Məhkəmə qərarları › İş №2-2(103)-600/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-600/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-600/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(113)-1131/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsinin ləğv edilməsini və cavabdehdən 135864.41 manat əsas borc, 2021-ci il tarix üzrə 12105.51 manat və 2022-ci il tarix üzrə 13246.78 manat olmaqla cəmi 25352.29 manat faiz (dəbbə) borc, 10000 manat vurulan mənəvi zərərin əvəzi olaraq, 400 manat mediasiya xərci və ödənilmiş 62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “İcraçı” istifadəsində olan 3 ədəd yük maşını, 1 ədəd zincirli traktor, 1 ədəd Ekskavatorla və müqavilə üzrə digər texnikalarla “Sifarişçi”nin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində “Sifarişçi” “İcraçı”ya xidmət haqqı ödəyir. Müqavilə və ona əlavə olunmuş sazişlər əsasında “İcraçı” tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmiş və bu barədə tərəflər arasında aylar üzrə “görülmüş işlərin təhvil-təslimi barədə akt”lar tərtib edilərək müvafiq qaydada imzalanmışdır. Lakin öhdəliklərin icra edilməsi üçün müqavilə ilə müəyyənləşdirilmiş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən xidmət haqqı məbləğinin müəyyən qismi ödənilsə də, 135864.41 (yüz otuz beş min səkkiz yüzaltmış dörd) manat hissəsi ödənilməmişdir. Belə ki, razılaşdırılmış müvafiq işlər görüldükdə, hər ayın 5-i təhvil təslim aktları imzalanmış və görülən işlərin ödənişlərində sifarişçi tərəfindən ödəmələrdə gecikmələr olmasına baxmayaraq hissəvi qaydada ödənişlər edilmişdir. 2020-ci il “covid19” pandemiyasından sonra hissə-hissə ödənilən ödənişlər belə dayandırılmışdır. Buna baxmayaraq, razılaşdırılmış bütün işlər 2021-ci il tarixdə də “icraçı” tərəfindən qüsursuz olaraq icra edilmişdir. Lakin, bu illər ərzində cavabdehin pandemiya və digər məsələlərlə bağlı bəyanları sadəcə bahanədən ibarətdir və öz öhdəliklərini icra etməkdən yayınmaq üçün məqsədli şəkildə törədilən əməldir. Bu müddət ərzində dəfələrlə borcluya müraciətlər edilməsinə baxmayaraq, müxtəlif bəhanələr ilə borcun ödənilməsi yubadılaraq yayınılmasından görünür və artıq edilən xəbərdarlıqların heç bir nəticə verməyəcəyi aydındır və borcun ödənilməsi üçün əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə dərc etdiyi uçot faiz dərəcəsi-xx.xx.2021-ci il tarixə UFD 6,5%, xx.xx.2021-ci il UFD 7% və xx.xx.2021-ci il tarixə UFD 7.25% olmuşdur. Həmçinin, Mərkəzi Bankın 2022-ci il üzrə uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixə 7.5%, xx.xx.2022-ci il tarixə 7.75 % və xx.xx.2022-ci il tarixə 8% təşkil etmişdir. 2021-ci il tarix üzrə cavabdehdən tutulmalı olan faiz borcu orta illik faiz dərəcəsi 6.91% olması nəzərə alınmaqla qanunvericiliyə uyğun olar, 2 faiz dərəcəsi də əlavə olunduqda 12105.51 (on iki min beş yüz) manat təşkil edir. Həmçinin, 2022-ci il tarix üzrə cavabdehdən tutulmalı olan faiz borcu orta illik faiz dərəcəsi 7.75% olması nəzərə alınmaqla qanunvericiliyə uyğun olar, 2 faiz dərəcəsi də əlavə olunduqda 13246.78 (on üç min iki yüz qırx altı) manat təşkil edir.

3. Bakı Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(113)-1131/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 135864,41 (bir yüz otuz beş min səkkiz yüz altmış dörd manat qırx bir qəpik) manat əsas borc və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli e-2-2(113)-1131/2023 saylı əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “10.000 (bir on min) manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilmiş hissədə dəyişdirilmədən saxlanılması, təmin edilməmiş hissədə isə dəyişdirilərək, 2021-ci il tarix üzrə 12105.51 manat və 2022-ci il tarix üzrə 13246.78 manat olmaqla cəmi 25352.29 manat faiz (dəbbə) borc, vurulan mənəvi zərərin əvəzi olaraq 10000 manat və ödənilmiş 62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində 2020-ci il və 2021-ci illər üzrə Mərkəzi Bankın rüblük infilyasiya faiz dərəcələri üzrə həmin vaxta cavabdehin borclu olduğu pul məbləğinə mütanasib olaraq faizlər hesablanılmış və həmin hesablanılma faiz dərəcələri iddia ərizəsinə əlavə edilmişdir. Əlavə olunmuş təhvil-təslim aktlarında aylar üzrə borc məbləğləri müəyyən edilir və məhkəmə qətnamənin əsaslandırıcı hissəsində bunları qeyd etmişdir. Lakin, faiz borcların hesablanılmasına gəldikdə isə sübut təqdim edilmədiyi qeyd edilmişdir. Aylar üzrə ödənilməli olan ödəniş məbləğlərləri məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından dəqiq müəyyən etmək mümkündür. Belə ki, iddianın təmin olunmuş hissəsində məhkəmə həmin aktları araşdırmış və ədalətli qərar vermişdir. Lakin, həmin borc məbləğlərinin 2021 və 2022-ci illər üzrə rəsmi infilyasiya üzrə hesablanılmış tələbləri araşdırılmamışdır. Belə ki, iddia ərizəsində hər iki il üzrə müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş rüblük inflyasiya faizləri hesablanılaraq qeyd edilmişdir. Həmçinin, iddia ərizəsində həmin dövlət orqanının rəsmi saytından rüblük faiz dərəcələrinin internet “link”ləri qeyd edilmişdir. Lakin, məhkəmə bu hissədə araşdırma aparmayaraq, iddia tələbini bu hissədə təmin etməmişdir. Həmçinin, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı cavabdeh tərəfindən xeyli vaxt ərzində ödənilməyən borc məbləğinin və bu səbəbdən bir neçə il ərzində süründürməçilik edilərək ona mənəvi iztirablar yaşadaraq mənəvi zərər də vurulmuşdur. Lakin, məhkəmə bu hissədə də iddia tələbini təmin etməmiş və iddianın təmin edilməməsini əsaslandırmamışdır. Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı görülmüş işlərin sübutedici sənədlər kimi tərəflər arasında imzalanmış təhvil-təslim aktları və cavabdeh tərəfindən aparılan ödənişləri təsdiq edici sənəd kimi bank hesabından çıxarış məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, görülmüş işlər müqabilində, cavabdeh qismən ödəniş etmiş və nəticədə 135864.41 manat HX019/0219 saylı müqavilə üzrə əsas borcu qalmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi təhvil təslim aktlardan görünür ki, iddiaçı cavabdehə 2019-cu ildə 104410.27 manat məbləğində, 2020ci il tarixdə 84139.65 manat məbləğində, ümumi 188549.9 manat məbləğində xidmət göstərmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bank hesabından çıxarışdan da aydın görünür ki, cavabdeh tərəfindən idiaçıya 2019-cu ildə 52255.41 manat, 2020-ci ildə 25298.25 manat, ümumi 102851.9 manat məbləğində ödəniş etmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi borcu 85698.02 manat təşkiledir. Lakin Məhkəmə sübutlara obyektiv və hərtərəfli baxmamış, iddiaçı tərəfindən tələb olunan məbləği, yəni 135864.41 manat olaraq əsas götürərək iddiaçının iddiasını təmin etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları, cavahdeh tərəfindən aparılan ödənişlər obyektiv aydınlaşdırılmamış, bir tək İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə işin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2019cu il tarixli, HX 019/0219 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilə və oa əlavə olunmuş sazişlər əsasında icraçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmiş və bu barədə tərəflər arasında aylar üzrə görülmüş işlərin təhvil-təslimi barədə aktlar tərtib edilərək müvafiq qaydada imzalanmışdır. Lakin öhdəliklərin icra edilməsi üçün müqavilə ilə müəyyənləşdirilmiş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq bu günə kimi cavabdeh tərəfindən xidmət haqqı məbləğini müəyyən qismi ödənilsə də, tam ödəniş edilməmişdir. Lakin, gecikmələr olsa da, 2020-ci il “covid19” pandemiyasına qədər hissəvi ödənişlər davam edirdi. İddia ərizəsində hər iki il üzrə müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş rüblük inflyasiya faizləri hesablanaraq qeyd edilmişdir. Həmçinin, iddia ərizəsində həmin dövlət orqanının rəsim saytından rüblük faiz dərəcələrinin internet “link”ləri qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı əsas borcun təmin edilən və faiz borcunun (illik beş faizlə hesablanmış borcun) təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

24. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli xidmət müqaviləsinə əsasən icraçı istifadəsində olan 3 ədəd yük maşınları, 1 ədəd zəncirli traktor və 1 ədəd ekskavatorla sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir.

25. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir.

26. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə hər yük maşını ilə aylıq xidmət haqqı vergilər daxil 1290,32 manat, ekskavatorla aylıq xidmət haqqı vergilər daxil 5000 manat, buldozerlə aylıq xidmət haqqı vergilər daxil 3225,80 manat təşkil edir.

27. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhviltəslim aktına əsasən həyata keçirilir.

28. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** AC *** dövlət nömrə nişanlı Kamaz-5320 markalı 1980-ci il buraxılış ili sudaşıyanın aylıq xidmət haqqı vergilər daxil 2150,53 manat təşkil edir.

29. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** BD *** dövlət nömrə nişanlı Kamaz 5320 markalı 1982-ci il buraxılış ili bortlunun aylıq xidmət haqqı vergilər daxil 1290,32 manat təşkil edir.

30. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 4 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** BB *** dövlət nömrə nişanlı Kamaz-53213 yük markalı 1988-ci il buraxılış ili betonqarışdıranın aylıq xidmət haqqı vergilər daxil 2258,06 manat təşkil edir.

31. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12759,80 manat məbləğində olmuş, 05 noyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13368,47 manat, 04 oktyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12735,66 manat, 05 sentyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12860,83 manat, 05 avqust 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 8369,30 manat, 05 iyul 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11095,08 manat, 03 iyun 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13003,68 manat, 05 may 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 7308,36 manat, 05 aprel 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11302,97 manat, 05 mart 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 1606,12 manat, 05 noyabr 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 150,54 manat, 05 oktyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 602,16 manat, 04 sentyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 870,97 manat, 05 avqust 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 2526,90 manat, 06 iyul 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 6620,95 manat, 05 iyun 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13513,35 manat, 05 may 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12040,60 manat, 06 aprel 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11168,88 manat, 05 mart 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 10124,78 manat, 05 fevral 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 14075,15 manat, 07 yanvar 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri göstərmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12445,37 manat məbləğində olmuşdur.

32. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən işlər təhvil verilərkən təhvil-təslim aktları imzalanmışdır.

33. Həmçinin, cavabdeh tərəfindən müqavilə üzrə qismən ödənişlər həyata keçirilmişdir.

34. Hazırkı mübahisə müqavilə üzrə göstərilmiş xidmətlərin və ödənilmiş məbləğ ilə bağlıdır.

35. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 14 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 9/5962 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan “Görülmüş işlərin təhvil təslimi barədə akt”-lar və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli olan borc məbləği ümumilikdə 85.698,02 manat (188.549,92 — 102.851.90 ) məbləğində müəyyən edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

40. Ekspert rəyindən göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək 188.549,92 manat məbləğində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə ümumilikdə 102.851,90 manat məbləğində ödəniş həyata keçirilmişdir (sonuncu ödəniş xx.xx.2020-ci il-25000 manat).

41. Ümumi ödənilməli olan 188.549,92 manatdan 102.851,90 manat çıxıldıqda borc məbləği 85.698,02 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən isə ödənilməli məbləğ 135864,41 manat müəyyən edilmişdir ki, həmin məbləğlərin fərqi isə (135864,41-85.698,02) 50166,39 manatdır.

42. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

43. Məhkəmə kollegiyası işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 85.698,02 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

44. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi 50166,39 manat borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası iddiaçının tələbinin 25352.29 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır.

46. Mülki Məcəllənin həmin maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

47. Həmin maddədə illik beş faiz məbləğin hesablanması imperativ qaydada müəyyənləşdirilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə faiz hesabladığı tarixədək 2 il üçün illik 5 faizlə cavabdehdən 8569,8 AZN (85698,02 AZN x 5 % = 4284,901 / 12 ay x 24 ay (gecikdirilmiş müddət) = 8569,8 AZN) pul tutulmalıdır.

49. 10000 manat vurulan mənəvi zərərin tutulması ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli e-2- 2(113)-1131/2023 saylı əlavə qətnaməsi ilə təmin edilməmiş, hazırda iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərcinin 30 manatı İddiaçı və 70 manatı Cavabdeh MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır

51. Apellyasiya şikayətləri qismən təmin edildiyindən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(113)-1131/2023 saylı qətnaməsi qismən, yəni Cavabdeh MMC-dən 50166,39 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, iddianın təmin edilməyən faiz borcu hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 8569,8 manat tutularaq İddiaçı ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2-2(113)-1131/2023 saylı qətnaməsi qismən, yəni Cavabdeh MMC-dən 50166,39 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin, iddianın təmin edilməyən faiz borcu hissəsində qismən ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin, Cavabdeh MMC-dən 8569,8 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərcinin 30 manat məbləği İddiaçı və 70 manat məbləği Cavabdeh MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cəmilə Musayeva Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar