Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-64/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, kreditor Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8 oğlunun maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin müflis elan edilmə və iflas prosesinə başlanılması barədə ərizəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1217/2019 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyi iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərxalça” X4 Birliyinin (Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun, ev 3) müflis elan edilməsi və X3 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azərxalça” X4 Birliyi xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X11 tərəfindən təsdiq edilmiş nizamnamə əsasında təsis edilmiş və hazırda da ********** saylıVÖEN ilə rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası X6 Əliyevin xx.xx.2016-cı il tarixli 2032 saylı sərəncamına əsasən, “Azərxalça” X4 Birliyi ləğv edilmiş və Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirilməsi üçün (yeni hüquqi şəxs) “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. HəminSərəncamının 6.3-cü maddəsinə əsasən, "Azərxalça" X4 Birliyinin ləğvi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər X1 xx.xx.2016-cı il tarixli 17/PA- 766-21/14/18/11 saylı dərkənarı ilə Sərəncamın 6.3-cü bəndinin (ləğvetmə prosesinin icrası ilə bağlı işlərin) həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Sərəncamının icrasını təmin etmək məqsədilə dövlət mülkiyyətindəki hüquqi şəxs olan-“Azərxalça” X4 Birliyinin (bundan sonra Borclu) ləğv edilmə prosesinin həyata keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli 133 saylı əmri əsasında Ləğvetmə komissiyası yaradılmışdır. Həmin tarixdən bu günə kimi Ləğvetmə Komissiyası tərəfindən ləğvetmə proresi üzrə müvafiq işlər görülərək borclunun balansında olan əmlakların bir qismi açıq hərracdan satılmış və hərracdan daxil olan 85.000 manat vəsaitdən 61.273 manat əmək haqqı ödənişləri kimi işçilərə və qalıq 23.727 manat məbləğin də vergi borcu qismində dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Hazırda borclunun kreditorlara, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Baş Nazirin birinci müavini A. Rasizadənin xx.xx.1996-cı il tarixli 124c saylı sərəncamı üzrə bağlanmış xx.xx.1996-cı il tarixli müqavilə əsasında (xx.xx.1997-ci il tarixədək geri qaytarmaq şərti ilə) 12 ay müddətinə ayrılmış 2 milyard AZM (400 000 AZN) məbləğindəki uzunmüddətli kreditdən (məqsədli ssudadan) qalıq 296.389 manat, habelə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta üzrə 72.366,42 manat və vergilər üzrə 17.303.95 manat olmaqla, cəmi 386.059,37 manat borcu vardır. Həmin borca qarşılıq isə, borclunun balansında Hacıqabul rayonunda yerləşən 100.000 manat məbləğində qiymətləndirilmiş bir əmlakı (qeyri- yaşayış sahəsi) mövcuddur və həmin əmlakın hərraca dəfələrlə çıxarılmasına baxmayaraq tələb olmadığından satışı da mümkün olmamışdır. Hazırda həmin daşınmaz əmlakda müxtəlif dövlət idarələri fəaliyyət göstərir. Sadalanan hallara əsasən borclunun ödəniş qabiliyyətsiz olduğunu və kreditorların bütün tələblərinin vaxtının çatmasına baxmayaraq borclunun aktivlərinin və nağd vəsaitlərinin bütün kreditor tələblərinin təmini üçün kifayət etmədiyi təsdiq olunur. Digər tərəfdən, kreditor tələbləri vaxtı çatmış tələblər olduğundan (“Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası qanununun 4.2.ç maddəsinə əsasən) 1 il ərzində vaxtı çatacaq borclar barədə məlumat təqdim edilmir. İddia ərizəsinə əlavə olunan xüsusilə maliyyə sənədləri Borclunun ödəniş qabiliyyətsiz olduğunu, onun aktivlərinin öhdəliklərini ödəyəcək həddə olmamasını təsdiq edir. İflas prosesinin qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi üçün, hüquqi şəxsin müflis olmasında heç bir marağı olmayaniqtisadiyyat üzrə ali təhsilə və əməli təcrübəyə malik xx.xx.1959-cu il təvəllüdlü X5 əmlak inzabatıçısı təyin edilməsi üçün məhkəməyə təqdim edilir. Əlavə qeyd edilməlidir ki, Nazirlər Kabinetinin tapşırığı əsasında dövlət müəssisəsi olan borclunun ləğvedilmə prosesi üzrə indiyə qədər aparılmış bütün işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edildiyi üçün borclunun müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ƏMDK-nın ayrıca razılığının (qərarının/rəyinin) alınmasına zərurət yaranmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1217/2019 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən, ərizəçi tərəfindən ləğvetmə balansı təqdim edilmişdir. Müəssisənin balansı - müəssisənin müvafiq dövrü üzrə maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə məlumatları özündə əks etdirən əsas maliyyə hesabatı sayılan sənəddir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.5 və 61.8ci maddələrində ləğvedicinin/ləğv komissiyası/təsviyəçinin əsas vəzifəsi kimi ləğv prosesində olan hüquqi şəxsin ləğvetmə balansının təsdiqi və yalnız həmin ləğvetmə balansı əsasında kreditorla hesablaşmanın aparılması nəzərdə tutulmuşdur. Müəssisənin ləğvetmə balansının aktivlər hissəsində, (ilkin olaraq 270 000 manat dəyərində qiymətləndirilmiş əmlakların əksər hissəsinin açıq hərracda realizasiyasından sonra) yalnız bir əmlak - Hacıqabul rayonunda yerləşən 100 000 manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış sahəsinin mövcud olduğu əks olunmuşdur. Hər hansı başqa bir aktivin olduğu halda ilk növbədə bu fakt müəssisənin balansında əks olunacaqdı. Hərraclarda ən son qiymətin 50000 manata kimi düşməsinə baxmayaraq alıcısı olmayan həmin daşınmaz əmlakda da hazırda Hacıqabul rayonunun dövlət orqan və təşkilatları yerləşməkdə və fəaliyyət göstərməkdədir. Yekun ifadə ilə, məhkəmənin (aidiyyəti sahə üzrə qanuni tələb olan) ləğvetmə balansında olan məlumatları mötəbər qəbul etməyərək hər hansı bir nəqliyyat vasitəsi, qiymətli kağız barədə sənədin olmamasını əsas götürərək dəlillərin sübut edilməməsinə istinad etməsi kommersiya hüququnun təməl prinsipləri ilə ziddiyət təşkil edir. Habelə məhkəmə eyni yanaşma səhvinə “əmək haqqlarının və vergi ödənişlərinin” sübut olunmaması hissəsində də yol vermişdir. Ləğvetmə balansının “Passivlər” bölməsindəki “2.Hesablaşmalar və sair passivlər” altbölməsinin “650” sətr kodunda əmək ödənişləri üzrə dövrün əvvəlinə 56024.0 manat göründüyü halda dövrün sonunda borcun olmadığı müəyyən olunur. Məhkəmə əsaslandırmasında “bu qeydin doğru olmaya biləcəyi qənaətini daşıdığını” qeyd edir. Bu qeydə qarşı sadəcə bunu bildirmək kifayətdir ki, hazırki iş üzrə keçirilmiş (xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində olmaqla) 3 məhkəmə iclası barədə qanunvericiyin tələbinə uyğun olaraq qəzetdə və İqtisadiyyat Nazirliyinin saytında elanlar yerləşdirilmiş və ümumiyyətlə (əmək haqqı daxil olmaqla) hər hansı bir başqa kreditor tələb(lər)i üzrə məhkəməyə müraciət daxil olmamışdır. Eyni zamanda, ləğvetmə balansının “Passivlər” bölməsindəki “2.Hesablaşmalar və sair passivlər” altbölməsinin “660” sətr kodunda sosial sığorta və təminat üzrə dövrün əvvəlindəki 80424.0 manat borca qarşılıq dövrün sonunda 72366.4 manat və “700” sətr kodundakı büdcə ilə hesablaşmalar üzrə dövrün əvvəlindəki 115361.0 manat borca qarşılıq dövrün sonunda 17304.0 manat qalığın mövcud olduğu görünür. Balansdakı bu məlumatın doğruluğu (iş materiallarında olan) istər tərəflərindən təqdim olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubu, istərdə də kreditor ARVN yanında Bakı şəhəri Lokal Vergilər Baş idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş müəssisənin şəxsi vergi vərəqəsindən çıxarışla sübut olunur. Digər tərəfdən məhkəmə bu səbəblərlə ərizəni təmin etməyərkən iş materiallarındakı mötəbər sübut kimi qəbul olunmalı olan- (xx.xx.2019-cu il tarixli SA/389 saylı icazəyə malik) sərbəst auditor V.Talıbovun xx.xx.2019-cu il tarixli auditor rəyinə münasibət bildirməmişdir, hansı ki həmin sənəddə müəssisənin xx.xx.2019-cu il tarixinə olan maliyyə vəziyyətinin ləğvetmə balansında əks olunduğunu qeyd etmişdir. Auditor xidməti haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Təsadüfi deyil ki, formalaşmış məhkəmə praktikasında da müflisləşmə iddiaları/ərizələri üzrə işlərdə borclunun/ərizəçinin ödəmə qabiliyyətli olub-olmamasının müəyyən edilməsi üçün məhkəmələr tərəfindən ekspertiza qismində audit yoxlaması təyin edilir. Halbuki hazırki iş üzrə təyin olunacaq auditor yoxlaması ilə müəssisənin ödəmə qabiliyyətli olmadığı bir daha sübut olunacağına baxmayaraq, audit aparılmış maliyyə hesabatlarındakı məlumatların doğruluğu və həqiqiliyinə “şübhə” ilə yanaşaraq ərizəni təmin etməməklə məhkəmə imperativ hüquq normalarını pozmuşdur. Qətnamədə ərizənin təmin olunmamasına səbəb kimi göstərilən “2”-ci səbəb - “Ərizəçinin mülkiyyətində 100000 manat dəyərində əmlakının olmasının ərizəçinin borclarını qismən ödəmək iqtidarında olduğunu göstərdiyini” qeyd edilməklə ərizəçinin borclarını tam ödəmək iqtidarında olmadığı məhkəmə tərəfindən də təsdiqlənmişdir, elə buna - “borcları tam ödəmək iqtidarında olmadığı” faktına əsaslanaraq və aşağıdakı qanun tələblərini rəhbər tutaraq “Azərxalça” X4 Birliyinin müflis elan edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə ərizənin təmin olunmaması üçün göstərdiyi 2-ci səbəblə, “Azərxalça” X4 Birliyinin ödəmə qabiliyyəti olmadığı faktını müəyyən/təsdiq etmişdir. Ən nəhayətində qeyd edilməlidir ki, mülki qanunvericilikdə hüquqi şəxsin ləğvinin iki forması müəyyən edilmişdir: adi ləğvetmə və müflis elan edilmə. Hazırki iş üzrə qeyd edilməlidir ki, “Azərxalça” X4 Birliyi Azərbaycan Respublikası X6 Əliyevin xx.xx.2016-cı il tarixli 2032 saylı sərəncamına əsasən ləğv edilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbayca Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Davamında, Azərbaycan Respublikası Nazirlər X1 xx.xx.2016-cı il tarixli 17/PA-766- 21/14/18/11 saylı dərkənarı ilə Cənab Prezidentin sərəncamının 6.3-cü bəndinin (ləğvetmə prosesinin icrası ilə bağlı işlərin) həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Cənab Prezidentin sərəncamının icrasını təmin etmək məqsədilə dövlət mülkiyyətindəki “Azərxalça” X4 Birliyinin ləğv edilmə prosesinin həyata keçirilməsi üçün yaradılmış Ləğvetmə komissiyası həmin tarixdən bu günə kimi müvafiq işlər görərək (açıq hərracdan balansdakı əmlakların satışı hesabına) işçilərin əmək haqqları, qismən də vergilər və sosial sığorta haqqları üzrə ödənişləri təmin etmişdir. Cənab Prezidentin sərəncamının verildiyi tarixdə və bu günki tarixdə, (ləğvetmə balansından açıq görünüyü kimi) müəssisənin əmlaklarının dəyərinin kreditorların tələblərinin ödənilməsi üçün yetərli olmadığı üçün, “Azərxalça” X4 Birliyinin adi qaydada ləğvi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.6-ci maddəsinə əsasən, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinini, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən kreditorun nümayəndəsi A.Ç.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, ərizəçinin vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olmasının nəzərə alınmasını, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi N.S.Salayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinini, ərizənin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin materialları ilə müəyyən edilir ki, “Azərxalça” X4 Birliyi xx xxxxxx 1981-ci il tarixində qeydiyyata alınmış və hal-hazırda kommersiya təşkilatı olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır; Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli sərəncamı ilə səhmləri dövlətə məxsus olan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmş, "Azərxalça" X4 Birliyi ləğv edilmişdir. İşin materiallarından aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan sərəncamının icrası məqsədilə, Ləğvetmə Komissiyası yaradılmış, ləğvetmə prosesi başlanılmışdır. Ərizəçi hazırki ərizəsində ləğv prosesində olan Birliyin kreditorların bütün tələblərinin vaxtının çatmasına baxmayaraq, ödəniş qabiliyyətinin olmamasına, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5 və 61.6-cı maddələrinə əsaslanaraq, məhkəmə tərəfindən müflis elan edilməsini xahiş edir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən ərizənin əsaslı olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Göründüyü kimi, ərizəsinin istinad etdiyi maddi hüquq normasında ləğv edilən hüquqi şəxsin müflis olma nəticəsində ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin bunun üçün «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsasların mövcudluğu yoxlanılmalıdır. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanunun 4.2-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; İlk növbədə qeyd olunmalıdır ki, ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyi tərəfindən verilmiş hazırki ərizə, ona əlavə edilmiş sənədlər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlərin siyahısının nəzərdə tutulduğu 5-ci maddəsinin tələblərinə cavab vermir. İşin materiallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.6-cı maddəsinə müvafiq qəbul edilmiş, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarı əlavə edilməmişdir. Digər tərəfdən işin materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə “Azərxalça” X4 Birliyi arasında bağlanmış xx xxxxxx 1996-cı il tarixli müqaviləyə əsasən “Azərxalça” X4 Birliyinə xx.xx.1997-ci il tarixədək geri qaytarmaq şərti ilə 12 ay müddətinə 2 milyard manat (400.000 manat) məbləğində məqsədli 0,75 faizlə ssuda verilmiş, qalıq borc 296.389 manat qalmışdır; Azərbaycan Respulikası Vergilər Nazirliyinin **********053900 saylı məktubuna əsasən, ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin 04 iyun2019-cu il tarixinə dövlət büdcəsinə əsas vergilər üzrə 16.187,87 manat, hesablanmış faizlər üzrə 1.056,28 manat, maliyyə sanksiyaları üzrə 40 manat, dövlət rüsumu üzrə 19,80 manat olmaqla, ümumilikdə 17.303,95 manat vergi borcu, həmçinin məcburi dövlət sosial sığortası üzrə 70.208,36 manat əsas, hesablanmış penya üzrə isə 2.158,06 manat olmaqla, cəmi 72.366,42 manat borcu var; xx xxxx 2019-cu il tarixə olan Ləğvetmə Balansına əsasən, Ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin xx.xx.2019-cu il tarixə 100.000 manat məbləğində aktivi və 386.059,4 manat (296.389 manat – bank krediti; 72.366,4 manat – sosial sığorta və təminat üzrə; 17.304 manat – büdcə ilə bağlı) məbləğində passivi mövcuddur. xx xxxxxx 2016-cı il tarixinə ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin vergi orqanına təqdim etdiyi «Əmlak vergisi bəyannaməsi»nə əsasən Birliyə məxsus əmlakın ümumi qalıq dəyəri 468.320 manat təşkil etmişdir; Ərizəçinin ərizəsindən aydın olur ki, keçən müddət ərzində ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin əmlaklarının bir qisminin açıq hərracdan satılması nəticəsində cəmi 85.000 manat borcu ödənilmişdir. Göründüyü kimi, ərizəçinin ləğvinə dair sərəncamın verildiyi tarixə Birliyə məxsus əmlakların dəyəri, onun kreditorlarına olan borcunun miqdarı ilə təxmini uyğunluq təşkil etmişdir. (əmlakın qalıq dəyəri 468.320 manat, borcunun miqdarı isə 471.059 manat (386.059,4 +85.000=471.059)). İşin materiallarına, xx xxxxxx 20016-cı il tarixinə Birliyə məxsus, 468.320 manat dəyərində əmlakların həmin ilin dekabr ayına dəyərinin xeyli dərəcədə - 270.000 manata qədər azalmasının, eləcə də Birliyə məxsus əmlakların əksər hissəsinin satılmasına baxmayaraq, borcun çox hissəsinin (386.059 manat) qalmasının səbəblərinə dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Hazırki iş üzrə ərizəçinin kreditorlarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə dair yazılı etirazın da dövlət büdcəsinə vəsaitin bərpasının olduqca zəruri amillərdən olmasının nəzərə alınması və ərizəçinin müflis elan olunmasına dair ərizənin təmin olunmaması xahiş edilmişdir. İşə əlavə olunmuş hərrac protokollarına əsasən, ləğvetmə prosesində başlanmasından keçən müddət ərzində Birliyə məxsus qeyri-yaşayış binalarının hərrac vasitəsilə satışı həyata keçirilmiş, müəssisənin balansında bazar dəyəri 100.000 olan ünvan 1 ünvanından yerləşən qeyri-yaşayış binaları qalmışdır. İşin materiallarına həmin qeyri yaşayış binalarının hansı təyinatla istifadə edilməsinə (icarəyə verilib-verilməməsinə və s) dair hər hansı sübut da əlavə edilmədiyi üçün, həmin əmlakdan istifadəyə görə Birliyin borclarının ödənilməsinə yönəldiləcək gəlirinin olub-olmaması müəyyən edilmir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya; b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. İşin materiallarına, borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin (məsələn borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir) mövcudluğuna dair hər hansı sübut əlavə edilməmişdir. «Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə-borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır, ərizəçi-məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxsdir, əmlak inzibatçısı-borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir, müvəqqəti əmlak inzibatçısı-borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən, qətnamə dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382-384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edlməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)- 1217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva
Məhkəmə qərarları › İş №2-2(103)-64/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-64/2020
28.01.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver