Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-619/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, kreditorlar "X3 Korporeyşn” Şirkəti və “X4 company” şirkətlərinin borclu “Petro- Hongkong-Pirsaat Oil Limited" MMC-nin müflis elan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 811/2024 nömrəli qərardadından borclu Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Kreditorlar X3 Korporeyşn” Şirkəti və “X4 Company” şirkətləri iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək borclu "xxxx" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh MMC “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin iş üzrə qərardaddan şikayət təqdim etmiş və şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-6906/2024 saylı qərardadının ləğv edilməsini və pozulmuş müdafiə hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-811/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qərardadından borclu “X1 Limited” MMC tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 16 aprel 2024cü il tarixli, e-2-2(113)-811/2024 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul etmək haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 2024-cü il aprelin 16-dakı iclasda ona danışmaq, anlamaq və sualları cavablandırmaq üçün şərait yaratmamışdır. Şirkəti təmsil edən yeganə şəxs odur - Tan Xingyi. Lakin, o Azərbaycan dilini bilmədiyi üçün, məhkəmə ona ana dilində (Çin dili) tərcümə təmin etməli idi. Ancaq məhkəmə nə ona tərcümə təmin etmişdir, nə də iclas protokolunu yoxlamağa dəvət etmişdir. Bu iş üzrə məhkəmənin elektron sistemində artıq 2024-cü il aprelin 16-dakı iclas protokolu yerləşdirilmişdir. Lakin o iclas protokolunun məzmununu təsdiqləyə bilmir. Yuxarıda qeyd olunan faktlardan bəhs edərkən, o məhkəmədə nə baş verdiyindən əmin deyil, hətta məhkəmənin bir iclas keçiribkeçirmədiyindən də şübhə edir. Qanun tələbinə görə hakim ilk növbədə onu tərcüməçi ilə təmin etməli, bu məsələnin həll edəndən sonra digər prosessual hərkətləri keçirməli idi: yəni ilk növbədə onu tərcüməçi ilə təmin etməli idi, sonradan isə etiraz məsələsinə baxmalı idi. Məhkəmə iclasında onlara tərcüməçi vermirlər. İclasdan sonra isə, iclasın prokolunun məzmununu yoxlamaq üçün onlara kifayət qədər vaxt verilmir. Bu ədalətsizlikdir. İş materialları ilə tanış olmaq və iclas protokolunu yoxlamaq üçün o məhkəməyə müraciət etməlidir ki, hakim ona iclas protokolu ilə tanış olmağa və onu yoxlamağa icazə versin. Göründüyü kimi, dil məsələləri nəzərə alınaraq, iclas protokolu ilə tanış olmaq və onun həqiqiliyini yoxlamaq bir prosesdir. İclasın videoya alınmasını görmək və onu Protokolla müqayisə etmək üçün məhkəməyə müraciət etməlidirilər. Bu kifayət qədər vaxt tələb edir. Aydın olmayan şəraitdə, onlar 2024-cü il aprelin 16-da baş verənləri bilmədən, e-2-2-811/2024 nömrəli qərarı layiqincə qiymətləndirə bilməzlər. Lakin məhkəmə onlara qərarına şikayət etmək üçün cəmi 10 gün vaxt vermişdir ki, bu müddətdə bunu yerinə yetirmək mümkün deyil. Onlar məhkəmənin iclas protokolu və iclasın video materialları ilə tanış olmadıqları üçün ehtimal edirlər ki, məhkəmənin iclası keçirilməmiş və əslində hər hansı qərar qəbul edilməmişdir. Qeyd edilməlidir ki, məhkəmənin protokolu sübut əhəmiyyətinə malik olan vacib sənəddir, burada hər hansı səhvlərə yol verilməzdir, hər bir tərəf məhkəmə iclas protokolu ilə tanış olmaq və ona qeydlər vermək hüququna malikdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-811/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-811/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. İşdən görünür ki, hazırkı halda borclu tərəfindən verilmiş şikayətdə (elektron işdəki 35-ci sənəd) barəsində şikayət verilən məhkəmə aktının qəbul edilmə tarixi kimi xx.xx.2024-cü il tarixi göstərilsə də, həmin tarixdə hazırkı iş üzrə məhkəmə iclası keçirilməmiş və qərardad qəbul edilməmişdir. Bundan əlavə şikayətdə şikayət verilən qərardadın nömrəsi e-2-2(113)-6906/2024 olaraq qeyd edilmişdir ki, həmin nömrə isə hazırkı işin nömrəsi ilə üst-üstə düşmür. Bundan əlavə şikayətdə şikayət verən şəxsin tələbi dəqiq göstərilməmiş, qərardad ləğv edildikdən sonra hansı məsələ ilə bağlı hansı qərardadın qəbul edilməli olduğu qeyd edilməmişdir. Qərardad qanuni və əsaslı olduğundan şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-811/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-811/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-619/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-619/2024
31.05.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver