Məhkəmə qərarları › İş №2-2(103)-598/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-598/2025

05.06.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-598/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3, Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şəraitin yaradılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-705/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞ-in Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur.

2. Rüstəmov İsmayıl göstərilən qərarın Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarı ilə qərar nikahın pozulması hissəsində tanınmışdır.

3. X8 Rüstəmov ilə bərabər iştirak payı əsasında iddiaçı ilə nikahda olduğu vaxtda "xxxx" MMC-ni təsis etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1971/2018 nömrəli, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X4 məxsus təsis payı üzərində İddiaçı ½ payda mülkiyyət hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

5. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, İddiaçı cəmiyyətdə 25% paya malikdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin direktor vəzifəsi daşıyan qanuni təmsilçisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili təkrar ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ilkin redaksiyada saxlanılmaqla, qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-705/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə və mühasibatlıq sənədləri ilə (2011-ci ildən 2024-cü ilin oktyabr ayı da daxil olmaqla) tanış olması, iddiaçının hesabına cəmiyyətin maliyyə hesabatlarının auditor yoxlanışı üçün şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. 10.Məhkəmə mövqeyini onunla əsasladırmışdır ki, iddia tələbinin bir hissəsini Cavabdeh MMC-nin 2011- ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi təşkil edir. Qeyd olunduğu kimi, İddiaçı "xxxx" MMC-nin təsisçisi və payçısı olması işin mübahisəsiz halıdır. Ona görə də iddiaçı cəmiyyətin təsisçisi kimi cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, müvafiq sənədlərlə tanış olmaq hüququna malikdir. Belə ki, MM-nin 65.1.2-ci maddəsinə əsasən təsərrüfat cəmiyyətinin iştirakçılarının cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ vardır. İddia tələbinin digər hissəsini cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. İşin hallarından göründüyü kimi, iddiaçı auditin keçirilməsini tələb etsə də, hüquqi şəxs tərəfindən tələbi təmin edilməmiş, auditin keçirilməsi üçün şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən iddia Azərbaycan Respublikası MM-nin 65.1.2-ci və 91.4-cü maddələrinin tələblərinə uyğun olaraq, qismən təmin olunmalı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə və mühasibatlıq sənədləri ilə (2011-ci ildən 2024-cü ilin oktyabr ayı da daxil olmaqla) tanış olması, iddiaçının hesabına cəmiyyətin maliyyə hesabatlarının auditor yoxlanışı üçün şəraitin yaradılmasının təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

11. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-705/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 ilə 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞin Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 10(102)-137/2019 saylı Qərarı ilə ABŞ Kaliforniya Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli Qərarı tanınmışdır. Tərəflər arasında bağlanmış nikah X2 Kaliforniya Ali Məhkəməsinin “Nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma nəticəsində pozulmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı öz iradə ifadəsini bildirmiş və Azərbaycan Respublikasındakı əmlakların cavabdehin mülkiyyətində qalması şərti ilə razılaşmışdır. Həmin əlavəyə əsasən cavabdeh İ.Rüstəmov tərəfindən İddiaçı 350000 ABŞ dolları həcmində pul ödənişi, mebellər və məişət əşyaları ilə birlikdə Kaliforniya, Torrance, Amie prospekti 21102 ünvanında yerləşən daşınmaz əmlak – ev, 2005-ci il buraxılışı olan BMW 525i avtomobili iddiaçının bütün geyim, cəvahirat və zinət əşyaları və s. ödənilmiş və ya mülkiyyətinə verilmişdir. Yəni tərəflər arasında olan razılaşma olmuşdur ki, hazırki iş üzrə iddiaçının keçmiş həyat yoldaşı İsmayıl Rüstəmov tərəfindən ona pul ödənişləri edilmiş, əvəzində isə İddiaçı Azərbaycan Respublikasında olan əmlaklara pay hüququ və s. tələblər irəli sürməməli idi. Lakin hazırki iş üzrə iddiaçı 2018-ci ildə razılaşmanın tələblərini pozaraq Azərbaycan Respublikasında Məhkəməyə müraciət edərək, tərəflər arasında nikah müddətində əldə edilmiş əmlakların üzərində qanuni rejim müəyyən edilməsini tələb etmişdir. Təəssüflər olsun ki, yuxarıda sadaladığımız hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməyərək, “LABORATORİYA TƏCHİZATLARİ ŞİRKƏTİ-Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payları üzərində iddiaçın mülkiyyət hüquqları əldə edərək cəmiyyətin təsisçisinə çevrilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Göründüyü kimi, ABŞ Kaliforniya Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli “Nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma ləğv edilməmiş və qüvvəsindədir. Yəni iddiaçı keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə təsis edilmiş MMC-dən pay hüququ tələb etməyəcəyini könüllü olaraq bəyan etmişdir. Yalnız 2018-ci ildə Azərbaycan Respublikasında məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının 2011-2018-ci illər ərzində "xxxx" MMC-nin maliyyə sənədləri ilə tanış olması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Bundan başqa Vergi Məcəlləsinin 71.4-cü maddəsinin tələblərinə əsasən, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərində təqdim edilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı həmin sənədlərlə vergi orqanına müraciət etməklə tanış olmalı idi. Vergi orqanı bundan imtina etdikdə isə inzibati qaydada vergi orqanının hərəkətlərin müvafiq inzibati orqana və ya məhkəməyə şikayət edilməli idi. Bütün bunlar iddia ərizəsinə yazılı etirazda öz əksini tapmışdır. Yalnız işə baxan məhkəmə yalnız bir cümlə ilə “Həmçinin cavabdehin etirazı əsassız sayılmalıdır və etiraz ərizəsində göstərilənlər hazırkı nəticədən fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.” öz mövqeyini “əsaslandırmışdır”. Göründüyü kimi, ABŞ Kaliforniya Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli “Nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma ləğv edilməmiş və qüvvəsindədir. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərində təqdim edilməsi mümkün deyildir. Məhkəmə iddia tələbini təmin edən zaman onun icra edilə bilməyəcəyini, yəni müvafiq sənədlərin məhv edilməsini nəzərə almamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, cavabdehin mövqeyini təkzib edən hallar qətnamədə əsaslandırılmamışdır. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki iddia tələbi üzrə cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. İddiaçı müvafiq məlumatları vergi orqanından əldə etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

15. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ünvanlayaraq məhəkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Həmin məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Həmin Məcəllənin 65.1.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ vardır.

18. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

19. Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

20. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

21. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

22. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr.

23. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.

24. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

25. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

26. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;

27. 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq;

28. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

29. Həmin Məcəllənin 107-6.3-cü bəndinə əsasən səhmdarın tələbi ilə protokolun (ümumi yığıncağın) surəti ona təqdim edilməlidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanun

30. Qanunun 3.3-cü maddəsinə əsasən, mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.”

31. Qanunun 16.1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

32. Qanunun 16.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə

33. 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

34. 4.6.-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddanın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, iş materillaırna əsasən, İddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞ-in Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Rüstəmov İsmayıl göstərilən qərarın Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarı ilə qərar nikahın pozulması hissəsində tanınmışdır. X8 Rüstəmov ilə bərabər iştirak payı əsasında iddiaçı ilə nikahda olduğu vaxtda "xxxx" MMC-ni təsis etmişdir.

43. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1971/2018 nömrəli, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X4 məxsus təsis payı üzərində İddiaçı ½ payda mülkiyyət hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

44. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, İddiaçı cəmiyyətdə 25% paya malikdir .

45. Məhkəmə kollegiyası sənədlərinin təqdim edilməsinin mümkün olmaması dəlilinə münasibətdə qeyd edir ki, mühasibat uçotu subyekti tərəfindən sənədlər 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Sədənlərin saxlanılması qaydasının pozulması qanuvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

46. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sənədlərin əldə olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, orqan tərəfindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********362700 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, "xxxx" MMC-nin təqdim etdiyi bəyannamələri barədə məlumatın həmin cəmiyyətin təsisçisi İddiaçı verilməsi haqqında müraciətə baxılmış və Vergi Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunan məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Bildirilmişdir ki, Cəmiyyətin gəlirləri barədə məlumat vergi sirri təşkil edən məlumat hesab olunur və bu məlumatların təsisçiyə verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsində təsərrüfat cəmiyyətinin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ, 91.4-cü maddəsində isə cəmiyyətin hər hansı iştirakçısının cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışını tələb etmək hüququ təsbit edilmişdir. Bu baxımdan "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatın əldə olunması üçün bilavasitə həmin hüquqi şəxsə, bu mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

47. Belə ki, AR “Kommersiya Sirri haqqında” qanunun 4.1.4-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar kommersiya sirri təşkil edir. Həmçinin, qanunun 17-ci maddəsində kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borclu olduqları təsbit olunmuşdur.

48. Göründüyü kimi müvafiq vergi orqanın tələb olunan sənədləri təqdim etmək səlahiyyəti olmadığından apellyatorun dəlilləri əsassızdır.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-705/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar