Məhkəmə qərarları › İş №2-2(103)-611/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-611/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-611/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-736/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. İcraçı qismində "xxxx" MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) sifarişçi tərəfindən istifadəsini, həmçinin icraçıya məxsus inzibati və texniki binalarda sifarişçiyə məxsus avadanlıqların yerləşdirilməsini, icraçıya məxsus sifarişçi xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitətexniki xidmətlərin göstərilməsini təmin edir, sifarişçi isə göstərilən xidmətlərin qarşılığında müqavilə ilə razılaşdırılmış xidmət haqlarını icraçıya ödəyir. 1.2-ci bəndinə əsasən təqdim olunan xidmətlərin növləri, həcmi, dəyəri, o cümlədən xidmətlərin verilməsinin xüsusi şərtləri ilə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrlə müəyyən edilir. 1.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə sifarişçi müqaviləyə əlavələr bağlanılması yolu ilə icraçının göstərdiyi əlavə xidmətləri əldə edə bilər. 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzaladığı və möhürlədiyi andan etibarlıdır və 3 il müddətində qüvvədə olacaqdır. 2.2-ci bəndinə əsasən əgər tərəflərdən biri müqavilənin qüvvədə olma müddətinin başa çatmasından 30 təqvim günü əvvəl müqaviləyə xitam verməklə bağlı yazılı bildiriş təqdim etməzsə, o zaman müqavilə hər dəfə avtomatik olaraq növbəti 1 il müddətinə uzadılacaq. 2.3-cü bəndinə əsasən tərəflərdən biri 30 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 3.1-ci bəndinə əsasən xidmətlərdən istifadənin dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qüvvədə olan tariflərə uyğun olaraq müəyyən edilir. 3.2-ci maddəsinə əsasən müqavilənin 1.1-ci maddəsində göstərilən xidmətlərə görə aylıq xidmət haqqı Azərbaycan Respublikasının Tarif Şurasının qərarı, daxili əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin tariflərə əsasən müəyyən olunur. 3.5-ci bəndinə əsasən müqavilənin vatından əvvəl ləğv edilməsi sifarişçini yaratmış borcları ödəmək məsuliyyətindən azad etmir. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 bank günü ərzində həyata keçirilməlidir. 4.1-ci bəndinə əsasən icraçının sifarişçinin göstərilməsini istədiyi xidmətləri bununla bağlı müvafiq əlavədə göstərilən anda təqdim etmək, müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsini hər gün 24 saat ərzində təmin etmək, göstərilən xidmətlər ilə bağlı hər hansı nasazlıq, xəttin kəsilməsi, onların səbəbləri və qeyd olunan normal işinin təmin olunması üçün tələb olunan müvafiq ölçü götürülməsi haqqında sifarişçini telefon, email və ya faksla iş günü ərzində məlumatlandırmaq, göstərilən xidmətlər ilə bağlı hər hansı profilaktik işlərin aparılması zərurəti olduqda, bu haqda sifarişçiyə minimum 7 gün əvvəlcədən məlumat vermək vəzifəsi vardır. 4.2-ci bəndinə əsasən icraçının sifarişçidən göstərilən xidmətlər ilə bağlı təqdim edilən avadanlıqların müqavilə ilə müəyyən edilmiş şərtlərə və məqsədlərə uyğun istismarını tələb etmək, müqavilə üzrə sifarişçinin istifadəsinə verilmiş xidmətlərdən qeyriqanuni istifadə hallarının dərhal aradan qaldırılmasını sifarişçidən tələb etmək, sifarişçi tərəfindən müvafiq tədbirlər görülmədiyi halda xidmətləri dayandırmaq hüququ vardır. 5.1-ci bəndinə əsasən sifarişçinin göstərilən xidmətlər üzrə istifadəsinə verilmiş avadanlıqları müqavilədə və müqaviləyə əlavələrdə gösətrilən şərtlərə uyğun olaraq istismar etmək, müqavilə üzrə göstərilən xidmətlərin dəyərini müqavilədə və müqaviləyə əlavələrdə nəzərdə tutulan qaydada və müddətdə ödəmək vəzifəsi vardır. 5.2-ci bəndinə əsasən göstərilən xidmətlərin müqavilədə və müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə nəzərdə tutulmuş qaydada və müddətdə təmin edilməsini icraçıdan tələb etmək hüququ vardır. 6.1.-ci bəndinə əsasən icraçı fors-major hallar istisna olmaqla, müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş telekommunikasiya resurslarının yüksək keyfiyyətli, fasiləsiz işi üçün məsuliyyət daşıyır. 6.2-ci bəndinə əsasən sifarişçi xidmətlərdən istifadəyə görə ödənişləri gecikdirdiyi halda, gecikmənin hər gününə görə gecikdirilmiş öhdəliyin 0,5%-i məbləğində cərimə ödəyəcəkdir. Cərimələrin ümumi məbləği müqavilə məbləğinin 5%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum məbləğə çatdıqdan sonra icraçı müqaviləni ləğv edə bilər. Həmçinin ödənişlərin alınması məhkəmə qaydasında təmin edilərsə, sifarişçi əsas borcla yanaşı çəkilmiş bütün məhkəmə xərclərini də ödəyəcəkdir. 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə öhdəliyin pozulmasında təqsirli olan tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır.

2. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə KKQ-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən müvafiq əlavə imzalandığı tarixdən etibarən xidmət haqqının hesablanmasında tətbiq edilmiş tariflər dəyişiklikdə xidmət haqqı yeni tariflər və həcmlər əsasında hesablanır. Həmin əlavənin: 3.2-ci bəndinə əsasən tariflərin dəyişdirilməsi nəticəsində tərtib edilmiş Əlavə imzalanmadığı təqdirdə, icraçı tərəfindən müqavilə üzrə qiymətlərə dəyişiklik edilmiş xidmətlərin verilməsi dayandırılır. 3.4-cü bəndinə əsasən sifarişçi qüsur aşkarlamadığı halda təhvil-təslim aktını aldığı tarixdən 5 ş günü ərzində imzalayıb icraçıya təqdim edir. Əsaslı qüsurun olub-olmamasına dair tərəflər arasında razılıq əldə olunmazsa, tərəflər müstəqil ekspertin rəyini əsas götürməlidir. Sifarişçi razılaşır ki, müstəqil ekspert tərəfindən əsaslı bir qüsur əşkar olunmazsa, həmin ekspertin xidmət xərcləri sifarişçi tərəfindən ödənilir. 3.5-ci bəndinə əsasən cari ayın xidmət haqqı icraçı tərəfindən aylıq hesab fakturanın təqdim edildiyi gündən 10 təqvim günü ərzində ödənilməlidir. 5.1-ci bəndinə ə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 105 manat təşkil edir.

3. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə FOL-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən müvafiq əlavə imzalandığı tarixdən etibarən xidmət haqqının hesablanmasında tətbiq edilmiş tariflər dəyişiklikdə xidmət haqqı yeni tariflər və həcmlər əsasında hesablanır. Həmin əlavənin: 3.2-ci bəndinə əsasən tariflərin dəyişdirilməsi nəticəsində tərtib edilmiş Əlavə imzalanmadığı təqdirdə, icraçı tərəfindən müqavilə üzrə qiymətlərə dəyişiklik edilmiş xidmətlərin verilməsi dayandırılır. 3.4-cü bəndinə əsasən sifarişçi qüsur aşkarlamadığı halda təhvil-təslim aktını aldığı tarixdən 5 iş günü ərzində imzalayıb icraçıya təqdim edir. Əsaslı qüsurun olub-olmamasına dair tərəflər arasında razılıq əldə olunmazsa, tərəflər müstəqil ekspertin rəyini əsas götürməlidir. Sifarişçi razılaşır ki, müstəqil ekspert tərəfindən əsaslı bir qüsur əşkar olunmazsa, həmin ekspertin xidmət xərcləri sifarişçi tərəfindən ödənilir. 3.5-ci bəndinə əsasən cari ayın xidmət haqqı icraçı tərəfindən aylıq hesab fakturanın təqdim edildiyi gündən 10 təqvim günü ərzində ödənilməlidir. 5.1-ci bəndinə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 840 manat təşkil edir.

4. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə AVA-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən sifarişçiyə məxsus avadanlıqların icraçıya məxsus texniki binalarda yerləşdirilməsi aşağıda göstərilən tariflər üzrə həyata keçiriləcəkdir: texniki binalarda 1,0 m3 həcmli şkafın yerləşdirilməsi üçün birdəfəlik qoşulma haqqı – 200 manat; texniki binalarda yerləşdirilən avadanlıqların zəruri elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatının texniki ölçülməsi yolu ilə Tarif Şurasının müəyyən etdiyi enerji tarifinə uyğun qaydada aylıq ödəniş və bu ödənişə əlavə olaraq enerjiyə görə ödənilməli olan məbləğin 40 faizi miqdarında transformator itkisi, generator və UPS xərcləri – üzləşmə aktı əsasında; texniki binalarda 1,0 m3 həcmə qədər avadanlıqların yerləşdirilməsi üçün ayrlıq xidmət haqqı – 315 manat; texniki və ya inzibati binaların damlarında və həyətyanı sahələrdə quraşdırılan antena və antenaların konteynerləri üçün birdəfəlik qoşulma haqqı – 300 manat; texniki və ya inzibati binaların damlarında quraşdırılan antenalar və həmin antenaların avadanlıqları olan konteynerləri üçün aylıq xidmət haqqı 310 manat. Ölçüsü 1,0 m3 həcmdən çox olan avadanlıq üçün 0,5 m3 addımı ilə hər 0,5 m3 görə 160 manat tarifi ilə hesablanacaqdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçinin abunəçiləri internet xidməti vermək məqsədilə icraçıya məxsus xətt şəbəkəsindən istifadə aşağıdakı tariflər üzrə həyata keçiriləcəkdir: telefon xətt şəbəkəsindən istifadəyə görə aylıq xidmət haqqı – 3,5 manat; telefon xətt şəbəkəsinə qoşulmaq üçün birdəfəlik qoşulma haqqı 5 manat. Həmin əlavənin: 3.3-cü bəndinə əsasən sifarişçinin abunəçiləri internet xidməti vermək məqsədilə icraçıya məxsus xətt şəbəkəsindən istifadəsi zamanı aylıq xidmət haqqının dəyəri Əlavənin 2.1 və 2.2-ci maddəsində nəzərdə tutulmuş tariflər nəzərə alınmaqla, tərəflərin nümayəndələrinin tərtib etdiyi üzləşmə aktlarına uyğun olaraq hesablanır və sifarişçi tərəfindən icraçıya ödənilir. 3.4-cü bəndinə əsasən xidmətlərdən istifadəyə görə ödəniş məbləği təqdim olunan xidmətdən asılı olaraq Azərbaycan Respublikası Tarif Şurasının və ya icraçı tərəfindən daxili əmrlə təsdiq olunmuş tariflərinə əsasən faktiki istifadə dövründə mövcud lan tariflərə uyğun hesablanır. 3.5-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra əlavədə göstərilən cari ay ərzində istifadə olunacaq xidmətlər üçün icraçı cari ayın 10-a qədər sifarişçiyə hesabfaktura və ya e-qaimə təqdim edir, cari ayın 25-nə qədər sifarişçi tərəfindən ödəniş edilir. 3.6-cı bəndinə əsasən müqaviləyə vaxtından əvvəl istənilən səbəbdən xitam verilərsə, icraçı istifadə olunmamış müddət üçün xidmət haqqı məbləğini sifarişçiyə 5 iş günü ərzində geri qaytarmalıdır. 4.1-ci bəndinə əsasən icraçı əşyada yaranan və icraçının iradəsindən asılı olmayan, əvvəlcədən hər hansı bir texniki nasazlığa, o cümlədən əşyanın texniki göstəricilərində baş vermiş dəyişikliklərə görə sifarişçi əşyaları təhvil verərkən hazırkı əlavənin 2.3.1-ci maddəsində qeyd olunan tələblərə riayət etməməsi və ya sifarişçinin, onun nümayəndələrinin, işçilərinin hərəkəti/hərəkətsizliyi nəticəsində əşyalara vurulan zərərə görə heç bir məsuliyyət daşımır. 4.3-cü bəndinə əsasən icraçı təqsiri və ya qarşısı alına biləcək qəza hallarında hərəkətsizliyi səbəbindən sifarişçinin avdanlıqlara dəymiş ziyanı ödəyir. Əlavəyə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 625 manat təşkil edir.

5. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə Telekommunikasiya xidmətlərindən istifadə olunmasına görə xx.xx.2024-cü il tarixinə ümumilikdə 29449,99 manat borcu mövcuddur.

6. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış müqaviləyə xitam verilməsi barədə bildirişdən müəyyən olunur ki, “Şam MMC özünün fəaliyyət sahəsi olan televiziyası kanallarının yayımlanması xidmətlərinin göstərilməsi istiqamətində oxşar xidmətləri göstərən şirkətlərlə müqayisədə rəqabət qabiliyyətli və rentabelli olmadığına görə 2023-cü ilin sentyabr ayından həmin xidmətlərin göstərilməsini və öz fəaliyyətini dayandırır. Buna görə də, 57 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/77/BRX saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə isə xx.xx.2023 tarixindən xitam veriləcəyi qeyd edilmişdir.

7. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023- cü il tarixli, 3-27-110/2-2501/2023 nömrəli məktubun məzmunundan görünür ki, Cavabdeh MMC-nin müraciətinə aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus 128589 saylı şəxsi hesab üzrə "xxxx" MMC-yə 15069,99 manat borc yaranmışdır. Həmin borc məbləği ödənildikdən sonra müqaviləyə xitam veriləcəkdir.

8. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanılmış KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcun ödənilməməsi ilə həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi arasında heç bir əlaqə yoxdur. Yəni, adıçəkilən müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilməsi müqavilə üzrə borcun ödənilməsi ilə şərtləndirilə bilməz. Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflərdən biri 30 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Göründüyü kimi, Cavabdeh MMC müqavilə üzrə hüququndan istifadə edərək müqavilənin şərtlərinə uyğun olaraq 30 gün əvvəlcədən adıçəkilən müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə "xxxx" MMC-yə bildiriş göndərməklə müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilməsi və bu halda müqaviləyə xitam verilməsinin müqavilənin digər tərəfi olan "xxxx" MMC tərəfindən təsdiq olunması və ya olunmaması, müqaviləyə xitam verilməsinə razılığı tələb olunmur. Beləliklə, Cavabdeh MMC tərəfindən bildiriş göndərilməklə Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanılmış 57 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023cü il tarixdə, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/77/BRX saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023- cü il tarixdə, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Qeyd edilmişdir ki, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2023cü il tarixən xitam verildiyinə görə həmin tarixdən sonrakı dövr üzrə Cəmiyyətə borc hesablana, hesab faktura və elektron qaimə təqdim edilə bilməz. Odur ki, xx.xx.2023-cü il tarixdən sonrakı dövrü əhatə edən hesab-faktura və elektron qaimələr geri qaytarılacaqdır.

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə ünvanlanmış məktubda deyilir ki, vergi orqanına təqdim etdiyiniz ərizəyə əsasən fəaliyyətiniz müvəqqəti olaraq xx.xx.2023 - xx.xx.2028-dək dayandırılmışdır. Ərizədə qeyd etdikləri son tarixdən fəaliyyətiniz bərpa olunacaq və onun vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranacaqdır.

10. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 442143 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin yanvar ayının qaiməsi olduğu bildirilmişdir.

11. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 950855 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin mart ayının qaiməsi olduğu bildirilmişdir.

12. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 789547 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin may ayının qaiməsi olduğu bildirilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 230752 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin iyun ayının qaiməsi olduğu bildirilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 386870 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin iyul ayının qaiməsi olduğu bildirilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 263965 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin avqust ayının qaiməsi olduğu bildirilmişdir.

16. xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin fevral ayının qaiməsi olduğu bildirilmişdir.

17. xx.xx.2024-cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin aprel ayının qaiməsi olduğu bildirilmişdir.

18. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15289,9999 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində Ethernet Port qeyd edilmiş, qaimənin yanvar-avqust aylarında göstərilmiş xidmətə görə tərtib olunduğu qeyd edilmişdir.

19. 26.05.2023-cü il tarixli, Mİ-********** saylı ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1200 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 789547 saylı qaimə göstərilmişdir.

20. "xxxx" MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 29449,99 manat borcun xx.xx.2024-cü il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

21. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, ““ŞAM" MMC, özünün fəaliyyət sahəsi olan televiziyası kanallarının yayımlanması xidmətlərinin göstərilməsi istiqamətində oxşar xidmətləri göstərən şirkətlərlə müqayisədə rəqabətqabiliyyətli və rentabelli olmadığına görə 2023-cü ilin sentyabr ayından həmin xidmətlərin göstərilməsini və öz fəaliyyətini dayandırıb. Odur ki, bildirirlər ki, 57 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdə, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/77/BRX saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə isə xx.xx.2023-cü il tarixdən xitam veriləcəkdir. Adı gedən müqaviləyə xitam verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində həmin müqavilə üzrə tərəfimizdən quraşdırılmış avadanlıqların tərəfimizdən sökülərək götürülməsinə şərait yaratmağınızı xahiş edirik”.

Birinci instansiya məhkəməsindəki icraat:

22. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29499,99 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 178,5 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, KD202209/30 nömrəli “Telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəmiyyət tərəfindən Cavabdeh MMC-yə telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə edilən və Cəmiyyətin balansında olan texniki resurslardan (fiber optik kabel liflərinin kabelkanalizasiya qurğularının (KKQ), port xidmətləri, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) istifadə, həmçinin Cəmiyyətə məxsus inzibati və texniki binalarda Cavabdeh MMC-yə məxsus avadanlıqların yerləşdirilməsi və ona məxsus xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadə, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsi təmin edilir. Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin qarşılığında müqavilə (onun müvafiq Əlavələri) ilə razılaşdırılmış xidmət haqlarının (pul məbləğinin) müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsini müqavilənin 5.1.3-cü bəndinə əsasən öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 01 fevral 2023-cü il tarixdən etibarən bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehlə dəfələrlə şifahi əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmiş, borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddia tələbinin əsaslılığını təsdiq edən sənədlər tərəflər arasında bağlanmış xidmət müqaviləsi, borca dair maliyyə arayışı və xəbərdarlıq məktubudur. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə öhdəliyin pozulmasında təqsirli olan tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Müqavilənin 2.1-cü bəndinə əsasən müqavilə hər iki tərəfin (bundan sonra “Tərəf” və “Tərəflər”) səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və möhürləndiyi andan etibarlıdır və 3 (üç) il müddətində qüvvədə olacaqdır. Müqavilənin 3.5ci bəndinə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi sifarişçini yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin alınması məhkəmə qaydasında təmin edilərsə, öhdəliklərini icra etməyən tərəf əsas borcla yanaşı çəkilmiş bütün məhkəmə xərclərini də ödəyəcəkdir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən müqavilənin 2.3-cü bəndinə əsasən Cəmiyyət tərəfindən 28 iyun 2024-cü il tarixli pretenziya məktubu ilə yaranmış xidmət haqqı borcunun ödənilməsi tələb edilsə də, Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh MMC-nin müqavilə üzrə 01 fevral 2023-cü il tarixdən hal-hazırkı tarixədək 29499,99 manat borc öhdəliyi vardır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 425.1, 442, 443, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.

24. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanılmış KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş 29 saylı, xx.xx.2023-cü il tarixli bildirişə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddia ərizəsində və ona əlavə edilmiş maliyyə arayışında isə iddia tələbinin məbləği xx.xx.2023-xx.xx.2024-cü il tarixədək olan dövrə hesablanmışdır. Halbuki, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verildiyinə görə, borc məbləği ən geci xx.xx.2023-cü il tarixədək hesablana bilər. Digər tərəfdən isə, cavabdehin iddiaçıya adı gedən müqavilə üzrə ödənilməmiş borcu yoxdur. İddia tələbi məbləğindən asılı olmayaraq əsassızdır. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-736/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 7810 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,26 manat (olmaqla, cəmi 7857,26 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-736/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)- 736/2025 saylı qətnaməsində açıq hesab səhvləri düzəldilməsi və qətnamənin həm “əsaslandırıcı”, həm də “nəticə” hissəsində “7810 (yeddi min səkkiz yüz on) manat” sözlərinin “10290 (on min iki yüz doxsan) manat” sözləri, “7857,26 manat (yeddi min səkkiz yüz əlli yeddi manat iyirmi altı qəpik)” sözlərinin “10337,26 manat (on min iki yüz doxsan)” sözləri ilə əvəz olunması qərara alınmışdır.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) sifarişçi tərəfindən istifadəsini, həmçinin icraçıya məxsus inzibati və texniki binalarda sifarişçiyə məxsus avadanlıqların yerləşdirilməsini, icraçıya məxsus sifarişçi xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsini təmin etmək, sifarişçi isə göstərilən xidmətlərin qarşılığında müqavilə ilə razılaşdırılmış xidmət haqlarını icraçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında müqavilənin bağlanması, müəyyən müddət ərzində müvafiq xidmətlərin göstərilməsi və ödənişlərin edilməsi, 2023-cü ilin sentyabr ayından etibarən tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal iddiaçı tərəfindən ödənilməmiş qaldığı iddia olunan xidmət haqları (xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilən yuxarıda qeyd olunan 3 elektron qaimə (ümumi məbləği 19339,99 manat) və digər qaimələr üzrə) ilə bağlı olmuşdur. İddiaçı 2023-cü ilin fevral ayından avqust ayınadək xidmətin göstərilməsinə baxmayaraq, xidmət müqaviləsi üzrə 29499,99 manat ödənilməmiş məbləğin qaldığını iddia edərək, cavabdehdən həmin məbləğin tutulmasını xahiş etmiş, cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya müqavilə üzrə ödənilməmiş məbləğin qalmadığını, borcunun olmadığını, iddia tələbinin məbləğindən asılı olmayaraq əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qənaətinə əsasən iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı və Cavabdehndən 7810 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, məhkəmənin qənaətinə əsasən borc məbləği hesablanarkən xx.xx.2024- cü il tarixdə göndərilən elektron qaimələrdə göstərilən məbləğlər cavabdehdən tutula bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər “İcraçı" tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 (üç) bank günü ərzində həyata keçirilməlidir. Təqdm olunan elektron qaimələrdən də müəyyən olunur ki, cavabdehə hər ay elektron qaimələr göndərilmiş və qaimələrin əsasında da ödənişlər edilmişdir (təqdim olunan, hazırkı mübahisə ilə bağlı olmayan qaimə və ödəniş sənədlərindən müəyyən olunur). Belə olan təqdirdə 2023-cü ilin fevral və digər ayları üzrə olan qaimələrin tərəflər arasında müqaviləyə xitam verildikdən 7 ay sonra cavabdehə göndərilməsi başadüşülən deyil, nəzərə alınsa ki, müvafiq xidmətlərin göstərilməsini təsdiq edən digər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh fəaliyyəti xx.xx.2023-cü ildən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, təqdim olunan 2023-cü ilin mart, may, iyun, iyul və avqust ayında cavabdehə göndərilmiş elektron qaimələr üzrə olan məbləğlər, may ayı üzrə edilmiş qismən ödəniş çıxılmaqla ((2480X4+1570)-1200=7810) cavabdehdən tutulmalıdır. Eləcə də, iddiaçı ödənilmiş 178,5 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 47,26 manat manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəsi AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və qətnamənin iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilməsini, 29499,99 manat borcun və 178,5 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində iddianın tam həcmdə təmin edilməsini xahiş edib.

Apellyasiya şikayətinin dəlilləri:

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etməmiş, ona dəfələrlə bununla bağlı xəbərdarlıq olunsa da müqavilə üzrə yaranmış borc məbləğini ödəməmişdir. Cavabdeh (sifarişçi) müqavilə şərtlərini pozaraq göstərilən xidmətlərin qarşılığında yaranmış borc məbləğinin ödənilməsindən yayınmışdır. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş etirazda cavabdehin iddiaçıya məbləğindən aslı olmayaraq heç bir borcunun olmadığı qeyd edilsə də borcun ödənişinin təsdiq edilməsinə dair hər-hansı bir sənəd təqdim edilməmiş və etirazda qeyd edilən mövqeyi sübut edilməmişdir. İddiaçı tərəfindən cavabdehin müqavilə üzrə borcunun təsdiqi olan bütün sənədlər (e-qaimələr) təqdim edilsə də həmin sübutlar hərtərəfli araşdırılmamış, bəzi qaimələr nəzərə alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə iddia məbləğini təsdiq edən bütün sənədlər (qaimələr) təqdim edilmişdir. Təqdim edilən bütün qaimələr müqavilənin qüvvədə olduğu müddətdə hesablanan borca dair olsa da göndərilmiş 2024cü ilin aprel ayında göndərilmiş son 3 qaimə 2023-cü ildəki borcla bağlı olsa da məhkəmə tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır. Bunun nəticəsində iddia qismən təmin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanmış və etirazda müqavilənin xitam edildiyi tarix göstərilmiş, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya heç bir borcun olmadığı bildirilmişdir. Lakin cavabdeh borcun ödənişinin təsdiq edən heç bir sənəd əlavə etməməsinə və həmçinin iddiaçının tələb etdiyi bütün məbləğ məhz müqavilənin qüvvədə olduğu tarixə aid olmasına baxmayaraq iddia məbləğinin böyük bir qismi təmin olunmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq 2023-cü ilin avqust ayından sonra, yəni tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqaviləyə cavabdeh tərəfindən bir tərəfli qaydada xitam verildikdən (xx.xx.2023-cü il tarixindən) sonra iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr (xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 3 qaimə) üzrə məbləğlər qədər təmin etməmişdir. Belə ki, iş iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqaviləyə 2023-cü ilin sentyabr ayında xitam verilmişdir və həmin dövrdən sonra iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməmişdir. Eyni zamanda, cavabdehin fəaliyyəti xx.xx.2023-cü il tarixdən etibarən 5 il müddətinə dayandırılmışdır. Bununla yanaşı, iş materiallarında olan iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27-110/2-2501/2023 nömrəli məktubun məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən təqdim edilmiş bildirişə aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus 128589 saylı şəxsi hesab üzrə "xxxx" MMC-yə 15069,99 manat borc yaranmışdır. Həmin borc məbləği ödənildikdən sonra müqaviləyə xitam veriləcəkdir. Göründüyü kimi, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə üzrə borcunun məbləği iddia tələbi məbləğində, yəni 29499,99 (iyirmi doqquz min dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində və həmin borc məbləği 2023-cü ilin sentyabr ayınadək, yəni xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqaviləyə xitam verilənədək olan dövrə aid olsaydı iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27- 110/2- 2501/2023 nömrəli məktubda, yənin 2023-cü ilin avqust ayının sonunda göndərilmiş məktubda borcun məbləğini 15069,99 manat deyil, 29499,99 manat göstərilərdi. Belə ki, məktubun tarixindən (xx.xx.2023) 2 gün sonra (xx.xx.2023) müqaviləyə cavadeh tərəfindən xitam veriləcəkdi. Digər tətəfdən, iş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, “Şam" Məhdud Məsuliyyətli Cəmiyyətinin KD202209/030 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə (şəxsi hesab 128589) "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Telekommunikasiya xidmətlərindən istifadə olunmasına görə xx.xx.2024-cü il tarixinə ümumilikdə 29.449,99 (iyirmi doqquz min dörd yüz qırx doqquz manal, 99 qəpik) manat borcu mövcuddur. Göründüyü kimi, iddiaçının tələb etdiyi 29499,99 manat məbləğində pul vəsaiti müqaviləyə xitam verildiyi tarixədək, yəni 2023-cü ilin sentyabr ayınadək olan dövrü əhatə etsəydi, onda maliyyə arayışında borcun xx.xx.2024-cü il tarixinə deyil, xx.xx.2023cü il tarixə olması göstərilərdi. Eyni zamanda, 2023-cü ilin mart, may, iyun, iyul və avqust ayları üzrə 2023-cü ildə qaimələr təqdim edilsə də, xx.xx.2024-cü il təqdim edilmiş MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimədə həmin aylar təkrar olaraq göstərilmişdir. Digər tərəfdən, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27-110/2- 2501/2023 nömrəli məktubdan görünür ki, cavabdeh tərəfindən həmin müqaviləyə müqavilə şərtlərinə uyğun birtətəfli qaydada xitam vermək istəsə də, iddiaçı tərəfindən bildirilmişdir ki, cavabdeh tərəfindən 15069,99 manat məbləğində borc ödənildikdən sonra müqaviləyə xitam veriləcəkdir. Göründüyü kimi, iddiaçı müqavilə şərtlərinə zidd olaraq borc ödənilənədək müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə razılaşmamış (amma əslində müqaviləyə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir), cavabdeh tərəfindən borc ödənilmədiyi üçün hesab etmişdir ki, müqavilə münasibətləri davam edir və xx.xx.2023-cü il tarixdən sonrakı dövrlərdə (2024-cü ildə) cavabdehə elektron qaimələr təqdim etməklə cavabdehə əsasız borc hesablamışdır. Beləliklə, iddiaçının adı gedən müqaviləyə xitam verildiyi tarixdən, yəni 2023-cü ilin avqust ayından sonrakı dövrdə təqdim etdiyi qaimələrdə göstərilmiş məbləğlərin əsası yoxdur, həmin məbləğlər müqaviləyə xitam verildiyi tarixədək olan dövrü deyil, həmin tarixdən xx.xx.2023-cü il tarixindən sonrakı dövrü əhatə edir və iddia tələbi həmin məbləğlər qədər şişirdilmişdir. Odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

32. Məhkəmə iclasında iddiaçının nümayəndəsi sonuncu elektron qaimənin araşdırıldığını bildirdi, hüquq şöbəsinin rəsmi məlumat təqdim etməsi üçün 10 gün vaxt tələb etdiyini qeyd etdi və iclasın təxirə salınmasını xahiş etdi. İşin mahiyyəti ilə bağlı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini və iddianın tam təmin olunmasını istədi.

33. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

34. Mülki Məcəllənin; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

35. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

36. AR Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü maddəsinə görə mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaiməfakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaiməfakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

38. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə iddiaçı tərəfindən iddianın rədd edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın rədd edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə təmin edilməlidir.

41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında telekommunikasiya resurslarının istifadəyə verilməsi barədə müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) cavabdeh tərəfindən istifadəsini, həmçinin iddiaçıya məxsus inzibati və texniki binalarda cavabdehə məxsus avadanlıqların yerləşdirilməsini, icraçıya məxsus sifarişçi xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitətexniki xidmətlərin göstərilməsini təmin etmiş, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında müqavilə ilə razılaşdırılmış xidmət haqlarını tam ödəməməklə müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etməmişdir. 16 avqust 2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildiriş göndərilərək müqaviləyə 2023-cü ilin sentyabr ayından birtərəfli qaydada xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 950855 nömrəli; xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 789547 nömrəli; xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 230752 nömrəli; xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 386870 nömrəli; xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 263965 nömrəli; xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli; xx.xx.2024-cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimələr üzrə 29499,99 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə həmin qaimələrdən müqavilə münasibətləri xitam verildiyi tarixədək (2023-cü ilin sentyabrınadək) olan müddət ərzində göndərilmiş elektron qaimələri, belə olan halda həmin qaimələr üzrə xidmətlərin göstərilməsi faktını mübahisələndirmir. Müqavilə münasibətlərinə xitam verildikdən v sonra göndərilmiş cəmi ƏDV daxil 19339,99 manat dəyərində üç ədəd elektron qaimələrə (xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli;tərəflər arasında xx.xx.2024-cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli) münasibətdə isə cavabdeh həmin qaimələrində əks olunmuş xidmət haqqı məbləğlərinin müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün əsassız olaraq hesablandığını iddia edir və həmin hissədə iddiaya etiraz edir.

42. Beləliklə, xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli; xx.xx.2024cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli mübahisəli elektron qaimələrdə əks olunmuş xidmət haqqı məbləğlərini müqavilənin qüvvədə olduğu müddət üçün və ya müqavilə münasibətlərinə xitam verildiyi tarixdən (2023-cü ilin sentyabrı)sonrakı müddət üçün hesablanması işin mübahisəli halını təşkil edir.

43. Göstərilən halla bağlı kollegiya əvvəla qeyd edir ki, birincisi, mübahisəli elektron qaimələrdən EBCO seriyalı, 112100 nömrəli elektron qaimədə onun 2023-cü ilin fevral ayı, EBDC seriyalı, 849637 nömrəli qaimədə 2023-cü ilin aprel ayı və MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimədə isə 2023-cü ilin yanvar-avqust ayları (Port-1 əlavə üzrə) üzrə göstərilmiş xidmətlərə görə tərtib edilməsi aydın şəkildə qeyd edilmişdir.

44. İkincisi, telekommunikasiya resurslarının istifadəyə verilməsi barədə müqaviləyə xx.xx.2022-ci il tarixli KKQ-1 nömrəli Əlavəyə əsasən kabel-kanalizasiya qurğularının istifadəsinə görə ƏDV daxil olmaqla aylıq istifadə haqqı 105 manat, xx.xx.2022-ci il tarixli FOL-1 nömrəli Əlavəyə fiber optik liftlərdən istifadəyə görə 3.1-ci bəndlərinə əsasən xidmətlərə görə cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 840 manat və xx.xx.2022-ci il tarixli “AVA-1 nömrəli Əlavəyə əsasən sifarişçiyə məxsus avadanlıqların icraçıya məxsus texniki binalarda yerləşdirilməsinə görə aylıq istifadə haqqı ƏDV daxil olmaqla 625 manat məbləğində müəyyən edilmişdir.

45. Bununla yanaşı apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Port-1 nömrəli əlavədə iddiaçı tərəfindən portun cavabdehin istifadəsinə verilməsinə və həmin port vasitəsilə iddiaçının şəbəkəsinə qoşulmuş “SWİtch” avadanlığı üzərindən ayrılmış xətlə xidmətin göstərilməsi nəzərdə tutulmuş, həmin əlavə ilə tərəflər həmçinin əlavənin hüquqi qüvvəsinin xx.xx.2023-cü il tarixindən etibarən göstərilmiş xidmətlərə görə hesablanacağı və həmin əlavənin əvvəllər eyni tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq göstərilən xidmətləri (port xidmətləri istisna olmaqla), onların şərtləırini və tariflərini dəyişdirməməsi, qüvvədən salmaması barədə razılaşmışlar. Həmin əlavədə nəzərdə tutulan xidmətlərə görə aylıq xidmət haqqı ƏDV daxil 2480 manat məbləğində müəyyən edilmişdir.

1. Kollegiya sözügedən sübutun apellyasiya instansiyası məhkəməsində işə baxılması zamanı təqdim edilməsinə münasibətdə qeyd edir ki, ödənilməsi tələb edilən xidmət haqqı borcunun əsaslılığını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimədə məhz sözügedən əlavəyə istinad edildiyi halda birinci instansiya məhkəməsi mübahisəli xidmət haqqının hesablanması üçün əsas olmuş əlavənin təqdim edilməsini tərəflərə təklif edilməmişdir. Kollegiya iş üçün həlledici əhəmiyyət kəsb edən konkret sübutun təqdim edilməsinin zəruriliyinin məhkəmə tərəfindən tərəflə müzakirə edilməməsini və həmin sübutun təqdim edilməsinin təklif edilməməsini Mülki Məcəllənin 14.1 və 77.3-cü maddələrinin pozuntusu kimi qiymətləndirir və hesab edir ki, hazırkı halda mübahisəli əlavə birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi nəticəsində təqdim edilmədiyindən onun gecikdirilmiş sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur və sözügedən əlavə sübut qismində məhkəmə tərəfindən nəzərə alınmalıdır.

46. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, KKQ-1, AVA-1 və Fol-1 nömrəli əlavələr üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərə görə cavabdehin ödəməli olduğu aylıq xidmət haqqı ƏDV daxil 1570 (105+840+625) manat, Port-1 nömrəli əlavə üzrə göstərilən xidmətlərə görə aylıq xidmət haqqı ƏDV daxil 2480 manat, cəmi cavabdehin ödəməli olduğu aylıq xidmət haqqı ƏDV daxil 4050 manat (1570+2480) təşkil etmişdir. Bununla bağlı o da vurğulanmalıdır ki, Port-1 əlavəsi 2023-cü ilin iyulunda imzalansa da, həmin əlavədə xidmət haqqının 2023-cü ilin yanvarından göstərilmiş xidmətlərə görə hesablanacağı xüsusi qeyd edilmişdir. Belə olan halda isə sözügedən əlavələrə əsasən mübahisəli dövr (yanvar-avqust 2023-cü il -8 ay) üzrə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 32.400 (4050x8 ay ) manat xidmət haqqı ödənilməli idi.

47. Digər tərəfdən iş materiallarından o da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 3 ədəd mübahisəli elektron qaimə də daxil olmaqla 2023-cü ilin yanvar-avqust aylarında göstərilmiş xidmətlərə görə cəmi ƏDV daxil 32399,99 manat məbləğində elektron qaimələr göndərilmişdir. Göstərilən hal ona dəlalət edir ki, 3 ədəd mübahisəli elektron qaimə həmin qaimələrdə də qeyd edildiyi kimi KKQ-1, AVA-1 və Fol-1 nömrəli əlavələr üzrə 2023-cü ilin fevral və aprel ayı üzrə xidmətlərə və Port-1 əlavəsi üzrə 2023cü ilin yanvar-avqust ayları üzrə göstərilmiş xidmətlərin əvvəlki qaimələrlə əhatə edilməmiş hissəsinə dair tərtib edilmişdir. Həmin qaimələrin müqavilə münasibətlərə xitam verildiyi tarixdən sonrakı müddət üçün hesablanması barədə cavabdehin dəlilləri isə əsassızdır.

48. 2023-cü ilin sentyabr ayının 1-dən fəaliyyətinin dayandırılması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hüquqi şəxsin fəaliyyətinin dayandırılması həmin tarixədək yaranmış öhdəliklərin icrasından azad etmir.

49. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iş materiallarında göründüyü kimi cavabdehin hazırda mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli elektron qaimələrdən ikisi - EBCO seriyalı, 112100 nömrəli və EBDC seriyalı, 849637 nömrəli elektron qaimələr təsdiqlənmişdir (üzərində ştrix-kod mövcuddur). “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndinin məzmunundan də göründüyü kimi görə mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, (beş) gün müddətində avtomatik olaraq sistem tərəfindən təsdiq edilmir, əksinə həmin qaimələr qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Beləliklə, hazırkı halda yuxarıda göstərilən elektron qaimələr cavabdehin fəaliyyətini müvəqqəti dayandırdığı dövrdə göndərildiyindən onların proqram təminatı vasitəsilə təsdiq edilməsi mümkün deyildi, onlar yalnız cavabdehin özü tərəfindən təsdiq edilə bilərdi.

50. İşin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli; xx.xx.2024-cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimələrin müqavilənin qüvvədə olduğu dövr üzrə göstərilmiş xidmətləri əhatə etməsini nəzərə almamış, nəticədə həmin qaimələr üzrə borcun tutulması hissəsində iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir.

51. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın rədd edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi tam təmin edilməlidir.

52. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti 178,50 manat məbləğində müəyyən edilməlidir.

53. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-736/2025 saylı qətnaməsi qismən–19209,99 manat borcun tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 19209,99 manat məbləğində borc tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 178,50 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti üçün iddiaçı tərəfindən ödənilmiş 89 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar