Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-584/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2156/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2-2(113)-2156/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçı onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda qeyd olunur: “Payçı olduğum Cavabdehnə olan 35% payı istəmirəm və bunun müqavilində aramızda razılıq əsasında Cavabdeh təsisçiliyindən çıxmaq istəyirəm. Odur ki, yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş olunur ki, növbədən kənar iclasın keçirilməsi və mənim Cavabdeh təsisçiliyindən çıxmağım barədə məsələni həll edəsiniz.” Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə növbədən kənar iclasın keçirilməsi və Cavabdeh təsisçiliyindən çıxarılma barədə pretenziya məktubu ünvanlanmışdır. Bundan başqa, Cavabdehnə ünvanlanan müraciət məktubunda da Cavabdeh təsisçiliyindən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi xahiş olunur. Beləliklə, cavabdehə təsisçilikdən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi təklif olunmuş, məhkəməyə isə Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılma barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmənin qənaətinə əsasən təsisçiliyindən çıxarılma barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı deyil, mübahisə cəmiyyətin Nizamnaməsi və mülki qanunvericiliyin tələblərinə uyğun həll edilə və ona uyğun məhkəməyə müvafiq tələblə müraciət oluna bilər. Odur ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək (91.3.1). Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Qeyd olunan maddələrin birgə təfsirindən belə nəticiyə gəlmək olur ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması məsələsi məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Çünki məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətdən çıxması nəticəsində cəmiyyətin nizamnaməsinin dəyişdirilməli, habelə cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilməlidir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək, Cavabdeh təsisçiliyindən çıxmaq istədiyini və bununla bağlı növbədənkənar ümumi yığıncağın keçirilməsini bildirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəf iştirak etmədiyinə görə növbədənkənar ümumi yığıncağın keçirilməməsi və buna görə də qərarın qəbul edilməməsi ilə bağlı şikayətin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Göründüyü kimi Mülki Məcəllədə ümumi yığıncağın səlahiyyətli olması ilə bağlı qaydalar müəyyən edilmiş və həmin qaydalara görə üçüncü dəfə çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. İddiaçının Cavabdeh MMC-də olan payı isə 35% təşkil edir və o, ümumi yığıncağı çağırmaq imkanını itirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2156/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-584/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-584/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver