Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-617/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-116/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixli və 01 dekabr 2022-ci il taixli “Birgə fəaliyyət haqqında” müqavilələrin şərtlərindən irəli gələn öhdəliklərə əməl edilməsi üçün cavabdehin balansında olan idman zalının və mətbəənin təmirinə 05 mart 2019-cu il tarixində tərtib olunmuş aktlara əsasən İddiaçı MMC tərəfindən sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin müəyyən edilməsi (rəsmiləşdirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddiaya dəqiqləşdirmə” barədə ərizə verərək, "BİTKOL+OM" MMC tərəfindən "ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinin balansında olan idman zalının və mətbəənin təmirinə sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin və tərəflərindən ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat dövlət rüsumunun "ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecindən tutularaq BİTKOL+OM' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İddia ərizəsinə dəqiqləşdirmə” barədə ərizədə qeyd etmişdir ki, ekspertizanın verdiyi rəydən sonra, iş məhkəmə baxışına təyin olunduqdan sonra tərəflər arasında danışıqlar aparılmış, lakin bir nəticə hasil olmamışdır. Ona görə də iş məhkəmə baxışına təyin olundiqdan sonra iddia ərizəsinə yenidən dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinə dəqiqləşdirmə” barədə ərizə geri qaytarılmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-116/2024 saylı qərardadının ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci (VÖEN **********) ilə İddiaçı (VÖEN **********) arasında 01 iiyun 2022ci il färiixli və 01 dekabr 2022-ci il taixli "Birgə fəaliyyət haqqında" Müqavilələr bağlanmışdır. 01 dekabr 2022-ci il tarixli müqavilənin 1-ci bəndində deyilir: Bu Müqaviləyə əsasən Təhsil müəssisəssi və "BİTKOL+OM" MMC birgə fəaliyyətinin predmetini idman və sair dərnəklər, kurslar, məşğələlər, eləcə də nəşriyyat və poliqrafiya işləri və s. təşkil edir. Həmin Müqavilənin 3.3.3-cü bəndinə görə birgə fəaliyyət predmetini təşkil edən fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar müqavilələr bağlamaq, eləcə də fiziki və hüquqi şəxslərdən yığılan haqqın məbləğini müəyyən etmək və almaq "BİTKÖL+OM" MMC-nin hüququdur. Həmin Müqavilənin 6.1-cı bəndinə görə Tərəf dəgər tərəfə vurduğu zərərə görə qanunvercilkdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. "BİTKOL+OM" MMC tərəfindən təmir işlərinin görülməsinə Tərəflərin razılaşmasında nəzərdə tutulan məbləğdə vəsait xərclənməsinə baxmayaraq, Təhsil müəssisəsi çəkilən xərclərin rəsmiləşdirilrnəsinə mane olur və bunun da nəticəsində Müqavilə şərtlərinə əməl etmir. Belə ki, Tərəflər arasında tərtib edilmiş və imzalanmış AKTlardan görünür ki, "BİTKOL+OM" MMC tərəfindən təmir işlərinə cəmi, 193.382,7 manat vəsait xərclənmişdir: Həmin vəsaitin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etsələr də cavabdeh onların təklifndən və mediasiyada iştirak etməkdən imtina etdi. Bundan sonra məhkəməyə müraciət etdilər və məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilən iclasında onların iddia ərizəsinə verdikləri dəqiqləşdirmə qəbul edilmədi. Baxmayaraq ki, onlar dəqiqləşdirmənin nəyə görə məhkəmənin baxış iclasında verdiklərini əsaslandırmışdılar. Həmçinin iddia ərizəsinə dəqiqləşdirmə məhkəmənin baxış iclası başlamamışdan 1 gün əvvəl elektron sistemə yerləşdirilmişdir. Təyin olunmuş məhkəmə ekspertizası tərəfindən verilən rəy daxil olduqdan sonra tərəflər arasında qarşılıqlı razılaşma əldə olunması üçün danışqlar aparılmış, lakin cavabdehin qeyri- konstruktiv mövqe tutması səbəbindən danışıqlar heç bir nəticə verməmişdir. Məhz bundan sonra onlar tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə elektron sistemə yerləşdirilmişdir. Məhkəmə tərəfindən bu xüsusat nəzərə alınmamış və nəticədə doğru olmayan bir qərardad qəbul edilmşdir. Bu qəradadın məhkəmə proseslərinə böyük təsir edə biləcəyi səbəbindən həmin qərardaddan şikayət vermək məcburiyyətində qalmışlar. Yuxarıda sadaladıqları səbəblərə görə həmin qərardad ləğv olunmalı və məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə çıxarılmalıdır. Məhkəmənin bu qərardadı iddiaçının mənafeyinə tamamilə zidd olduğu üçün həmin qərardadddan şikayət verilir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmədə baxılmağa hazırlanması 21 iyun 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci iddaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. 21 iyun 2023-cü il tarixində məhkəmə hazırlıq iclası əlavə sənəd və sübutların təqdim edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixində eyni səbəblə xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixində də eyni səbəblə xx.xx.2023cü il tarixə təxirə salınmış və sonuncu hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur (təxirə salınmışdır). xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin (həcminin artırılması) dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixli və 01 dekabr 2022-ci il taixli “Birgə fəaliyyət haqqında” Müqavilələrin şərtlərindın irəli gələn öhdəliklərə əməl edilməsi üçün cavabdehin balansında olan idman zalının və mətbəənin təmirinə 05 mart 2019-cu il tarixində tərtib olunmuş aktlara əsasən İddiaçı MMC tərəfindən sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin xərclənməsinin təsdiq edilməsi (rəsmiləşdirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında sədrlik edən işin məhkəmə baxışına təyin edilməsi barədə tərəflərin fikrini soruşmuş və iddiaçının nümayəndəsi və vəkili (o cümlədən cavabdehin nümayəndəsi) işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iş kifayət qədər hazır olduğundan iş üzrə məhkəmə baxış iclası (20 sentyabr 2023-cü il tarixə) təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 3-16-16-2/10/7694 saylı ekspert rəyi kommersiya mübahisəsinə dair işlə birlikdə məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə iş üzrə icraat təzələnmiş və işin məhkəmə iclası 28 fevral 2024-cü il tarixə təyin edilmişdir. Daha sonra iddiaçı “iddiaya dəqiqləşdirmə” barədə ərizə verərək, "BİTKOL+OM" MMC tərəfindən "ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinin balansında olan idman zalının və mətbəənin təmirinə sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin və tərəflərindən ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat dövlət rüsumunun "ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecindən tutularaq BİTKOL+OM' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İddia ərizəsinə dəqiqləşdirmə” barədə ərizədə qeyd etmişdir ki, ekspertizanın verdiyi rəydən sonra, iş məhkəmə baxışına təyin olunduqdan sonra tərəflər arasında danışıqlar aparılmış, lakin bir nəticə hasil olmamışdır. Ona görə də iş məhkəmə baxışına təyin olundiqdan sonra iddia ərizəsinə yenidən dəqiqləşdirmə aparılması zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinə dəqiqləşdirmə” barədə ərizə geri qaytarılmışdır. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab etmişdir ki, həmin maddənin məzmunundan göründüyü kimi iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın predmetini dəyişdirməkdə haqlıdır. Hazırkı halda İddiaçı MMC tərəfindən verilmiş “iddia ərizəsinə dəqiqləşmə barədə” adlandırılmış ərizədə faktiki olaraq iddianın predmeti dəyişilmiş, lakin həmin ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edilmiş, eləcə də iddiaçı tərəfindən bu hərəkətin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmaması kifayət qədər əsaslandırılmamışdır. Cavabdehin nümayəndəsi isə ərizənin icraata qəbul edilməsinə etiraz etmişdir. Sözügedən ərizənin işin məhkəmə baxışına təyin olunduqdan sonra verməsinin səbəbləri barədə iddiaçının ərizədə istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən hallar ərizənin verilməsinə əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasına, eləcə də iddiaçının bu hərəkətinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmamasına dəlalət etmir. Apellyator şikayətində qeyd edir ki, iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizəni baxış iclasından 1 gün əvvəl elektron kabinetə yerləşdirmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə verilsə də, iş üzrə ilk baxış iclası xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Göründüyü kimi şikayətin dəlilinin əksinə olaraq ərizə məhkəmə baxışından neçə aylar sonra məhkəməyə təqdim edilmişdir. Şikayətin dəlillərindən görünür ki, dəqiqləşdirmə ərizəsinin gec verilməsinin səbəbi cavabdehlə olan danışıqların aparılması və həmin danışıqların nəticəsiz olmasıdır. Qeyd edilir ki, məhkəmə bu halı nəzərə almamışdır. Kollegiya hesab edir ki, qarşı tərəflə barışıqla əlaqədar danışıqların aparılması iddianın dəqiqləşdirilməsinə heç bir hüquqi maneə təşkil edə bilməz. Nəzərə alınmalıdır ki, barışıq əldə edildikdən sonra barışıq sazışində şərtlər müvafiq surətdə dəyişdirilə bilər. Odur ki, şikayətin müvafiq dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq dəqiqləşdirmə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-116/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-617/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-617/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver