiyi vaxtda qeyd edilən pul məbləğinin başqa yerə ödədiyindən "xxxx" MMC-yə ödəyə bilməyərək borclu qaldığına dair izahat vermişdir. Bu səbəbdən də hazırda kommersiya mübahisəsi yaranmışdır. Müqaviləyə əsasən sifarişçi 12595,28 manat yerinə yetirilmiş işlərə görə pul vəsaiti ödənilməsini öhdəsinə götürmüş, lakin noyabr 2021-ci il tarixə kimi heç bir pul vəsaiti ödənilməmişdir. Müqavilənin 4.1.5-ci bəndinə əsasən ödənişin gecikdirilmiş hər günü üçün 0,5% miqdarında cərimə ödənilməsi öz təsdiqini tapır. İcraçı kimi sifarişçiyə müqavilə üzrə xidmətlərin göstərilməsi xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Qeyd edilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə keçən 600 günə görə 12595,28 manat əsas borca x 0,5% = 62,97 manat x 600 gün = 37785 manat cərimə ödənilməlidir. Son nəticədə borclu Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-yə 12595,28 manat əsas borc, 37785 manat cərimə, cəmi 50380,28 manat borcu yaranmışdır. Hazırki iddia tələbi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsinə əsasən təsdiq edilən barışıq sazişində ödənilməsi nəzərdə tutulan xidmətlərə əsasən deyil, bu müqavilə ilə göstərilən digər xidmətlərə aiddir.
5. Cavabdeh tərəf iddiaya etiraz edir və iddiaçıya borcunun olmadığını, həmçinin iddiaçının elektron qaimələrdən başqa heç bir sübutunun olmadığını bildirir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-438/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə (vasitəçi X4 iştirakı ilə) beynəlxalq və daxili yükdaşıma xidməti göstərilmiş xidmətlərə görə 20675 manat borc qalmış, yaranmış borc X5 aid olduğundan o, borcun ödənilməsini öz öhdəsinə götürmüş, daha sonra tərəflər arasında barışıq sazişi bağlanmış və barışıq sazişi üzrə öhdəliklər icra edilmədiyindən məhkəməyə müraciət olunmuş və məhkəmə həmin barışıq sazişini təsdiq etmişdir. Göründüyü kimi barışıq sazişində və məhkəmə qətnaməsində qeyd olunan borc başqadır, ödənilməsini öhdəsinə götürən şəxs başqadır, göstərilən xidmətlər və yaranma əsasları başqadır. Hazırkı iddia tələbinin yaranma əsası isə 24 noyabr 2021-ci il tarixli barışıq sazişi və həmin sazişin təsdiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə müəyyən olunan xidmətlərlə bağlı deyildir və həmin xidmətlər əsasında yaranan tələbə heç bir aidiyyatı yoxdur. xx.xx.2021-ci il tarixli, №2021-004477 saylı barışıq sazişi kommersiya mübahisəsi üzrə bağlanmış və X7 həmin mübahisənin tərəflərindən biri olmuş, həmin sazişi mediasiya prosesində imzalamış və sazişlə üzərinə müəyyən öhdəliklər götürmüşdür. Bu da təsadüfi olmamışdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 09 oktyabr 2019-cu il tarixli, 150 saylı “X1” bağlanmış və "xxxx" MMC-nin adından müqaviləni qanuni təmsilçi kimi Çingiz Musayev imzalamışdır. Məhz onun təklifi ilə tərəfindən "xxxx" MMC-yə 8500 manat və "xxxx" MMC-yə 12172 manat dəyərində yükdaşıma xidmətləri göstərilmişdir. Lakin həmin pul vəsaiti Çingiz Musayevin günahı ucbatından onlara ödənilməmişdir. Barışıq sazişindən də göründüyü kimi həmin saziş üzrə borclu kimi Cavabdeh1 MMC yox, Çingiz Musayev çıxış edir. Tərəflər məhz Çingiz Musayevə aid olan daha öncə qeyd olunan 20675 manat borc barədə razılığa gəlmiş və məhkəmə də onu təsdiq etmişdir. Başqa sözlə, hazırda tələb etdikləri borc məbləği Cavabdeh1 MMC-yə müqavilə üzrə göstərilmiş beynəlxalq yükdaşıma xidmətlərindən yaranmışdır və sırf MMC-nin borcudur. Barışıq sazişi ilə yekunlaşmış yükdaşıma xidmətləri ilə hazırki mübahisə üzrə xidmətlər üzrə yüklərin növü, yüklənmə tarixi, vaqon nömrəsi, çəkisi və s. fərqlidir. Bundan əlavə, Cavabdeh1 MMC-nin cəmi borcu 29595,28 manat olmuş, ondan 17000 manat ödənilmiş, 12595,28 manat qalıq borc qalmışdır. Çingiz Musayevin borcu isə 20675 manat olmuş və ondan heç bir ödəniş edilməmişdir. Əlavə edəcəkləri hesablardan görünür ki, tərəflərindən cavabdeh MMC-yə xx.xx.2019-cu ildə 9945 manat ödəniş barədə AF-319, xx.xx.2019-cu ildə 2588,93 manat barədə AF-358 və xx.xx.2019-cu ildə 12367,50 manat barədə AF-364 nömrəli hesab göndərilmişdir. Cavabdeh MMC tərəfindən avans olaraq AF-319 nömrəli hesab üzrə 7000 manat, AF-364 nömrəli hesab üzrə 10000 manat ödəniş həyata keçirilmişdir. Bu faktın özü iddianın əsaslılığına dəlalət edən mötəbər sübutdur. Məhkəmə iddia ərizəsi ilə tələb edilən borc məbləğinin yaranma əsası ilə bağlı göstərilən xidmətlərlə digər borc məbləğinin yaranma əsasını təşkil edən xidmətləri araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi.
11. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
16. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
17. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
18. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
21. Belə ki, tərəflər arasında yük daşınması müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
22. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
23. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir.
24. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
25. Belə ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2020-ci il tarixli EBAF seriyalı 866935 nömrəli qaiməyə əsasən 22022,28 manat, xx.xx.2020-ci il tarixli 499545 nömrəli EBAG seriyalı elektron qaiməyə əsasən 840 manat, xx.xx.2020-ci il tarixli EBAK seriyalı 049126 nömrəli elektron qaiməyə əsasən 2500 manat, xx.xx.2020-ci il tarixli EBAK seriyalı 049651 nömrəli elektron qaiməyə əsasən 4233 manat məbləğində yükdaşıma xidmətlərinin göstərilməsinə dair e-qaimələr göndərilmişdir.
26. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10000 manat məbləğində ödəniş edilmişdir.
27. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-nin hesabına 7000 manat məbləğində ödəniş edilmişdir.
28. Göründüyü kimi iddiaçı tərəfindən 2020-ci ilin fevral və may aylarında sistemə vurulan elektron qaimələrə əsasən 29595,28 manat məbləğində xidmət göstərilmiş, bunun qarşılığında isə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 10000 manat və xx.xx.2020-ci il tarixli 7000 manat, ümumilikdə 17000 manat məbləğində ödəniş edilmişdir.
29. 04 fevral 2020-ci il tarixdə isə iddiaçı tərəfindən maliyyə arayışı tərtib olunmuş, buna əsasən cavabdehin 12595,28 manat məbləğində borcunun qaldığı qeyd edilmişdir.
30. Bununla yanaşı, iddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və X7 arasında 24 noyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsinə əsasən sözügedən barışıq sazişi ilə 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli müqavilə üzrə yaranmış 20675 manat məbləğində borcun "xxxx" MMC və X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi təsdiq edilmişdir. Təsdiq edilmiş barışıq sazişində 20675 manat məbləğində borcun hansı xidmətlər üzrə və hansı elektron qaimələr üzrə yarandığı qeyd edilməmiş, lakin 2.1.2-ci bənddə göstərilmişdir ki, ümumi borc məbləğindən 1000 manat ödənilmiş və xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 19675 manat təşkil edir.
31. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş elektron qaimələr tərəflər arasında bağlanılan 24 noyabr 2021-ci il tarixli barışıq sazişindən daha əvvəlki tarixlərə aiddir, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişində tələb olunan məbləğ hazırki iddia tələbindən daha çoxdur və iddiaçı ərizəsində xahiş etdiyi 2020-ci il tarixdə yaranmış 12595 manat məbləğində əsas borcun barışıq sazişində göstərilən 20675 manat məbləğində borca aid olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
32. Belə ki, iddiaçı 2020-ci ildə yaranmış əsas borc kimi 12595 manat tələb etmiş, halbuki 24 noyabr 2021-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən iddiaçı Cavabdeh1 MMC ilə 20675 manat məbləğində borcun ödənilməsi ilə bağlı, yəni tərəflərin barışıq sazişini imzaladığı 24 noyabr 2021-ci il tarixdən əvvəl yaranmış borcla bağlı razılaşmışlar, hazırda tələb olunan borc isə barışıq sazişi imzalanan tarixdən sonra deyil, əvvəl (2020-ci il) yaranmışdır.
33. Beləliklə kollegiya hesab edir ki, iddiaçı 2020-ci ildə yaranmış 12595 manat məbləğində əsas borcun 24 noyabr 2021-ci il tarixli barışıq sazişində göstərilən xidmətlərə görə yaranmış 20675 manat məbləğində borcdan fərqli göstərilən xidmətlərə görə yaranmasını sübut edə bilməmişdir.
34. Ona görə də, həm əsas borcun tutulması barədə tələblər, həm də əsas borcun mövcüd olması (öhdəliyin pozulması) sübut olunmadığına görə dəbbə pulunun tutulması barədə tələblər rədd olunmalıdır.
35. Apellyasiya şikayətinə əlavə olunan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli “hesab” adlandırılan sənədlər isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz.
36. Belə ki, iddiaçı həmin sübutları birinci instansiya məhkəməsində təqdim etməmişdir.
37. Halbuki, məhkəmə tərkibi tərəfindən birinci instansiya məhkəməsinin bütün məhkəmə iclaslarının audio-video yazılarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə iddiaçının nümayəndəsi və vəkilinə hazırki mübahisə predmeti olan borcla bağlı onda olan bütün sübutları, o cümlədən hazırki borcun Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə təsdiq edilən barışıq sazişində əks olunan 20675 manat məbləğində borcla əhatə olunmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş, bunun işin həlli üçün əhəmiyyətli olduğu vurğulanmış, lakin iddiaçının nümayəndəsi və vəkili yuxarıda sadalanan e-qaimələrdən əlavə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
38. Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən də müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış sübutlara istinad edə bilməzlər.
39. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
40. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
41. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
42. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı hazırda tələb etdiyi borcun Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)- 1430/2022 nömrəli qətnaməsi ilə təsdiq edilən barışıq sazişində əks olunan 20675 manat məbləğində borcla əhatə olunmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
43. Təsdiq olunmuş barışıq sazişindəki borcun X5 məxsus olması və onun hazırki mübahisəyə heç bir aidiyyatının olmaması barədə iddiaçının dəlilləri isə əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə təsdiq edilən barışıq sazişində üçüncü şəxs kimi X4 adı qeyd olunsa da, həmin mübahisənin mahiyyətindən aydın olur ki, mübahisə məhz hazırki mübahisənin də predmeti olan və yalnız iki hüquqi şəxs olan ekspeditor "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 MMC arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli X1 üzrə yaranmış, X7 həmin müqavilə üzrə tərəf olmamış, yalnız Cavabdeh1 MMC-nin həmin vaxt direktoru olmuşdur. Həmin vaxt da iddiaçı cavabdeh və üçüncü şəxs qismində həm hüquqi şəxs Cavabdeh1 MMC-ni, həm də onun direktoru X6 qoymuşdur.
44. Hazırda da iddiaçı eyni mövqedən çıxış edərık, hazırki mübahisə predmeti olan borcun məhz ekspeditor "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 MMC arasında 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli X1 üzrə yarandığına istinad edir və cavabdeh qismində Cavabdeh1 MMC-dən əlavə həm də Cavabdeh2 qoyur. Halbuki sonuncu həmin müqavilə üzrə tərəf olmamış sadəcə olaraq Cavabdeh1 MMC-nin adından direktor kimi müqaviləni imzalamışdır.
45. Göründüyü kimi təsdiq olunmuş barışıq sazişindəki borcun fiziki şəxs X5 məxsus olması və onun hazırki mübahisəyə heç bir aidiyyatının olmaması barədə iddiaçının dəlilləri özü-özlüyündə əsassızdır.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-438/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Cahangir Yusifov
Məmməd Məmmədov