Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-599/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından “Azlənd Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddiası, Cavabdeh “Azlənd Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakların verilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-244/2025 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən «Sifarişçi» avtonəqliyyatlara, xüsusi texnikaya zəmanət və texniki xidmətlərinin göstərilməsini, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada zəmanət və texniki xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Nəqliyyat vasitəsi ümumi zəmanət müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, nəqliyyat vasitəsi zəmanət verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 2 il və ya 150000 km müəyyən olunmuşdur. 1.3-cü bəndinə əsasən Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən elektron qaimə (və ya Aktlan) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdan Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair eqaiınədə qeyd edilir. Hər bir nəqliyyat vasitələri üçün (4000 Avro) cəmi 12 ədəd. 4.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada «Sifarişçi»nin müəyyən etdiyi avtonəqliyyat vasitələrinə və xüsusi texnikaya servis xidmətləri həyata keçirmək icraçının vəzifəsidir. 6.1-cı bəndinə əsasən Bu Müqavilə istehsalçının zəmanət müddəti bitdikdən sonra qüvvəyə minir, 2 il və ya 150000 km müddətinə etibarlıdır,yəni xx.xx.2023 tarixindən 2 il və ya 150 000 km gedişi keçənə qədər qüvvədədir.
2. 18.xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı Əlavədə zəmanətə daxil olan avtonəqliyyatların şassi nömrələri və dövlət nömrə nişanları qeyd olunmuşdur.
3. İddiaçı MMC (“icarədar”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən İddiaçıMMC-nin istifadəsində olan X2 aid Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4-cü km, 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 972.6 kv.m.-dən 400.1 kv.m. sahəni (bundan sonra “icarə predmeti” adlandırılacaq) “İcarəçi’nin istifadəsinə verməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqı 3000 manat təşkil edir. (ƏDV daxil deyil) 2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk beş günü ərzində İcarəyə verənə ödəməyi öhdəsinə götürür. 3.2.6-cı bəndinə əsasən icarəçi icarə haqqını vaxtında və tam şəkildə ödəməlidir.
4. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfəindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə) 52669.49 manat pul köçürülmüşdür.
5. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) 15600 manat pul köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfəindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) 6700 manat pul köçürülmüşdür.
7. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 13494.51 manat (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) ƏDV ödənişi köçürülmüşdür.
8. EBEC 325188 saylı xx.xx.2024-cü il tarixli 19559.37, EBEC 642735 nömrəli xx.xx.2024-cü il tarixli 15275.10 manat məbləğində elektron qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.
9. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması CPMnin 39.1.2-ci maddəsində əsasən rədd edilməsi və hər iki tərəfə qeyd etdikləri xüsusat üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ onlara izah edilməsi qərara alınmışdır.
10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş zəmanətə daxil olmayan xidmətlərin göstərilməsi, hər iki MMC-nin işçiləri tərəfindən imzalanmış dekabr 2022-ci il tarixli 826 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2072.08 manat, xx.xx.2022-ci il tarixli 3134.08 manat, xx.xx.2022-ci il tarixli 735.14 manat, xx.xx.2022-ci il tarixli 3929.17 manat, xx.xx.2022-ci il tarixli 826 manat, xx.xx.2022-ci il tarixli 330.40 manat, xx.xx.20220-ci il tarixli 2289.2 manat, xx.xx.2022-ci il tarixli 330.40 manat, xx.xx.2022-ci il tarixli 991.20 manat, xx.xx.2022-ci il tarixli 1825 manat, xx.xx.2022-ci il tarixli 330.40 manat,xx.xx.2022ci il tarixli 637.2 manat, xx.xx.2022-ci il tarixli 502.68 manat, xx.xx.2022-ci il tarixli 2916.96 manat, xx.xx.2022-ci il tarixli 1067.9 manat, xx.xx.2022-ci il tarixli 1911.60 manat, xx.xx.2022-ci il tarixli 637.20 manat, xx.xx.2022-ci il tarixli 1277.94 manat, xx.xx.2022-ci il tarixli 854.32 manat, xx.xx.2022-ci il tarixli 710.36 manat, xx.xx.2022-ci il tarixli 640.74 manat, xx.xx.2022-ci il tarixli 507.40 manat, xx.xx.2022-ci il tarixli 850.78 manat, xx.xx.2022-ci il tarixli 640.74 manat, xx.xx.2022-ci il tarixli 1630.76 manat, xx.xx.2022-ci il tarixli 1067.9 manat, xx.xx.2023-cü il tarilxli 1838.44 manat, xx.xx.2023-cü il tarixli 1267.32 manat, xx.xx.2023-cü il tarixli 1267.32 manat, xx.xx.2023-cü il tarixli 1214.22 manat, xx.xx.2023-cü il tarixli 4063.92 manat, xx.xx.2023-cü i l tarixli 1033.68 manat, xx.xx.2024cü il tarixli 15275.1 manat (4 ədəd detal-farsunkanın dəyişdirilməsi) məbləğində təhvil aktları, habelə 2024-cü ilin aprel ayı üçün verilən 19559.33 manat məbləğində ehtiyyat hissələrinin verilməsi barədə akt ilə təsdiq olunur.
11. Şahid X11 birinci instansiya məhkəməsində verdiyi ifadəsində “Azavtobus" MMCdə qarantiya üzrə menecer vəzifəsində işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid icarə haqqını ödəmədiklərini və qarşı tərəf xidmətin ödənişin etmədiyini, qarşılıqlı ödənişlər əvəzləşdirilirdiyini bildirdi. Qarantiyaya daxil olan işlərin yerinə yetirilməsi üçün qarşı tərəf 48000 EURO ödəniş etdiyini, təxminən 5 ay müddətinə 35000 manata yaxın xidmət göstərildiyini, tərəflər arasında narazılıq 1 avtobusla bağlı yarandığın,qarantiyaya daxil olmayan detallarla bağlı ödənişlər edildiyini, icarə haqqı ilə əvəzləşdirilirdiyini bildirdi.
12. Şahid X3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində ifadəsində “Azavtobus" MMC-də işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid icarə obyektində 26 aprel 2024-cü il tarixinə kimi fəaliyyət göstərdiklərini,həmin ilin sentyabr ayının 12-si icarə obyektində qalan avadanlıqlarını geri götürdüklərini,tərəfimizdən qarşı tərəfə ehtiyyat hissələri verildikdə akt tərib olunduğunu,tərəflərin işçiləri tərəfindən möhür vurmadan imzalandığını,tərəfə həm zəmanət xidmət göstərilirdiyini,həm də əlavə xidmətlər göstərildiyini,zəmanət yalnız mühərrikə verilirdi, gündəlik təlabat mallarına isə (məsələn yağ filteri) zəmanət verilmədiyini, qüsurlu avtobus təxmini 10 gün təmir üçün Cavabdeh MMC-də olduğunu bildirdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarxli məktubundan görünür ki, Şahid1 Məmməd oğlu xx.xx.2020-ci il tarixdən əsas iş yeri olmaqla İddiaçı MMC-də işləyir.
Birinci instansiya məhkəməsindəki icraat: a) İlkin iddia
13. İddiaçı “Azlənd Plaza" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 41760 manat və icarə haqqı ƏDV daxil 60180 manat, göstərilməyən xidmətə görə 70525 manat, kommunal xərclər ilə bağlı 1373.23 manat, cəmi 173838.99 manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə görə iddiaçı avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət və texnik xidmətlərini göstərməyi öz üzərinə götürmüşdür. Nəqliyyat vasitələrinə zəmanət verildiyi gündən 2 il və ya 150000 km müəyyən olunmuşdur. Zəmanətə daxil olan avtonəqliyyatların Şassi nömrələri və dövlət nömrə nişanları: NNAM0BULT02002191 **-JZ-***., NNAM0BULT02002192 **-JZ-***, NNAM0BULT02002193 **-JZ-***, NNAM0BULT02002194 99-JZ063., NNAM0BULT02002195 **-JZ-***, NNAM0BULT02002196 99- JZ076., NNAM0BULT02002197 **-JZ-***., NNAM0BULT02002198 99-JZ065., NNAM0BULT02002149 **-JZ-***., NNAM0BULT02002150 99-JZ659., NNAM0BULT02002151 **-JZ-***, NNAM0BULT02002190 **-JZ-***. Müqavilənin 9-cu bəndinə əsasən, mübahisələrin həll edilməsi pretenziya yolu ilə danışıqlar vasitəsi ilə həll edilir. Müqavilənin 4cü bəndində qeyd edilən və avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsini layiqincə yerinə yetirməsi cavabdeh tərəfindən icra olunmamışdır. İddiaçının almış olduğu 12 ədəd avtobusdan **-JZ-*** nömrəli dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (42 gün) təmirdə olduğu üçün xətdə olmayıb. Əlavə olaraq ** JZ *** dövlət nömrə nişanları avtobus xx.xx.2023-cü il tarixdən dekabr ayı 11gün, yanvar ayı 31 gün, fevral ayı 29 gün, mart ayı 3 gün yəni xx.xx.2024-cü ilə dək təmir işləri davam etməsi səbəbilə xətdə olmayıb və təmir işləri davam etməkdədir. Bu da onu göstərir ki, cavabdeh öz öhdəliyini lazımınca icra edə bilmir. Məhkəmənin nəzərinə çatdırır ki, avtobus xətdə olmadığı zaman MMC-yə gündəlik 360 manat zərər dəyir, belə ki, orta hesabla 900 sərnişin 0.40q günə 360 manat edir. 360 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (42 gün) 15120 manat və xx.xx.2023-cü il tarixdən bü günə dək 74 gün 26640 manat, cəmi MMC-yə 41760 manat zərər dəymişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, bağlanmış bu müqavilənin predmeti olan Bakı şəhəhəri, Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 400.1 kv.m. icarəyə verilmişdir. Müqavilənin qiyməti 1ay üçün 3540 manat ƏDV daxil nəzərdə tutulmuşdur. İcarə haqqını hər ayın ilk beş günü ərzində icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış xx.xx.2022-ci il tarixli 01032022 saylı icarə müqaviləsinə əsasən istifadə edilən komunala görə 1373.23 manat və icarə haqqı ƏDV daxil xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il müddət üçün, yəni 17 ay üçün icarə haqqı 60180 manat hesablanmışdır. Avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən ödəniş edilmişdir, 2 il üçün zəmanət nəzərdə tutlmuş və 88464,03 manat ödəniş olunmuşdur. Lakin cəmi 5 ay avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətləri göstərilmişdir, 146 gün*122.87=17939.00. Xidmət iddiaçının qane etmədiyi üçün müqaviləyə vaxtından əvvəl xitam edilmişdir. Göstərilməyən xidmətə görə ödənilən məbləğin 5 ay cıxıldıqdan sonra 70525 manat hissəsi iddiaçıya qaytarılması zəruridir.
15. İlkin iddia tələbinin maddi hüquiq əsası kimi AR MM-in 425.1, 443, 445.2.1, 448.1-ci maddələri göstərilmişdir.
16. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli, 28/22 nömrəli müqavilədə və həmin müqavilənin uzadılması barədə 1 saylı Əlavəyə əsasən, göstərilməsi nəzərdə tutulan, lakin cavabdeh tərəfindən yerinə yetirilməyən xidmətə görə vaxtından əvvəl cavabdehə ödənilmiş 70525 manat vəsaitin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi (verilməsi), tərəflər arasında bağlanmış müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən, cavabdeh tərəfindən xidmət göstərilməsi nəzərdə tutulan və iddiaçıya məxsus olan, **-JZ-*** nömrəli avtobusa vaxtlı-vaxtında, lazımi qaydada xidmətlərin göstərilməməsi nəticəsində iddiaçıya vurulmuş 41760 manat zərərin (ziyanın), tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 01032022 nömrəli icarə müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixdən 01 sentyabr 2024-cü il tarixədək ödənilməmiş icarə haqqının və cavabdehin istifadəsində olduğu müddət ərzində icarəyə verilmiş sahə üzrə ödənilməli kommunal borc olmaqla, ümumilikdə 79053,23 manat vəsaitin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Qarşılıqlı iddia
17. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zır Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsində saxlanılan əmlakların (avtomobil hissələrinin) “Azlənd Plaza" MMC-dən alınaraq Azavtobus MMC-yə verilməsi, həmin hissələrin verilməsi mümkün olmadıqda onların dəyəri 482736,50 manat pul vəsaitinin “Azlənd Plaza" MMC-dən alınaraq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (tələb edilən 796 ədəd məhsulun siyahısı qarşılıqlı iddia ərizəsinin tələb hissəsində göstərilib)
18. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 27 dekabr 2022-ci il tarixli, 28/22 nömrəli müqaviləyə əsasən isə mütəmadi olaraq Azlənd Plaza MMC-nin avtomobilləri (zəmanətlə yanaşı) təmir edilmişdir. Həmin (eləcə də digər) avtomobillərin mütəmadi təmir edilməsi üçün də Azavtobus MMC tərəfindən müxtəlif avtomobil hissələri öncədən alınaraq icarə obyektində saxlanılmışdır. “Azlənd Plaza" MMC tərəfindən 26 aprel 2024-cü il tarixində heç bir səbəb olmadan Azavtobus MMC-nin işçiləri icarə obyektinə buraxılmamışdır. Nəticə etibarilə Azavtobus MMC-nin icarə obyektində 482736, 50 manat məbləğində əmlakı qalmışdır. Azvtobus MMC-nin direktoru X9 tərəfindən icarə obyektinə buxarılmama və şirkətə məxsus əmlakın təhvil verilməməsi ilə bağlı “Azlənd Plaza" MMCnin direktoru Bəhruz Tağıyev barəsində polis orqanına şikayət edilmişdir. Suraxanı RPl-nin 32-ci PB-nin 29 may 2024-cü il tarixli qərarı ilə tərəflər arasındaki mübahisə mülki xarakter daşıdığı qeyd edilmişdir. Daha sonra “Azlənd Plaza" MMC tərəfindən Azavtobus MMC-yə qarşı pul tələbi ilə Bakı Kommersiya məhkəməsinin müraciət edilmişdir. Hal-hazırda həmin e-2-2(113)- 4146/2024 nömrəli iş Günay Həşimovanın sədrliyi ilə baxılır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisə edərkən “Azlənd Plaza" MMC-nin qanunsuz hərəkətləri nəticəsində Azavtobus MMC-yə küllli miqdarda ziyan dəymiş, fakitki olaraq işləməyən işçilərin əmək haqqını ödəməli olmuş, həmçinin müqavilə üzrə 3-cü şəxslər qarşısında olan öhdəliklərini icra edə bilmədiyindən işgüzar nüfuzuna da ziyan dəymişdir. Bu hissədə də iddia tələbləri olacaqdır.
19. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi AR Konstitusiyasının 13, 24, 29cu AR MM-in 21.2, 157.2, 157.5, 164.2, 385.1, 425.1, 442-ci maddələri və s. göstərilmişdir.
20. Daha sonra qarşılıqlı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, qarşılıqlı iddia ərizəsində qeyd edilən 796 çeşiddə əmlakların (avtomobil hissələrinin) “Azlənd Plaza" MMC-dən alınaraq Azavtobus MMC-yə verilməsi, həmin hissələrin verilməsi mümkün olmadıqda onların dəyəri olan 482736, 50 manat pul vəsaitinin “Azlənd Plaza" MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi, təmir xidmətlərinə görə 78745 manat, əldə çıxmış fayda kimi 228449 manat məbləğində pul vəsaitinin “Azlənd Plaza" MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Qarşılılı iddiaçı sonuncu iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəsində təmir xidmətlərinə görə 78745 manat pul vəsaiti, 247188 manat əldə çıxmış fayda, cəmi 325933 manat pulun və 616 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-244/2025 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh MMC-dən 27 dekabr 2022-ci il tarixli, 28/22 saylı “Avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında” Müqaviləsi üzrə artıq ödənilmiş 59351 manat və 01 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 51200 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 61455,36 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 274 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbinin birinci hissəsi ilə bağlı - cavabdeh tərəfindən yerinə yetirilməyən xidmətə görə vaxtından əvvəl cavabdehə ödənilmiş 70 525 manat pulun cavabdehdən tutulması – məhkəmə qeyd etmişdir ki, ilkin İddiaçı MMC xx.xx.2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra edərək iki il müddətinə 88464 manat (ƏDV daxil) məbləğində pulu Cavabdeh MMC-yə ödəmişdir. İlkin iddiaçının və cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda izahatlarında həmin müqaviləyə əsasən ödənilmiş pulun müqabilində cəmi 5 ay xidmət göstərdiklərini təsdiq etmişlər. Tərəflər arasında mübahisəli hal, ilkin iddia üzrə cavabdeh həmin xidmətlərin illkin iddiaçının təqsiri səbəbilə yerinə yetirilmədiyini bu səbəbdən pulun qaytarılmalı olmadığnı qeyd etmişdir. Həmçinin məhkəmə iclaslarıda hər iki tərəfin vəkili və nümayəndəsi həmin məbləğlə bağlı ödəniş tapşırığında “avans” yazılsa da, əsaslində ödənişin avans ödənişi deyil, müqavilə üzrə ödəniş olmasını təsdiq etmişlər. Məhkəmə hesab etmişdir ki, ilkin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 88464 manat məbləğində pul vəsaiti tərəflər arasında həmin məbləğin müqavilə üzrə xidmətlərə dair ödəniş olması işin mübahisələndirilməyən halı olduğundan, avans ödənişi kimi qiymətləndirilə bilməz və hər iki tərəf Cavabdeh MMC tərəfindən müqavilə üzrə yalnız 5 ay xidmət göstərilməsini təsdiq etdiyindən, ilkin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 88464 manat məbləğində vəsaitdən 18180 manat 5 ay göstərilmiş xidmətlərin dəyəri çıxıldıqda ( 88460 manat/ 730 gün = 121.2 manat bir günə görə,121.2 manat * 150 gün= 18180 manat) – 70284 manat artıq ödənilmiş xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İlkin iddia tələbinin ikinci hissəsi ilə bağlı - 41760 manat zərərin ödənilməsi – məhkəmə qeyd edib ki, iddiaçının nümayəndəsinə hazırlıq iclaslarında hazırki tələb ilə bağlı sübutların əslini və ya təsdiq olunmuş surətlərini təqdim etməsi təklif edilməsinə və bunun üçün vaxt verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə həmin tələblə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə hesab etmişdir ki, 41760 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsindi ilkin iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbinin üçüncü hissəsi ilə bağlı - 79 053,23 manat icarə haqqının ödənilməsi –məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan, həmçinin şahid ifadələrindən həmçinin işdə olan digər sübutlarla müəyyən olunub ki, icarə sahəsi 17 ay 26 gün (512 gün) müddətində (xx.xx.2024-cü il tarixindən cavabdeh mübahisəli qeyri yaşayış sahəsindən istifadə etməmişdir) (xx.xx.2022-xx.xx.2024) cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 51200 manat ( 1 ay – 3000 manat 1 gün – 100 manat;512 gün * 100 manat = 51200 manat) təşkil edir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh MMC-nin 01 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MMC -yə olan cəmi borcu 51200 manat təşkil edir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin nümayəndəsinin və şahid ifadələrində icarə haqqı ilə bağlı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən heç vaxt ödəniş olmadığı halının öz təsdiqnini tapmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, icarə haqqı ilə bağlı tələb 51200 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir. Qarşılıqlı iddianın birinci hissəsi ilə bağlı – 78745 manat təmir xidmətlərinə görə vəsaitin ödənilməsi – ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər iki tərəfin nümayəndəsi ayrı-ayrılıqda izahatlarında iş materiallarında olan xidmətlərin göstərilməsi haqqında aktlar hər iki şirkətin səlahyyətli işçiləri tərəfindən imzalandığını təsdiq etmişdir. Belə ki, qeyd edilən aktlar (iş materiallarıma əlavə edilmiş) hər iki tərəfin işçilərinin imzaları ilə təsdiq olunmuş, tərəflərin nümayəndələrinin və şahid ifadələrinin məzmunundan göründüyü kimi, tərəflər arasında işgüzar münasibətlər , icarə haqqı ilə qeyd edilən zəmanətə daxil olmayan xidmətlərin qeyd edilən aktlardakı formada hər iki tərəfin işçilərinin imzaları ilə təsdiq olunmuş, lakin icarə haqqı ilə həmin xidmətlər əvəzləşdirildiyindən, hər iki tərəf bir birindən müvafiq olaraq icarə haqqını və xidmət haqqını tələb etməmişdir. Hazırki tələb ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə hazırki tələbə iddia tələbi həcmində baxaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli 78745 manat təmir xidmətlərinə görə çəkilmiş xərc cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünüb ki, hazırkı işdə iddiaçı Cavabdeh MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair hüç bir sübut məhkəməyə təqdim etməmişdir. Hazırkı qətnamə ilə İddiaçı MMC-nin iddiası qismən təmin edildiyindən İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə 773 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 326 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 443.4, 462.1, 700.1, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin AİHK-nin 6-cı maddəsi ilə bağlı Suominen Finlandiyaya qarşı qərarında, X6rşı qərarında, Hiro Balani İspaniyaya qarşı qərarında formalaşdırdığı mövqeyə istinadla əsaslandırmışdır.
25. Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 244/2025 saylı qətnaməsinə düzəliş edilmiş, qətnamənin qət etdi hissəsinin 2-ci abzasında “59351 (əlli doqquz min üç yüz əlli bir)” ifadəsi “70284 (yetmiş min iki yüz səksən dörd) manat “ kimi oxunması, qətnamənin qət etdi hissəsinin 5-ci abzasında “61455,36 (altmış bir min dörd yüz əlli beş manat otuz altı qəpik) manat” ifadəsi “78745 (yetmiş səkkiz min yeddi yüz qırx beş) manat” kimi oxunması qərara alınmışdır.
26. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
27. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamənin ilkin iddia tələblərinin təmin edilməyən hisəssində ləğv olunması və hissələrdə (təmin edilməyən hissələrində) iddia tələblərinin tam təmin olunması, qarşılıqlı iddia tələblərinin təmin olunan hissəsində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələblərinin tam rədd olunması, qətnamənin digər hissələrinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinin ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbin tam şəkildə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilən hissəsində qətnamə ləğv edilərək, Azavtobus MMC-nin iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: a) İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə ilk növbədə AR-nın Konstitusiyasının 13 və 29-cu maddələrini pozmuşdur. Belə ki, verilmiş ilkin iddia tələblərindən biri olan, **-JZ-*** dövlət nömrə nişanlı avtobusu cavabdeh uzun müddət saxladığına görə, iddiaçıya vurulmuş 41760 manat məbləğinin rədd olunmasıdır. Qeyd edilən məbləğin məhkəmə tərəfindən təmin olunmamasının faktiki əsası kimi, işdə bu barədə hansısa sübutun olmadığı göstərilmişdir. Ancaq iş materiallarından və keçirilmiş məhkəmə proseslərindən də bəllidir ki, avtobusun cavabdehdə saxlanmasının əsasları tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Hansı ki, həmin müqavilə üzrə işə baxan məhkəmə artıq ödənilmiş pul vəsaitinin qalığının da cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamədə qeyd edir. Məhz həmin müqavilə üzərindən avtobus təmir üçün təqdim olunur və cavabdeh də öz üzərinə düşən öhdəliyi uzun müddət icra etmədiyindən, ilkin iddia tələbləri üzrə irəli sürülmüş 41760 manat məbləğində zərər vurulmuş olur. Digər tərəfdən, məhkəmə proseslərində cavabdehin əməkdaşları da iştriak etmişlər və onlar da bu faktı təsdiq etmişlər. Bu barədə aparılmış məhkəmə proseslərinin video-görüntülərinə baxıldıqda bu təsdiq olunur. Çünki məhkəmə prosesində cavabdehin işçiləri təsdiq etmişlər ki, avtobus uzun müddət onların təmir sahələrində qalmışdır. Ancaq bunların heç birinə əhəmiyyət verməyən məhkəmə sadəcə iş üzrə sübutların olmadığını irəli sürməklə iddianın bu hissədə rədd olunması barədə qətnamə qəbul etmişdir. Maraqlıdır ki, əgər avtobusun cavabdehin istifadə etdiyi ərazidə olması təsdiqlənirsə, burada hansı sübutdan danışmaq lazımdır? Məgər, avtobusun uzunmüddət cavabdehdə saxlanılması barədə iddiaçı hansısa bir sənədi təqdiq edməlidir ki? Tamamilə məntiqə sığımayan bir yanaşmadır. Tərəflər arasında müqavilə var və həmin müqavilə üzrə də avtobus cavabdehin sahəsində saxlanılmışdır. İddia tələblərindən biri də cavabdehin icarəyə götürdüyü sahədə kommunal borcunu ödəməməsidir. Bu ödənişlər cavabdehin icarəyə götürdüyü vaxtdan oradan çıxdığı günə kimi yaranmış borcdur. Ancaq məhkəmə bununla bağlı qəbul etdiyi qətnamədə bir dənə də olsun münasibət bildirməmişdir. Sadəcə olaraq bu hissədə iddia tələblərinin rədd olunması nəticəsinə gəlsə də, ümumiyyətlə bu hissəyə münasibət bildirməmişdir. Sanki belə bir iddia tələbi olmamış kimi yanaşmışdır. Ancaq iddia tələblərinin tərkib hissəsi kimi bu tələb əvvəlcədən ilkin iddia ilə məhkəməyə müraciət edərkən mövcud olmuşdur. Yuxarıda qeyd olunan xüsusatlar onu göstərir ki, işə baxmış məhkəmə ilkin iddia tələblərinin təmin olunan hissələrində düzgün nümayiş göstərməmiş və nəticədə iddia tələblərinin əsassız olaraq rədd olunmasına şərait yaratmışdır. Mülkiyyətçinin öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququ vardır. Göründüyü kimi, Konstitusiyanın 13 və 29-cu maddələrinin davamı kimi nəzərdə tutulan və MM-nin 152-ci maddəsi iddiaçının mülkiyyət hüquqlarının hüquqi əsaslarını təşkil edir. Göstərilən hüquq normasının hazırki iş üzrə tətbiqinin xüsusatları onu göstərir ki, qarşılıqlı iddia tələblərinin qismən təmin edilən hissəsi tam əsassız olmuşdur. Çünki cavabdeh tərəfin iddiaçıya xidmət göstərməsini təsdiq edəcək mötəbər hansısa bir sübut olmamışdır. Necə olur ki, bir ədəd avtobusun uzun müddət cavabdehdə saxlanmasına baxmayaraq, hətta məhkəmə prosesində cavabdehin tərəfindən cəlb olunan şahidin verdiyi ifadədə də təsdiq edilir ki, avtobus cavabdehdə uzun müddət qalmışdır, lakin hansısa sübutun olmadığını deyən məhkəmə bu hissədə ilkin iddia tələbini rədd edir. Lakin, heç bir sübuta və işçilər tərəfindən imzalanmış hansısa akt adı altında sənədləri sübut kimi qəbul edir? Həmin imzaların iddiaçının işçilərinin imzaları olubolmaması, kimlərə məxsusluğu barədə mötəbər qaydada araşdırma aparılmamışdır. Bütün bu xüsusatlar və göstərilənlər çıxarılmış qətnamənin maddi hüquqlar hissəsində kobud pozuntu ilə qəbul olunmasını şərtləndirən tərəflərdəndir. Qeyd olunan prosessual normaların tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla bərabər, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu normanı işə baxan məhkəmə öz qətnaməsinin sonuncu səhifələrində belə qeyd etmişdir (qətnamənin 12-ci səhifəsinin 2-ci abzası). İstinad edilən prosessual hüquq nromasının tələbləri kənarda qala-qala işə baxan məhkəmə heç bir mötəbər sübut olmadan qarşılıqlı iddia üzrə iddiaçının tələblərini qismən təmin etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi və guya tərəflərin işçilərinin imzaladıqları kağızları sübut olaraq qəbul etmişdir. Bununla belə ilkin iddiaçı olaraq avtobusun cavabvdedə saxlanmasını cavabdehin işçisi təsdiq etməsinə baxmayaraq, ancaq sübut olmaması adı altında həmin hissədə iddia tələblərini rədd etmişdir. Beləliklə, işə baxmış məhkəmə maddi hüquq normalarını kobud pozduğu kimi, prosesual hüquq normalarına da əhəmiyyət verməmiş, özünün istəyinə və arzusuna uyğun olaraq işə baxmışdır. Bu da yekunda istinad edilən prosessual hüquq normalarının kobud pozuntusunu özündə əks etdirir.
b) Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əldən çıxmış faydanı nəzərə almamaqla səhvə yol vermiş, maddi normanın tətbiqindən əsassız yayınmışdır. Halbuki 26 aprel 2024-cü il tarixindən 12 sentyabr 2024-cü il tarixinə kimi ilkin iddiaçı cavabdehin işçilərini Bakı şəhəri, Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4-cü km, 1 ünvanına buraxmamaqla bərabər Azavtobus MMC-yə məxsus ehtiyyat hissələrini də təhvil verməmişdir. Məhz bu səbəbdən də, Azavtobus MMC-nin işçiləri tərəfindən Suraxanı RPİ 32 PB-yə müraciət edilmişdir. Nəzərə almaq lazımdır ki, müqavilə şərtlərində müqavilənin birtərəfli qaydada ləğvi barədə şərt yoxdur, məhkəmədə də belə bir iddia qaldırılmamışdır. Belə olan halda (müqavilə bu gün belə qüvvədə olduğu halda) məhkəmənin 70284 manatın Azavtobus MMC-dən tutulması barədə qətnamə qəbul etməsi tamamilə əsassızdır. Digər tərəfdən Azlənd Plaza MMC-yə məxsus avtomobillər ölkə ərazisində kütləvi istifadə edilən avtomobillər olmadığından (avtobus olduğundan) onların ehtiyyat hissələrinə də, tələbat az olur. Məhz ilkin iddiaçının ehtiyyaclarını nəzərə alaraq cavabdeh bu qədər sayda avtomobil hissələri satın almışdır. Müqavilənin birtərəfli qaydada, icraçı tərəfindən heç bir pozuntu olmadan ləğv edilməsi nəticə etibarilə bir tərəfin digər tərəfdə qarşısında vəziyyətinin hüquqi əsas olmadan pisləşməsinə səbəb olur. Eyni zamanda müqavilə azadlığı ilə bərabər, həm də mülki qanunvericiliyin (Mülki Məcəllə maddə 6) prinsipləri ilə də ziddiyyət təşkil edir. Məhkəmə avtonəqliyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında 27 dekabr 2022-ci il tarixli müqavilə üzrə ödənilmiş məbləğin 70284 manatlıq hissəsinin ilkin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməklə səhvə yol vermişdir. Çünki vaxtından əvvəl və heç bir əsas olmadan müqavilənin birtərəfli qaydada ləğvi şərti müqavilədə nəzərdə tutulmamış, məhkəmə icarə müqaviləsinin bağlandığı andan icarə haqqının tutulması barədə qətnamə qəbul etməklə səhvə yol vermişdir. Belə ki, Plaza 01 mart 2022-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, Azlənd MMC əmlakı Azavtobus MMC-nin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Lakin əmlak həmin tarixdə deyil, 2023-cü ilin sonunda icarəçinin istifadəsinə verilmişdir. Lakin məhkəmə 51200 manat icarə haqqını hansı dövrə əsas götürdüyünü əsaslandıra bilməmişdir. Azlənd Plaza MMC-nin nümayəndəsi formal olaraq bildirmişdir ki, 26 aprel 2024-12 sentyabr 2024 tarixləri arasında icarə predmeti Azavtobus MMC-nin istifadəsində olmuşdur. Belə olan halda tərəflərin mövqeyi arasında ziddiyət yaranır. İddiaçının sübutlara sahib olduğunu nəzərə alaraq sonuna kimi araşdırma (kamera görüntüləri və.s) aparmamışdır. Müqavilənin 61.-ci bəndinə əsasən,müqavilə 2 illik müddətə və ya 150 000 km gediş üçün bağlanmışdır. Lakin iddiaçı tərəf 150 000 km gedişin hansı hissəsinin qalmasını sübit edə bilməmiş, məhkəmə isə həmin hissəni araşdırmamışdır. Qarşı tərəf ilkin iddia tələbində icarə haqqının 2024-cü ilin aprel ayının 26-na kimi tutulmasını xahiş etmişdir. Lakin 03 oktyabr 2024-cü il tarixində isə iddia tələbini artıraraq 2024-cü ilin sentyabr ayının 12-nə kimi ödənilməsini tələb etmişdir. Lakin iddia tələbi artırıtlsa belə iddiaçı Cavabdeh MMC-yə münasibətdə kommunal xidmət haqqını ilkin iddiada olduğu kimi, 1373.23 manat həddində saxlamışdır. Halbuki icarə predmetindən icarəçi istifadə edirsə, avtomobil təmirini həyata keçirirsə kifayət qədər kommunal xidmət haqqı artmalı idi. Lakin məhkəmə bu hissəsini araşdırmamışdır. İddiaçı tərəf mütəmadi olaraq faktları inkar etməyə çalışmışdır. Belə ki, Cavabdeh MMC tərəfindən görülən işlərlə bağlı aktları imzalayan Şahid1 və Şahid2 tanımadıqlarını qeyd etmişdir. X4 24 oktyabr 2024-cü il tarixli məktubundan həmin şəxslərin iddiaçının işçisi olması faktı təsdiq edildikdən sonra aktlarda möhürün olmamasına əsaslanmışdır. Ən sonunda isə Cavabdeh MMC-nin verdiyi detalların və göstərdiyi xidmətlərin dəyərinin cəmi 18.000 manat olduğunu geri qalan 70284 manatı tələb etdiklərini bildirsə də, hansı səbəbdən elektron qaimələrin, eləcə də, təhvil-təslim aktlarının ümumi dəyərinin 78745 manat olmasını izah edə bilməmişdir. Məhkəmə qərarının 11-ci səhifəsində, 52-ci paraqrafında qeyd edilir ki, iddiaçı Cavabdeh MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki Cavabdeh MMC əmlakının verilməməsi, icarə predmetinə buraxılmaması barədə polis orqanlarına müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə vermiş, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qərardadından sonra əmlakı Azlənd Plaza MMC tərəfindən 5 ay sonra geri icarə obyektində geri qaytarılmışdır. Bütün bunlar sübut edir ki, Azlənd Plaza MMC Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətini 26 aprel 2024-cü il tarixindən 12 sentyabr 2024-cü il tarixinə kimi tam dayandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :
31. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
32. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəflərindən verilən apellyasiya şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi. İlkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
33. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasına ailə üzvünün səhhəti ilə bağlı iştirak edə bilmədiyini, işə ilkin iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
34. Əvvəlki iclasda iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatda bildirdi ki, icarə haqqı tələbinə dair iddianın təmin edilməməsi hissəsindən şikayətləri yoxdur. İcarə müqaviləsi üzrə kommunal xərclərin cavabdehin tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamədən narazıdırlar və həmin hissədə iddianın təmin edilməsini xahiş edirlər. Lakin kommunal xərclərin məbləği ilə bağlı sübutları yoxdur.
Tətbiq edilən hüquq:
35. Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alı -448.1-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
36. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların qismən təmin olunduğunu, ilkin cavabdeh, qarşılıqlı iddiaçının apellyasiya şikayətində qətnaməni kommunal xərclərin və dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaçı isə qarşılıqlı iddianın rədd edilmiş və ilkin iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı kommunal xərclərin və dəymiş zərərin əvəzinin ödənilməsinə dair ilkin iddianın rədd edilmiş, qarşılıqlı iddianın rədd edilmiş və ilkin iddianın təmin edilmiş hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, ilkin iddia üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yaranmış mübahisənin faktiki əsasını İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli icarə və 27 dekabr 2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında müqavilələr təşkil edir. İddiaçı MMC-nin ilkin iddia tələbi xidmət müqaviləsi üzrə zəmanət üzrə artıq ödənilmiş pulun, icarə müqaviləsi üzrə icarə haqqının və kommunal xərclərin, nəqliyyat vasitəsi təmir işlərinin lazımi qaydada görülməməsi nəticəsində dəymiş zərərin Cavabdeh MMC-dən tutulması ilə bağlı olduğu halda, Cavabdeh MMC-nin qarşılıqlı iddiası isə xidmət müqaviləsi üzrə təmir xərclərinin və əldə çıxmış faydanın İddiaçı MMC-dən tutulması ilə bağlı olmuşdur.
a) İcarə müqaviləsi
42. İcarə haqqının tutulması ilə bağlı ilkin iddia üzrə iddiaçının tələbinin hüqiqi əsasını MM-in 700.1-ci maddəsi təşkil edir.
43. Məhkəmə kollegiyası qanunvericilik normalarını, eyni zamanda ilkin iddia üzrə cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4-cü km, 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 972.6 kv.m.dən 400.1 kv.m. sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olmuşdur.
44. Digər tərəfdən icarə haqqının məbləğinə münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğ müəyyən edərkən məhkəmə tərəfindən icarə müqaviləsinin 2.1 və 3.2.3-cü bəndləri nəzərə alınmalıdır. Həmin bəndlərə əsasən aylıq icarə haqqı ƏDV daxil olmadan 3000 manat məbləğindədir və vergi borclarının ödənilməsi icarəçinin vəzifəsidir. İcarə obyektinin ilkin cavabdehin istifadəsində və sahibliyində olma müddəti ilə bağlı qeyd edilir ki, ilkin iddia üzrə cavabdeh icarə müqaviləsi 01 mart 2022-ci ildə bağlandığı halda icarə predmetinin həmin vaxt deyil, 2023-cü ilin sonunda təhvil verildiyini iddia edir. Həmin arqumentlə bağlı qeyd edilir ki, ilkin iddia üzrə cavabdeh icarə obyektinin müqavilənin tələbləri pozularaq, 2023-cü ilin sonunda təhvil verilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə 2022-ci il ərzində bir neçə dəfə ilkin iddia üzrə cavabdeh tərəfindən icarə haqqının ödənilməsi faktı (2022-ci ilin mart ayı üçün xx.xx.2022-ci il tarixdə olmaqla) öz təsdiqini tapmışdır. Göstəriln hal isə öz növbəsində icarə obyektinin 2023-cü ilin sonunda icarəçiyə təhvil verilməsi barədə dəlillərinin əsassızlığına dəlalət edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, icarə haqqı əmlakın icarəçinin faktiki istifadə etdiyi dövr, yəni xx.xx.2022-xx.xx.2024-cü ilə tarixədək olan müddət üçün ƏDV daxil olmadan 53.600 manat məbləğində icarə haqqının tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İcarə haqqı (o cümlədən ƏDV məbləğinin) tələbinin təmin edilməyən hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin hissədə qətnamənin əsaslılığı ilkin iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırkı apellyasiya baxışının yoxlama predmetinə daxil deyil.
45. İlkin iddia üzrə iddiaçının kommunal xərclərin tutulması tələbinə dair iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətində irəli sürdüyü dəlilə münasibətdə bildirilir ki, tərəflərin razılaşması kommunal xərclərin vaxtında ödənilməsi öhdəliyinin icarəçinin üzərinə qoyulmasını ehtiva etsə belə, icarəçinin icarə obyektindən istifadə etdiyi müddət üçün kommunal xərclərə görə borcun 1373,23 manat təşkil etməsi, ümumiyyətlə icarə obyektində istifadə edilmiş kommunal xidmətlərə görə borcun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, həmin hissədə iddianı rədd etməklə də birinci instansiya məhkəməsi dügün nəticəyə gəlmişdir. b) Avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında müqavilə
46. Məhkəmə kollegiyası artıq ödənilmiş xidmət haqqının tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi olduğundan həmin müqavilədən irəli gələn münasibətlərə xidmət müqaviləsinə ən yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Odur ki, həmin hissədə tələbin qanuni əsasını Mülki Məcəllənin 759.1 və 1092.1-ci maddəsi təşkil edir.
47. Kollegiya qeyd edir ki, sözügedən müqavilə üzrə 5 ay ərzində xidmətlərin göstərilməsi, bundan sonra tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsi və qarşılıqlı iddiaçı tərəfindən zəmanət üzrə xidmətlərə görə 2 illik dövr üçün 88.464 manat məbləğində pul vəsaitinin qabaqcadan ödənilməsi iş üzrə mübahisə edilməyən halları təşkil edir. Odur ki, qarşılıqlı cavabdeh Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən yalnız tərəfindən faktiki göstərilmiş xidmətlərin dəyərinin (yəni 5 ay üçün xidmət haqqının) ödənilməsini tələb etməkdə haqlıdır, qalan məbləğ isə aradan qalxmış əsasa görə əldə edildiyindən əsas varlanma obyekti kimi geri qaytarılmalıdır. Qaytarılmalı olan xidmət haqqının məbləğini müəyyən edərkən məhkəmə tərəfindən avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.3-cü bəndi və həmin müqaviləyə edilən 1 saylı əlavənin 2-ci bəndində əks olunmuş şərtlər nəzərə alınmalıdır. Odur ki, kollegiya hesab edir ki, iki illik (24 aylıq) zəmanət müddəti üçün xidmət haqqından (88.464 manat) xidmətlərin göstərildiyi 5 ay üçün xidmət haqqı çıxılmaqla (88.464manat/730 gün x 150 gün=18.180)ilkin iddia üzrə iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 70284 manat (88.464-18.180)məbləğində müəyyən edilməlidir.
48. Mübahisəli xidmət müqaviləsində tərəflərdən birinin müqaviləni vaxtından əvvəl xitam vermək hüququnun nəzərdə tutulmaması barədə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan Mülki Məcəllənin 759.1-ci maddəsinin tələblərinə əsasən qarşılıqlı iddiaçı istənilən vaxt müqavilədən imtina etmək hüququna malik olmuşdur.
49. Digər tərəfdən, ilkin iddia üzrə cavabdeh müqavilədə zəmanət müddətinin nəqliyyat vasitəsinin “150.000 km yürüş”ü ilə məhdudlaşdırıldığı halda məhkəmə tərəfindən qaytarılmalı olan məbləğ müəyyən edilərkən spidometrdəki göstəricilərin nəzərə alınmamasını da dəlil kimi irəli sürmüşdür. Kollegiya qeyd edir ki, şəhər avtobuslarının gündəlik yürüşünün təxminən 150-250 km. olmasını nəzərə aldıqda müqavilənin qüvvədə olduğu müddət ərzində (5 ay) avtomobillərin 150.000 km. sürülməsi (günə 5000 km.) inandırıcı və ağlabatan görünmür.
50. Qarşılıqlı iddia üzrə iddiaçının avtonəqliyyat vasitələri və xüsusi texnikaya xidmətlərə görə (zəmanətə daxil olmayan xidmətlərə görə) xidmət haqqının ödənilməsi tələbinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, həmin hissədə iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 759.1-ci maddələri təşkil edir.
51. Həmin tələbə qiymət verilərkən məhkəmə tərəfindən tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5-ci bəndi əsas götürülməlidir. Sözügedən bəndə əsasən, görülmüş işlər üzrə ödənişlər elektron qaimələr və hesab-fakturalar əsasında həyata keçirilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh isə həmin hissədə tələbini əsaslandırmaq üçün göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə qarşılıqlı cavabdehə göndərilmiş elektron qaimələrlə yanaşı işlərin təhvil-təslim aktlarına da istinad etmişdir. İşə birinci instansiyası məhkəməsində baxılarkən qarşılıqlı iddia üzrə cavabdeh həmin aktları imzalamış Şahid1 və Şahid2 işçiləri olmasını mübahisələndirmiş, lakin X5 Xidməti tərəfindən sözügedən şəxslərin qarşılıqlı iddia üzrə cavabdeh ilə əmək münasibətlərində olması faktı təsdiq edilmişdir. Təhvil-təslim aktlarındakı imzanın onların işçilərinə məxsus olub-olmamasının yoxlanılmaması barədə qarşılıqlı iddia üzrə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, imzaların qarşılıqlı iddia üzrə cavabdehin yuxarıda adıçəkilən şəxslərə məxsus olması faktı işə birinci instansiya məhkəməsində baxılarkən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Odur ki, kollegiya qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsində qəbul etdiyi faktı apellyasiya şikayətində mübahisələndirilməsini vicdanlılıq prinsipinin tələblərinə cavab verməyən davranış kimi qiymətləndirir.
52. Bununla yanaşı o da vurğulanmalıdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh özü ilkin iddia ərizəsində xidmət müqaviləsi bağlandıqdan sonra 5 ay ərzində qarşılıqlı cavabdeh tərəfindən ona məxsus nəqliyyat vasitələrinə və xüsusi texnikalara xidmət göstərilməsi faktını təsdiq etmişdir. Digər tərəfdən qarşılıqlı cavabdeh xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində nəqliyyat vasitələrinə və xüsusi texnikalara göstərilmiş zəmanətə daxil edilməmiş xidmətlərə (işlərə görə) görə hər hansı ödəniş etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əksinə hər iki tərəfin məhkəmədə verdikləri izahatlar, eləcə də şahid ifadələri ilə zəmanətə daxil edilməyən xidmətlərə görə xidmət haqqının qarşılıqlı cavabdeh tərəfindən ödənilmədiyi, əvvəllər həmin xidmətlərə görə borcların icarə haqqı borcları ilə əvəzləşdirildiyini, bu səbəbdən tərəflərin bir-birinə qarşı tələb irəli sürmədikləri müəyyən edilmişdir. Göstərilən hallar isə öz növbəsində xidmətlərə görə muzdun tutulması barədə qarşılıqlı iddia tələbinin əsaslılığına dəlalət edir.
53. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, MM-in 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Göstərilən normaların məzmunundan da göründüyü kimi Mülki Məcəllə podrat müqaviləsi tərəflərinin istənilən vaxt həmin müqavilədən birtərəfli qaydada imtina etməsi hüququna malik olduğunu müəyyən etdiyi kimi, sifarişçini yerinə yetirilmiş işin haqqını vermək ilə də mükəlləf etmişdir.
54. Beləliklə kollegiya qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehə nəqliyyat vasitələrinə və xüsusi texnikalara göstərilmiş zəmanətə daxil edilməmiş xidmətlərə görə xidmət göstərməsi faktının və həmin xidmətlərin dəyərinin təhvil-təslim aktları və qarşılıqlı cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimə-fakturalarla öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi göstərilmiş xidmətlərə görə haqqın tutulması hissəsində iddianı təmin etməkdə də haqlı olmuşdur.
c) Əldən çıxmış fayda tələbləri
55. İlkin iddiaçı əldən çıxmış fayda formasında dəymiş zərərə görə pulun tutulması tələbinə dair iddiasını **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün 43 gün ərzində ilkin iddiaçı üzrə cavabdehin servisində saxlanılması, yəni ilkin iddia üzrə cavabdehin xidmət müqaviləsi üzrə nəqliyyat vasitələrini təmir etmək öhdəliyini lazımi qaydada icra etməməsi, nəticədə ilkin iddiaçının həmin avtobusun sözügedən müddət ərzində xətdə çıxdığı halda əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əsaslandırmışdır.
56. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı da qarşılıqlı iddia üzrə cavabdehə qarşı əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbini irəli sürmüş və tələbinin əsası kimi qarşılıqlı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən icarə obyektinə buraxılmamasına və 796 adda avtomobil ehtiyat hissəsinin (ümumi dəyəri 482.736 manat) yalnız xx.xx.2024cü il tarixində ona təhvil verilməsinə, nəticədə ona əldən çıxmış fayda formasında zərər vurulmasına istinad etmişdir.
57. Kollegiya qeyd edir ki, hər iki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 443, 21.1 və 21.2-ci maddələri təşkil edir.
58. Bununla bağlı kollegiya qeyd edir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş maddi zərərin tutulması (əldən çıxmış fayda və ya real zərər formalarında) tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi faktı, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Əldən çıxmış fayda formasında zərər dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
59. Hazırkı halda ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar nə müvafiq olaraq ilkin və qarşılıqlı cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində onlara əldən çıxmış fayda formasında zərər vurulduğunu, nə də vurulması iddia olunan zərərin məbləğini sübuta yetirə bilmişdir. Odur ki, həmin hissələrdə iddia tələblərinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
60. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, hər iki apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı və qarşılıqlı iddiaçı, ilkin Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-244/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov